Bu ilin birinci rübü də Qərb bölgəsi üçün uğurlarla yadda qalıb
04.05.2018 [10:05]
Bəhs edilən dövr ərzində əldə edilən uğurlardan bu bölgəyə daxil olan Daşkəsən, Tovuz və Samux rayonlarına da pay düşüb
Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası Azərbaycanın hərtərəfli inkişafını təmin edib. Respublikada neftdənkənar, innovativ əsaslı, elm tutumlu iqtisadiyyat quruculuğu davamlı şəkildə diqqət mərkəzində saxlanılıb. Belə məqsədyönlü yanaşmanın nəticəsidir ki, Azərbaycan qısa müddətdə Cənubi Qafqaz coğrafiyasında ən güclü iqtisadiyyata malik ölkəyə çevrilib. Əlbəttə, ölkəmizin yüksək inkişaf dinamikası əldə etməsində uğurla reallaşdırılan regional inkişaf proqramlarının da mühüm rolu var. 2004-cü ildən həyata keçirilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramları regionların hərtərəfli inkişafını təmin edib. Dövlət proqramlarının uğurlu icrası sayəsində bölgələrin infrastruktur təminatının güclənməsi və iqtisadi aktivliyin artması bütövlükdə regionlarda həyat standartlarının yüksəlməsinə də töhfə verib. Bu baxımdan xüsusi qeyd olunmalıdır ki, cari ilin birinci rübü də şəhər və rayonlarımızın sosial-iqtisadi həyatında mühüm uğurlarla zəngin olub.
Eyni zamanda bəhs edilən dövr respublikanın Qərb bölgəsi üçün də uğurlarla yadda qalıb. Ayrı-ayrı rayonlarda əldə edilən uğurlar belə deməyə əsas verir. Məsələn, bu dövrdə Tovuz rayonunda 13 milyon 147 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründən faktiki qiymətlərlə 13,2 faiz çoxdur. Rayonun iqtisadiyyatına əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 dəfə çox - 5 milyon 463 min 900 manat özəl investisiya cəlb olunub. Hamısı daimi olmaqla, 474 yeni iş yeri açılıb.
Cari ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlər ardıcıllıqla davam etdirilib, makroiqtisadi göstəricilərdə dinamika müşahidə olunub. Keçən ilin birinci rübü ilə müqayisədə bu rübdə rayonda iqtisadiyyatın əsas sahələrində istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi xeyli artıb. Həmçinin Tovuzda baramaçılığın inkişafı ilə bağlı məqsədyönlü tədbirlər görülür. Belə ki, cari mövsümdə kümçülər 10 ton barama tədarük etməyi planlaşdırıblar. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi üçün 13 min ədəd Çindən gətirilən və 9 min ədəd yerli tut tingi əkilib.
Tütünçülüyün inkişafı istiqamətində də işlər davam etdirilir. Cari ildə tütün əkiləcək sahələr 50 hektaradək genişləndiriləcək. Cari mövsümdə 6 min 378 hektar sahədə yazlıq bitkilər əkilib. Bunların da 5100 hektarı kartof, 750 hektarı tərəvəz, 403 hektarı yonca, 125 hektarı dənli və dənli paxlalı bitkilərdir. Yazlıq əkinlərin ümumi sahəsi keçən ilin müvafiq dövründən 0,6 faiz çoxdur. Hazırda yaz əkinləri davam edir.
Onu da qeyd edək ki, rayon ərazisində mövcud olan istixanalarda bol məhsul yetişdirilir və istehsal edilən məhsullar əsasən xarici bazarlara ixrac olunur. Cari mövsümdə istixana şəraitində 390 hektar sahədə yerkökü əkilib və yaxın günlərdə məhsul yığımına başlanılacaq. İstehsal olunacaq məhsulun əsas hissəsi xarici bazarlara çıxarılacaq. Görülən tədbirlər nəticəsində üzüm bağlarının sahəsi 720 hektara çatdırılıb.
Heyvandarlığın inkişafı da daim diqqət mərkəzində saxlanılır. Belə ki, birinci rübdə 1981 ton ət, 7415 ton süd, 4 milyon 910 min ədəd yumurta istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19,6, 9,2 və 11,6 faiz çoxdur. Heyvandarlıq məhsulları istehsalının artırılması üçün mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına önəm verilir. Birinci rübdə rayona lizinq yolu ilə 11 baş cins mal gətirilib. Bundan əlavə, 168 baş heyvan süni mayalandırılıb, 131 baş buzov alınıb. Ötən ildən 550 hektar sahədə heyvandarlıq üzrə aqroparkın tikintisində işlər davam etdirilir, lazımi infrastruktur yaradılır. Bitkiçilik sahəsi üzrə Ceyrançöl ərazisində yaradılmış aqroparkda məhsul istehsalına başlanılıb. Cari ilin məhsulu üçün burada 10 min 200 hektar sahədə buğda və 1300 hektar sahədə yonca əkilib. Əlavə olaraq 500 hektar şəkər çuğunduru və təkrar əkin kimi 10 min 200 hektar qarğıdalı əkilməsi nəzərdə tutulur.
Rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri də daim diqqət mərkəzində saxlanılır. Hazırda Ağbulaq kənd tam orta məktəbinin inşası, Qovlar şəhər internat məktəbinin əsaslı təmiri, Tovuz şəhərində Tarix-Diyarşünaslıq Muzeyinin, Bayraq Muzeyinin və “ASAN xidmət” Mərkəzinin tikintisi davam etdirilir.
Respublikamızın digər rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da 2018-ci ilin birinci rübü ərzində bir çox uğurlu işlər və nailiyyətlər əldə olunub. Belə ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müxtəlif sahələr üzrə xeyli artıb. Rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülüb və hazırda da həmin işlər davam etdirilməkdədir.
Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” işlərində son tamamlama işləri yerinə yetirilir. Artıq Daşkəsən şəhərinin bir hissəsi ekoloji cəhətdən təmiz və fasiləsiz olaraq içməli su ilə təmin olunur.
Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında 5 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Daşkəsən rayonunun Almalı kəndində və Daşkəsən qəsəbəsində hər birində 56 şagird yerlik, Gurbulaq kəndində isə 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması nəzərdə tutulur.
Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində və Qabaqtəpə və Dəvrallı kəndlərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 4 fərdi yaşayış evinin və Fövqəladə Hallar Nazirliyinin xətti ilə Alunitdağ və Yuxarı Daşkəsən qəsəbələrində və Quşçu kəndində evləri qəza vəziyyətində olan vətəndaşlar üçün 3 fərdi yaşayış evinin tikintisinə başlanılıb. Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılıb, tezliklə həmin binanın tikintisinə başlanılacaq.
Ümumiyyətlə, rayona investisiya cəlb olunması məqsədilə ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə və bank, turizm və digər xidmət sahələri üzrə mövcud vəziyyət, məlumatlar kütləvi informasiya vasitələri ilə hərtərəfli təşviq olunur.
Bu ilin birinci rübü Samux rayonu üçün də uğurlu olub. İlin ilk üç ayı ərzində Samux rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 26,7 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövründəkindən 10,9 faiz çoxdur. Cari ilin üç ayında keçən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun həcmi 38,3 faiz artaraq 2,8 milyon manat, kənd təsərrüfatı məhsullarının həcmi 8,6 faiz artaraq 11,4 milyon manat, tikinti 14,9 faiz artaraq 2,6 milyon manat təşkil edib. Bu iqtisadi göstəricilər və digər məsələlər barədə Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev 2018-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verib.
Qeyd edilib ki, yanvar-mart aylarında rayonun Burunqovaq kəndində inşa edilmiş modul tipli məktəb binasının tikintisi başa çatdırılaraq istifadəyə verilib. Şəhərin iki prospektində, 3 küçəsində və Kür yolunda aparılan yenidənqurma və bərpa işləri başa çatdırılıb. Rayonun uzunluğu 15,3 kilometr olan İnstitut-Çobanabdallı-Lək-Əli Bayramlı və uzunluğu 12,7 kilometr olan Yenikənd-Qırmızı Samux kəndlərarası avtomobil yollarında yenidənqurma və bərpa işlərinə başlanılıb. Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində rayonun Qırmızı Samux qəsəbəsində, Yenikənd, Lüksemburq, Çobanabdallı, Qarabağlar və Əli Bayramlı kəndlərində daxili yolların təmir-bərpa işlərinə başlamaq üçün sənədləşmə işləri yekunlaşıb.
Bildirilib ki, Prezident İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə verdiyi tapşırıqlara uyğun olaraq rayon ərazisində iri təsərrüfatların yaradılması işləri davam etdirilib. Hazırda rayonda “Aqro Dairy” MMC, “Boz dağ” heyvandarlıq kompleksi, “Ulduz 2011” MMC, “Qarabağ Region MKT” MMC, “Vest Milk” MMC, Murovdağ Kəndli Fermer Təsərrüfatı, Heyvandarlıq və Yemçilik Müəssisəsi, “Region Aqro” MMC kimi iri sahibkar təsərrüfatları fəaliyyət göstərir. Eyni zamanda, rayonda 153 müasir istixana fəaliyyət göstərir ki, onların da ümumi sahəsi 72,6 hektardır. Bu istixanalarda il ərzində 8 min tondan çox faraş tərəvəz yetişdirilir. Həmin məhsulların çox hissəsi MDB ölkələrinə ixrac olunur.
2018-ci ilin birinci rübünün statistik göstəricilərinə əsasən, rayon üzrə iribuynuzlu mal-qaranın sayı 23 min 683 baş olub. Qoyun və keçilərin sayı isə 154 min 653 başa çatıb. Birinci rübdə 1471 ton diri çəkidə ət, 7 min 244 ton süd, 2,5 milyon ədəd yumurta istehsal olunub.
Meliorasiya tədbirlərindən danışılarkən qeyd olunub ki, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən verilmiş müvafiq Sərəncama əsasən, rayonda 56 subartezian quyusunun qazılması nəzərdə tutulub. Artıq onlardan 46-sı istifadəyə verilib. Digər 10 subartezian quyusunun qazılması üçün hazırlıq işlərinə başlanılıb. Hesabat dövründə rayonda 79-u daimi olmaqla, 271 yeni iş yeri yaradılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58

