/ / Regionlarda yol infrastrukturunun yenilənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir
Regionlarda yol infrastrukturunun yenilənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir
07.07.2018 [09:22]
Görülən işlər rahat və təhlükəsiz hərəkəti təmin etməklə yanaşı, yük və sərnişin daşınmasının asanlaşmasına, kənd təsərrüfatı və turizmin inkişafına mühüm töhfələr verir
Azərbaycanda həyata keçirilən uğurlu və səmərəli iqtisadi siyasət bütün sahələrin dinamik inkişafını şərtləndirib. Bunun qanunauyğun nəticəsi kimi, müxtəlif sahələri əhatə edən Dövlət proqramları və layihələr bu zamana qədər uğurla icra olunub. Respublika ərazisində mükəmməl infrastrukturun yaradılması da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Yol infrastrukturunun yenilənməsi yönündə ardıcıl və məqsədyönlü tədbirlər isə bu sırada xüsusi yer tutur. Regionlarda da bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir - ardıcıl və məqsədyönlü işlər görülür. Başqa sözlə, regionlarda da avtomobil yollarının tikintisi və yenidən qurulması ilə bağlı işlər davam etdirilir. Yeri gəlmişkən, respublika əhəmiyyətli Şamaxı-Çöl Göylər-Padar-Sabirabad avtomobil yolunun Padar-Sabirabad hissəsi əsaslı şəkildə yenidən qurulub. Məlumata əsasən, 3-cü texniki dərəcəli Şamaxı-Çöl Göylər-Padar-Sabirabad avtomobil yolunun Padar-Sabirabad hissəsinin uzunluğu 26 kilometrdir. Layihəyə əsasən, torpaq yatağının qazılıb çıxarılması və əvəzinə karxanadan yararlı materialın tökülərək kipləşdirilməsi, ardınca isə asfalt-beton örtüyünün tikintisi işləri həyata keçirilib. Yenidənqurma işləri çərçivəsində 280 min kubmetr həcmdə yolun qabarmış və çökmüş hissələri qazılaraq çıxarılıb, 200 min kubmetr həcmdə isə yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi işləri aparılıb. Bundan başqa, karxana çınqıl materialı ilə torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması, avtoqreyderlə yayılaraq kipləşdirilməsi işləri də görülüb. Bu işlərin həcmi isə 85 min kubmetr təşkil edir. Daha sonra texnoloji ardıcıllığa uyğun olaraq yol əsası inşa edilib. Əsasın alt qatının tikintisi 25 santimetr hündürlükdə karxana qum-çınqıl materialı ilə, alt qatının tikintisi isə 18 santimetr qalınlıqda optimal tərkibli qırmadaş qum-çınqıl qarışığı ilə aparılıb. Bu işlər ümumilikdə 300 min kvadratmetrdən çox sahəni əhatə edib. Bunun ardınca isə yol geyiminin tikintisi üçün yol boyu 182 min kvadratmetr sahədə 3 laydan ibarət və 17 santimetr qalınlıqda asfalt-beton örtüyünün döşənməsi, 125 min kvadratmetr sahəni əhatə edən ərazidə isə çiyinlərin 17 santimetr hündürlükdə optimal-çınqıl materialı ilə bərkidilməsi işləri görülüb. Tikinti norma və standartlarına uyğun olaraq, yararsız vəziyyətə düşmüş suötürücü dəmir-beton boru başlıqları təmir olunub, Kür çayı və Şirvan kollektoru üzərində yerləşən körpülərin yararsız vəziyyətə düşmüş məhəccərləri və beton səki daşları yeniləri ilə əvəz edilib. Yenidənqurma işlərinin sonuncu mərhələsində, hərəkətin normal təşkili üçün 720 ədəd siqnal dirəyi, 50 ədəd yol nişanı və göstəricilər, 26 ədəd kilometr göstəricisi quraşdırılıb, yolun üfüqi nişanlanma xətləri çəkilib. Padar-Sabirabad avtomobil yolu respublikamızın regionları və rayonları arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, iki magistral yolu, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi və Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yollarını birləşdirməklə tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Qusar rayonu ərazisindəki uzunluğu 21 kilometr olan Köhnə Xudat-Həzrə avtomobil yolu da yenidən qurulur. Yenidənqurma işləri çərçivəsində yolboyu deformasiyaya uğramış hissələr 1400 min kubmetr həcmdə qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, 3100 kubmetr həcmdə yolun torpaq yatağının təmiri və bərpası işləri aparılıb, yolun normativ eninin alınması üçün dağ yamacları kəsilib, yolun torpaq yatağı genişləndirilib. Texnoloji ardıcıllığa uyğun olaraq bu işlərin ardınca 170 min kvadratmetr sahədə yol əsasının alt və üst layının 22 santimetr qalınlıqda karxana çınqılı və optimal-çınqıl qarışığı ilə tikintisi aparılıb. Daha sonra əlaqələndirici bitum səpilməklə, iri və xırda dənəli olmaqla 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 124 min kvadratmetr sahəni əhatə edəcək. 