Bölgələrdə 2019-cu ilin məhsulu üçün payızlıq taxıl səpini yekunlaşmaq üzrədir
11.12.2018 [09:40]
Bu il əldə olunan nəticələr gələn il üçün də müsbət proqnozlar vəd edir
Ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunması istiqamətində uğurlu tədbirlər həyata keçirilir. Vurğulamaq lazımdır ki, ölkəmizdə qəbul olunan müvafiq Dövlət proqramları, respublikanın ərzaq təhlükəsizliyinin təmini ilə bağlı qəbul olunan qanunlar kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi üçün mühüm önəmə malikdir.
Etibarlı ərzaq təminatına nail olunmasında isə taxılçılıq strateji əhəmiyyət daşıyır. Bu gün qabaqcıl təcrübənin, intensiv metodların tətbiqi taxılçılıqda istehsalın genişlənməsinə müsbət təsir göstərən vacib amillərdən sayılır. İntensiv metodlardan istifadə edərək məhsuldarlığı artırmaqla, eləcə də əkin sahələrinin genişləndirilməsi ilə ölkədə taxıl istehsalı əhəmiyyətli dərəcədə yüksəlir. Eləcə də respublikamızın regionlarında taxılçılıq sahəsində dünya miqyasında təsdiqini tapan qabaqcıl təcrübənin tətbiqi, o cümlədən də iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Dövlət Torpaq Fondunun hesabına yaradılan iri fermer təsərrüfatlarının fəaliyyətə başlaması ilə ölkəmizdə, əslində, yeni bir kənd təsərrüfatı sisteminin formalaşdığını söyləmək mümkündür. İri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsullarının - ən əsası isə, taxılçılığın istehsalının artırılmasını stimullaşdırır.
Yeri gəlmişkən, bölgələrimizdə payız səpini davam etməkdədir. Zaqatala rayonunun təsərrüfatlarında 2019-cu ilin məhsulu üçün payızlıq taxıl səpini yekunlaşmaq üzrədir. Fermerlər indiyədək 7 min 553 hektarı buğda, 3 min 341 hektarı arpa olmaqla, 10 min 894 hektar sahəyə toxum səpiblər. Rayonda gələn ilin məhsulu üçün 11 min hektara yaxın sahədə payızlıq dənlilərin səpini nəzərdə tutulur. Zaqatalalı fermerlər builki mövsümdə 10 min 933 hektar taxıl sahəsindən 35 min 610 ton məhsul əldə ediblər.
Ucar rayonunda isə 15 min 146 hektarda payızlıq taxıl əkilib və əksər ərazi icra nümayəndəliklərində bu mühüm kampaniya başa çatıb. Əkilən 7756 hektar arpa və 7390 hektar buğda sahələrinin 80-90 faizində normal çıxış alınıb.
Payızlıq taxıl səpini kampaniyasını davam etdirən Ağdaş taxılçıları isə indiyədək 11380 hektarda əkin aparıblar. Əkin aparılan sahələrin 3150 hektarı buğda, 8230 hektarı isə arpadır. Rayonun əksər ərazilərində, xüsusilə daha çox taxıl əkilən Gürcüva, Yuxarı Nemətabad, Cardam, Mürsəl, Ərəbocağı, Qolqəti yaşayış məntəqələrinin ərazilərində bu mühüm kampaniya daha mütəşəkkil davam edir. İndiyədək aparılan əkinlərin 80-90 faizində normal çıxış alınıb.
Qeyd edək ki, cari payızda rayon üzrə 15 min hektarda taxıl əkiləcəyi gözlənilir. Artıq 14100 hektarda şum çıxarılıb. Son günlər yağıntılı hava şəraiti taxıl səpinində çətinliklər yaratsa da, fermerlər və fiziki şəxslər bütün qüvvələri səfərbər edərək kampaniyanı uğurla başa vurmaq əzmindədirlər.
Ağdam rayonunun təsərrüfatlarında isə payız-tarla işləri davam etdirilir. Rayonun taxılçıları gələn ilin məhsulunun əsasını qoyurlar. Hələlik rayon üzrə 17 min 426 hektar payızlıq şum qaldırılıb. 12 min 524 hektarda payızlıq dənlilər, o cümlədən 10 min 772 hektarda buğda, 1752 hektarda dən üçün arpa, həmçinin 1610 hektarda yaşıl yem üçün xəsil əkilib.
