Regionlarda barama istehsalının artırılması istiqamətində mühüm addımlar atılır
24.08.2017 [09:46]
Bu sahənin inkişafına göstərilən dövlət dəstəyi öz müsbət nəticələrini verir
Məlum olduğu kimi ölkəmizdə aqrar sahənin inkişafı istiqamətində mühüm addımlar atılır. Eyni zamanda, nəinki kənd təsərrüfatının, ümumilikdə ölkənin strateji sahələrinin inkişafına xüsusi diqqət göstərilir. Əksər ekspertlərin də vurğuladıqları kimi, avqustun 4-də Qaxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi sözügedən strateji sahələrin inkişafında yeni mərhələnin başlanğıcı sayıla bilər. Ümumilikdə isə istər yuxarıda bəhs olunan müşavirənin keçirilməsi, istərsə də artıq bir neçə ildir bu sahələrin inkişafı istiqamətində əsaslı tədbirlərin görülməsi, subsidiyaların verilməsi, yeni tinglərin əkilməsi, əkin sahələrinin artırılması və ən əsası, yeni infrastrukturların qurulması bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövləti qısa zaman kəsiyində yeni ixrac məhsullarının ünvanına çevrilməkdədir. Elə rayonlarımızda görülən işlər də söylədiklərimizi təsdiqləyir.
Məsələn, baramaçılığın inkişaf etdirilməsi ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıq və tövsiyələr Ağcabədi rayonunda da bu sahənin sürətli inkişafına əlverişli şərait yaradıb. Verilən məlumatlara görə, ötən il rayonda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpa edilməsinə başlanılıb. 2016-cı ildə Ağcabədi rayonunda 48 kümçü tərəfindən 3675 kiloqram, 2017-ci ildə isə 228 kümçü tərəfindən 16 min 761 kiloqram yaş barama istehsal olunub. Gələcəkdə barama istehsalını artırmaq məqsədilə rayon ərazisində 50 min ədədi Çin Xalq Respublikasından gətirilmiş, 23 min 700 ədədi isə yerli olmaqla, 73 min 700 ədəd tut tingi əkilib. Məhsuldar tut ağaclarından toxum götürülərək 6609 kvadratmetr sahəyə səpilib.
Ağsu rayonunda isə vaxtilə aqrar sektorun ənənəvi sahələrindən olan baramaçılığın inkişafı ilə əlaqədar xüsusi komissiya yaradılıb. Prezident İlham Əliyevin Sədrliyi ilə avqustun 4-də Qaxda keçirilən müşavirənin yekunları, müşavirədə ölkə başçısının nitqində tütünçülüyün, fındıqçılığın, o cümlədən baramaçılığın inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələr Ağsuda da bu sahədə işlərə güclü təkan verib. Komissiya üzvləri Çindən gətirilən və bölgü ilə rayona verilərək əkilən 30 min ting bağlarında vəziyyəti öyrənib. Onların rəyi ilə bağlar təkrar suvarılıb. Növbəti ildə daha 30 min tingin əkini üçün sahələr dəqiqləşdirilib. Rayonda gələn il 160-170 nəfərin baramaçılıqla məşğul olacağı müəyyənləşdirilib və hazırda həmin ailələrdə mövcud şərait öyrənilir. Komissiyanın rəyinə görə, 2018-ci ildə rayonda 11 ton barama tədarükü üçün lazımi imkanlar mövcuddur.
Şəmkir rayonunda da baramaçılığın inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər görülür. Belə ki, rayonda artıq 40 min tut tingi əkilib, baramaçılığın yem bazası gücləndirilib. Rayonda baramaçılığın inkişaf etdirilməsi üçün əsaslı yem bazasının yaradılmasına xüsusi önəm verilir. Bu baxımdan rayonda tut bağlarının sahəsi daha da artırılacaq. Növbəti ildə daha 40 min tut tinginin əkilməsi nəzərdə tutulub.
