Bölgələrdə taxıl səpini uğurla davam etdirilir
11.01.2019 [09:40]
Mütəxəssislərin qənaətinə görə, səpin zamanı qabaqcıl təcrübənin tətbiqi, elit toxumlardan istifadə olunması və əkin sahələrinin genişləndirilməsi taxılçılıqda məhsuldarlığın daha da artmasına müsbət təsir göstərəcək
Azərbaycanda ərzaq təminatının daxili istehsal hesabına təmin olunması istiqamətində görülən tədbirlər davam etdirilir. Vurğulamaq lazımdır ki, müvafiq Dövlət proqramları, respublikanın ərzaq təhlükəsizliyinin təmini ilə bağlı qəbul olunan qanunlar kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Həyata keçirilən tədbirlər bütövlükdə ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanlarının əsaslı dərəcədə artmasına şərait yaradıb. Belə ki, istər ayrı-ayrı bölgələrdə yeni aqroparkların yaradılması, istər yeni əkin sahələrinin müəyyənləşdirilməsi, istərsə də sahibkarlara verilən dəstək yüksək nəticələrin əldə olunmasına yol açır.
Onu da qeyd edək ki, ölkənin etibarlı ərzaq təminatına nail olunmasında taxılçılıq strateji əhəmiyyət daşıyır. Bu gün qabaqcıl təcrübənin, intensiv metodların tətbiqi taxılçılıqda istehsalın genişlənməsinə müsbət təsir göstərən vacib amillərdən sayılır. İntensiv metodlardan istifadə edərək məhsuldarlığı artırmaqla, eləcə də əkin sahələrinin genişləndirilməsi ilə ölkədə taxıl istehsalı əhəmiyyətli dərəcədə yüksəlir. Eləcə də respublikamızın regionlarında taxılçılıq sahəsində dünya miqyasında təsdiqini tapan qabaqcıl təcrübənin tətbiqi, o cümlədən də iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Dövlət Torpaq Fondunun hesabına yaradılan iri fermer təsərrüfatlarının fəaliyyətə başlaması ilə ölkəmizdə, əslində, yeni bir kənd təsərrüfatı sisteminin formalaşdığını söyləmək mümkündür. Belə ki, iri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsullarının, ən əsası isə taxılçılığın istehsalının artırılmasını stimullaşdırır.
Bu məqamda vurğulamaq yerinə düşər ki, bölgələrimizdə payız taxıl səpini prosesi davam etməkdədir. Bəzi rayonlarımızda taxıl əkini başa çatsa da, bir sıra regionlarda bu ilin ilk günlərində səpin prosesi davam edib. Məsələn, Tərtər rayonunda fermer və torpaq mülkiyyətçiləri səpin işlərini davam etdirirlər. Ötən ilin sonuna olan məlumata görə, rayon üzrə 14 min 802 hektarda şum qaldırılıb, 11 min 38 hektarda taxıl, o cümlədən 7072 hektarda buğda, 3820 hektarda dən üçün arpa, 146 hektarda yaşıl yem üçün xəsil arpa səpilib. Digər kənd təsərrüfatı bitkilərinin də səpini aparılır. Belə ki, 8,3 hektarda baş soğan, 65,8 hektarda sarımsaq, 744 hektarda təzə yonca, 2 hektarda noxud əkilib.
Cari 2019-cu ildə Qazax rayonunda taxıl əkinində yüksək göstəricilərin əldə olunması gözlənilir. Belə ki, bu il Qazaxda əkin sahələri 843,3 hektar artırılaraq 21476,3 hektara çatdırılacaq. Rayon üzrə ümumilikdə 13 min 180 hektar taxıl əkiləcək. Bunun 9400 hektarını buğda, 3780 hektarını isə arpa sahəsi təşkil edəcək. Hazırda 2019-cu ilin məhsulu üçün nəzərdə tutulan 13 min 180 hektar taxıl sahəsindən 8206 hektarında buğda, 4051 hektarında isə arpa olmaqla, ümumilikdə 12 min 257 hektar taxıl səpilib. Həmçinin 13 min 668 hektar sahədə isə şumlanma aparılıb.
