/ / Dövlət aqrar sektorun müxtəlif sahələrinə olduğu kimi, meyvəçilik sahəsinə də xüsusi diqqət göstərir
Dövlət aqrar sektorun müxtəlif sahələrinə olduğu kimi, meyvəçilik sahəsinə də xüsusi diqqət göstərir
25.12.2018 [10:01]
Göstərilən diqqət və qayğı bölgələrdə əhalini öz pay torpaqlarında yeni meyvə bağları salmağa həvəsləndirib
Məlum olduğu kimi, son illərdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanda bütün sahələr, o cümlədən aqrar sahə inkişaf edib. Daha dəqiq desək, son illərdə kənd təsərrüfatının inkişafına, xüsusilə bölgələrdə məşğulluğun artırılmasına böyük diqqət, qayğı və dəstək göstərilir. Nəticədə isə kənd təsərrüfatında ardıcıl artım qeydə alınır. Təbii ki, ölkəmiz kənd təsərrüfatının potensialından səmərəli istifadə etməklə bir tərəfdən ərzaq məhsullarına olan daxili tələbatı sırf yerli istehsal hesabına ödəməyi, digər tərəfdən isə aqrar sektordan ixrac həcmlərini artırmaqla respublikaya əlavə valyuta axınını təmin etməyi hədəfləyib. Aqrar sektorun inkişafından danışarkən vurğulamaq yerinə düşər ki, Azərbaycanda bu sektorda gəlirli sahələrdən olan meyvəçiliyin inkişafı da diqqət mərkəzində saxlanılır. Regionlarda meyvə bağlarının əraziləri genişləndirilir, keyfiyyətli məhsul əldə olunması üçün lazımi addımlar atılır. Məhz bu diqqətin və qayğının nəticəsidir ki, bu ilin arxada qalan aylarında da regionlarda meyvəçiliklə bağlı uğurlar əldə edilib.
Məsələn, Ağsu rayonunda artıq meyvə yığımı başa çatıb və bağlardan 11 min 421 ton məhsul tədarük olunub. Rayon Statistika İdarəsindən bildirilib ki, cari ildə istehsal edilən meyvə ötən ildəkindən 380 ton çoxdur.
Mütəxəssislər 2018-ci ili bölgədə meyvəçilik üçün əlverişli il hesab edirlər. Bu il xüsusilə dağlıq ərazilərdə, o cümlədən Kalva, Nuran, Dilman, Xatman, Hacman və digər yaşayış məntəqələrindəki bağlarda alma, armud, qoz, dağətəyi ərazilərdə - Pirhəsənli, Qaraqaşlı, Nəmirli və digər yerlərdə nar, xurma, cənub ərazilər olan Kəndoba, Cəlayir, Rəhimlidə heyva bol olub. Ümumiyyətlə, rayonda yerli şərait üçün ənənəvi olan alça, gavalı, əncir və digər meyvələr də ötən ildəkindən çox tədarük edilib. Bir sıra məhsullar, o cümlədən nar və xurma yerli bazarlarla yanaşı, Rusiya bazarlarına da ixrac olunub.
Neftçalada da meyvə yığımı başa çatıb. Bağbanlar becərdikləri 591 hektar meyvə bağından 1849 ton meyvə tədarük ediblər. Rayon Statistika İdarəsindən bildiriblər ki, cari ildə neftçalalı bağbanların tədarük etdikləri meyvə ötənilkindən 327 ton və ya 21,5 faiz çox olub. Yığılan məhsulun 120 tonunu alma, 60 tonunu armud, 195 tonunu heyva, 59 tonunu ərik, 230 tonunu gavalı, 172 tonunu alça, 27 tonunu şaftalı, 26 tonunu gilas, 792 tonunu nar, qalanını isə xurma, qoz, fındıq, əncir, albalı və digər meyvələr təşkil edib. Tədarük olunan meyvənin demək olar ki, üçdəbiri Aşağı Qaramanlı, Yuxarı Qaramanlı, Surra və Xolqarabucaq kəndlərinin payına düşür. Ən yüksək nəticə isə üzüm bağlarından əldə olunub. Rayonda mövcud olan 134,1 hektar üzüm bağından 307,5 ton məhsul götürülüb.
Artıq bir müddətdir ki, Astaranın sitrus bağlarında portağal yığımına başlanılıb. Rayonun sitrusçuluqla məşğul olan fermerləri və məhsul istehsalçıları bu il bol məhsul yetişdiriblər. Astara Rayon Statistika Komitəsindən verilən məlumata əsasən, ötən il rayonda 323,2 hektar sitrus bağlarından 2492,3 ton portağal yığılıb. Bu il isə portağalın əkin sahəsi 49 hektar artırılaraq 372 hektara çatdırılıb. Bağlardan 2542 ton məhsulun yığılması proqnozlaşdırılır.
