Regionlarda yay turizm mövsümü uğurla start götürüb
02.06.2018 [10:06]
Hazırda Qəbələnin irili-xırdalı 100-ə yaxın turizm obyektində gün ərzində 4500 qonağı qarşılamaq, onlara yüksək səviyyədə otel və digər xidmətlər göstərmək mümkündür
Son illərdə turizm bütün dünyada qeyri-neft iqtisadiyyatının ən gəlirli sahələrindən birinə çevrilməkdədir. Ayrı-ayrı ölkələr müxtəlif vasitələrlə, o cümlədən də cəlbedici tanıtım və təşviq mexanizmlərini işə salmaqla daha çox turist cəlb etməyə və öz gəlirlərini artırmağa çalışırlar.
Azərbaycan da gəlirli sahə olan turizm sektorunun inkişafını hədəfləyən məqsədyönlü tədbirlər həyata keçirir. Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində bütün ölkə boyu genişmiqyaslı quruculuq-abadlıq işlərinin aparılması, paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir infrastrukturun yaradılması, çoxlu sayda turistyerləşdirmə obyektlərinin istifadəyə verilməsi, həmçinin respublikadakı davamlı sabitlik, xalqımızın qonaqpərvərliyi, dadlı mətbəx, tarixə şahidlik edən abidələr Azərbaycanın turist cəlbediciliyini getdikcə artıran faktorlardır.
Hava limanında ASAN viza sisteminin tətbiqinə başlanılması ölkədə turizmin inkişafına yeni təkan verəcək
Ölkəmizdə “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli Sərəncamına uyğun olaraq ASAN viza sisteminin əhatə dairəsi genişləndirilir. 2018-ci il mayın 15-dən etibarən ASAN Viza özünəxidmət terminalları vasitəsi ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda əcnəbilərə vizaların verilməsinə başlanılıb. ASAN Viza vasitəsi ilə hava limanında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin edilir. Quraşdırılmış ASAN Viza özünəxidmət terminalları xüsusi təyinatlı ümumvətəndaş pasportu oxuyucuları, elektron ödəmələr üçün post terminallar və nağd ödəmələr üçün əskinas qəbuledicilərlə təmin olunub. ASAN Viza portalı və özünəxidmət terminalları Azərbaycan, ingilis, fransız, ispan, ərəb, fars və rus dilində olmaqla - 7 dildə fəaliyyət göstərir. Özünəxidmət terminalları ilə yanaşı, 4 pəncərədə viza verilməsi və bank xidmətləri də həyata keçirilir ki, bu da ölkəyə gələn əcnəbilərə vizaların verilməsində əlavə köməklik göstərir. Orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi 2 dəqiqə ərzində təmin olunur.
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov KİV-ə açıqlamasında qeyd edib ki, 15 xarici ölkə vətəndaşlarına vizanın hava limanındaca verilməsi Azərbaycan turizmi üçün böyük üstünlüklər yaradır. “Viza verilməsi prosedurunun daha da asanlaşdırılması Azərbaycan turizminin inkişafına səbəb olacaq. Bəllidir ki, əvvəllər vizanın verilməsi ilə bağlı tez-tez şikayətlər daxil olurdu. Ancaq indi prosedur daha da təkmilləşərək elektron formada yerinə yetirilir. Viza prosesinin sadələşdirilməsi turistlərin işini rahatlaşdıracaq. Əminəm ki, bundan sonra bəhs olunan məsələ ilə bağlı şikayətlərin sayı da sıfra enəcək”, - deyə Nahid Bağırov vurğulayıb.
