Regionlarda məktəb binalarının tikintisi və təmiri davam etdirilir
05.09.2018 [09:07]
Hazırda ölkəmizin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır
Məlum olduğu kimi, Azərbaycanda təhsilin inkişafı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Ölkəmizdə insan kapitalının inkişafını təmin etmək məqsədilə bu sahəyə xüsusi diqqət yetirilir.
Daha dəqiq desək bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən Dövlət proqramları və islahatlar çərçivəsində təhsilin bütün sahələri inkişaf edir. Bu proqramlar orta məktəblərdə kurikulum, təhsil sisteminin informasiyalaşdırılması, texniki peşə təhsili, Azərbaycanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasını və s. sahələri əhatə edir.
Ölkəmizdə məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb və hazırda da görülməkdədir. Yəni təhsil infrastrukturunun müasir standartlara uyğun şəkildə yenidən qurulması da həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, ən ucqar bölgələri də əhatə edir.
Yeri gəlmişkən, dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi ilə diqqət çəkir. Fondun təhsil sahəsində gördüyü işlər sırasında müxtəlif bölgələrdə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı müstəsna əhəmiyyət daşıyır. Ümumiyyətlə, 2003-cü ildən indiyə qədər ölkədə 3000-dən çox məktəb tikilib, Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Bununla da ölkədə təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi ümummilli səviyyəyə qaldırılıb.
Eyni zamanda, yeni dərs ilinə hazırlıq çərçivəsində məktəb binalarının tikintisi və təmiri davam etdirilir. Təhsil Nazirliyindən bildiriblər ki, hazırda ölkəmizin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır. Bu il respublika ərazisində 137 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcək.
Bölgələrə gəlincə, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Zərdab rayonu H.Zərdabi adına 1 saylı məktəb-liseyin binasında da aparılan əsaslı təmir işləri son tamamlama mərhələsindədir. 1176 şagird yerlik məktəb-liseydə smeta dəyəri 3,2 milyon manat olan əsaslı təmir işləri Təhsil Nazirliyinin sifarişi ilə “Xim Ekspres-2000” MMC tərəfindən aparılır. Qeyd edək ki, təhsil ocağında əsaslı təmir işlərinə 2016-cı ildən başlanılıb. Bu il istifadəyə verilməsi nəzərdə tutulan məktəb-liseydə tədrisin yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait olacaq.
Ölkənin şimal bölgəsində isə 21 məktəb üçün yeni modul tipli bina quraşdırılır. Şagird sayı 100-dək olan bu təhsil ocaqlarının yeni tədris ilinin başlanmasına qədər istifadəyə verilməsi nəzərdə tutulub. 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin direktor müavini Fərhad Əmrahov KİV-ə açıqlamasında bildirib ki, şimal bölgəsində yeni tədris ilinədək istifadəyə verilməsi nəzərdə tutulan 21 modul tipli məktəb binasının əksəriyyətində quraşdırma işlərinə başlanılıb. Qubada 8, Xaçmaz və Qusar rayonlarının hər birində 4, Şabranda 3, Siyəzəndə isə 2 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Bu binaların üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır.
Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra Qubanın Alıc, Nütəh, Cimi, Dərk, Rük, Çarxaçı, Qarxun, Zıxır, Xaçmazın Alıcqışlaq, Qaracəlli, Cığatay, Ərəb, Qusarın Ləcət, Zindan Muruq, Yeni Həyat, Yuxarı Tahircal, Siyəzənin Qalaaltı, Qozağacı, Şabranın isə Xəlfələr, Qazbabalı kəndləri və Şabran şəhər 1 nömrəli məktəbin şagirdləri müasir binada təhsil alacaqlar.
Hazırda Quba rayonunun Alıc kəndində də 40 yerlik modul tipli binanın quraşdırılması işləri aparılır. İbtidai məktəb binası yanğın xəbərdarlıq sistemi, istilik, işıq, su təchizatı, internet, inventar və avadanlıqlarla təmin olunacaq.
Ağdaşın Nizami Gəncəvi adına 624 şagird yerlik şəhər tam orta məktəbi də əsaslı təmir edilir. Rayonun ən iri təhsil ocaqlarından olan məktəb binası üçmərtəbəlidir. Əsaslı təmir işləri Təhsil Nazirliyinin sifarişi ilə “T.T.S inşaat” MMC tərəfindən aparılır. Tədris ocağında əsaslı təmir işlərinin bu il başa çatdırılması nəzərdə tutulub.
Bu yaxınlarda isə Şamaxı rayonu şəhid Aslan Şirinov adına Meysəri kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib. Belə ki, Şamaxı rayonuna səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 132 şagird yerlik şəhid Aslan Şirinov adına Meysəri kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak ediblər. Dövlətimizin başçısı və xanımı məktəbin yeni binasının rəmzi açılışını bildirən lenti kəsiblər.
