Azərbaycanın regionlarında müasir təsərrüfatların yaradılması geniş vüsət alıb
15.06.2018 [07:33]
Ölkə üzrə 191 min hektar ərazidə 45 aqroparkın yaradılmasına 1,4 milyard manat sərmayə yönəldilməsi nəzərdə tutulub
Respublikanın regionlarında böyük potensiala malik aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsi hədəflənib. “Azərbaycanda prioritet sahələrdən olan kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən siyasət ən müasir texnologiyalar və elmi əsaslar üzərində aparılacaq”. Bunu Prezident İlham Əliyev Goranboy rayonunda “Region Agropark”ın açılışındakı çıxışında bildirib.
Dövlət başçısının müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq bütün ölkə boyu aqrar sektorda dünya miqyasında sınaqdan çıxardılan və yaxşı nəticələr verən qabaqcıl təcrübənin, müasir təsərrüfatçılıq metodlarının tətbiqinə “yaşıl işıq” yandırılır. Eyni zamanda, son illərdə regionlarda müasir təsərrüfatların yaradılması geniş vüsət alıb.
Aqroparkların yaradılması aqrar sektorda yeni yanaşmaların tətbiqinə yaxşı nümunədir
Respublikanın regionlarında aqroparkların yaradılması aqrar sektorda yeni yanaşmaların tətbiqinə yaxşı nümunədir. Aqroparklar müasir təsərrüfat subyektləri olmaqla kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, loqistikası və satışı kimi mühüm mərhələləri özündə birləşdirir. Aqroparklarda iş prinsipinin bu cür əlaqəli şəkildə qurulması məhsuldarlığın və rəqabətqabiliyyətliliyin artmasına müsbət təsir göstərir, eyni zamanda, belə təsərrüfatlarda ərzaq məhsullarının istehsalından istehlakçının süfrəsinədək dəyər zənciri üzrə xərclər azalır, maya dəyəri aşağı düşür. Aqroparkların yaradılması, həmçinin regionlarda əhalinin məşğulluğunun təmin edilməsi, ölkənin ixrac coğrafiyasının genişləndirilməsi, sahibkarlığın inkişafı, yeni milli brendlərin yaradılması baxımından da böyük önəm daşıyır.
İndiyədək ölkənin bölgələrində 10 min hektar ərazidə yaradılan “Yalama Aqroparkı” və “Şəmkir Aqroparkı” uğurla fəaliyyət göstərir. “Yalama Aqroparkı” 2016-cı il sentyabrın 8-də Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilib. Parkın yaradılmasına layihənin 1-ci mərhələsi üzrə 20 milyon manat investisiya qoyulub. Qərb bölgəsində yaradılan “Şəmkir Aqroparkı”nın da istehsal imkanları kifayət qədər genişdir. Ümumi dəyəri 100 milyon manatdan çox olan “Şəmkir Aqroparkı”nda həyata keçirilən layihələrə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 22,7 milyon manat dövlətin güzəştli krediti verilib. Perspektivdə Azərbaycanın bölgələrində aqroparkların sayı daha da artacaq. Hazırda ölkə ərazisində aqroparkların yaradılması güclü şəkildə təşviq olunur. Yeni yaradılan aqroparklar həm bitkiçilik, həm də heyvandarlıq istiqamətlidir. Bütövlükdə, ölkə üzrə 191 min hektar ərazidə 45 aqroparkın yaradılmasına 1,4 milyard manat sərmayə yönəldilməsi nəzərdə tutulub. İndiyə qədər dövlət dəstəyi hesabına aqroparkların yaradılması üçün ümumilikdə 311,8 milyon manat, o cümlədən su, qaz, elektrik və yol çəkilişi, meliorativ tədbirlər və digər infrastruktur işlərinə 204,2 milyon manat dövlət əsaslı investisiya qoyulub. Ümumi dəyəri 400 milyon