Bu ilin ötən dövründə bölgələrimiz uğurla inkişaf edib
19.07.2018 [09:42]
Regionların sosial-iqtisadi inkişaf dinamikasını Beyləqan, Ağcabədi və Samux rayonlarının timsalında da görmək olar
Məlum olduğu kimi, Azərbaycanın inkişaf strategiyasında regionların sosial-iqtisadi inkişafı mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib. 2004-cü ildən bəri respublikamızda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası çərçivəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına bütün ölkə üzrə yüksək səviyyəli infrastruktur qurulub - rahat yollar çəkilib, yeni generasiya gücləri yaradılıb, genişmiqyaslı qazlaşdırma həyata keçirilib, yeni su layihələri icra edilib. Bu proses uğurla davam etməkdədir. Bu ilin 6 ayının sosial-iqtisadi inkişaf göstəriciləri də fikrimizi təsdiq edir. Bunu bir sıra bölgələrin nümunəsində də görmək olar.
Məsələn, cari ilin birinci yarısında Beyləqan rayonunda ümumi məhsul buraxılışının həcmi 127,1 milyon manat təşkil edib. Əsas kapitala 33,1 milyon manat investisiya yönəldilib, 32,7 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb. Altı ay ərzində 568 daimi iş yeri yaradılıb. Bu faktlar Beyləqan rayonunda cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda səsləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev bildirib ki, ilin birinci yarısında rayonda tikinti-abadlıq işləri davam etdirilib. Bu dövrdə Beyləqan Olimpiya İdman Kompleksinin və Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi, 1941-1945-ci illərdə həlak olmuş həmvətənlərimizin xatirəsinə ucaldılmış abidənin əsaslı təmiri davam etdirilib. Beyləqan şəhərinin S.Bəhlulzadə, Ə.Cavad, M.Ş.Vazeh, Ə.Əzimzadə, Z.Yaqub küçələrinə asfalt örtük salınıb. Rayonun İmamverdilər və Birinci Şahsevən kəndləri təbii qazla təmin olunub. Əmirzeyidli kəndinin qazlaşdırılmasında son tamamlama işləri aparılır.
Aqrar sahədən bəhs edilərkən qeyd edilib ki, hesabat dövründə 15 min 676 hektarda yazlıq bitkilər, o cümlədən 493 hektarda şəkər çuğunduru, 382 hektarda kartof, 1895 hektarda yonca, 128,5 hektarda tərəvəz, 416,5 hektarda bostan bitkiləri, 694 hektarda qarğıdalı, 864 hektarda soya, 86 hektarda lobya, 9 min 560 hektarda isə pambıq əkilib. İribuynuzlu heyvanların baş sayı 604 baş artaraq 58 min 751 başa, xırdabuynuzluların sayı isə 275 baş artaraq 301 min 203 başa çatıb, 5006 ton ət, 20,558 min ton süd, 578 ton yun istehsal olunub.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən də bəhs edilib. Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb və onların həlli üçün təkliflər irəli sürülüb.
Ağcabədi rayonunda isə bu dövrdə iqtisadiyyatın əsas sahələri üzrə məhsul istehsalının həcmi 301.465,8 min manat olub. Bu, əvvəlki illə müqayisədə 1,5 dəfə çoxdur. Bu dövrdə 19.520,3 min manatlıq sənaye, 100.901,6 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, əsas kapitala 135.439,3 min manat investisiya yönəldilib. 2017-ci ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulları istehsalı 44,7 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 10,2 faiz, əsas kapitala yönəldilən investisiyalar 2,5 dəfə artıb. Ağcabədi rayonunda 2018-ci ilin birinci yarısının yekunlarına həsr olunan hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf edib, şəhər və kəndlərdə tikinti-quruculuq və abadlıq işləri sürətlənib. Hesabat dövründə Ağcabədi şəhərinin Heydər Əliyev, Üzeyir Hacıbəyli prospektlərində, İsmət Qayıbov və Nəsimi küçələrində yerləşən çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinə başlanılıb. Hazırda Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, Heydər Əliyev prospektində və Xəlfərəddin küçəsində abadlıq və təmir-bərpa işləri davam etdirilir. Hacıbədəlli-Pərioğullar-Təzəkənd kəndlərarası avtomobil yolunun yenidən qurulması işləri başa çatmaq üzrədir. Atçılıq kompleksinin, Sukanal idarəsinin inzibati binasının, şəhər 2 saylı körpələr evi-uşaq bağçasının, avtovağzal kompleksinin, “ASAN xidmət” Mərkəzinin, Heydər Əliyev prospektində saat qülləsinin tikintisi aparılır, şəhər 7 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir olunur.
Yığıncaqda aqrar sahədə əldə olunan uğurlardan danışılarkən bildirilib ki, 2018-ci təsərrüfat ilində rayonda 25 min 211 hektar sahədə buğda, 4551 hektarda arpa, 883,4 hektarda şəkər çuğunduru, 2116 hektarda soya, 892,35 hektarda tərəvəz, 540 hektarda bostan bitkiləri, 1654,50 hektarda qarğıdalı, 193,50 hektarda kartof və 10 min hektarda pambıq əkilib. 106 min 959 ton taxıl, 37 min 145,8 kiloqram barama istehsal olunub. Hazırda rayonda digər kənd təsərrüfatı bitkiləri istehsalı davam edir.