Rayonun sitrusçuları portağalın həm həcminə, həm də dadına görə fərqlənən “Vaşinqton” növünə üstünlük verirlər. Portağalın bir kiloqramının qiyməti 1-1,5 manat arasındadır. Əsasən yerli bazara çıxarılan portağalın yığım kampaniyası dekabr ayının sonuna kimi davam edəcək.
Ölkəmizin əsas üzümçülük rayonlarından olan Göygöldə bu mövsüm 8 min 481,4 ton üzüm toplanılıb. Bu keçən illə müqayisədə 1952,4 ton və ya 29,9 faiz çoxdur. Rayon Statistika İdarəsindən bildirilib ki, üzümün 783,1 tonu əhali təsərrüfatlarından, 7698,3 tonu isə kənd təsərrüfatı müəssisələrindən yığılıb.
İqtisadiyyatının əsasını müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən Samux rayonunda meyvəçilik əsas sahələrdən biridir. Hazırda rayonda tumlu, qərzəkli, çəyirdəkli, quru subtropik və sair tipli meyvə növləri yetişdirilir. Rayonda meyvə ağacları əsasən əhalinin həyətyanı sahələrində üstünlük təşkil edir. Bununla belə, son illərdə dövlətin aqrar sektorun müxtəlif sahələrinə olduğu kimi meyvəçilik sahəsinə də göstərdiyi diqqət rayon əhalisini öz pay torpaqlarında yeni meyvə bağları salmağa həvəsləndirib.
Samux Rayon Statistika İdarəsindən bildirilib ki, 2018-ci ildə rayondakı meyvə və giləmeyvə bağlarının ümumi sahəsi 1812 hektara çatdırılıb. Həmin bağlardan 1343,6 hektarı bar verən, 468,4 hektarı isə yeni salınanlardır. Bu il sahələrdən 17 min 352 ton meyvə və giləmeyvə, o cümlədən 9081 ton xurma, 1843 ton nar, 1151 ton ərik, 700 ton alma, 655 ton alça, 596 ton armud, 470 ton əncir, 460 ton gavalı, 447 ton zoğal, 358 ton gilas, 304 ton qoz, 291 ton şaftalı, 285 ton heyva, 78 ton albalı, 61 ton fındıq, 150 ton əzgil, 374 ton digər meyvələr və 48 ton giləmeyvə yığılıb.
Meyvənin məhsuldarlığı hər hektara görə 95,8 sentner olub. Meyvə və giləmeyvənin 440 tonu kənd təsərrüfatı müəssisələrində, 16 min 912 tonu isə əhali təsərrüfatlarında istehsal olunub.
Onu da bildirək ki, meyvəçiliyin inkişafı istiqamətində atılan addımlar davamlı xarakter daşıyır. Belə ki, Şimal bölgəsinin rayonlarında son üç ildə 10 min hektardan çox yeni fındıq bağları salınıb. Fındıq istehsalı bu rayonların iqtisadiyyatında mühüm rol oynayır. Hazırda Xaçmaz, Quba, Qusar və Şabranda 20 min hektara yaxın fındıq bağı var.
Regiondakı fındıq bağlarının 9 min 122 min hektarı Xaçmaz rayonunun payına düşür. Bu bağların 6 min hektarı barverəndir. Rayonun fındıq bağlarından bu il 6 min 500 tondan çox məhsul əldə olunub. Xaçmaz rayonunda son 3 ildə fındıq bağlarının sahəsi iki dəfəyədək artırılaraq 9 min hektarı keçib. Təsərrüfatçılar əkin prosesini davam etdirirlər. 2018-ci ilin payız mövsümündə rayonda 700 hektara yaxın fındıq bağı salınıb. Fındıq bağlarının ümumi sahəsinin 10 min hektara çatdırılması nəzərdə tutulub. Yeni salınan bağlarda əsasən yerli sort tinglər əkilir. Bu bağlar 4-5 ildən sonra məhsul verməyə başlayacaq.
Xaçmaz respublikada fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biridir. Ölkə üzrə 40 min hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulur ki, bunun da 5 min 16 hektarı Xaçmaz rayonunun payına düşür. Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin baş mütəxəssisi Qabil Ağabalayev bildirib ki, fındıq bağlarında məhsuldarlıq ötən illərə müqayisədə artıb. Fermerlər dövlətin onlara ayırdığı güzəştlərdən faydalanaraq bağlara daha yaxşı qulluq edirlər. Məhsulun bol olması isə bağ sahiblərinin daha çox gəlir əldə etməsinə imkan yaradır.