Təhsil naziri Ceyhun Bayramov və Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat veriblər ki, Meysəri kənd tam orta məktəbinin binası ötən əsrin 50-ci illərində inşa edilib. O dövrdən sonra heç vaxt təmir olunmayan məktəb artıq müasir tələblərə cavab vermirdi və tədris üçün yararsız vəziyyətə düşmüşdü. Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət, bu sahədə həyata keçirdiyi islahatlar Meysəri kənd tam orta məktəbinin həyatında da mühüm rol oynayıb. 2016-cı ildə Meysəri kənd tam orta məktəbi üçün yeni binanın inşasına başlanıb. Məktəb binası artıq istifadəyə hazırdır və burada inşaat işləri yüksək səviyyədə yerinə yetirilib. Müasir və işıqlı sinif otaqlarının olduğu məktəbdə təlim və tədrisin yüksək səviyyədə aparılması üçün bütün şərait yaradılıb. Məktəbin kitabxanası dərsliklər və dərs vəsaitləri ilə təmin olunaraq şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb. Akt zalında isə məktəbin həyatı ilə bağlı müxtəlif tədbirlərin keçirilməsinə hər cür imkan var. Məktəbdə əyani vasitələrlə təchiz olunan fənn kabinetləri yaradılıb. Xarici dil otaqlarının, kimya, fizika və biologiya üzrə fənn kabinetlərinin olduğu məktəbdə informatika kabineti kompüter avadanlığı ilə təchiz edilib. Məktəbin hərbi kabinetində şagirdlərin hərbi biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb.
Meysəri kənd tam orta məktəbi üçün yeni binanın inşası son illərdə təhsil sahəsində qazanılan uğurların təməlində Azərbaycanın yeni təhsil modelinin dayandığını bir daha təsdiqləyir. Artıq ölkədə yeni təhsil konsepsiyası formalaşıb və həyata keçirilməyə başlayıb. Yuxarıda da vurğuladığımız kimi Azərbaycanda yüzlərlə məktəb binasının tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi nəhəng təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar açıb. Ən əsası isə, milli dəyərlər üzərində qurulan təhsil modeli gənclərin nümunəvi vətəndaş kimi formalaşmasını qarşıya əsas məqsəd qoyub və buna nail olub.
Avqustun 26-da isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan tam orta məktəb binasının açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım məktəbin rəmzi açılışını bildirən lenti kəsiblər. Qeyd edək ki, Lahıc qəsəbəsi ölkəmizin ən qədim yaşayış məskənlərindən biridir. Tarixi erkən orta əsrlərə gedib çıxan bu qəsəbə nadir arxitekturası ilə diqqəti cəlb edir. Bu gün Lahıc Tarix-Mədəniyyət Qoruğunda 90-dan çox tarixi abidə, o cümlədən 5 məscid, 3 hamam, 60-dan artıq yaşayış evi, həmçinin körpü və su dəyirmanı, qəbirüstü daşlar, bir neçə sənətkarlıq emalatxanası və ictimai bulaqlar qorunur. Lahıcda 100-dən çox sənət növü və peşələr yaşadılır və inkişaf etdirilir. Bütün bunlar da turistlərin diqqətini çəkir. Bu ilin 8 ayında qəsəbəyə 45 min turist gəlib. Son illərdə qəsəbənin inkişafı ilə bağlı bir sıra tədbirlər görülüb, sosial layihələr icra olunub. Bu layihələrdən biri də 400 şagird yerlik Lahıc qəsəbə tam orta məktəb binasının inşasıdır. Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verib ki, Lahıc qəsəbə tam orta məktəbi üçün bina 1928-ci ildə inşa edilmişdi. Məktəb 130 şagird üçün nəzərdə tutulmasına baxmayaraq, burada 232 şagird təhsil alırdı. Binanın mövcud vəziyyəti müasir dövrün tələblərinə uyğun deyildi, eyni zamanda, qəsəbə əhalisinin sayının artması və ətraf kənlərdə tam orta məktəbin olmaması bu təhsil müəssisəsində şagird sıxlığı yaratmışdı. Dövlətimizin başçısının ötən il imzaladığı Sərəncama əsasən Lahıcda 400 şagird yerlik yeni ümumtəhsil məktəbinin tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə vəsait ayrıldı. Üçmərtəbəli binada tikinti işləri yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilib. Müxtəlif fənn kabinetləri və laboratoriyalarının yaradıldığı məktəbdə bütün sinif otaqları əyani vəsaitlərlə təchiz olunub. Burada idman zalı və 175 yerlik akt zalı da yaradılıb. Videomüşahidə sisteminin quraşdırıldığı məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edilib.
Sonda qeyd edək ki, yeni məktəb binalarının inşası və təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından çox mühüm addımlardandır. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

