Regionlarda çay və sitrus meyvələri istehsalının inkişafı məsələləri diqqət mərkəzindədir
08.09.2017 [10:08]
Cənub zonasında bəhs olunan sahələrdə məhsuldarlığın artırılması istiqamətində davamlı tədbirlər görülür
Yeni iqtisadi şəraitdə ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi strateji prioritet kimi müəyyənləşdirilib. Bu kontekstdə ardıcıl və səmərəli islahatlar həyata keçirilir, mühüm inkişaf göstəriciləri əldə olunur. Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi tərəqqi strategiyası bütün sahələrdə müsbət göstəricilərin əldə edilməsini şərtləndirib. Bu dinamik tərəqqi qarşıya qoyulan hədəflərin reallaşmasını təmin etməklə yanaşı, yeni inkişaf perspektivlərinin yaranmasına səbəb olub. Şübhəsiz, hazırda əldə edilən nailiyyətlər deməyə əsas verir ki, Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləyir.
Hazırkı dövrdə Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas məqsədləri sırasında tələbatın daxili istehsal hesabına ödənilməsi və ixrac potensialının yüksəldilməsi xüsusi yer tutur. Yeni iqtisadi şəraitdə Azərbaycanda iqtisadi aktivliyin artırılması, o cümlədən qeyri-neft sektorunda daxili istehsalın genişləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamları əsasında həyata keçirilən geniş məzmunlu islahatlar, ölkədə biznes mühitinin optimallaşdırılması, sahibkarlığın və özəl sektorun inkişafına əlverişli şəraitin yaradılması, daxili və xarici investisiyaların təşviq edilməsi məhz yuxarıda qeyd olunan strateji məqsədin qısa zaman kəsiyində reallaşdırılmasına hesablanıb. Eyni zamanda, daxili istehsalın genişləndirilməsi məqsədilə ölkədə buraxılan məhsulların ixracının stimullaşdırılması da diqqət mərkəzində saxlanılır. Aparılan fundamental islahatlar kontekstində ölkədə yeni ixrac imkanlarının yaradılması, yüksəkkeyfiyyətli məhsullarımızın yaxın və uzaq xarici bazarlara çıxarılmasının təşviq edilməsi, bu məqsədlə hüquqi bazanın möhkəmləndirilməsi daxili istehsalın genişləndirilməsi baxımından böyük önəm daşıyır.
Qeyd etdiyimiz kimi, həyata keçirilən ardıcıl, sistemli və kompleks islahatlar çərçivəsində özəl bölmənin dəstəklənməsi, ölkədə biznes mühitinin optimallaşdırılması məqsədilə həyata keçirilən tədbirlər xüsusi əhəmiyyətə malikdir. Həmçinin yeni şəraitdə respublikamızda kiçik və orta sahibkarlıq subyektlərinin istehsal imkanlarının artırılması məqsədilə həyata keçirilən genişməzmunlu islahatlar özəl sektorun investisiya cəlbediciliyinin artmasına, sahibkarların öz fəaliyyətlərini davam etdirmələrinə əlverişli zəmin yaradıb. Şübhəsiz ki, qarşıdakı dövrdə də istehsalın inkişafı, bu istiqamətdə əsaslı dönüşə nail olunması üçün davamlı tədbirlərin reallaşdırılması diqqət mərkəzindədir. Xüsusilə də, aqrar sektorda yeni nəsil islahatların həyata keçirilməsi, eləcə də kənd təsərrüfatının ənənəvi sahələrində mühüm inkişaf göstəricilərinin qeydə alınması məqsədilə ardıcıl işlərin görülməsi nəzərdə tutulub.