manatdan çox olan 15 aqroparkın yaradılmasına 110 milyon manatadək dövlətin güzəştli kreditləri ayrılıb və 14 aqropark üzrə dəyəri 565,5 milyon manat olan 24 layihəyə investisiya təşviqi sənədi verilib. “45 aqroparkın yaradılması nəticəsində kənd təsərrüfatı məhsullarımızın istehsalı böyük dərəcədə artacaq. Beləliklə, ölkə qarşısında duran əsas vəzifələrdən biri - ərzaq təhlükəsizliyi məsələsi öz həllini tapacaq və biz idxaldan asılılığımızı daha da azaldacağıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Yeni istifadəyə verilən “Region Agropark”da 6 taxıl anbarı kompleksi və müasir qurutma sistemi inşa olunub
Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Goranboy rayonunda istifadəyə verilən “Region Agropark”ın ümumi dəyəri 30 milyon manatdır. Aqroparkın yaradılmasına 6 milyon manat dövlətin güzəştli krediti verilib. Belə ki, Goranboy rayonunda uzun müddət istifadəsiz qalmış və yararsız hala düşmüş 3500 hektar, Samux rayonunda isə 1200 hektar qış otlaq sahələrinin təyinatı Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib. Aqropark tərəfindən “Bozdağ massivi” ərazisində yerləşən, yararsız vəziyyətdə olan torpaq sahələrinin əkinə yararlı vəziyyətə gətirilməsi üçün ərazidə yarğanlar doldurulub, yüksək keyfiyyətli hamarlama işləri aparılıb, sahələr kol-kosdan təmizlənib, torpağın biohumus qatının bərpası məqsədilə böyük həcmdə kompos verilib. Torpağın tərkibinin öyrənilməsi məqsədilə nümunələr götürülərək Türkiyənin beynəlxalq akkreditasiya olunmuş “Laben” laboratoriyasına göndərilib və analizlərin nəticələrinə uyğun əkin planı hazırlanıb. İstehsal olunan məhsulların uzun müddət keyfiyyətli və itkisiz saxlanılması üçün hər birinin tutumu 3 min ton olan 18 min tonluq 6 taxıl anbarı kompleksi və saatda gücü 10 ton olan qurutma sistemi inşa olunub. Amerika və Türkiyədən alınan avadanlıqlarla təchiz olunmuş taxıl anbarı kompleksi tam avtomatlaşdırılmış qaydada fəaliyyət göstərir. Kompleks məhsulu qəbul edir, təmizləyir və qurudaraq saxlanılması üçün anbarlara ötürür. Aqroparkda işçilər, kənardan cəlb olunmuş mütəxəssis və qonaqlar üçün 72 yerlik ikimərtəbəli tam infrastruktura malik müasir yataqxana və ikimərtəbəli ofis binası tikilib.
Yaradılan müasir infrastruktur “Region Agropark”ın ahəngdar fəaliyyətini təmin edir
“Region Agropark”ın ahəngdar fəaliyyətini təmin etmək üçün müasir infrastruktur qurulub. Belə ki, aqroparkda zəruri infrastrukturun yaradılması məqsədilə qoyulmuş 35 milyon manat dövlət əsaslı investisiya hesabına ərazini öz axını ilə suvarma suyu ilə təmin etmək üçün Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı üzərində baş suqəbuledici qurğu, nəqledici boru kəməri, sututumu 100 min kubmetr olan dəmir-beton üzlüklü hovuz, sututumu 300 min kubmetr olan torpaq əsaslı hovuz inşa olunub. Bundan əlavə, 35/10 kV-lıq yarımstansiya da inşa edilib, Lək yarımstansiyasından 14 kilometr uzunluğunda yüksək gərginlikli elektrik xətti, Qazıməmməd-Qazax magistral qaz kəmərinin “Ağasıbəyli” Qazpaylayıcı Stansiyasından 12 kilometrlik qaz xətti çəkilib və Fəxralı kəndindən əraziyə 9,4 kilometr uzunluğunda yeni asfalt yol salınıb.
