Regionlarda istehsal olunan məhsulların xarici ölkələrə ixracı artır
14.07.2018 [10:01]
Qeyri-neft ixracının artırılması məqsədilə dövlət dəstəyi tədbirləri bu ilin birinci yarısında da davam etdirilib
Məlum olduğu kimi, Azərbaycanın inkişaf strategiyasında regionların sosial-iqtisadi inkişafı mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib. 2004-cü ildən bəri respublikamızda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası çərçivəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına bütün ölkə üzrə yüksək səviyyəli infrastruktur qurulub - rahat yollar çəkilib, yeni generasiya gücləri yaradılıb, genişmiqyaslı qazlaşdırma həyata keçirilib, yeni su layihələri icra edilib. Paralel şəkildə bölgələrdə sənaye təyinatlı istehsalatların yaradılması təşviq edilir, qanunvericilik bazası ardıcıl şəkildə möhkəmləndirilir. Bütün bunlar investorlar üçün cəlbedici amillərə çevrilib. Onlar yaradılan şəraitdən bəhrələnərək ölkəmizdə yeni sənaye müəssisələrinin yaradılmasına böyük maraq göstərirlər. Məhz bunun nəticəsidir ki, son 15 ildə yerli və xarici investorların sərmayələri hesabına Bakıətrafı qəsəbələrdə və ölkənin digər bölgələrində çoxsaylı istehsal müəssisəsi yaradılıb. Tarixən bölgələrdə formalaşan ənənələr, xammal potensialı və əmək ehtiyatları nəzərə alınmaqla yaradılan bu müəssisələr bir qayda olaraq ən müasir standartlar səviyyəsində qurulur. Hazır məhsul həm daxili tələbatın ödənilməsinə yönəldilir, həm də “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarılır.
İyulun 8-də Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu məqama toxunan dövlət başçısı bildirib ki, xarici ticarət dövriyyəsi 35 faiz artıb: “İxrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artmışdır. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır, əlbəttə ki, ilin sonuna qədər daha da artacaq. Bu, çox böyük rəqəmdir, bir daha onu göstərir ki, makroiqtisadi sabitlik tam təmin edilir”.
İclasda çıxış edən iqtisadiyyat naziri Şahin Müstafayev isə bildirib ki, ölkəmizdə qeyri-neft ixracının artırılması məqsədilə dövlət dəstəyi tədbirləri davam etdirilib, indiyədək 15 ixrac missiyası təşkil olunub, ixracatçılar 11 önəmli beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib, ilkin razılaşmalar və sifarişlər əldə olunub, ixrac müqavilələrı imzalanıb, ixrac təşviqinin ödənilməsi davam etdirilib.
Qeyd etmək lazımdır ki, Azərbaycan məhsullarının xaricə ixracında regionlara daha çox pay düşür. Bu isə bölgələrin inkişafının əyani göstəricisidir. Bu məsələ, yəni ixrac məhsullarının artırılması daim diqqət mərkəzindədir və hökumət zəruri dəstəyini göstərir. Ümumiyyətlə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2018-ci il qərarına əsasən, “İxrac təşviqinin ödənilməsi Qaydası”na dəyişikliklər edilib və ixrac təşviqi şamil olunan qeyri-neft məhsullarının sayı artırılıb. Belə ki, artıq Azərbaycandan ixrac edilən yumurta, qabığı təmizlənmiş meşə fındığı, zeytun yağı və meyvə çaxırları (üzüm çaxırı istisna olmaqla) da ixrac təşviqi mexanizminin tətbiq edildiyi məhsulların siyahısına daxil edilib. Bununla əlaqədar olaraq, sahibkarların məlumatlandırılması məqsədi ilə Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə 40-a yaxın sahibkar iştirak edib. AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev özəl bölmənin inkişafına göstərilən dövlət dəstəyi tədbirləri barədə məlumat verib, ixrac təşviqinin ödənilməsi mexanizminin tətbiq edildiyi məhsulların sayının artırılmasının sahibkarlar üçün əlavə imkanlar yaratdığını vurğulayıb, ixracatçıları yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib.
Sonra AZPROMO-nun əməkdaşları “İxrac təşviqinin ödənilməsi Qaydası”na dəyişikliklər barədə təqdimatlarla çıxış edib, sahibkarların suallarını cavablandırıblar.
Həmçinin bu günlərdə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüş keçirilib. Tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, yerli istehsalın stimullaşdırılması, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılmış əlverişli şərait, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.
İstehsalın və ixracın dəstəklənməsi üçün kompleks və ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayan nazir Şahin Mustafayev Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılmasının sahibkarlığın inkişafı, eləcə də şərab istehsalı və ixracının artırılması, ölkəmizin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Qeyri-neft məhsulları ixracının artırılması istiqamətində özəl bölməyə hərtərəfli dövlət dəstəyi göstərildiyini vurğulayan iqtisadiyyat naziri bu sahədə ixracın təşviqi mexanizminin mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirilib ki, ixrac təşviqinin 45 faizə yaxını üzüm şərabı və digər spirtli içkilərin payına düşür.
