Azərbaycanın bölgələrində müasir yol-nəqliyyat infrastrukturu qurulur
30.08.2018 [08:59]
2018-ci ilin sonunadək ölkə üzrə 2 min kilometr avtomobil yolunun tikintisi və 600 kəndin rahat yollarla təmin edilməsi nəzərdə tutulub
Azərbaycanda geniş vüsət alan və ölkəmizin müasir simasını səciyyələndirən yüksək səviyyəli infrastruktur quruculuğu prosesini həmçinin bütün respublika üzrə kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların, körpülərin inşasının və yenidən qurulmasının timsalında aydın şəkildə izləmək mümkündür. 2004-cü ildən bəri respublikamızda 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib.
Ölkə üzrə yol-nəqliyyat infrastrukturunun yenilənməsi regionlarda iqtisadi aktivliyin artmasına öz müsbət təsirini göstərir. Belə ki, fermerlər rahat yollardan istifadə edərək öz məhsullarını satış bazarlarına daha tez və rahat şəkildə çıxara bilirlər. Bütün ölkə boyu rahat yolların salınması həm də onu nümayiş etdirir ki, Azərbaycanda bütün sosial layihələr uğurla icra olunur. Bu isə Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin bəhrəsini hər bir vətəndaş öz həyatında hiss edir.
Son illərdə respublikamızda yaradılan yol-nəqliyyat infrastrukturu həmçinin yüksək keyfiyyəti ilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, nüfuzlu Davos Dünya İqtisadi Forumunun ekspertləri tərəfindən hazırlanan hesabatda ölkəmizin yol infrastrukturu yüksək qiymətə layiq görülüb. Hesabatda göstərilib ki, Azərbaycanın yolları keyfiyyətinə görə MDB-də ən yaxşı yollardır. Beynəlxalq iqtisadi forumun reytinqində Azərbaycanın yolları dünya üzrə sıralamada 36-cı yerdə qərarlaşıb. Qonşu dövlətlərdən Türkiyə 30-cu, İran 71-ci, Gürcüstan 82-ci, Ermənistan 85-ci, Rusiya 114-cü yerə layiq görülüb. Hesabatda bildirilir ki, dünya üzrə ən yaxşı yollar Birləşmiş Ərəb Əmirliklərində, Sinqapur və İsveçrədədir.
2018-ci ilin əvvəlindən ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr uğurla icra edilib
Ölkəmizdə yeni yolların çəkilməsi və mövcud yolların yenidən qurulması ilə bağlı işlərin coğrafiyası getdikcə genişlənir. Təkcə 2017-ci ildə respublika ərazisində 1300 kilometr yol salınması böyük uğurdur. Ötən il ölkə miqyasında şərti “40 yol” adlanan, əslində isə daha çox sayda kəndi əhatə edən layihə böyük müvəffəqiyyətlə tamamlanıb. 2018-ci ildə qarşıya qoyulan hədəflər isə daha böyükdür. Cari ildə respublika miqyasında həm magistral, həm şəhərlərarası, həm də kənd yollarının yüksək standartlar səviyyəsində yenidən qurulması ilə bağlı daha çox sayda layihələr həyata keçiriləcək. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu barədə söhbət açaraq deyib: “Bu il plana görə 2 min kilometr yeni avtomobil yolu salınmalıdır və minimum 600 kənd yeni yollarla təmin edilməlidir”.
Dövlət başçısının qarşıya qoyduğu vəzifənin icrası ilə bağlı cari ilin əvvəlindən bəri böyük iş həcmi yerinə yetirilib və ölkənin əksər bölgələrində yol infrastrukturunun yenilənməsinə dair yeni layihələr reallaşdırılıb. Əlamətdar haldır ki, Prezident İlham Əliyev regionlarda yenidən qurulan bir sıra yolların istifadəyə verilməsi mərasimlərində şəxsən iştirak edib və Özünün dəyərli tövsiyələrini nəzərə çatdırıb. Prezident İlham Əliyevin regionlara səfərləri çərçivəsində yeni salınan yolların açılış mərasimlərindən sonra ictimaiyyətin nümayəndələri, yerli sakinlərlə görüşməsi də artıq xoş bir ənənəyə çevrilib. Belə görüşlər, təbii ki, nəticəsiz ötüşmür. Görüşlərdə ictimaiyyət nümayəndələrinin qaldırdıqları məsələlər tezliklə öz həllini tapır. Biz dəfələrlə şahidi olmuşuq: Prezident İlham Əliyev hər dəfə regionlara səfər etdikdən sonra bu və ya digər bölgənin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsini, müxtəlif təyinatlı infrastruktur obyektlərinin inşasını, o cümlədən də yeni yolların tikintisini təmin etmək üçün əlavə vəsait ayrılması haqqında sərəncamlar imzalayır. Həmin sərəncamların icrası isə aidiyyəti qurumlar tərəfindən qısa müddətdə və yüksək səviyyədə təmin edilir.