Diqqətə çatdırılıb ki, rayon ərazisində “Aqropark” yaradılması məqsədilə dövlət fonduna aid 4800 hektar qış otlaq sahəsinin təyinatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2017-ci il tarixli 37s saylı sərəncamı əsasında dəyişdirilib. “Aqropark” ərazisində 1215 hektar sahənin suvarılması üçün 11 ədəd müasir pivot suvarma sistemi qurulub, nasos stansiyası tikilib istifadəyə verilib, 1050 hektarda soya bitkisi əkilib. Ərazidə bitki yağlarının emalı müəssisəsinin yaradılması da planlaşdırılır.
Qeyd olunub ki, rayonda əhalinin həyat şəraitinin yaxşılaşdırılması, problemlərin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılır. 2018-ci ilin birinci yarısında rayonun yaşayış məntəqələrində 19 səyyar qəbul keçirilib. 3988 nəfərin iştirak etdiyi bu qəbullarda qaldırılan məsələlərin bir qismi yerində həll olunub, digər məsələlərlə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verilib.
Yığıncaqda elektrik enerjisi, təbii qaz və su ilə təminat, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı istiqamətində görülən işlər ətraflı təhlil olunub, əldə olunan uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından bəhs edilib.
2018-ci ilin birinci yarısında Samux rayonu iqtisadiyyatının bütün sahələrində artım dinamikası davam edib. Eyni zamanda, rayonda tikinti-quruculuq və abadlıq sahəsində işlər daha da sürətləndirilib. Hesabat dövründə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 75,2 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 20,2 faiz çoxdur. Cari ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulunun həcmi 34,8 faiz artaraq 4,4 milyon manat, kənd təsərrüfatı məhsullarının həcmi 25,7 faiz artaraq 40,6 milyon manat, tikinti 40,2 faiz artaraq 9,4 milyon manat təşkil edib. Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 3,7 faiz, əsas kapitala yönəldilən investisiya 37,5 faiz artıb. Bu barədə Samux rayonunda 2018-ci ilin altı ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hesabat məruzəsində deyib.
Bildirilib ki, bu ilin 6 ayı ərzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının yerinə yetirilməsi istiqamətində rayonda görülən işlər davam etdirilib. Belə ki, Burunqovaq kəndində modul tipli məktəb binasının tikintisi başa çatdırılaraq istifadəyə verilib. Uzunluğu 15,3 kilometr olan İnstitut-Çobanabdallı-Lək-Sarıqaya və uzunluğu 12,7 kilometr olan Yenikənd-Köbər-Qaraağaclı kəndlərarası avtomobil yollarında yenidənqurma və bərpa işlərinə başlanılıb.
Prezident İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə verdiyi müvafiq tapşırığa əsasən rayon ərazisində iri təsərrüfatların yaradılması istiqamətində işlər davam etdirilib. Hazırda rayonda “Aqro Dairy” MMC, “Boz dağ” Heyvandarlıq Kompleksi, “Ulduz 2011” MMC, “Qarabağ Region MKT” MMC , “Vest Milk” MMC, “Murovdağ” Kəndli Fermer Təsərrüfatı, Heyvandarlıq və Yemçilik Müəssisəsi, “Region Aqro” MMC kimi iri sahibkar təsərrüfatları fəaliyyət göstərir. Eyni zamanda, rayonda 155 müasir istixana qurulub, onların da ümumi sahəsi 75 hektar təşkil edir. Bu istixanalarda il ərzində 8 min tondan çox faraş tərəvəz - pomidor, xiyar yetişdirilir. Həmin məhsulların çox hissəsi MDB ölkələrinə ixrac edilir.
Respublikanın hər yerində olduğu kimi, Samux rayonunda da əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə ölkə başçısının tapşırığı əsasında yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilib. Belə ki, 6 ay ərzində 165-i daimi olmaqla 377 yeni iş yeri yaradılıb. Yaradılmış yeni iş yerlərindən 12-si Sahibkarlığa Kömək Milli Fondunun rayon sahibkarlarına 11 layihə üzrə verdiyi 111 min manat güzəştli kreditin hesabınadır.
İqtisadiyyatının əsasını aqrar sektor təşkil edən Samux rayonunda cari ildə sahələrdən yüksək məhsul əldə etmək üçün lazımi tədbirlər həyata keçirilib. 2018-ci ilin məhsulu üçün 10 min 675 hektar sahədə taxıl əkilib ki, onun da 6 min 570 hektarı buğda, 4 min 105 hektarı isə dən üçün arpadır. Cari ildə 12 min 141 hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Onlardan 526 hektarı şəkər çuğunduru, 2 min 865,5 hektarı dən üçün günəbaxan, 245 hektarı kartof, 710 hektarı tərəvəz, 212 hektarı bostan bitkiləri, 359 hektarı qarğıdalı, 400 hektarı pambıq və sair bitkiçilik məhsullarıdır. Bu ilin iyul ayınadək sahələrdən 31 min 458 ton taxıl məhsulu yığılıb ki, bunun da 18 min 308 tonu buğda, 13 min 150 tonu isə arpadır. Məhsuldarlıq 34,5 sent təşkil edib ki, bu da ötən ilin müvafiq dövründəkindən (26,1 sentner) 8,4 sentner və ya 32,2 faiz yüksəkdir.
Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri də əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu məqsədlə ölkə başçısının “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” müvafiq sərəncamlarına uyğun olaraq rayonda 56 subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulub. Onlardan bu günədək 46-sı istifadəyə verilib, 5 quyu qazılıb, digər 5 subartezian quyusunun qazılması üçün hazırlıq işləri görülür.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