Kənd əməkçiləri payız səpinini vaxtında başa çatdırmaq üçün səylə çalışırlar. Səpin işlərinin aparılması üçün rayonda lazımi qədər kənd təsərrüfatı texnikası və toxum ehtiyatı mövcuddur.
Qeyd edək ki, 2018-ci ilin ötən dövründə Ağdam rayonunda 52 min 160 ton taxıl, 275 ton dən üçün qarğıdalı, 6,8 ton günəbaxan dəni, 98 min 469 ton tərəvəz, 2 min 570 ton bostan məhsulları, 5 min 923 ton kartof, 20 min 204,5 ton şəkər çuğunduru, 4 min 65 ton meyvə, 397 ton üzüm istehsal olunub.
Saatlıda da taxıl əkini yekunlaşmaq üzrədir. Səpin kampaniyasına mütəşəkkil başlayan rayon taxılçıları indiyədək 20 min 13 hektar sahəyə toxum səpiblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1057 hektar çoxdur.
Səpin aparılan sahələrin 14 min 614 hektarı buğda, 5 min 61 hektarı isə arpa sahəsidir. Əkinçilər bundan sonra daha 500 hektar sahədə səpin aparmaq niyyətindədirlər. Sahibkarlar əkin zamanı daha çox rayonlaşdırılmış toxum sortlarına üstünlük veriblər. Qeyd edək ki, saatlılı taxılçılar ötən il 20 min 438 hektar sahədə payızlıq taxıl əkiblər.
Şamaxı rayonunun əksər ərazilərində də taxılçılar payızlıq əkin kampaniyasını başa çatdırıblar və artıq 34 min 894,5 hektarda səpin aparılıb. Əkin aparılan sahələrin 23 min 426,5 hektarı buğda, 11 min 468 hektarı isə arpadır. Hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, əlverişli keçən hər gündən səmərəli istifadə etməyə çalışan taxılçılar bu mühüm kampaniyanı tezliklə başa çatdırmaq üçün bütün qüvvələrini səfərbər ediblər.
Bölgənin bütün ərazilərində, o cümlədən daha çox taxıl əkilən Qızmeydan, Göylər, Çarhan kənd, Sabir qəsəbə ərazi dairələrində, “Aqro DAİRY” MMC-nin aqroparkında ilkin səpin aparılan sahələrdə artıq normal çıxış alınıb.
Ağsu rayonunda da payızlıq taxıl əkini davam edir və bölgənin şimal dağlıq ərazilərində bu mühüm kampaniya artıq başa çatmaq üzrədir. Bu il dekabrın əvvəlinə kimi Ağsuda 25 min 520 hektar sahədə taxıl əkilib. Bunun 11 min 780 hektarı buğda, 13 min 740 hektarı arpadır. Havaların yağmursuz keçdiyi günlərdə hər gün sahələrə 100-dək səpin aqreqatı çıxarılır. Dağlıq ərazilərdə yerləşən Kalva və Nuran icra nümayəndəliklərində, o cümlədən daha çox taxıl əkilən Gəgəli, Kəndoba, Rəhimli, Bozavand, Qaraqoyunlu və digər ərazi vahidlərində taxılçılar əlverişli keçən hər gündən səmərəli istifadə edir, səpin kampaniyasının tezliklə başa çatdırılmasına çalışırlar.
Qeyd edək ki, ötən payızda rayonda 33 min hektardan çox taxıl əkən fermerlər və fiziki şəxslər cari mövsümdə əkin sahələrini 1000 hektaradək artırmaq əzmindədirlər.
Biləsuvarda da payızlıq taxıl əkini davam edir. Səpin kampaniyasına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri işi optimal müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.
