/ / Ölkəmizdə kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda dinamik inkişaf davam edir
Ölkəmizdə kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda dinamik inkişaf davam edir
21.12.2018 [09:27]
Regionlarda aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər heyvandarlıqda istehsalın artmasına da öz müsbət təsirini göstərib
Məlum olduğu kimi, ölkəmizdə həyata keçirilən və inkişafı hədəfləyən siyasət öz bəhrəsini verir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycanda bütün sahələrin, o cümlədən kənd təsərrüfatının inkişafı davamlı xarakter daşıyır. Elə cari il ərzində əldə edilən uğurlar da deyilənləri təsdiqləyir. Belə ki, il ərzində respublikanın regionlarında kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə yüksək məhsuldarlıq əldə edilib. Heç şübhəsiz, bu uğurların əsasında duran başlıca məqam dövlətin bu sahəyə xüsusi diqqət və qayğı göstərməsidir. Daha dəqiq desək, ölkə boyu fermerlərə verilən güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması, intensiv metodların tətbiqinə geniş meydan verilməsi aqrar sektorda yeni istehsal və ixrac imkanları yaradır.
Ölkəmizdə aqrar sahənin inkişafı istiqamətində reallaşdırılan məqsədyönlü tədbirlər həmçinin heyvandarlıqda istehsalın artmasına da öz müsbət təsirini göstərib. İstər ötən illərdə, istərsə də cari il ərzində ayrı-ayrı rayonlar üzrə əldə edilən uğurlar da deyilənləri təsdiq edir. Məsələn, Ağsu rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda dinamik inkişaf davam edir. Təsadüfi deyil ki, cari ilin on bir ayında da məhsul istehsalında bütün göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.
Rayon Statistika İdarəsindən bildirilib ki, 2018-ci ilin on bir ayında bölgədə diri çəkidə 4688 ton ət, 27 min 292 ton süd, 8 milyon 36 min ədəd yumurta, 308 ton yun istehsal olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 10 ton, süd 82 ton, yumurta 483 min ədəd, yun 2 ton çox olub. Əksər ərazilərdə, xüsusilə Gəgəli, Qaraqoyunlu, Ərəbmehdibəy, Ərəbsarvan və bir sıra digər ərazi vahidlərində fermerlər və fiziki şəxslər heyvandarlıq məhsulları istehsalında daha yüksək nəticələr əldə ediblər.
Heyvandarlığın inkişafından danışarkən bildirmək yerinə düşər ki, bu sahədə mal-qaranın cins tərkibinin dəyişdirilməsi və daha məhsuldar heyvanlarla əvəz edilməsi xüsusi əhəmiyyət kəs edir. Bunun üçün dövlət həm də süni mayalandırmanın imkanlarından maksimum səmərəli istifadə olunması, bu sahədə peşəkar texniklərin yetişdirilməsi, doğulan hər bir cins buzov üçün 100 manat subsidiyanın verilməsi ilə heyvandarlara güclü dəstək verir. Bu dəstəyin nəticələri respublikamızın hər yerində olduğu kimi Kürdəmir rayonunda da öz bəhrəsini verməkdədir. Təkcə bir faktı qeyd edək ki, bölgədə cari ilin on bir ayında süni mayalandırma yolu ilə 828 baş cins buzov alınıb, bunun üçün sahibkarlara 82 min 800 manat subsidiya ödənilib.
Rayonun Mollakənd kənd sakini, ailə fermer təsərrüfatının başçısı Ənvər İbrahimov KİV-ə açıqlamasında deyib ki, mal-qaranın cins tərkibinin dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsi bir sıra məqamlara görə əlverişlidir. Onun sözlərinə görə, cins mal-qara məhsul istehsalında əsaslı artım deməkdir. Fermer deyib ki, əvvəllər yerli cinsdən olan inəklərdən gündə 4-5 litr süd sağılırdısa, indiki inəklər simmental cinsindəndir və 18-20 litr süd verir. Bir yaşında cöngədə 250 kiloqramadək ət olur. Ümumiyyətlə, cins heyvanlar yerli cinslərdən 3 dəfə çox gəlir gətirir. Fermer sözünə davam edərək bildirib ki, təkcə ilin ötən dövründə 7 baş cins buzovları olub və hər buzova görə dövlət ona 100 manat subsidiya verib. Ailə fermer təsərrüfatında hazırda 17 baş cins heyvan var. Fermer inəklərin sayının 50 başa çatdırılması üçün bütün imkanlarını səfərbər edib.
Mərkəzi Aran iqtisadi rayonuna daxil olan Ağcabədi rayonunda da heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər 2018-ci ildə uğurla davam etdirilib. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, məhsul istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2018-ci ilin 11 ayında rayonda fəaliyyət göstərən süni mayalama texnikləri tərəfindən 4519 baş inək və düyə süni yolla mayalandırılıb, 2446 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı, əsasən “Holştein-friz”, “Simmental” cinsindən olan buğaların toxumlarından istifadə edilir.