Baramaçılığın inkişafı ilə bağlı Prezident İlham Əliyevin verdiyi tapşırıqlar Bərdə rayonunda uğurla icra olunur. Rayon kümçüləri 2016-cı ildə 4500 kiloqram, cari ildə isə ondan 2,8 dəfə çox - 12 min 526 kiloqram barama istehsal ediblər. 2018-ci ildə rayonda 16 ton barama istehsalı proqnozlaşdırılır. Qeyd edildiyi kimi, rayonda barama istehsalının artırılması üçün tədbirlər görülür. Barama qurdunun yem bazasının gücləndirilməsi məqsədilə rayonun 11 kəndində 60 min 712 tut tingi əkilib, mövcud çəkil ağaclarında budama işləri aparılıb, ağaclara aqrotexniki qaydada xidmət göstərilib. Payız mövsümündə yerli çəkil sortlarından ibarət daha 200 min ting sahələrə köçürüləcək. Hazırda rayon kümçüləri 2018-ci ildə daha yüksək nəticələrə nail olmaq məqsədilə ipəkqurdu bəslənməsinə lazımi şəraitin yaradılması, yem bazasının möhkəmləndirilməsi, tut bağlarına xidmətin yaxşılaşdırılması üçün tədbirlər görürlər.
Tərtər rayonunda isə yaxın gələcəkdə barama istehsalının bir neçə dəfə artırılması üçün tədbirlər həyata keçirilir. Verilən məlumatlara görə, İpəkqurdu üçün yem bazasının gücləndirilməsi məqsədilə keçən il rayon ərazisində Çin Xalq Respublikasından gətirilmiş 30 min, həmçinin 1357 ədəd yerli tut tingi əkilib. Kəndlərdə olan mövcud çəkil ağaclarında budama işləri aparılıb.
Baramaçılığın inkişaf etdirilməsi ilə əlaqədar dövlət başçısı İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələri Qazax rayonunda da barama istehsalının daha da yüksək səviyyədə inkişaf etdirilməsinə yol açıb. Ötən il rayon üzrə 1502 kiloqram barama istehsal edilib. Bu il 20 kümçü 4623 kiloqram barama istehsal edib və 40233 manat gəlir götürüb. Gələn il isə 5 min kiloqram barama istehsalı proqnozlaşdırılır.
Yeri gəlmişkən, uzun illər fasilədən sonra Kürdəmirdə də baramaçılıq yenidən inkişaf edir. 2016-cı ildə 1520 qram ipəkqurdu bəsləyən 46 ailə 3577,5 kiloqram məhsul götürüb. Bu il isə 159 ailə 11512 kiloqram, yəni ötən ildəkindən 3 dəfədən çox barama əldə edib. Rayonun 17 ərazi nümayəndəliyi üzrə 32 kənddə sakinlər baramaçılıqla məşğul olurlar. Carlı kəndindən İnqilab Vəlixanov, Ərəbxanadan Miri Əzizov, Qaramahmudludan Əlisa Azayev, Topalhəsənlidən Fariz Süleymanov kimi onlarca təcrübəli baramaçı diqqətəlayiq nəticələr əldə ediblər. Gələn il 20 tondan çox barama istehsalı hədəf kimi müəyyənləşdirilib və bunun üçün görülməli olan hazırlıq işləri müzakirə edilib. Belə ki, keçən il əkilən 46 min tut tinginə qulluq olunması, ting yetişdirmək üçün kiçik təsərrüfatın yaradılması, fərdi kümxanaların tikintisinə dəstək verməklə baramaçılığa marağın artırılması nəzərdə tutulur.
Mərkəzi Aran regionuna daxil olan Göyçay rayonunda da baramaçılıq sahəsinin inkişaf etdirilməsi, rayonun əvvəlki illərdəki şöhrətinin qaytarılması istiqamətində müvafiq iş aparılır. Məlumat üçün bildirək ki, ötən il rayonda 70 min ədəd, o cümlədən Çin Xalq Respublikasından gətirilən 40 min ədəd, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 30 min ədəd yerli tut tingi əkilib. Tut tinglərinə lazımi aqrotexniki qulluq göstərilir və onların qorunması təmin olunur. Cari ildə 44 kümçüyə 1900 qram ipəkqurdu verilib, 5293 kiloqram barama tədarük edilib. Barama tədarükünün həcmi ötən ilə nisbətən 4,6 dəfə çox olub.