Rayonun Çiləgir kəndindən olan fermer Oktay Mahmudovun sözlərinə görə, son illər fındıqçılığa maraq xeyli artıb. Təsərrüfatçılar əvvəllər yalnız şaftalı, alma, gavalı bağları salırdısa, indi daha çox fındıq bağlarına üstünlük verirlər. Fındığın yetişdirilməsi digər meyvələrlə müqayisədə az zəhmət tələb edir. Xaçmaz rayonunda 21 min 386 hektar meyvə bağı var ki, bunun da təxminən 40 faizini fındıq bağları təşkil edir.
Qusar fındıq əkininə görə şimal bölgəsində ikinci yerdədir. Bu rayonda 6 min 139 hektar fındıq bağları mövcuddur. Qusar Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, mövcud fındıq bağlarının 2 min 200 hektarı son illərdə salınıb. 100 hektar bağ intensiv üsulla becərilir. Rayondakı 3 min 324 hektar bar verən fındıq bağından təsərrüfatçılar bu il 3 min 100 ton fındıq əldə ediblər.
Ölkəyə valyuta gətirən bu məhsula son zamanlar tələbatın daha da artması torpaq mülkiyyətçilərini fındıq bağlarının sahəsini genişləndirməyə sövq edir. Fındığın satış qiymətinin münasib olması fermerləri həvəsləndirən amillərdəndir. Məsələn, Quba rayonunda son 3 ilə kimi cəmi 115 hektar fındıq bağı mövcud idi. Hazırda isə fındıq bağlarının ərazisi 2 min 140 hektara qədər artırılıb.
Şabran da respublikada fındıq bağlarının artırılması nəzərdə tutulan rayonlardan biridir. Burada 1000 hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulurdu. Təsərrüfatçılar 2016-cı ildən başlayaraq nəzərdə tutulan plan əsasında fındıq bağlarının sahəsini 1200 hektara çatdırıblar. Yeni salınan fındıq bağlarında əkilən tinglər əsasən Zaqatala-Balakən zonasından gətirilib. Bundan əvvəl rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 176 hektar təşkil edirdi.
Azərbaycan dünya ölkələri içərisində fındıq ixracına görə ilk pillələrdə yer alır. Ölkəmizdə fındığın 130-dan çox sortu yetişdirilir. Mütəxəssislər bildirirlər ki, fındıq kollarının indiki məhsuldarlığını iki dəfəyədək artırmaq mümkündür. Əksər bağ sahibləri fındığın yetişdirilməsi haqqında səhv təsəvvürə malikdir. Təsərrüfatçılar kol bitkisi olduğunu düşünüb fındığın budanmasını, dərmanlanmasını həyata keçirmir və ağaclara gübrə vermirlər. Halbuki bu aqrotexniki qaydalara əməl olunarsa, fındıq kollarından 5-6 yox, 12-13 kiloqram məhsul toplamaq mümkündür.
Eyni zamanda bu ilin yaz və payız mövsümlərində Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin Qax Meşəbəyliyi tərəfindən rayon ərazisində dövlət meşə fonduna aid 54 hektar sahədə aqromeşələr salınıb. Yeni salınan meşəliklərin 43 hektarına fındıq, 7 hektarına qoz, 2 hektarına şabalıd, 2 hektarına isə ərik və tut tingləri əkilib. Meşəbəylikdən bildiriblər ki, dövlətimizin başçısının göstərişinə uyğun olaraq, 2016-cı ildən başlayaraq meşə əkini işləri zamanı kənd təsərrüfatı əhəmiyyətli kol və ağac tinglərinin əkininə, aqromeşələrin, bağların salınmasına üstünlük verilir. Əkin zamanı əsasən fındıq, qoz, şabalıd, tut və digər ağac tinglərindən istifadə olunur.
Qeyd edək ki, 2016-2018-ci illərdə Qax rayonu ərazisində 242 hektar sahədə aqromeşələr salınıb. Yeni bağların salınması məqsədilə bu ilin yaz mövsümündə müəssisənin tinglik təsərrüfatında 0,4 hektar sahəyə müxtəlif növ meyvə tingləri əkilib. İlin sonunadək daha 0,8 hektar sahəyə yeni tinglər əkiləcək. Bundan əlavə, hazırda müəssisənin tinglik təsərrüfatında əvvəlki illərdə əkilmiş 374 min ədəd meyvə tingi də yetişdirilir.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