42 min kvadratmetr sahədə isə optimal çınqıl qarışığından 10 santimetr qalınlığında bərkidilməsi, həmçinin 180 kvadratmetr giriş-çıxış yolunun təmiri işləri aparılacaq. Layihə çərçivəsində zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 3 kilometr uzunluğunda yeni piyada səkiləri inşa edilib, kənarlarına səki daşları düzülüb. Yolboyu mövcud suötürücü borular yararsız vəziyyətə düşdüyündən yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac yaranmışdı. Bu səbəbdən 60 poqonmetr uzunluğunda və diametri 0,7 metr olan yeni dəmir-beton boruların quraşdırılması işləri də aparılır. Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yolboyu 76 ədəd yol nişanı və məlumatverici lövhə, 21 kilometr göstəricisi, 680 ədəd siqnal dirəkləri quraşdırılacaq, 63 kilometr uzunluqda üfüqi nişanlanma xətləri çəkiləcək. Köhnə Xudat-Həzrə avtomobil yolu sakinlərin rahat gediş-gəlişini təmin edəcək, 21,5 min əhalinin yaşadığı 21 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
Cəlilabad rayonunda isə 5 istiqamət üzrə - uzunluğu 35 kilometr olan Maşlıq-Muğan, Muğan-Söyüdlü, Söyüdlü-Kazımabad, Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq kəndlərarası avtomobil yollarının yenidən qurulması işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davam etdirilir. Yolların yenidən qurulmasında məqsəd yolboyu 15 yaşayış məntəqəsində yaşayan 42 min əhalinin gediş-gəlişini təmin etmək, M3 Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişindaşımasını asanlaşdırmaqdır. Sözügedən yollarda işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər genişləndirilir. Buraya 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb. Tikinti layihəsinə uyğun olaraq, yararsız qruntun qazılıb çıxarılması, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır. Bu işlərə paralel olaraq 155 min kvadratmetr sahədə çiyin hissələrin xüsusi materialla bərkidilməsi, 66 500 poqonmetr uzunluğunda küvet hissələrin avtoqreyderlə açılması işləri də görülür. Növbəti mərhələdə 363 min kvadratmetr həcmdə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından yol əsasının inşası, həmçinin xırda və iri dənəli asfalt-beton qarışığından istifadə edilməklə asfaltlanma işləri də aparılır. Yolun 210 min kvadratmetr sahəsinə standartlara cavab verən yüksəkkeyfiyyətli asfalt-beton örtüyü döşənir. Yolboyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır. Ümumilikdə, yolboyu 288 poqonmetr 500 millimetr, 118 poqonmetr 1000 millimetr diametrli dəmir-beton borular quraşdırılır. Bundan başqa, yolboyu istismara yararsız körpü məhəccərləri də yeniləri ilə əvəz olunur. Tikinti layihəsinin sonuncu mərhələsində 70 ədəd kilometr göstəricinin, 192 ədəd yol nişanlarının, 1280 ədəd siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq. Tikinti işlərinin payız aylarında yekunlaşdırılması nəzərdə tutulub.
Bunlarla yanaşı, Ağstafa rayonunda Kolayır-Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli kəndlərini birləşdirən avtomobil yolu da əsaslı şəkildə yenidən qurulub. Tikinti layihəsinə uyğun olaraq yolun əsasında dağılmış hissələr müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə çınqıl qruntu tökülərək yayılıb və kipləşdirilib. Mövcud çınqıl örtüklü yol avtoqreyderlə kipləşdirilib və yol əsası inşa edilib. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılıb. Bundan başqa, çiyinlərin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri də görülüb. Yol əsası hazır olan hissələrə isə layların əlaqələndirilməsi üçün bitum səpilib və örtüyün alt qatı iri dənəli, üst qatı isə xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib. Yolun altından suların ötürülməsini təmin etmək məqsədilə 8 ədəd mövcud dəmir suötürücü boru qazılaraq çıxarılıb, əvəzinə yeni dəmir-beton borular quraşdırılıb və başlıqlarının tikintisi aparılıb. Mövcud tikinti norma və qaydalarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılan tikinti işlərindən sonra hərəkətin normal təşkili üçün yola 50 ədəd yol nişanı və 420 ədəd siqnal dirəkləri quraşdırılıb, 30 kilometr uzunluğunda üfüqi nişanlanma xətləri çəkilib. 4 mindən artıq əhalinin yaşadığı Kolayır-Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli kəndlərini birləşdirən avtomobil yollarının yenidən qurulması işləri qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12