Ümumiyyətlə, davamlı və dayanıqlı inkişafın təmin olunması məqsədilə həyata keçirilən işlər bütün sahələri əhatə edir. Yeni iqtisadi şəraitdə aqrar sektorun inkişafı istiqamətində səmərəli fəaliyyət mexanizminin formalaşdırılması da bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Azərbaycanda aqrar sektorda həyata keçirilən islahatlar və görülən işlər respublikamızın ümumi tərəqqisinə fundamental töhfələr verməklə yanaşı, regionların inkişafını da təmin edir. Ümumiyyətlə, ölkəmizin coğrafi xarakteristikası - iqlim xüsusiyyətləri elədir ki, burada aqrar sektorun müxtəlif sahələrinin davamlı inkişafını təmin etməklə istehsal və ixrac imkanlarını artırmaq mümkündür.
Azərbaycanda münbit torpaqlar, əlverişli coğrafi amillər aqrar sahənin intensiv metodlarla inkişafına geniş imkanlar açır. Ölkəmizin coğrafi-iqlim xüsusiyyətləri burada qabaqcıl dünya təcrübəsini, bir sıra intensiv metodları tətbiq etməklə aqrar sektoru inkişaf etdirməyə və bu əsasda ölkənin daxili istehsal imkanlarını artırmağa, əhalinin ərzaq təminatını gücləndirməyə, eyni zamanda, yeni ixrac bazarlarına çıxmağa imkan verir.
O da qeyd edilməlidir ki, respublikamızda aqrar sektorda geniş potensiala malik istiqamətlər sırasında çayçılıq və meyvəçilik ayrıca vurğulanmalıdır. Xüsusilə qeyd etmək yerinə düşər ki, bunlar Azərbaycanda kənd təsərrüfatının ixtisaslaşmış sahələrindəndir. Şübhəsiz ki, bəhs olunan sahələrdə məhsuldarlığın artırılması istiqamətində davamlı tədbirlər görülür.
Əlbəttə, çay və sitrus meyvələri istehsalının inkişafı məsələləri mühüm aktuallıq daşımaqla xüsusi əhəmiyyətə malikdir. Məhz sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsində bu məsələlər xüsusi diqqət mərkəzində olub. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, son vaxtlar ölkəmizdə bu sahələrə dövlətin dəstəyi hesabına diqqət artır: “Bu, çox sevindirici haldır. Ümumiyyətlə kənd təsərrüfatının hər bir sahəsi bizim üçün çox önəmlidir və son illər ərzində bu sahəyə göstərilən diqqət öz nəticəsini verir”.
Şübhəsiz ki, bu sahələrdə həyata keçirilən tədbirlər məhsuldarlığın artması və inkişaf göstəricilərinin qeydə alınması baxımından böyük əhəmiyyətə malikdir. Xüsusilə, cənub bölgəsində görülən işlər davamlı xarakter daşımaqla çay və sitrus meyvələri istehsalının inkişafını sürətləndirir.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Lənkəranda 2015-ci ildən başlayaraq “Gilan Orchards” MMC tərəfindən Koreya Respublikasından gətirilmiş “Hallabonq” sitrus meyvə ağacları 100 hektar sahədə əkilib. Hazırda sitrus bağlarının ümumi ərazisi 1228 hektar, burada çalışan işçilərin sayı 2700 nəfərdir. Ötən il yığılmış 12,8 min ton məhsul ölkəmizin və Rusiyanın bazarlarına çıxarılıb.
Masallıda isə çayçılığın inkişaf etdirilməsi məqsədilə dağlıq ərazidə yeni texnologiyaya əsaslanan 42 hektar çay plantasiyası salınıb, 60 hektarda isə əkin işləri yaxın aylarda başa çatdırılacaq. Bu əraziyə rayonun daxili imkanları və digər maliyyə mənbələri hesabına 11 kilometr asfalt, 6 kilometr çınqıl döşənərək yol çəkilib, “Azərsun” şirkəti tərəfindən suvarma sistemi qurulub. Hazırda burada 50-yə yaxın iş yeri yaradılıb. “Azərsun” şirkəti tərəfindən daha 200 hektara qədər sahədə çay plantasiyasının salınması üçün torpaq mülkiyyətçiləri ilə danışıqlar aparılır.Yaxın illərdə çay plantasiyasının rayonda ən azı 1400 hektara çatdırılmasına imkanlar var. 1000 hektarı əhatə edən yeni çay plantasiyası salınması üçün hazırlıq işləri görülüb, torpaq mülkiyyətçiləri ilə maarifləndirmə işləri, müvafiq nazirliklərin, “Astaraçay” şirkətinin rəhbərliyi ilə müzakirələr aparılıb və ilkin razılaşmalar əldə olunub. Həmin sahələrdə bu ilin payızından başlayaraq çay əkinlərini aparmaq mümkündür.
