/ / Son 14 ildə respublika üzrə 2500 meqavat gücündə 30 yeni elektrik stansiyasının tikilməsi böyük nailiyyətdir
Son 14 ildə respublika üzrə 2500 meqavat gücündə 30 yeni elektrik stansiyasının tikilməsi böyük nailiyyətdir
06.03.2018 [10:14]
Eyni zamanda, regional elektrik şəbəkələrində texniki itkilər 15,1 faizdən 10,1 faizə endirilib, ölkə miqyasında elektrik enerjisinə görə yığım 91,6 faizə çatdırılıb
Mərkəzdə işçilərin səmərəli fəaliyyəti üçün nəzarət-monitorinq, avtomat idarəetmə, həmçinin enerji satışı, qəza və müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb. “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satış İdarəsi də ötən müddətdə Mingəçevir, Bərdə, Tərtər, Yevlax, Kürdəmir, Ağdaş, Naftalan, Goranboy, Ucar, Ağsu, Göyçay şəhər və rayonları üzrə 1 milyon 200 min nəfər əhalini əhatə edən 261 min abonentə xidmətin səviyyəsinin yüksəldilməsi üçün kompleks tədbirlər reallaşdırıb. Ağsu rayonunda 110 kilovoltluq 3 və Ağdaş rayonunda 35 kilovoltluq 8 yarımstansiya tikilib, 490 yeni transformator məntəqəsi quraşdırılıb, 5700 transformator məntəqəsi əsaslı təmir olunub. Həmçinin 10,2 kilometr 110 kilovoltluq, 127 kilometr 35 kilovoltluq, 870 kilometr 6-10 kilovoltluq, 710 kilometr 0,4 kilovoltluq hava xətləri, 2300 kilometr özünüdaşıyan izolyasiyalı naqillər çəkilib. Habelə 11 min yeni sayğac quraşdırılıb və 51 min sayğac yenisi ilə əvəz edilib. Görülmüş işlər nəticəsində texniki itkilər 13,5 faizdən 11,1 faizə enib, elektrik enerjisinin satışında yığım 65,5 faizdən 94,1 faizə yüksəlib.
Mingəçevir Su Elektrik Stansiyası yenidənqurmadan sonra istismara verilib
Cari il fevralın 27-də Mingəçevirdə daha bir elektroenergetika obyektinin açılışı baş tutub. Belə kİ, 424 MVt gücündə Mingəçevir Su Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra istismara verilib. Stansiyanın yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev burada görülən işlər barədə danışıb. Qurum rəsmisi bildirib ki, son illər Azərbaycanda energetika sahəsində çox mühüm layihələr icra olunub. Bu istiqamətdə həyata keçirilən işlər müsbət nəticəsini verməkdədir. Energetika sahəsinin inkişafı ilə bağlı görülən işlər arasında müxtəlif gücə malik yeni elektrik stansiyalarının yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulmasını göstərmək olar. Bu sahədə aparılan islahatlar nəticəsində elektrik stansiyaları həm texniki, həm də görünüş baxımından müasirləşir, onların gücü artırılır.
Azərbaycanın enerji təminatında Mingəçevir Su Elektrik Stansiyasının xüsusi yeri və çəkisi var. Son dövrlərdə stansiyanın müasir tələblər səviyyəsinə çatdırılması və texniki cəhətdən müasirləşdirilməsi istiqamətində olduqca mühüm işlər görülüb. Mingəçevir Su Elektrik Stansiyası uzun illər Azərbaycan əhalisinin və ölkə iqtisadiyyatının elektrik enerjisinə tələbatının ödənilməsində mühüm rol oynayıb. Hələ 1941-ci ildə bu stansiyanın tikintisi və 1945-ci ildə birinci növbəsinin istismara verilməsi barədə qərar qəbul edilib. Lakin İkinci Dünya müharibəsinin başlanması tikinti işlərinin təxirə salınmasına səbəb olub. Nəhayət, 1945-ci ildə Mingəçevir su qovşağının və onun üzərində elektrik stansiyasının tikintisinə başlamaq mümkün olub. 1951-ci ildə burada ilk aqreqat istifadəyə verilib. Tikinti işləri isə 1955-ci ildə tamamlanıb. Beləliklə, Mingəçevir Su Elektrik Stansiyası 360 meqavat tam gücü ilə işə salınıb. Tənzimlənən su qovşağı illik orta su axını 12,5 milyard kubmetr olduqda ildə 1,4 milyard kilovat-saat elektrik enerjisi istehsal edilməsinə, 1,2 milyon hektar məhsuldar torpağın suvarılmasına və balıqçılığın inkişafına imkan verib. Su qovşağına yuyulma üsulu ilə yaradılan torpaq bənd, Su Elektrik Stansiyasının suqəbuledicisi, suburaxıcıları, baş bina, elektrotexniki qurğular, Yuxarı Qarabağ və Yuxarı Şirvan suvarma kanallarının suqəbulediciləri daxildir. Stansiyanın su anbarı öz tutumuna görə uzunmüddətli istifadə üçün kifayət qədər su ehtiyatına malikdir.
