Regionlarda baramaçılığın inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir
26.12.2018 [09:23]
Bu məqsədlə bölgələrdə yerli və xaricdən gətirilən tut tinglərinin əkini davam edir
Ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində aparılan uğurlu siyasət öz bəhrəsini verməkdədir. Belə ki, kənd təsərrüfatında innovativ metodların, qabaqcıl təcrübənin tətbiqi, ixracyönümlü məhsul istehsalının təşviq edilməsi, azad sahibkarlığın hərtərəfli şəkildə dəstəklənməsi, fermerlərə subsidiyalar, güzəştli kreditlər verilməsi, texnika və gübrələrlə təminatın gücləndirilməsi, bölgələrdə dövlət vəsaiti hesabına müasir infrastrukturun yaradılması, həmçinin regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi son nəticədə respublikamızda aqrar sektorun keyfiyyətcə yeni inkişaf mərhələsinə çıxmasını təmin edib.
Ümumiyyətlə, aqrar sahənin inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət strategiyasının əsas tərkib hissələrindən biridir. Eyni zamanda, 2016-cı ildən etibarən ölkədə kənd təsərrüfatının ənənəvi sahələri olan pambıqçılıq, tütünçülük, baramaçılıq, çayçılıq və digər sahələr üzrə kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Son illərdə Azərbaycanın regionlarında qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində respublika üzrə barama istehsalı ilbəil artır. Əgər 2015-ci ildə ölkəmizdə cəmi 236 kiloqram barama istehsal edilmişdisə, cari ildə bu göstərici 500 tondan çox olub. Əlamətdar haldır ki, bölgələrdə baramaçılığa maraq göstərən insanların, ailə təsərrüfatlarının sayı da getdikcə artır. 2018-ci ildə bu sahədə çalışanların sayı ötən illə müqayisədə iki dəfədən çox artaraq 22 minə çatıb. Beləliklə, insanlar 30-40 gün ərzində çox da böyük əziyyət çəkməyərək yaxşı pul qazanırlar. Respublikanın bölgələrində baramaçılığın inkişaf perspektivləri isə daha böyükdür. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 27 noyabr 2017-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək ölkədə yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur.
Hazırda ölkəmizdə ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Bu baxımdan, regionlarda tut tinglərinin əkilməsi işi davam edir. Belə ki, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 20 mini Ağcabədi rayonuna ayrılıb. Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bölgü əsasında əvəzsiz olaraq təsərrüfatlara, barama istehsalçılarına paylanılan tinglərin əkini artıq başa çatıb. Tut tingləri Çin texnologiyası əsasında əkilib. Sahələrin hazırlanması və əkin işləri mütəxəssislərin nəzarəti altında aparılıb. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən 100 min ədəd yerli tut tinginin əkilməsi də həyata keçirilib.
Qeyd edək ki, Ağcabədi rayonunda baramaçılıq 2016-cı ildən yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayon kümçüləri tərəfindən 3675 kiloqram, 2017-ci ildə 16 min 475 kiloqram, 2018-ci ildə isə 37 min 146 kiloqram barama istehsal olunub.
İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2017-ci illərdə rayon ərazisində 250 mindən çox tut tingi əkilib. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir.
Çindən ölkəmizə gətirilən 1 milyon tut tingindən 50 mini bölgü əsasında Qəbələ rayonunda əkilib. Bundan əlavə, payız mövsümündə rayonun kəndlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılmış 38 min yerli tut tinginin əkilməsi də təmin olunub. Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik şöbəsinin müdiri Elimdar Şərifov məlumat verib ki, baramaçılığın inkişaf etdirilməsi və gələcəkdə yaş barama istehsalının artırılması məqsədilə son üç ildə rayon ərazisində 258 min tut tingi əkilib. Bunun 110 minini Çindən gətirilən tinglər təşkil edir.
Hacıqabulda isə baramaçılıq yeni təsərrüfat sahəsidir. Son illər rayonda bu gəlirli sahənin inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, yeni tut bağları salınır, ipəkqurdunun bəslənməsi üçün tikililər inşa olunur. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, aqrar bölmənin bu gəlirli sahənin inkişaf etdirilməsində əsas amil olan yem bazasının möhkəmləndirilməsi üçün ötən il rayonun ayrı-ayrı kəndlərində 5 min tut tingi əkilərək kümçülərə verilib. Bu istiqamətdə işlər davam etdirilir. Belə ki, bu günlərdə Çin Xalq Respublikasından gətirilmiş tinglərin 6 min ədədi rayonda əkilib.
Yeni tinglərin əkilməsi ilə yanaşı, mövcud tut bağlarına da aqrotexniki qaydada qulluq göstərilir. Qeyd edək ki, son üç ildə rayonda baramaçılığı inkişaf etdirmək məqsədi ilə 12 min ədəd tut tingi əkilib.
Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 15 mini isə Yevlax rayonuna ayrılıb. Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bölgü əsasında əvəzsiz olaraq təsərrüfatlara, barama istehsalçılarına paylanılan tinglərin əkini artıq başa çatıb. Tut tingləri Çin texnologiyası əsasında əkilib. Sahələrin hazırlanması və əkin işləri mütəxəssislərin nəzarəti altında aparılıb. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən 20 min ədəd yerli tut tinginin əkilməsi də həyata keçirilib.
Qeyd edək ki, Yevlax rayonunda ipəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-cı ildə 95 min 300 ədəd, 2017-ci ildə 53 min ədəd tut tingi əkilib. 2017-ci ildə rayonda 5,5 ton, 2018-ci ildə isə 10 ton 984 kiloqram barama istehsal edilib.
Sabirabadda da baramaçılığın əvvəlki şöhrətinin qaytarılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Cari ildə 14 tondan çox barama istehsal edən rayon kümçüləri gələn il məhsul istehsalını daha da artırmaq üçün indidən hazırlıq işlərinə başlayıblar. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin aqronomu Bəxtiyar Məmiyevin sözlərinə görə, son illər Sabirabadda baramaçılığın inkişafına xüsusi diqqət yetirilir. Ötən il rayonun 6 kəndində 8 min tut tingi əkilib. Bu il isə 10 ərazi dairəsi üzrə nümayəndəlikdə 13 min tingin əkilməsi nəzərdə tutulub. Artıq Çin Xalq Respublikasından alınan 3 min və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yetişdirilən 10 min tut tingi rayona gətirilib. Bu günə kimi tinglərdən 8 min ədədi əkilib. Qalan 5 mininin əkini isə yaxın günlərdə başa çatdırılacaq.
Qeyd edək ki, sabirabadlı baramaçılar gələn il məhsul istehsalını 20 tona çatdırmağı planlaşdırırlar.
Yeri gəlmişkən, Çin Xalq Respublikasından ölkəmizə gətirilən və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yetişdirilən tut tinglərindən 15 min ədədi isə Saatlı rayonunda əkilir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, tut tinginin 5 min ədədi Çin Xalq Respublikasından gətirilib, 10 mini isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılıb.
Tut tingləri rayonun Bəylər kəndi ərazisində, Sabir kanalının sağ qolu boyunca və Mil-Muğan kollektorunun mühafizə zolağında əkilir. Artıq tinglərdən 4 min 900 ədədi əkilib. Qalan 1100 ədədinin əkini isə yaxın günlərdə başa çatdırılacaq. Tinglərin əkinində mütəxəssislər yaxından iştirak ediblər.
Qeyd edək ki, rayonda 2016-cı ildə 60 min, 2017-ci ildə isə 4 min ədəd tut tingi əkilib.
Baramaçılığın inkişafı məqsədilə xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində 7500 ədədi Çindən gətirilmiş, 15 min ədədi isə yerli olmaqla, 22 min 500 ədəd tut tingi əkilib. Ting əkinində fəal iştirak edən xocavəndli məcburi köçkünlər kənd təsərrüfatının gəlirli sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə əhalinin rifahının daha da yaxşılaşacağına, əlavə iş yerlərinin yaranacağına əminliklərini ifadə ediblər.
Qeyd edək ki, ötən ilin payızında xocavəndli məcburi köçkünlər tərəfindən Beyləqan rayonu ərazisində 15 min 500 ədəd tut tingi əkilib. Uzun illərdən sonra ilk dəfə olaraq ipəkqurdu bəsləyən xocavəndli məcburi köçkünlər 1 ton 47 kiloqram barama tədarük ediblər.
Bərdə rayonunda isə Çindən gətirilən tut tinglərinin 70 mininin əkilməsi nəzərdə tutulur. Bir neçə gündür tinglərin əkilməsinə başlanılıb. Bərdə Rayon İcra Hakimiyyətindən bildiriblər ki, bölgü əsasında əvəzsiz olaraq təsərrüfatlara, barama istehsalçılarına paylanılan tinglərin böyük hissəsi Çin texnologiyası əsasında əkilib. Sahələrin hazırlanması və əkin işləri mütəxəssislərin nəzarəti altında aparılır. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 110 min tingin əkilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, baramaçılığın inkişafı, ipəkqurdunun yem təminatının möhkəmləndirilməsi məqsədilə 2016-cı ildə 60 min 700 ədəd, 2017-ci ildə isə 168 min tut tingi əkilib. Rayon kümçüləri 2016-cı ildə 4,5 ton, 2017-ci ildə 12,5 ton, 2018-ci ildə isə 24,5 ton barama istehsal ediblər. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