Qeyd edilib ki, qeyri-neft ixracının genişləndirilməsi məqsədilə həyata keçirilən ixrac missiyalarında və sərgilərdə Azərbaycan istehsalı olan şərablara böyük maraq göstərilir. İndiyədək Azərbaycan məhsulu olan şərablar 7 ixrac missiyasında və beynəlxalq sərgilərdə 7 vahid ölkə stendində təmsil olunub. Azərbaycanın Belarus, Ukrayna və Latviyada yaradılmış ticarət evlərində yerli şərab məhsullarımız nümayiş olunur. Şərabçılığın inkişafı və təşviqi məqsədi ilə Çinin Şanxay şəhərində, daha sonra isə Pekin və digər şəhərlərdə, eləcə də Rusiyada Şərab evlərinin açılması planlaşdırılır.
Tədbirdə Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri şərab istehsalçılarına dəstək mexanizmlərinin və “Made in Azərbaycan” brendinin təşviqi tədbirlərinin sahibkarlara böyük stimul yaratdığını vurğulayıblar. Qeyd olunub ki, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri bir çox biznes-forumlarda və digər tədbirlərdə iştirak edir, məhsullarını təşviq etmək imkanı qazanır və uğurlu nəticələr əldə edirlər.
Görüşdə “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələr və onların icrası, şərab məhsullarının istehsalı və ixracının artırılması imkanları müzakirə olunub, sahibkarların təklifləri dinlənilib, sualları cavablandırılıb.
Bu günlərdə həmçinin İqtisadiyyat Nazirliyinin İsveçrəyə təşkil etdiyi ixrac missiyası başa çatıb. Missiya çərçivəsində keçirilmiş görüşlər zamanı Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, ölkəmizdə istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar barədə məlumat verilib. AZPROMO-nun təşkilatçılığı ilə keçirilən görüşlərdə Azərbaycan iş adamları isveçrəli həmkarları ilə əməkdaşlıq imkanlarına, fındıq məhsullarının İsveçrəyə ixracına dair müzakirələr aparıblar. İxrac missiyasında həmçinin fındıq emalında tətbiq olunan yeni texnologiyalarla tanış olub və potensial müştərilərlə görüşlər keçiriblər.
Səfər çərçivəsində İsveçrənin “GN-company”, “Varistor” və “Delica” və digər nüfuzlu şirkətləri ilə aparılan müzakirələr zamanı fındıq ixracına dair ilkin razılaşmalar əldə olunub. Bu məqsədlə İsveçrə şirklətlərinin nümayəndələrinin Azərbaycana səfəri və yerli fındıq istehsalçıları ilə görüşlərinin təşkili barədə razılığa gəlinib. Qeyd edək ki, ixrac missiyasına müsabiqə əsasında seçilmiş və fındıq istehsalı sahəsində fəaliyyət göstərən 12 Azərbaycan şirkəti daxil idi.
Bir neçə gün əvvəl isə Kiyevdə Azərbaycan Ticarət Evinin açılışı olub. Tədbirdə hər iki ölkənin rəsmi şəxsləri, Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, sahibkarlar iştirak ediblər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evinin ümumi sahəsi 300 m2-ə yaxındır.
Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Ukrayna bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərəcək, Ukraynada satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək. Ticarət Evinin daimi fəaliyyət göstərən sərgisində 30-a yaxın Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif məhsullar (meyvə şirəsi və kompotlar, mineral sular, zeytun, çay, meyvə və tərəvəz, qənnadı məmulatları, spirtli içkilər, Naftalan yağı, toxuculuq və kosmetika məhsulları və s.) nümayiş olunur. Ümumilikdə, Azərbaycan Ticarət Evində 85 çeşiddə şərab, 26 çeşiddə konyak, 37 çeşiddə çay, 30-dan çox çeşiddə meyvə şirəsi və kompotlar, 150 çeşiddən çox digər məhsullar sərgilənir.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev Ukraynada Azərbaycan Ticarət Evinin açılmasının dövlət başçılarının ölkələrimiz arasında səmimi dostluq münasibətlərinin və iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə olan marağın göstəricisi olduğunu vurğulayıb.
Tədbirdə Azərbaycanın “Aspi-Aqro” MMC və Ukraynanın “Spirit Drink” şirkəti arasında Azərbaycandan Ukraynaya 130 min şüşə şərabın ixracına dair müqavilə imzalanıb.
Azərbaycan Ticarət Evinin açılış mərasimində həmçinin Azərbaycan şərablarının dequstasiyası keçirilib, Azərbaycan və Ukrayna incəsənət ustalarının konserti təşkil edilib.
Sonda tədbir iştirakçıları Azərbaycan Ticarət Evi və burada daimi fəaliyyət göstərən Azərbaycan məhsullarının sərgisi ilə tanış olublar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25

