Kənd və qəsəbələrin qazlaşdırılması işləri diqqət mərkəzindədir
11.01.2018 [10:00]
Ölkəmizdə qazlaşdırılma ilə bağlı işlər ötən ilin dekabrında da davam etdirilib
Məlum olduğu kimi, son illərdə Azərbaycanda həyata keçirilən quruculuq siyasəti, həmçinin reallaşdırılan müvafiq Dövlət proqramları nəticəsində ölkəmizin bütün bölgələrində yolların, elektrik stansiyalarının tikintisi, qazlaşdırma, su təchizatı, suvarma məsələləri, sosial obyektlərin inşası istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda, yeni-yeni məktəblər, xəstəxanalar, sosial obyektlər, idman kompleksləri, turizm obyektləri tikilərək, istifadəyə verilib.
Heç şübhəsiz ki, bütün bu işlərin mərkəzində dayanan Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2004-cü ildən etibarən reallaşdırılan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarıdır. Daha dəqiq desək, bu vaxta kimi ikisi reallaşdırılan, üçüncüsünün isə icrası davam edən sözügedən Dövlət proqramlarının ölkə tarixində çox böyük rolu vardır. Dövlət başçısının da Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqində bəyan etdiyi kimi, məhz birinci proqramın, ondan sonra ikinci, üçüncü proqramların qəbulu nəticəsində bölgələr dirçəldi, inkişaf etdi, böyük investisiya təmin edildi. 2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdir. Bu gün Azərbaycan bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib və biz sürətli inkişaf dövrünü yaşayırıq.
Həmin müşavirədə vurğulandığı kimi, o vaxt qarşıda duran əsas vəzifələr infrastruktur məsələlərini həll etmək idi və infrastruktur məsələlərinin həlli nəticəsində bu gün Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta xaricə də böyük miqdarda ixrac edir və böyük vəsait qazanır. Azərbaycanda tikilmiş 20-dən çox yeni elektrik stansiyası bu imkanları bizə yaratdı. Qazlaşdırma Azərbaycanda hazırda 93 faiz səviyyəsindədir və biz indi dünya üçün, Avropa üçün, qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrilmişik.
Onu da bildirmək yerinə düşər ki, yuxarıda sadalanan istiqamətdə işlər başa çatan 2017-ci il, o cümlədən ötən ilin dekabr ayı ərzində də davam etdirilib. Yəni bəhs edilən dövrdə də Azərbaycanın bütün regionlarında əsas infrastruktur layihələri uğurla icra edilib. Elektrik enerjisi ilə təminat yaxşılaşıb, yeni yarımstansiyalar tikilib, elektrik xətləri çəkilib. Meliorasiya məsələləri öz həllini tapıb. Sosial infrastrukturla bağlı siyasət uğurla aparılır. Bu ilin əvvəlindən 100-ə yaxın məktəb tikilib, təmir edilib və bu proses davam etdirilir. Təbii ki, qazlaşdırma ilə bağlı işlər də davamlı xarakter daşıyır və artıq arxada qoyduğumuz 2017-ci ilin dekabrından bu istiqamətdə Azərbaycanın ayrı-ayrı rayonlarında həyata keçirilən işlər də deyilənləri təsdiqləyir. Bu barədə konkret faktlara keçməzdən öncə isə onu qeyd edək ki, ötən il ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 56 yaşayış məntəqəsinə təbii qaz verilib. İB-dən verilən məlumata görə, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” tərəfindən təxirə salınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir.
Məlumata əsasən, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən cari ilin yanvar-dekabr ayları ərzində 1886 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 221 kilometr qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Lerik, Ağstafa, Xaçmaz, Biləsuvar, Astara, Cəlilabad və Masallı rayonları üzrə 56 yaşayış məntəqəsi təbii qazla təmin olunub.
Eyni zamanda, ötən ilin yanvar-noyabr ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 412 çoxmərtəbəli binaya təbii qaz verilib. Bu barədə verilən məlumatda qeyd olunur ki, İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Belə ki, bu ilin yanvar-noyabr ayları ərzində birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim etmiş 412 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə 18 min 477 mənzili əhatə edir.