Diqqətə çatdırılıb ki, müstəqillik illərində Mingəçevir Su Elektrik Stansiyasında yenidənqurma işlərinin aparılmasına Ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə başlanılıb. Bu prosesin davamı olaraq, 2010-2017-ci illərdə burada əsaslı yenidənqurma işləri həyata keçirilib. Stansiyada maşın zalının aşağı səviyyəsində yerləşən və işçi heyətin təhlükəsizliyi baxımından standartlara uyğun olmayan idarəetmə mərkəzi müasir tələblərə tam cavab verən yeni idarəetmə mərkəzi ilə əvəz edilib. Mərkəzin binasında Ulu öndər Heydər Əliyevin büstü qoyulub.
Hidroaqreqatlarda və stansiyanın yarımstansiyalarında quraşdırılmış lokal idarəetmə sistemləri stansiyanın mərkəzi idarəetmə sistemi ilə inteqrasiya olunub və enerji sistemi mərkəzi idarəetmə sistemi ilə birbaşa əlaqələndirilib.
Tədbirdə vurğulanıb ki, istismara yararsız iki turbin və generator görülən işlər çərçivəsində gücü 71,5 meqavat olan turbin və generatorla əvəz edilib. 200 meqavat gücündə avtotransformator quraşdırılıb, gərginlikləri 330, 220 və 110 kV olan yarımstansiyalar yerli idarəetmə sistemləri ilə birlikdə yenidən tikilib istismara verilib. Bu yarımstansiyaların dayanıqlı istismarını və onların bir-biri ilə, eyni zamanda, stansiya ilə əlaqələrini təmin etmək üçün 100 kilometrdən artıq güc, nəzarət və ölçü kabelləri çəkilib. Görülən işlər nəticəsində stansiyanın gücü 284 meqavatdan 424 meqavata çatdırılıb. Burada həmçinin müasir tələblərə cavab verən yeni inzibati bina inşa edilib, aşağı gərginlikli paylayıcı qurğular və sabit cərəyan avadanlıqları tamamilə dəyişdirilib. Suqəbuledici qurğuda 6 dəst sipər və onların hidravlik qaldırıcıları bütün avadanlığı ilə birlikdə yeni avtomatik tənzimlənən hidravlik qaldırıcılarla əvəz olunub. Stansiyada 6 dəst işçi sipər, 4 dəst təmir sipəri və 3 xüsusi qaldırıcı kran əsaslı təmir edilib, 5300 millimetr diametrli 4 disk bağlayıcısı yeniləri ilə əvəzlənib. Stansiyanın maşın zalında əsaslı təmir-bərpa işləri aparılıb.
Mingəçevir Su Elektrik Stansiyası quraşdırılmış hidroaqreqatların manevr imkanlarına, tənzimlənmə diapazonuna və xarakteristikalarına görə tezliyin tənzimlənməsinin standartla müəyyən edilmiş normalar çərçivəsində aparılmasını təmin edən yeganə elektrik stansiyasıdır. Hazırda burada 130 işçi çalışır.
Ərazidə genişmiqyaslı abadlıq işləri həyata keçirilib, 5 mindən çox ağac əkilib, 15 min kvadratmetr sahəyə asfalt döşənib.
“Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə inteqrasiyası müştəri məmnunluğu yaradır
Ölkə boyu elektroenergetika təsərrüfatında yenidənqurma işlərinin genişləndirilməsi ilə paralel şəkildə, müştəri məmnunluğunun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. “Azərişıq” ASC-nin sədri Baba Rzayevin qeyd etdiyinə görə, ASC-nin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə inteqrasiyası müştəri məmnunluğu yaradır. Qurum rəsmisi bildirib ki, hazırda ölkə üzrə abunəçilər “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 10-dan artıq xidmətlərdən yararlana bilirlər. Məlumdur ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulan vacib məqsədlərdən biri sahibkarlıq fəaliyyətinin stimullaşdırılması ilə bağlıdır. “Azərişıq” ASC-nin “ASAN xidmət”lə uğurlu əməkdaşlığı sayəsində sahibkarlar qurumun xidmətlərindən daha səmərəli şəkildə bəhrələnmək imkanı qazanıblar. Artıq regionlardakı “ASAN xidmət” mərkəzlərində əhali və qeyri-əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması üçün daha sadələşdirilmiş və daha tez müddətdə müvafiq prosedurlar həyata keçirilir.
2017-ci ildə “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsilə 33 min müraciət daxil olub və 30 min abonentin elektrik şəbəkəsinə qoşulması uğurla həyata keçirilib. Bu barədə “Azərişıq” ASC-nin “ASAN xidmət” vasitəsilə həyata keçirdiyi yeniliklər, xüsusilə də “Doing Business”in tələblərinə uyğun görülən işlərlə bağlı keçirilən tədbirdə ASC-nin Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmov məlumat verib.
“Azərişıq” ASC-nin “ASAN Kommunal”la əməkdaşlığı da kifayət qədər uğurludur və getdikcə daha intensiv hal alır. 2017-ci ildə “ASAN Kommunal”la “Azərişıq” ASC-yə əvvəlki illərlə müqayisədə rekord həddə müraciətlər edilib. Belə ki, ötən il “ASAN Kommunal” vasitəsilə ASC-nin göstərdiyi 10 xidmət üzrə - əhali və qeyri-əhali abonentlərə texniki şərtin verilməsi, əhali və qeyri-əhali abonentliyin bir addan başqa ada keçirilməsi, borcun araşdırılması, üzləşmə aktının əldə edilməsi, smartkartın yenilənməsi, geniş tarixçə əldə edilməsi, sayğacın yoxlanılması, smartkarta ödəniş edilməsi ilə bağlı 140 min müraciət daxil olub. Həmin 140 min müraciətin cüzi hissəsi - sənədlərdə uyğunsuzluq və bu kimi səbəblər istisna olmaqla hamısı icra olunub.
Göstərilən 10 xidmət arasında ən əsası, heç şübhəsiz ki, əhali və qeyri-əhali üçün texniki şərtlərin verilməsi, daha dəqiq desək, abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulmasıdır. Ötən il bu sahə üzrə 33 min müraciət daxil olub. Sənədlərdə uyğunsuzluq və bu kimi obyektiv səbəblər istisna olmaqla 33 min müraciətdən hamısı icra edilib, 30 min əhali və qeyri-əhali abonent elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulub.
“Azərişıq” ASC-nin “ASAN xidmət”lə əməkdaşlığı perspektivdə də davam etdiriləcək. 2018-ci ilin yanvar ayında “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsilə 284 sahibkar müraciət edib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən bildirilib ki, “Azərişıq” ASC-nin “ASAN xidmət” vasitəsilə abonentlərə göstərdiyi xidmətlər artıq bütün regionları əhatə edir. Elə bu səbəbdəndir ki, yanvar ayı ərzində ASC-yə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə daxil olan müraciətlərin sayı əvvəlki aylarla müqayisədə artıb. Qeyri-əhali abonentlərinin elektrik şəbəkəsinə qoşulması xidmətində prosedurların sadələşdirilməsi, eyni zamanda, məişət abonentlərinə işıq çəkilməsinin ölkənin bütün “ASAN xidmət” mərkəzlərini əhatə etməsi müraciətlərin sayının artmasına müsbət təsir göstərib. Nəticədə, “Azərişıq” ASC-yə yanvar ayında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə 284 sahibkar müraciət edərək elektrik şəbəkəsinə qoşulmaq istəyib. Eyni zamanda, 3041 abonent evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün “ASAN xidmət” mərkəzlərinə üz tutub. Ümumilikdə isə yanvar ayında “Azərişıq” ASC-nin “ASAN xidmət” mərkəzləri vasitəsilə göstərdiyi 10 xidmət üzrə 18 409 müraciət olunub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41