İsmayıllı rayonunda yenidən qurulan avtomobil yolu istifadəyə verilib
Prezident İlham Əliyev avqustun 25-də İsmayıllı rayonuna səfəri çərçivəsində Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolunun açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə məlumat verib ki, uzunluğu 9 kilometr, hərəkət hissəsinin eni isə 6 metr olan yol dördüncü texniki dərəcəyə aiddir. İki hərəkət zolaqlı yola asfalt-beton örtüyü çəkilib. Yol üzərində suötürücü borular, siqnal dirəkləri, yol nişanı və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib.
Bəhs olunan avtomobil yolunun inşası 1200 nəfər əhalisi olan 4 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək. Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də kənd və qəsəbələri birləşdirən yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulmasıdır.
Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolu bölgədə iqtisadiyyatın inkişafında mühüm rol oynayacaq
Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfəri çərçivəsində Qaraməryəm-İsmayıllı-Şəki yolunun 5-ci kilometrliyindən ayrılan Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.
Azərbaycan Prezidentinin bu il imzaladığı Sərəncama əsasən, 1000 nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Qaraməryəm-İsmayıllı-Şəki yolunun 5-ci kilometrliyindən ayrılan Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun tikintisinə dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə vəsait ayrılıb. Uzunluğu 14 kilometr olan yol dördüncü texniki dərəcəlidir. Hərəkət hissəsinin eni 6 metr olan yol iki hərəkət zolaqlıdır. Yol boyu suötürücü borular quraşdırılıb, siqnal dirəkləri, yol nişanı və göstərici lövhələr qoyulub, yol cizgi xətləri çəkilib, biraşırımlı körpü tikilib. Bu yolun inşası iki yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.
Dəmirçi-Lahıc avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub
Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi tamamlanıb. Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni salınan Dəmirçi-Lahıc avtomobil yolunun açılışında iştirak ediblər.
Açılış mərasimində bildirilib ki, Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən yolun uzunluğu 22 kilometrdir. Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, Şamaxı rayonunun bir və İsmayıllı rayonunun dörd yaşayış məntəqəsini əhatə edən Dəmirçi-Lahıc yolunun tikintisinə Prezidentin ehtiyat fondundan 3 milyon, dövlət büdcəsinin investisiya xərclərindən isə 13,7 milyon manat olmaqla, Avtomobil Yolları Dövlət Agentliyinə ümumilikdə 16,7 milyon manat ayrılıb. Bu vəsait hesabına Dəmirçi-Lahıc avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun qurulub. Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlər də daxil olmaqla, yol yatağının eni 8-10 metrdir. Yol üzərində ümumi uzunluğu 210 metr olan müxtəlif diametrli suötürücü borular qoyulub. Avtomobil yolunda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün müvafiq yol nişanları quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib, həmçinin avtobus dayanacaqları tikilib.
Qeyd edək ki, Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi sakinlərin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla yanaşı, turistlərin hər iki rayonun turizm bölgələrinə daha qısa və abad yolla getməsinə imkan yaradacaq.
24,5 kilometr uzunluğunda Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir
Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun uzunluğu 24,5 kilometr təşkil edir. Sözügedən avtomobil yolu IV texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla yenidən qurulur. Texniki dərəcəyə uyğun yolun hərəkət hissəsi 6 metr təşkil edir. Bu çərçivədə hazırda torpaq işləri bitən ərazilərdə, daha dəqiqi 150 min kvadratmetrə yaxın sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.
Yolboyu 10 metr enində yeni yol yatağı inşa olunub, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Bundan başqa, yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurların mexanizmlə kəsilməsi və yolun genişləndirilməsi işləri də aparılıb. Bunun ardınca isə yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılıb, çiyinlərin bərkidilməsi işləri görülüb.