Qəbələdə yay turizm mövsümünün başlaması ilə əlaqədar qiymətlərdə endirimlər edilib
Qəbələnin otel və istirahət mərkəzləri yay turizm mövsümünün başlanması ilə əlaqədar müştərilərin razı qalması üçün daha sərfəli qiymətə yüksək və keyfiyyətli xidmət göstərməyə başlayıblar. Turistlərin istirahətinin mənalı təşkili üçün rayondakı istirahət və əyləncə mərkəzlərində yüksək şərait yaradılıb. Hazırda Qəbələnin irili-xırdalı 100-ə yaxın turizm obyektində gün ərzində 4500 qonağı qarşılamaq, onlara yüksək səviyyədə yemək və otel xidməti göstərmək mümkündür.
Qəbələ Turizm və İnformasiya Mərkəzindən bildirilib ki, yay turizm mövsümünün başlanması ilə əlaqədar Qəbələ rayonundakı istirahət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlərə görə qiymətlər xeyli ucuzlaşıb. İstirahət mərkəzlərində qonaqlara müasir otel xidmətləri ilə yanaşı, Azərbaycan və Avropanın ləziz yeməkləri təklif olunur. Rayonun istirahət mərkəzləri otel xidmətlərinə 15-20 faizədək, restoran xidmətlərinə isə 10 faizədək endirim ediblər. Meşələrdə və çayların sahilində yerləşən istirahət guşələrində üçotaqlı kottecin birgünlük kirayə haqqı 90-100 manatdan 70-60 manata endirilib. Rayon mərkəzindəki otellərdə isə ikinəfərlik otaqları indi bir gün üçün 70-100 manata, kiçik otellərdə isə bir otağı 40 manata sifariş etmək olar.
Beşulduzlu otellər və istirahət mərkəzlərinin əksəriyyəti qonaqlara kanatla dağ gəzintisi, güllə atıcılığı, meşə gəzintisi, atla gəzinti, balıq ovu, qayıqla göldə üzmək, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahətlər təşkil edir. Qəbələyə ailəvi gələn və bir neçə gün rayonda qalıb dincəlmək istəyən turistlər əsasən meşə və çay kənarındakı kotteclərdə və kirayə verilən yüksək şəraitə malik kənd evlərində istirahət etməyə üstünlük verirlər. Rayonun dağlıq və meşəlik ərazilərində yerləşən Vəndam, Nohurqışlaq, Duruca, Qəmərvan, Bum və Bunud, Həmzəli kəndlərindəki evlərin təxminən yarısı kirayə verilir ki, bu da yerli əhalinin dolanışıq şəraitinin yaxşılaşmasına səbəb olur. Bir gün üçün 20 manatdan 100 manatadək qiyməti olan kənd evləri tapmaq mümkündür. Qəbələdə turistlərin ən çox üz tutduğu yerlərdən biri olan “Qəbələnd” istirahət və əyləncə mərkəzində və “Tufandağ” Yay-Qış Turizm İstirahət Kompleksində də qiymətlərə endirimlər edilib.
Qəbələ Turizm və İnformasiya Mərkəzindən verilən məlumata görə, bu il yanvarın 1-dən mayın 15-dək rayona 90 min turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Qəbələyə gələn turistlərin təxminən 50 min nəfərdən çoxu əcnəbilərdir. Ötən il Qəbələyə 242 min 125 turist gəlib. Bunun 101 min 650 nəfəri yerli, 140 min 160 nəfəri isə əcnəbi turistlərdir. Qəbələyə gələn turistlərin əksəriyyəti Rusiya, Türkiyə, Böyük Britaniya, İraq, Ukrayna, Latviya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Səudiyyə Ərəbistanı, Qətər, İsrail, Pakistan və Misirdən olub.
Qərb bölgəsində turizmin inkişafı məqsədilə təlimlər keçirilib
Prezident İlham Əliyevin ölkəmizdə turizmin inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıq və tövsiyələr uğurla icra olunur. Respublikamızda, xüsusilə də bölgələrimizdə məqsədyönlü layihələr və tədbirlər həyata keçirilir.