Astarada isə mövcud olan 345 hektar çay plantasiyasından 188 hektarı bərpa olunan, 157 hektarı isə yeni salınan çay sahələridir. Ötən il çay plantasiyalarından 646 ton yaşıl çay yarpağı tədarük edilib. Cari ildə isə bu göstəricinin 1000 tona çatdırılması nəzərdə tutulub.
Astara rayonunda ənənəvi əkin sahəsi olan sitrusçuluq da son illər inkişaf etdirilərək 2350 hektara çatdırılıb. Ötən il rayonda 44 min ton sitrus meyvələri tədarük olunub, cari ildə isə daha çox məhsul gözlənilir. Sitrusçuluğun səmərəliliyini artırmaq üçün rayona 10 mindən artıq yüksək məhsuldarlığı və şaxtaya davamlılığı ilə seçilən yapon sortu naringi və limon tingləri gətirilərək əkilib. Mövcud sitrus bağlarının tədricən yeni növ tinglərlə əvəzlənməsi gələcəkdə məhsuldarlığın artmasına böyük təkan verəcək.
Sitrus meyvəçiliyinin inkişafı istiqamətində qarşıya qoyulan vəzifələrin reallaşdırılması istiqamətində “Gilan Orchards” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən bir sıra işlər görülüb. Dövlətin bu sahəyə diqqəti və qayğısı sayəsində öz işini uğurla davam etdirən “Gilan Orchards” MMC-nin direktoru Vaqif Süleymanov diqqətə çatdırıb ki, fəaliyyətə başladığı dövrdən respublikada ilk dəfə olaraq bu qurum tərəfindən Koreya Respublikasından gətirilmiş 20 min “Hallabonq” sitrus ağacı 15 hektar sahədə əkilib. Hazırda sitrus meyvə bağlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu məqsədlə əlavə olaraq xaricdən 25 min sitrus ağacı gətirilərək cari ilin yaz aylarında 85 hektar sahədə əkilib. Sitrus təsərrüfatında 200 nəfər yerli sakin daimi işlə təmin edilib. Rayonun dağətəyi ərazilərində terras əkin üsulu ilə sitrus sahələrinin salınması davam etdirilir. Yeni əkilmiş “Hallabonq” sitrus meyvə növü əvvəllər rayonda kütləvi şəkildə əkilmiş naringi növlərindən 2-3 dəfə tez məhsul verməklə bərabər, məhsuldarlıq da 2-3 dəfə çox olur. Bu məhsulun ixracqabiliyyətli olduğunu nəzərə alaraq yaxın illərdə daxili bazarla yanaşı, xarici bazarlara ixrac edilməsi məqsədilə rayonda fəaliyyət göstərən “Gilan-Lənkəran” konserv zavodunda məhsulun müasir standartlar səviyyəsində çeşidlənməsi və qablaşdırılması üçün yeni müasir texnoloji avadanlıq quraşdırılacaq.
Bütövlükdə, regionlarda çay və sitrus meyvələri istehsalının inkişafı məsələləri diqqət mərkəzindədir. Qeyd etdiyimiz kimi, xüsusilə cənub zonasında bəhs olunan sahələrdə məhsuldarlığın artırılması istiqamətində ardıcıl işlər həyata keçirilir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56