Avtomobil yolu üzərində yerləşən süni qurğu və borulara gəldikdə isə, hər birinin uzunluğu 12 metr olan 2 yeni avtomobil körpüsünün inşası və zəruri nöqtələrdə 40 ədəd yeni suötürücü dəmir-beton boruların tikintisi də layihədə görülən işlərin siyahısındadır. Tikinti işlərinin sonuncu mərhələsində yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq. Bu işlərin yaxın müddətdə görülərək yolun istifadəyə verilməsi planlaşdırılır.
Ucarda Alpout-Lək-Qazyan-Qarabörk yolunun yaxın aylarda istifadəyə verilməsi nəzərdə tutulub
Ucar rayonunda kəndlərarası avtomobil yolunun yenidən qurulması işləri sonuncu mərhələdədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumatda bildirilib ki, Ucar rayonunda Alpout-Lək-Qazyan-Qarabörk yolu hazırda IV texniki dərəcəyə uyğun yenidən qurulur. Mövcud yol örtüyü və zəruri olan yerlərdə yol yatağının yararsız qruntu mexanizmlə qazılaraq çıxarılıb və kənara daşınıb, torpaq yatağının bərpası və relyefdən aşağı olan hissələrin qaldırılması üçün yolboyu yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Yol əsasının alt layının qum-çınqıl, üst layının isə optimal-qırmadaş qarışığı ilə tikintisi işləri aparılıb. Bu işlər 310 min kvadratmetr sahəni əhatə edir.
Yolboyu çiyinlərin 12 santimetr qalınlığında qum-çınqıl qarışığı ilə tikilməsi, zəruri olan yerlərdə piyada səkilərinin inşası, bundan başqa suötürücü boruların sıradan çıxması və yenilərinin inşası zərurəti yarandığından 432 poqonmetr metal boruların, həmçinin müxtəlif diametrli 840 poqonmetr dəmir-beton boruların quraşdırılması və izolyasiyası işlərinin aparılması da görülən işlərin siyahısındadır. Torpaq işləri bitəndən sonra yolun 190 min kvadratmetr sahəsinə 2 laydan ibarət 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib.
Lerikdə Piran-Hamarat-Vjaker avtomobil yolunun asfaltlanması işlərinə start verilib
Lerik rayonunun Piran-Hamarat-Vjaker avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) KİV-ə bildirilib ki, Piran-Hamarat-Vjaker avtomobil yolunun 20 kilometrlik hissəsi IV texniki dərəcəyə uyğun olaraq asfalt-beton örtüklü, qalan 6 kilometrlik hissəsi isə V texniki dərəcəyə uyğun çınqıl örtüklə yenidən qurularaq yekunlaşdırılır. Bunun üçün yolun mövcud torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb yatağın genişləndirilməsi üçün dağ yamacları xüsusi mexanizmlə kəsilib. Ardınca qazılmış və genişləndirilmiş hissələrə yararlı qrunt tökülərək kipləşdirilib. Bu işlərin həcmi 350 min kubmetrdən çoxdur.
Bundan başqa, suötürücü borular və küvetlər olmadığı üçün yol yatağı və yol əsası sel suları nəticəsində yuyulduğundan yolboyu layihəyə uyğun olaraq avtoqreyderlə 22,5 min poqonmetr küvetlərin açılması və müxtəlif diametrdə 460 poqonmetr uzunluğunda suötürücü metal və dəmir-beton suötürücü boruların quraşdırılması və izolyasiyası, boru başlıqlarının dəmir betonla tikintisi işləri də aparılıb. Yolu profilə salmaq məqsədilə 65 min kubmetr həcmdə karxana çınqılından hamarlayıcı qatın tikintisi işləri görülüb.
Hazırda yolun asfaltlanması işlərinə start verilib. Əlaqələndirici bitum səpilməklə 120 min kvadratmetr sahəyə 12 santimetr qalınlıqda 2 laydan ibarət iri və xırda dənəli olmaqla asfalt-beton örtüyü döşənir.
Hirkan-Daştatük-Biləsər avtomobil yolunun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilib
Lənkəran rayonunda uzunluğu 22 kilometr olan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması bitmək üzrədir. Bu, başlanğıcını M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürən yerli əhəmiyyətli Hirkan-Daştatük-Biləsər avtomobil yoludur.