Barama, tütün və fındıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyevin nitqində qarşıya qoyulan vəzifələrlə bağlı Zərdab rayon İcra Hakimiyyətində də müşavirə keçirilib. Bildirilib ki, son illərdə respublikamızda baramaçılığın inkişafına dair dövlət başçısı tərəfindən verilən tapşırıqlar, qəbul olunan qərarlar Zərdab rayonunda baramaçılığın dirçəlməsinə böyük təkan verib. Zərdablı baramaçılar uzun fasilədən sonra 2016-cı ildə bu işlə məşğul olmağa başlayıb və 5710 kiloqram barama tədarük ediblər. Qeyd edilib ki, 2016-cı ildə Zərdabda səfərdə olarkən dövlətimizin başçısının rayonda barama tədarükünün ən azı 3 dəfə artırılması ilə bağlı tapşırığı zərdablıların məsuliyyətini qat-qat artırıb və cari ildə baramaçılar daha yaxşı nəticə göstərərək 24 ton proqnoz tapşırığa qarşı 27 tondan çox barama tədarük ediblər. Bu nəticə 2016-cı ilə nisbətən təqribən 5 dəfə çox olmaqla, respublikada əldə olunan ən yüksək göstəricidir. 700 nəfərə yaxın rayon sakini mövsümi işlə təmin olunub, baramaçılar 240 min manatdan çox vəsait əldə ediblər. Prezidentin “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” Sərəncamı ilə yaş baramanın hər kiloqramına görə baramaçılara subsidiyanın verilməsi, xarici ölkələrdən gətirilən tut tinglərinin yerlərdə əkilməsi baramaçılığın inkişafı üçün çox böyük stimul yaradıb. Təkcə 2016-cı ildə Zərdab rayonu ərazisində 260 mindən çox tut tingi əkilib ki, bu da yaxın illərdə daha yüksək səviyyədə barama istehsalı üçün yeni imkanlar yaradacaq. Hazırda rayonun kümçüləri 2018-ci ildə daha yüksək nəticələrə nail olmaq məqsədilə yem bazasının möhkəmləndirilməsi, ipəkqurdu bəslənməsinə lazımi şəraitin yaradılması, tut bağlarına xidmətin yaxşılaşdırılması üçün əlavə tədbirlər görürlər. 2018-ci ildə rayonun baramaçıları 50 tona yaxın yaş barama tədarük etmək əzmindədirlər. Tədbirdə iştirak edən baramaçılar Zərdab rayonunda ipək kombinatının yaradılması, qurd diriltmə məntəqələrinin açılmasını və yerli tut tinglərinin əkilməsi üçün baza yaradılması təkliflərini veriblər.
Sonda vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 15 sentyabr tarixli Sərəncamına uyğun olaraq, Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli qərarı ilə təsdiq edilmiş “Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası”na əsasən barama istehsalçılarına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının yekun iclası keçirilib. Komissiyanın iclasında barama istehsalçılarına subsidiyanın verilməsi ilə əlaqədar 10 rayon (şəhər) kənd təsərrüfatı idarəsinin təqdim etdiyi sənədlərə baxılıb və 1035 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 106 min 307,16 kiloqram yaş baramanın hər kiloqramına görə 5 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 531 min 535,80 manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edilib. Respublika Komissiyası tərəfindən 2017-ci ildə ölkə üzrə ümumilikdə 2421 barama istehsalçısına 239 min 790,78 kiloqram yaş baramanın miqdarına görə dövlət büdcəsinin vəsaiti hesabına 1 milyon 198 min 953,90 manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56

