Son 15 ildə Azərbaycanın regionlarında yeni etibarlı su mənbələri yaradılıb
28.04.2018 [10:07]
Həyata keçirilən bu və ya digər layihələr sayəsində ölkədə fasiləsiz içməli su ilə təmin olunan əhalinin xüsusi çəkisi 2004-cü ildəki 26 faizdən 2018-ci ilin əvvəlində 67 faizə yüksəlib
Son 15 ildə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində reallaşdırılan layihələrin bir çoxu infrastruktur quruculuğu ilə bağlı olub. Nəticədə, respublikamızın infrastruktur təminatı dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə yüksəlib. Ən müasir standartlar səviyyəsində yaradılan infrastruktur obyektləri bundan sonra onilliklər ərzində ölkəmizin güclənməsində, regionlarda iqtisadi aktivliyin təmin olunmasında, həmçinin insanların kommunal xidmətlərlə təchizatının yaxşılaşmasında öz müsbət rolunu oynayacaq.
Ölkənin 23 şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb
Son 15 ildə bütün ölkə boyu su və kanalizasiya layihələrinin reallaşdırılması genişmiqyaslı infrastruktur quruculuğuna yaxşı nümunədir. Bu barədə KİV-ə danışan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq həm Bakı şəhəri və Abşeron yarımadasında, həm də regionlarda genişmiqyaslı su və kanalizasiya layihələri icra edilir. Ötən dövrdə su və kanalizasiya layihələrinin icrasına başlanan 50 şəhərin 23-də su və kanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkəsinin tikintisi yekunlaşıb. “2004-2017-ci illərdə su təchizatı və kanalizasiya sektorunda əldə edilən nailiyyətlərə gəlincə, deyə bilərik ki, həyata keçirilən müxtəlif dövlət proqramları çərçivəsində 9230 km içməli su xətti çəkilib, ümumi məhsuldarlığı sutkada 689 min kubmetr olan 5 sutəmizləyici qurğu, ümumi həcmi 530 min kubmetr olan 230 su anbarı tikilib, 308 artezian və subartezian quyusu qazılaraq istismara verilib”, - deyə “Azərsu” ASC-nin rəsmisi bildirib.
Bəhs olunan dövrdə tullantı sularının axıdılması sahəsində də mühüm işlər görülüb. Belə ki, son 15 ildə 3540 km kanalizasiya və yağış suları xətləri çəkilib, emal gücü sutkada 126 min kubmetr olan 3 tullantı sutəmizləyici qurğu tikilib, eyni zamanda 2 qurğuda əsaslı yenidənqurma işləri aparılıb.
Ötən ilin statistik göstəriciləri də ölkədə reallaşdırılan su layihələri barədə konkret təsəvvür yaradır. 2017-ci ildə 108 km-i magistral olmaqla 1366 km su, 382 km kanalizasiya kollektoru və xətləri, 2 içməli və tullantı sutəmizləyici qurğu, 10 su anbarı tikilib, 22 subartezian quyusu qazılıb, 6 nasos stansiyası istismara verilib və 105 min ədəd sayğac quraşdırılıb.
Həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda 116 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunub, 132 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bütövlükdə ölkə üzrə abonentlərin sayı 2018-ci ilin əvvəlinə 2004-cü illə müqayisədə 530 min artaraq 1 milyon 410 minə çatıb, eyni zamanda 1 milyondan artıq sayğac quraşdırılıb. Müqayisə üçün bildirək ki, 2004-cü ildə fasiləsiz içməli su ilə təmin olunanların xüsusi çəkisi ölkə üzrə 26 faiz olduğu halda, artıq bu göstərici 67 faizə yüksəlib.
Reallaşdırılan yeni layihələr ölkə üzrə əhalinin su təchizatının yaxşılaşmasına müsbət təsir göstərib
Çox haqlı olaraq etibarlı su mənbələrinin yaradılması icra olunan layihələrin səmərəliliyinin əsas şərti kimi dəyərləndirilir. Bu məqama diqqət çəkən Q.Hüseynov bildirib ki, qlobal istiləşmə, yağıntıların miqdarının azaldığı bir vaxtda elə mənbələr seçilməlidir ki, onlar uzun müddət istismar olunsun və üstəlik keyfiyyətli ehtiyatlatlara malik olsun. Bu baxımdan, Oğuz-Qəbələ-Bakı, Külüllü mənbələrinin, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. 2007-2010-cu illərdə tikilmiş müstəqil Azərbaycanın ən böyük yerli infrastruktur layihəsi olan Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsilə Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatında stabillik təmin olunub.
2015-ci ilin oktyabrında işə salınmış və ən son texnologiya əsasında yaradılmış Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi - hansı ki, məhsuldarlığı saniyədə 6,6 kubmetr təşkil edir - və 84 km uzunluğunda Ceyranbatan-Zirə magistral su kəməri bu gün Abşeron yarımadasının böyük bir ərazisini yüksək keyfiyyətli içməli su ilə təmin edir. Bu qurğunun və infrastrukturun imkanlarından istifadə etməklə tarix boyu şirin su almayan Pirallahı, Zirə, Türkan və Qala qəsəbəsinə mərkəzləşdirilmiş qaydada içməli su verilib.