Aqroparkda bitkilərin davamlı və keyfiyyətli su təminatının həyata keçirilməsi məqsədilə ilkin olaraq 2000 hektar sahədə Amerika istehsalı olan və məsafədən idarəetmə mexanizminə malik 24 müasir suvarma sistemi qurulub. Uzun müddət əkin aparılmadığına görə ərazidə dərin və çarpaz reperlənmə işləri aparılıb, torpaq müxtəlif üzvi və qeyri-üzvi gübrələrlə zənginləşdirilib. Bərpa olunmuş torpaq sahəsində cari ildə 823 hektarda taxıl, 93 hektarda yonca, 320 hektarda şəkər çuğunduru, 192 hektarda pambıq, 64 hektarda kartof əkilib. 80 hektar ərazidə damcı suvarma sistemləri qurulmaqla zeytun, badam və digər meyvə bağları salınıb. Aqroparka məxsus torpaq sahələrinin Bozdağ ərazisində əmələ gələn sel sularından mühafizəsi məqsədilə 15,5 kilometr uzunluğunda seltutucu kanal inşa olunub.
Perspektivdə isə layihənin ikinci mərhələsi çərçivəsində ərazilərin hazırlanması məqsədilə mövcud iri yarğanlar torpaqla doldurulacaq, ərazi kol-kosdan təmizlənəcək, əkinə hazırlıq işləri aparılacaq, 2700 hektar sahədə Amerika istehsalı olan 31 müasir pivot suvarma sistemi qurulacaq və meyvə bağlarının sahəsi 200 hektara çatdırılacaq. Bundan başqa, aqroparkda gündəlik istehsal gücü 120 ton olan bitki yağları istehsalı fabriki, ümumi tutumu 2 min ton olan soyuducu anbar kompleksi, 10 hektar sahədə müasir istixana kompleksi yaradılacaq.
Salyanda müasir istixanaların şəbəkəsi genişlənir
Salyanın qəsəbə və kəndlərindəki istixanaların şəbəkəsi ilbəil genişlənir. Bu sahədən yüksək mənfəət götürüldüyündən fermerlər istixana şəraitində tərəvəz (xiyar-pomidor) yetişdirilməsinə daha çox üstünlük verirlər. Rayonda təsərrüfatın bu sahəsi ilə ən çox Qarabağlı, Yenikənd, Xələc, Yolüstü kəndləri və Qaraçala qəsəbəsində fəaliyyət göstərən məhsul istehsalçıları məşğul olur. Onlar hər il istixanalarda yetişdirdikləri tərəvəzi daxili və xarici bazarlara göndərərək yüksək mənfəət götürürlər.
Rayon statistika idarəsinin müdiri Elnur Hüseynovun məlumatına əsasən, rayonda istixana şəraitində faraş tərəvəz yetişdirilməsi ilə məşhur olan 70 nəfərdən çox fermer fəaliyyət göstərir. Onlar hər il yüz tonlarla məhsul istehsal edərək daxili və xarici bazarlara çıxarırlar. Ötən il rayonun ayrı-ayrı yaşayış məntəqələrində ümumilikdə 130 hektar sahəsi olan 410 istixana kompleksində 4 min 430 ton xiyar, 13 min 895 ton isə pomidor yetişdirilib. Cari ildə isə rayon üzrə mövcud olan 449 istixananın 447-də tərəvəz yetişdirilib və bu günə kimi 11 min 246 ton məhsul tədarük olunub.
Mülkiyyətçilər istehsal etdikləri tərəvəzi yüksək qiymətə satdıqları və məhsula olan tələbatın çoxluğunu nəzərə alaraq əldə etdikləri gəlir hesabına hər il yeni-yeni istixana kompleksləri tikib istifadəyə verirlər. Ötən il rayonun Qarabağlı, Yenikənd və Xələc kəndlərində hər birinin sahəsi bir hektar olmaqla 8 müasir tipli istixana kompleksi yaradılıb. Kürsəngi kəndi ərazisində isə 50 hektar sahədə yeni istixana kompleksi tikilib.
Qarabağlı kənd sakini fermer Abbas Həsənov bildirib ki, istixana şəraitində yetişdirilən tərəvəz ən çox qış və yaz aylarında bazara çıxarıldığından həm qiyməti yüksək olur, həm də yaxşı satılır. O deyib: “Bu sahə ilə məşğul olduğum 5 il ərzində elə bir il olmayıb ki, yetişdirdiyim tərəvəzin satışında çətinlik çəkim. Həmişə alıcım olub. Ötən il 1,2 hektar sahədən 250 ton məhsul yetişdirib satdım. Bu il sahəni genişləndirərək 2,5 hektara çatdırmışam”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26