Yol əsasının 24 santimetr hündürlükdə alt və 16 santimetr hündürlükdə üst qatının tikintisi işləri aparılıb. Bu işlər 100 min kvadratmetrdən çox sahəni əhatə edib. Yola 7 və 5 santimetr hündürlükdə olmaqla 58 min kvadratmetr sahədə 2 laydan ibarət iri və xırda dənəli asfalt-beton qarışığı döşənir.
Yolun qalan 12 kilometrlik torpaq örtüklü hissəsinin çınqıl örtüklü olmaqla tikintisi nəzərdə tutulub. Bu çərçivədə yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, əvəzinə 27,5 min kubmetr həcmdə yol yatağının karxana çınqılı ilə tikintisi, torpaq yatağının layihə hündürlüyünə qaldırılması üçün 130 min kubmetr qruntun mexanizmlə kəsilərək daşınması, yatağın normativ eninin alınması üçün 13 min kubmetr III qrup qruntun daşınaraq avtoqreyderlə yayılması və vərdənə ilə kipləşdirilməsi işləri aparılıb. Hazırda 80 min kvadratmetr sahədə yol əsasının 24 santimetr qalınlıqda qum-çınqıl qarışığı ilə alt, 16 santimetr qalınlıqda isə optimal-qırmadaş qarışığı ilə üst layının tikintisi işləri aparılır.
Hirkan-Daştatük-Biləsər avtomobil yolunun bir neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burada yol yatağının əlavə bərkidilməsi işləri görülüb. Belə ki, 90 min kubmetr həcmdə xüsusi qrup qruntun əraziyə gətirilərək yayılması və kipləşdirilməsi, avtoqreyderlə 16,5 kilometr uzunluğunda küvetlərin açılması, 530 kubmetr dəmir-beton küvetlərin inşası aparılıb.
Bundan başqa, yolun müxtəlif nöqtələrində 800 metrə yaxın istinad divarının dəmir-betonla tikilməsi və izolyasiyası, mövcud suötürücü borular istismara yaramadığı üçün yenisi ilə əvəzlənməsi və zəruri yerlərdə yenilərinin quraşdırılması, başlıqlarının dəmir-betonla təmiri və izolyasiyası da görülüb. Bu çərçivədə yolboyu 780 poqonmetr uzunluğunda 750, 1000, 1250 və 1500 millimetr diametrli suötürücü dəmir-beton boru quraşdırılıb. Beləliklə, Hirkan-Daştatük-Biləsər avtomobil yolunun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilib.
Cənub bölgəsində yeni yol layihələri həyata keçiriləcək
Perspektivdə cənub bölgəsində yeni yol layihələri həyata keçiriləcək. Prezident İlham Əliyev avqustun 17-də “Lənkəran rayonunun Hirkan-Daştatük-Biləsər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Hirkan-Daştatük-Biləsər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Prezident İlham Əliyev avqustun 18-də “Lerik rayonunun Piran-Hamarat-Vıjaker avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamla doqquz min nəfər əhalinin yaşadığı 28 yaşayış məntəqəsini birləşdirən Piran-Hamarat-Vıjaker avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Yol infrastrukturunun yenilənməsi Cəlilabadda da davam etdiriləcək. Azərbaycanın dövlət başçısı bu günlərdə “Cəlilabad rayonunun Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (143 km)-Maşlıq-Muğan-Söyüdlü-Kazımabad-Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, qırx iki min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (143 km)-Maşlıq-Muğan-Söyüdlü-Kazımabad-Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Yaxın vaxtlarda Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulmasına start veriləcək. Belə ki, Prezident İlham Əliyev avqustun 28-də “Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Bəhs olunan Sərəncamla Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.
Qusarda və Şamaxıda yolların yenidən qurulmasına vəsait ayrılıb
Qusarda və Şamaxıda da yolların yenidən qurulması davam etdiriləcək. Prezident İlham Əliyev avqustun 21-də “Qusar rayonunun Köhnə Xudat-Həzrə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı Sərəncamla iyirmi iki min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Köhnə Xudat-Həzrə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Şamaxıda isə Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunun tikintisi həyata keçiriləcək. Prezident İlham Əliyev avqustun 27-də “Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Bəhs olunan Sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