Yerli fermerlər cari ildə zəmilərdən 83 min ton məhsul götürüblər. Biçin aparılmış sahələrin hər hektarının məhsuldarlığı 33,5 sentner olub. Əkinçilər növbəti təsərrüfat ilində də yüksək məhsuldarlığa nail olmaq üçün səpinə vaxtında başlayıblar. İşin yaxşı təşkili nəticəsində fermerlər az müddətdə 24 min 150 hektar sahəyə toxum səpiblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 305 hektar çoxdur. Səpin aparılmış sahələrin 13 min 150 hektarını arpa, 11 min hektarını isə buğda sahəsi təşkil edir. Qeyd edək ki, bu il Biləsuvarda 28 min hektar sahədə payızlıq taxıl əkininin aparılması planlaşdırılır.
Sabirabad rayonunda isə ötən ilin payızında 24 min 645 hektar sahədə taxıl əkilib. Əkinçilər cari ildə biçin apardıqları arpa sahələrindən 38 min 401, buğda zəmilərindən isə 57 min 319 ton məhsul götürüblər. Məhsul istehsalçıları taxıl sahələrindən ümumilikdə 95 min 710 ton taxıl əldə edərək, məhsuldarlığı hər hektardan 40,9 sentnerə çatdırıblar.
Əldə olunan nəticələri növbəti təsərrüfat ilində daha da artırmaq üçün fermer və torpaq mülkiyyətçiləri səpin kampaniyasına vaxtında başlayıblar. “Aqrolizinq” ASC tərəfindən bütün lazımi səpin aqreqatları ilə təmin olunan əkinçilər qısa müddətdə 15 min 527 hektar sahədə səpin aparıblar ki, bunun da 7 min 18 hektarı buğda, 8 min 509 hektarı isə arpadır. Sahibkarlar səpin zamanı daha çox məhsuldar toxum sortlarına üstünlük verirlər. Gün ərzində 200-250 hektar sahəyə toxum səpən əkinçilər səpin kampaniyasını qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini sərf edirlər.
Qəbələ rayonunun təsərrüfatlarında da 2019-cu ilin məhsulu üçün payızlıq taxıl səpini mütəşəkkil davam etdirilir. Fermerlər bu günədək 18 min 700 hektara arpa və buğda səpiblər. Rayonda gələn ilin məhsulu üçün 20 min 100 hektarda payızlıq dənlilərin səpini proqnozlaşdırılır. Payızlıq dənlilərin səpini üçün indiyədək 19 min 500 hektar sahədə şum aparılıb. Hazırda sahələrdə 20 ədəd şum traktoru, 12 ədəd taxılsəpən aqreqat və digər texnikalar işləyir. Fermerlər payız səpinini bir həftə müddətində başa çatdırmağı planlaşdırırlar.
Xatırladaq ki, qəbələli fermerlər builki mövsümdə 20 min 100 hektar taxıl sahəsindən 64 min 464 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 32,2 sentner məhsul götürülüb.
Respublikamızın iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında da 2019-cu ilin məhsulu üçün payızlıq taxıl səpini yekunlaşmaq üzrədir. Fermerlər indiyədək 43 min 280 hektarı buğda, 20 min 200 hektarı arpa olmaqla, 63 min 480 hektar sahəyə toxum səpiblər. Yaxın günlərdə daha 2 min hektarda səpin aparılacağı gözlənilir. Payızlıq dənlilərin səpini üçün rayonun təsərrüfatlarında 65,5 min hektar sahədə şum aparılıb.
İqtisadiyyatının əsasını müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən Samux rayonunda da bu ilin son ayına kimi 10 min hektarda şum aparılıb, 6 min hektarda isə səpin yekunlaşdırılıb. Səpinin 3 min hektarını arpa, 2 min hektarını buğda, 650 hektarını isə xəsil təşkil edir.
Fermer təsərrüfatlarının sertifikatlı toxumlarla, güzəştli mineral gübrələrlə, suvarma suyu və səpin texnikaları ilə təminatında hər hansı problem yoxdur. Səpinin optimal müddətdə yekunlaşdırılması üçün Samux Dövlət Aqrar İnkişaf Mərkəzində qərargah da yaradılıb.
Ötən il Samux rayonunda hər hektar buğda və arpa sahəsindən orta hesabla 35 sentner məhsul əldə olunub. Vurğulanmaladır ki, şumun keyfiyyətli qaldırılması, torpağın səpin üçün hazırlanması və daha keyfiyyətli toxum materialları ilə istifadə edilməsi bol məhsul üçün zəmin yaradır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