Şəki rayonunda da taxıl əkini sahələri artırılıb. Verilən məlumata görə, respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında 2019-cu ilin məhsulu üçün 68 min 68 hektar sahəyə taxıl səpilib. Taxıl sahələri əvvəlki illə müqayisədə 906 hektar artıb. Taxıl əkinlərinin 45 min 962 hektarını buğda, 22 min 106 hektarını arpa sahələri təşkil edir. Xatırladaq ki, ötən il şəkili fermerlər 67 min 162 hektar taxıl sahəsindən 220 min 847 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 33 sentner məhsul götürülüb. Taxıl istehsalı 2017-ci illə müqayisədə 7 min ton artıb.
Saatlı rayonunda isə 24 min 866 hektarda payızlıq taxıl əkilib. Artıq rayon üzrə payızlıq taxıl əkini başa çatıb. Səpinə mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri qısa müddətdə 24 min 866 hektara toxum səpiblər ki, bu da ötən ildəkindən 2 min 516 hektar çoxdur. Saatlılı taxılçılar ötən il 22 min 350 hektar taxıl sahəsindən 91 min 635 ton məhsul götürüblər. Bunun da 79 min 643 tonu buğda, 11 min 991 tonu isə arpa olub. Taxıl sahələrinin hər hektarının məhsuldarlığı 41 hektara çatıb.
Əkinçilər cari mövsümdə qısa müddətdə 24 min 866 hektar sahəyə toxum səpiblər ki, bunun da 19 min 44 hektarı buğda, 5 min 822 hektarı arpa sahəsidir.
Biləsuvar rayonunda da payızlıq taxıl əkini başa çatıb. Ümumiyyətlə, rayonda dövlətin torpaq mülkiyyətçilərinə verdiyi subsidiyalar, aparılan meliorativ tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması taxılçılığın ilbəil genişlənməsinə səbəb olub. Biləsuvarlı taxılçılar ötən il zəmilərdən 82 min 797 ton məhsul götürüblər. Bunun 37 min 469 tonu arpa, 45 min 328 tonu isə buğda olub. Əkinçilər cari ilin məhsulu üçün də möhkəm təməl yaradıblar. Payızlıq taxıl səpininə mütəşəkkil başlayan fermer və torpaq mülkiyyətçiləri qısa müddətdə 29 min 213 hektarda səpin apararaq payızlıq taxıl əkinini başa çatdırıblar. Səpin zamanı əkinçilər rayonlaşdırılmış yüksək məhsuldar sortların əkininə üstünlük veriblər. Səpin aparılan sahələrdə yaxşı bitiş alınıb. Qeyd edək ki, biləsuvarlı fermerlər ötən il biçin apardıqları taxıl sahələrinin hər hektarından 27,9 sentner məhsul götürüblər.
Ağcabədi rayonunda isə fermer və torpaq mülkiyyətçiləri səpin işlərini davam etdirirlər. Rayonda 28 min 365 hektara taxıl, o cümlədən 20 min 970,5 hektara buğda, 4602 hektara dən üçün arpa, 2792,5 hektara xəsil arpa səpilib. Rayonda digər kənd təsərrüfatı bitkilərinin də səpini aparılır. Belə ki, 1,5 hektarda kələm, 2 hektarda baş soğan, 147 hektarda sarımsaq, 1490 hektarda təzə yonca əkilib.
Taxıl əkini başa çatan rayonlar arasında Sabirabad da var. Bu barədə verilən məlumatda qeyd olunur ki, səpinə yaxşı hazırlaşan torpaq mülkiyyətçiləri qısa müddətdə 25 min 136 hektarda payızlıq taxıl səpini aparıblar ki, bu da ötən ildəkindən 491 hektar çoxdur. Sabirabadlı taxılçılar ötən il 24 min 645 hektar sahədən 97 min 93 ton məhsul götürüblər. Taxıl sahəsinin hər hektarının məhsuldarlığı 39,4 sentner olub. Məhsul istehsalçıları cari təsərrüfat ilində daha yüksək nəticələr əldə etmək üçün səpinə vaxtında başlayıblar. İşə məsuliyyətlə yanaşan əkinçilər qısa müddətdə 25 min hektardan çox sahəyə toxum səpərək kampaniyanı başa çatdırıblar. Məhsul istehsalçıları, həmçinin 2 min 725 hektar sahəyə yonca toxumu da səpiblər.