Bu məqamda qeyd edək ki, ötən ay Ağstafa rayonunun Ağgöl kəndinə ilk dəfə təbii qaz verilib. “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, birlik tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq dekabrın 1-də Ağstafa rayonunun Ağgöl kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 100 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1107 metr müxtəlif diametrli polietilen, ümumi uzunluğu 6 min 674 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda rayonun Böyük Kəsik kəndində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatdırılaraq yaşayış məntəqəsinə təbii qazın verilişi təmin olunacaq.
Dekabrda qazlaşdırma ilə bağlı görülən işlərdən Salyan rayonuna da pay düşüb. Belə ki, Salyanda dörd ümumtəhsil məktəbinin qazanxanasına yeni qaz xətti çəkilib, istilik sistemləri işə salınıb. Məlumat üçün bildirək ki, yeni qaz verilmiş Boranıkənd, Dayıkənd, Qaraçalar və Yolüstü kənd məktəb binaları bir neçə il bundan əvvəl tikilib istifadəyə verilsə də, qaz xətti çəkilmədiyindən qazanxanaları istifadəyə vermək mümkün olmayıb. Bu da payız-qış aylarında məktəblərin qızdırılmasında çətinliklər yaradıb.
Boranıkənd ümumi orta məktəbinin direktoru Rəsul Quliyev KİV-ə açıqlamasında bildirib ki, 35 müəllimin çalışdığı, 262 şagirdin təhsil aldığı məktəb 2013-cü ildə tikilib istifadəyə verilib. Məktəbdə qaz xətti olmadığından o vaxt istilik sistemini istifadəyə vermək mümkün olmayıb. Bu da sinif otaqlarının qızdırılmasında çətinliklər yaradıb. Artıq bu problem öz həllini tapıb. Qazanxanaya qaz xətti çəkilərək istilik sistemi işə salınıb.
Yeri gəlmişkən, kənd məktəbləri ilə yanaşı, Salyan şəhər 6 və 9 nömrəli tam orta məktəblərin qazanxanası da işə salınıb. Bununla da rayonda fəaliyyət göstərən 55 ümumtəhsil məktəbinin 23-ü qazla işləyən istilik sistemi ilə qızdırılır.
Ötən ilin son ayı ərzində Beyləqan rayonunun Əhmədli kəndinə də ilk dəfə təbii qaz verilib. “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində birlik tərəfindən ölkənin hər yerində genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri həyata keçirilir, “mavi yanacaq”la təchiz olunmayan yaşayış massivlərinin qazlaşdırılması, qaz infrastrukturunun yenidən qurulması və inkişaf etdirilməsi üçün intensiv işlər görülür. Görülən işlərin nəticəsi olaraq dekabrın 20-də Beyləqan rayonunun Əhmədli kəndinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 335 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 25 min 976 metr müxtəlif diametrli polietilen, metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Məlumatda bildirilir ki, hazırda Beyləqan rayonunun İmamverdili və Birinci Şahsevən kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın vaxtda tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.
Dekabrın 28-də isə Şəkinin Baş Göynük kəndinə ilk dəfə təbii qaz verilib. “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, birlik tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər davam etdirilməkdədir. Bu məqsədlə dekabrın 28-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Şəki rayonunun Baş Göynük kəndinə ilk dəfə təbii qazın verilməsi yaşayış məntəqəsinin sakinlərinin böyük sevincinə səbəb olub.
Qeyd etmək yerinə düşər ki, 1343 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 min 825 metr müxtəlif diametrli polietilen, ümumi uzunluğu 62 min 658 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda Şəkinin Kiçik Dəhnə kəndində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikinti işləri başa çatdırılaraq bu kəndə də təbii qazın verilişi təmin olunacaq. Mərasimdə çıxış edən kənd sakinləri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Beləliklə, istər həyata keçirilən müvafiq Dövlət proqramları çərçivəsində atılan addımlar, istərsə də yuxarıda sadalanan faktlar ölkəmizdə qazlaşdırılma ilə bağlı işlərin ötən il də davamlı xarakter aldığını bir daha təsdiqləyr.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39