Əldə olunan yüksək nəticələr, həmçinin süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat yardım verilməsi süni mayalama tədbirlərinə marağı artırıb. Cari ilin doqquz ayı ərzində Ağcabədi rayonu üzrə 1146 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınmış 1570 buzovun hər birinə 100 manat olmaqla, 157 min manat məbləğində subsidiya ödənilib. Eyni zamanda, oktyabr-noyabr aylarında doğulan buzovlar üçün də subsidiya hesablanıb və tezliklə heyvan sahiblərinə ödəniləcək. Subsidiyalar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Süni mayalama yolu ilə alınmış hər buzova görə subsidiyaların verilməsi” Qaydasına əsasən ödənilir.
Eyni zamanda, cari ilin 11 ayında Şəki rayonunda 5970 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 607 baş çoxdur. Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.
Mərkəzin rəsmisi bildirib ki, 11 ayda Şəki rayonu üzrə 1382 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınan 2077 baş buzova görə 207 min 700 manat subsidiya ödənilib. Süni mayalama yolu ilə alınan buzovların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 938 baş artıb.
Nazim Rəcəbov deyib ki, heyvanların süni yolla mayalandırılması heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına təsir göstərən ən mühüm amillərdəndir. Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının icrası olaraq, süni mayalama yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat məbləğində subsidiya ödənişi tətbiq olunduqdan sonra Şəki rayonunda süni mayalandırılan heyvanların sayı əvvəlki illərə nisbətən 2,2 dəfəyə yaxın artıb. Hazırda Şəkidə süni mayalama üzrə 13 mütəxəssis fəaliyyət göstərir.
Sabirabad rayonunda isə heyvandarlığı inkişaf etdirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni təsərrüfatlar yaradılır, mal-qaranın cins tərkibi yaxşılaşdırılır. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yenilənir. Hazırda rayonun ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarında 220 min 400 baş iribuynuzlu mal-qara və 223 min 500 baş qoyun-keçi saxlanılır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 7 min 944 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalına da güclü təkan verib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanın ən iri heyvandarlıq təsərrüfatlarından olan “Yalama Aqropark”da saxlanılan heyvanların sayı 2 min 840 başa çatdırılıb. İki ildir fəaliyyətə başlayan aqroparkda gündəlik süd istehsalı 21 tonadək artıb.
“Yalama Aqropark” MMC-nin icraçı direktoru Zaur Əliyev KİV-ə açıqlamasında bildirib ki, hazırda heyvandarlıq təsərrüfatında 1175 baş sağmal inək var. Avstriya və Almaniyadan gətirilmiş cins inəklərdən üç və dördüncü laktasiya üzrə balalar alınır. 2018-ci ildə “Yalama Aqropark”da 1040 baş buzov doğulub. Aqroparkda “Simmental” cinsinə aid südlük-ətlik istiqamətli heyvanlar saxlanılır ki, onlar da südün keyfiyyəti göstəricilərinə görə digər cins heyvanlardan fərqlənir. İstehsal edilən südün yağlılıq dərəcəsi 4,2 faiz və daha yuxarı olduğundan tərəfdaş emal müəssisələri tərəfindən kərə yağı istehsalında geniş tətbiq olunur. Stabil keyfiyyətli süd istehsalı ölkəmizin süd məhsullarına tələbatının ödənilməsində əhəmiyyətli rol oynayır.
Hazırda “Yalama Aqropark”da 240 başlıq yeni tövlənin tikintisi yekunlaşmaq üzrədir. Bu tövlə hazır olandan sonra təsərrüfatdakı heyvanların sayını daha da artırmaq mümkün olacaq. Bununla yanaşı, təsərrüfatda ümumi tutumu 7 min ton olan 3 silos quyusu da tikilib. Qarşıdakı aylarda “Yalama Aqropark”da daha 2 tövlə tikiləcək. Bununla da müəssisədəki tövlələrin sayı doqquza, taxıl anbarları isə yeddiyə çatacaq.
Gələn ildən başlayaraq təsərrüfatda əldə edilən peyinin ən keyfiyyətli ekoloji təmiz üzvi gübrə sayılan biohumus və bioenerjiyə çevrilmiş formada daha dəyərli istifadəsi nəzərdə tutulub. Bununla da “Yalama Aqropark”ın mineral gübrə sərfiyyatı xeyli azalacaq, təsərrüfatın enerjiyə olan tələbatı qismən ödəniləcək.
Qarşıya qoyulan tapşırığa uyğun olaraq “Yalama Aqropark”ın əkin sahələri 3 dəfə artırılıb, eyni zamanda, istehsal genişləndirilib. Xaçmaz rayonunun Müqtədir qəsəbəsində Dövlət Ehtiyat Fondu torpaqlarından 956 hektar sahə uzunmüddətli icarəyə götürülərək əkin dövriyyəsinə qatılıb. Həmin ərazidə hazırda müasir suvarma sistemləri quraşdırılır. Gələn il həmin ərazidə bitkiçilik təsərrüfatı yaradılacaq.
Müəssisənin əkin dövriyyəsinə cəlb etdiyi torpaq sahəsi 523 hektardan 1479 hektara çatdırılıb. Eyni zamanda, idxaldan asılılığı azaltmaq üçün soya bitkisinin əkini aparılıb, taxıl və qarğıdalı əkini sahəsi genişləndirilib.
Qeyd edək ki, Azərbaycanda yaradılan ilk aqropark Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşir. 2016-cı il sentyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə “Yalama Aqropark”ın açılış mərasimi keçirilib. Layihənin ilkin mərhələsinə uyğun olaraq, “Yalama Aqropark”da 3 min başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