İmişli rayonunda da taxılçılıq əsas təsərrüfat sahələrindəndir. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtgü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə əlavə subsidiya verilməsi bu sahəyə marağı artırır. İndi rayonda yüzlərlə fermer təsərrüfatın bu sahəsi ilə məşğul olur və taxıl istehsalı ilbəil artır. Ötən il 15 min 992 hektar taxıl sahəsindən 68 min 371 ton məhsul götürən fermerlər bu göstəricini növbəti təsərrüfat ilində daha da artırmaq üçün səpinə vaxtında başlayıblar. Fermerlər qısa müddətdə 18 min 937 hektar sahəyə toxum səpərək payızlıq taxıl əkinini başa çatdırıblar. Əkin sahəsi ötən ildəkindən 2 min 145 hektar çoxdur. Səpin aparılmış sahənin 6 min 222 hektarını arpa, 12 min 715 hektarını isə buğda sahəsi təşkil edir. Əkinçilər həmçinin 53 hektarda yaşıl yem üçün xəsil və 111 hektarda yonca əkiblər.
Salyanda da payızlıq taxıl əkini başa çatıb. Səpinə mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə 16 min hektardan çox səpin aparıblar. Salyanlı taxılçılar ötən il 16 min 813 hektar taxıl sahəsindən 54 min 294 ton məhsul götürüblər. Bunun da 29 min 163 tonu buğda, 25 min 131 hektarı arpa olub. Taxıl sahələrinin hər hektarının məhsuldarlığı 32,3 sentnerə çatıb.
Ötən il zəmilərdən bol məhsul götürən torpaq mülkiyyətçiləri cari ilin məhsulu üçün də yaxşı təməl qoyublar. Bu məqsədlə taxıl əkiləcək sahələrdə keyfiyyətli şum aparılıb, gübrə verilib. Eyni zamanda, əkinçilər yüksək reproduksiyalı rayonlaşdırılmış toxum sortları və səpin aqreqatları ilə təmin olunublar. Səpinə vaxtında başlayan əkinçilər qısa müddətdə 16 min 886 hektar sahəyə toxum səpiblər ki, bunun da 6 min 686 hektarı buğda, 9 min 917 hektarı isə arpadır.
Rayonun Sort-Sınaq Məntəqəsində isə 11 hektar sahədə toxumluq taxıl əkilib. Rayonun Kürqaraqaşlı kəndində fəaliyyət göstərən Məntəqədə sınaq məqsədilə 35 növ toxumluq taxıl sortu yetişdirilib. Əkilmiş sahənin 5 hektarını buğda, 6 hektarını isə arpa təşkil edir.
Dövlət Sort-Sınaq Məntəqəsinin müdiri Balaeyvaz Hüseynov bildirib ki, əkin zamanı daha çox rayonlaşdırılmış “Qarabağ-33”, “Cəlilabad-19”, “Fatimə”, “Xəzri”, “Gilavar”, “Leyla” və “Nuranə” kimi yerli sortlara üstünlük verilir. Bununla yanaşı, sınaqdan çıxarmaq üçün bu il xaricdən əlavə olaraq daha 5 sort taxıl gətirilərək əkilib. Qeyd edək ki, rayonlaşdırılmış toxumların məhsuldarlığı 50-60 sentner arasında olur.
Eyni zamanda Yevlax rayonunda da taxıl səpini başa çatdırılıb. Ötən il taxılın hər hektarından yüksək məhsuldarlıq əldə edən yevlaxlı fermerlər bu il də sahələrdən bol məhsul götürmək əzmindədirlər. Torpaq mülkiyyətçiləri 11 min 653,1 hektara taxıl səpiblər. Bu, ötən illə müqayisədə 67,4 hektar çoxdur. Taxıl əkinlərinin 6570,6 hektarı buğda, 5082,5 hektarı isə arpadır. Qeyd edək ki, Yevlax rayonunda keçən il becərilmiş 11 min 585,7 hektar taxıl sahəsindən 36 min 610,8 ton məhsul götürülüb. Hər hektarın məhsuldarlığı orta hesabla 31,6 sentner təşkil edib.
Beləliklə, yuxarıda sadalananlar da respublikamızda taxılçılığın inkişafı istiqamətində uğurların əldə olunmasını təsdiqləyir. Eyni zamanda, mütəxəssislərin qənaətinə görə, səpin zamanı qabaqcıl təcrübənin tətbiqi, elit toxumlardan istifadə olunması və əkin sahələrinin genişləndirilməsi taxılçılıqda məhsuldarlığın daha da artmasına müsbət təsir göstərəcək
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24