Belə layihələrdən biri KODA İcma Təhsil Mərkəzi (Gürcüstan) və “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi tərəfindən Qazax rayonunda reallaşıb. Belə ki, “İnkişaf və Əməkdaşlıq üçün Vətəndaş Cəmiyyəti: Azərbaycan və Gürcüstanın sərhəd bölgələrində turizm potensialının artırılması” adlı layihənin təlimlərinin keçirilməsinə başlanılıb.
“Regionlarda turizmin inkişafı məqsədilə mövcud potensialın səmərəli istifadə istiqamətləri” mövzusunda təşkil olunan ilk təlimin icrasına Qazax rayonundan start verilib. Qazax Tarix-Diyarşünaslıq Muzeyində keçirilən təlimdə rayon icra hakimiyyətinin əməkdaşları, rayonda turizm imkanları olan kəndlərin icra nümayəndələri və bələdiyyə sədrləri, gənclər və tələbələr iştirak ediblər.
Rayon icra hakimiyyətinin nümayəndəsi Məhəmməd Orucov, layihə rəhbəri, Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə çıxış edərək həyata keçirilən layihənin məqsəd və əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, layihə Gəncə-Qazax iqtisadi zonasının Gəncə, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən və Göygöl rayonlarında həyata keçiriləcək.
Turizm üzrə ekspert Arzu Hüseynov slaydlar əsasında Azərbaycanda turizmin inkişafı və bu istiqamətdə həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Bölgələrdə turistlərin yerləşdirilməsi, onlara göstərilən xidmətlər, eləcə də istənilən bölgəyə turistlərin cəlb olunmasında tarixi abidələrlə yanaşı, diyarşünaslıq muzeylərinin də böyük əhəmiyyət daşıdığını qeyd edib.
KODA İcma Təhsil Mərkəzi (Gürcüstan) və “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi tərəfindən birgə reallaşdırılan “İnkişaf və Əməkdaşlıq üçün Vətəndaş Cəmiyyəti: Azərbaycan və Gürcüstan sərhəd bölgələrində turizm potensialının artırılması” layihəsi çərçivəsində növbəti təlim Ağstafadakı Heydər Əliyev Mərkəzində keçirilib.
Təlimdə çıxış edən layihə rəhbəri, “Gəncə Regional Qadın Mərkəzi”nin sədri Məleykə Əlizadə Avropa İttifaqının maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilən layihənin Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində icra olunduğunu bildirib. Təlimdə əsasən regionda və Ağstafa rayonunda turizmin bugünkü vəziyyəti təhlil edilib. Çıxış edənlər Ağstafa rayonunun təbiətinin gözəlliklərindən, tarixi və turizm məkanlarından söz açıblar. Sonda pilot layihə olaraq kənd turizmini inkişaf etdirmək üçün kəndlər seçilib.
Lənkəranda italiyalı turistlər üçün yeni turlar təşkil olunub
Lənkəran Turizm İnformasiya Mərkəzi yay turizm mövsümünün başlanması və cənub bölgəsinə turistləri cəlb etmək məqsədilə yeni layihələrin icrasına başlayıb. İlk layihə çərçivəsində italiyalı turistlər üçün yeni turlar təşkil olunub.
Turistlərin Lənkərandakı “Nənələr” folklor kollektivi ilə görüşü yaddaqalan məqamlarla diqqət çəkib. Bu görüş bir növ rayonun adət-ənənələrinin nümayişinə çevrilib.
Layihə çərçivəsində italiyalı turistlər Astara və Lənkəran rayonlarının tarix və mədəniyyət abidələri ilə tanış olub, hər iki rayonun görməli yerlərinə səyahət ediblər.
Lənkəran Turizm və İnformasiya Mərkəzinin həyata keçirəcəyi növbəti layihələr çərçivəsində cənub bölgəsində aqroturizmi inkişaf etdirmək məqsədilə xarici turistlər üçün çayçılıq və digər kənd təsərrüfatı sahələrinə də turlar təşkil olunacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