“Məhz yeni yaradılmış bu 2 mənbə hesabına Bakı şəhəri və bütövlükdə Abşeron yarımadasının su təchizatında stabillik əldə olundu. Bu da öz növbəsində bizə imkan verdi ki, Kür sutəmizləyici qurğularında emal olunan suyun bir hissəsini uzun illərdir içməli su problemi ilə üzləşən Aran bölgəsinin ehtiyaclarının ödənilməsinə yönəldək. İçməli sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təminatına hesablanmış Şirvan-Muğan və Sabirabad-Saatlı su kəmərlərinin tikintisi də bu baxımından xüsusi əhəmiyyət daşıyır. 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Şirvan-Muğan kəmərinin 107 km uzunluğunda Hacıqabul-Biləsuvar hissəsi qısa müddətdə tikilərək istismara verildi. Artıq Hacıqabul, Şirvan, Salyan və Biləsuvar şəhərlərinin sakinləri bu mənbədən keyfiyyətli su ilə təmin olunur. Gələcəkdə Neftçala şəhəri, həmçinin kəmərin marşrutu boyu yerləşən 121 kəndin sakinlərinin də bu layihədən faydalanması nəzərdə tutulur”, - deyə “Azərsu” ASC-nin rəsmisi vurğulayıb.
Ölkənin digər regionlarında reallaşdırılan layihəlr üzrə görülən işlərin miqyası da kifayət qədər böyükdür. Kür sutəmizləyici qurğular kompleksindən Saatlı şəhərinə qədər 62 km uzunluğunda magistral su kəməri çəkilib, Sabirabad və Saatlı şəhərlərinə bu mənbədən suyun verilməsi təmin edilib. Ötən il bu mənbədən Saatlı və Sabirabad rayonlarının bəzi kəndlərinə də su verilib.
Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatına hesablanmış Külüllü mənbəyinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Girdmançayın yatağında məhsuldarlığı saniyədə 450 litr olan mənbə yaradılıb və anbar kompleksi tikilib. Buradan Zərdab şəhərinə 72, Ucar şəhərinə 57, Kürdəmir şəhərinə 27, Ağsu şəhərinə isə 25 km uzunluğunda magistral kəmərlər çəkilib. Bu şəhərlərə, həmçinin magistral kəmərlər üzərində yerləşən bəzi kəndlərə içməli suyun verilməsi təmin edilib.
Mingəçevir və Yevlax şəhərlərini keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir sutəmizləyici qurğu istismara verilib. Artıq Mingəçevir sakinləri yeni qurğu və şəbəkədən içməli su ilə təmin edilir. Yaxın gələcəkdə buradan Yevlax şəhərinə və ətraf 8 kəndə də içməli suyun verilməsi təmin ediləcək.
Gəncə şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Göygöl və Qızılqaya su mənbələrində tikinti işləri aparılıb, şəhərə uzunluğu 28,5 km olan magistral su kəmərləri çəkilib. Eyni zamanda, Gəncə, Şəmkir, Samux şəhərlərinin və ətraf yaşayış məntəqələrinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə Şəmkirçay su anbarının imkanlarından istifadə etməklə yeni texnologiyaya əsaslanan məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğunun inşası davam etdirilir. Bu mənbədən Gəncə şəhərinə 27,5 km, Şəmkir şəhərinə isə 16,5 km uzunluğunda magistral su kəmərləri inşa edilib.
Hər birinin məhsuldarlığı sutkada 30 min kubmetr olan Xanbulançay və Quba sutəmizləyici qurğuları Lənkəran, Astara və Quba şəhərlərinin, həmçinin 50-dən artıq kənd və qəsəbənin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Ən son texnologiyaların tətbiqi ilə yaradılmış bu sutəmizləyici qurğular Azərbaycan vətəndaşlarının sağlam həyat tərzinə və sosial rifahının yüksəlməsinə hesablanmış layihələrdir. Ötən dövrdə Qusar, Şamaxı, Qobustan, Şəki, Şəmkir, Qax, Gədəbəy, Daşkəsən, Xızı, Xaçmaz və Oğuz rayonları ərazisində yaradılmış yeni su mənbələri bu gün adıçəkilən şəhərləri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edir. Ümumilikdə “Azərsu” ASC son 7 ildə 20-dən artıq etibarlı su mənbəyi tikərək istismara verib və bu gün də bu istiqamətdə işlər davam etdirilir.
2017-ci ildə 170 kənddə içməli su layihələri icra olunub
“Azərsu” ASC-nin sədri Q.Hüseynovun məlumatına əsasən, 2004-2017-ci illərdə əhalisinin sayı 630 min nəfər olan 520 kənddə içməli su təminatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb .Təkcə 2017-ci ildə içməli sudan əziyyət çəkən kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılmasını nəzərdə tutan “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 17 mart 2017-ci il tarixli Prezident Sərəncamına uyğun olaraq 28 rayonun 170 kəndində içməli su layihələri icra olunub. Mövcud su mənbələrinin, magistral xətlərin, şəhər şəbəkələrinin, həmçinin yeni qazılmış subartezian quyularının imkanlarından istifadə edilməklə həmin kəndlərdə 535 km su xətti çəkilib, əhalinin ümumi istifadəsi üçün 1432 bulaq quraşdırılıb.
Regionlarda kəndlərin su təchizatının yaxşılaşdırılması istiqamətində işlər perspektivdə də davam etdiriləcək. Prezident İlham Əliyev 9 aprel 2018-ci il tarixində “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, respublikanın 13 rayonunun ümumilikdə 45 min nəfər əhalisi olan 30 yaşayış məntəqəsində içməli su ilə təminatın yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 12,5 milyon (on iki milyon beş yüz min) manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41

