Azərbaycanın regionlarında meyvəçiliyin inkişafına xüsusi diqqət yetirilir
15.01.2019 [10:33]
Bunun nəticəsidir ki, yerli fermerlər meyvə bağlarından bol məhsul toplayırlar
Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda həyata keçirilən siyasət istər regional layihələrin, istərsə də müvafiq Dövlət proqramlarının uğurla icrasına imkan yaradır. Bu isə spesifik milli inkişaf modelinə malik olan ölkəmizin tərəqqisinin konseptual əsaslara söykəndiyini bir daha təsdiqləyir. Ümumiyyətlə, son 15 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrdə böyük layihələr reallaşdırılıb. Regionların sosial-iqtisadi inkişafından söz açarkən, onu da qeyd etmək yerinə düşər ki, bu prosesdə dövlətlə yanaşı, özəl sektor da yaxından iştirak edir. Bu baxımdan, ötən müddət ərzində ölkəmizdə sahibkarlara göstərilən dövlət dəstəyi, öz növbəsində, regionların inkişafında da mühüm rol oynayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf siyasəti bütün sahələrdə müsbət göstəricilərin qeydə alınmasını şərtləndirib. İnkişaf göstəriciləri Azərbaycanın bölgələrini də əhatə edir, regionların tərəqqisi ardıcıl səciyyə daşıyır. Qeyd etdiyimiz kimi, regionlarin sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində bölgələrin siması əsaslı dərəcədə dəyişilib, bütün sahələrdə mühüm inkişaf göstəriciləri əldə olunub. Eyni zamanda, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində müxtəlif istiqamətlərdə qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə icra edilir. Onu da vurğulamaq lazımdır ki, bölgələrdə aqrar sektorun inkişafı istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, müsbət nəticələr əldə olunur. Aqrar sektorun inkişafı, eyni zamanda, bölgələrdə iqtisadi aktivliyin artmasına və fəal məşğul əhalinin əmək bazarına çıxış imkanlarının genişlənməsinə müsbət təsir göstərir ki, bu da dərin sosial əhəmiyyətə malikdir.
Aqrar sektorun inkişafı ilə bağlı müəyyənləşdirilən bu kimi hədəflərə çatmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir. O cümlədən iri təsərrüfatların, aqroparkların yaradılması dövlət tərəfindən dəstəklənərək güclü şəkildə təşviq edilir, gəlir imkanları və əmək tutumu yüksək olan istiqamətlərin inkişafı diqqət mərkəzində saxlanılır, fermerlərə subsidiyalar ayrılır, təsərrüfatların texnika, gübrə ilə təminatı gücləndirilir, hazır məhsulun alış qiyməti davamlı şəkildə artırılır. Yerli sahibkarlar, fermerlər bu sahənin inkişafında da dövlətin dəstəyindən bəhrələnərək fəal iştirak edirlər. Bu kontekstdə meyvəçiliyin inkişafına xidmət edən səmərəli tədbirləri də ayrıca vurğulamaq gərəkdir.
Son illər respublikamızda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, fermerlərə göstərilən diqqət və qayğı bu sektorda çalışan insanlar üçün geniş imkanlar açır. Dövlət tərəfindən verilən dəstək sayəsində kənd təsərrüfatı ilə məşğul olan fermerlər öz əkin sahələrini genişləndirməyə, aqrar sektorda böyük çəkiyə malik olan bu sahənin inkişaf etməsi üçün öz töhfələrini verməyə çalışırlar.
2018-ci ildə Yevlax rayonunun Kürqırağı ərazilərində 100 hektar yeni meşə və meyvə bağı salınıb. Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzindən bildiriblər ki, Varvara, Qaraoğlan və Cırdaxan meşəbəyliklərində 22 hektarda salınan meşələrə əsasən 48 min 900 ədəd tut, göyrüş, sərv, palıd, şam, tuya, 78 hektar meyvə bağında isə 39 min ədəd ərik, nar, qoz və tut ağacları əkilib. Kökləndirmək üçün 3 hektarda 116 min ədəd nar qələmi basdırılıb, 1,5 hektarda (54 min ədəd) tuya, şam, sərv ağaclarından ibarət böyütmə sahəsi yaradılıb. Baramaçılığın inkişafı məqsədilə rayon ərazisində əkilməsi üçün 20 min ədəd tut tingi ayrılıb. Ting yetişdirilməsi üçün 4 hektarda tut, ərik, alma, meliya, göyrüş, ağcaqayın toxumları səpilib. 121 kiloqram toxum tədarük olunub. Yeni meşələrin və meyvə bağlarının salınması 2019-cu ildə də davam etdiriləcək.
Bərdə rayonunda isə 153 hektar sahədə yeni meşə və meyvə bağları salınıb. 15 hektarda salınan meşələrdə 39 min ədəd şam, göyrüş, sərv, palıd, tuya ağacları, 138 hektar meyvə bağında isə 69 min ədəd ərik, nar və tut ağacları əkilib. Kökləndirmək üçün 5 hektar sahədə 271 min ədəd nar qələmi basdırılıb, 1 hektarda (33 min ədəd) tuya, şam, sərv ağaclarından ibarət böyütmə sahəsi yaradılıb. Baramaçılığın inkişafı məqsədilə rayon ərazisində əkilmək üçün 110 min ədəd tut tingi verilib. Ting yetişdirilməsi üçün 1,5 hektarda tut, ərik, göyrüş, akasiya toxumları səpilib, 2300 kiloqram toxum tədarük edilib.
Şamaxı rayonunda da ötən il 83,3 hektarda yeni üzüm plantasiyaları salınıb və beləliklə, bağların sahəsi 1793,3 hektara çatıb. Rayon statistika idarəsindən bildirilib ki, yeni bağlar əsasən “Az-Granata” MMC və “Mədrəsə Aqro” MMC tərəfindən salınıb. Qeyd edək ki, son illər bölgədə üzümçülüyün inkişafı istiqamətində ardıcıl tədbirlər görülür və Şamaxı bu sahədə sovetlər birliyi dövründəki şöhrətini qaytarmaq əzmindədir. Hazırda plantasiyaların 1612 hektarı məhsuldardır. Ötən il 9972 ton üzüm istehsal olunub ki, bu göstərici əvvəlki ildəkindən 1572,5 ton çoxdur.
Bütün bunlarla yanaşı, 2018-ci ildə Ağcabədi və Beyləqan rayonları ərazilərində 287 hektar yeni meşə və meyvə bağları salınıb. Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzindən bildiriblər ki, 17,5 hektarda salınan meşələrə 57 min 750 ədəd göyrüş, qarağac, şam, sərv ağacı, 269,5 hektar meyvə bağında isə 134 min 750 ədəd ərik, nar, tut, xurma ağacı əkilib. Kökləndirmək üçün 9,95 hektar sahədə 575 min ədəd nar, zeytun, söyüd və qovaq qələmi basdırılıb, 3 hektarda (120 min ədəd) tuya, şam, sərv, tut ağaclarından ibarət böyütmə sahəsi yaradılıb. Baramaçılığın inkişafı məqsədilə müxtəlif rayonların ərazisində əkilmək üçün 90 min ədəd tut tingi verilib. Ting yetişdirilməsi üçün 4,1 hektarda tut, ərik, şaftalı, alça, xurma, gavalı, iydə toxumları səpilib. Yeni meşələrin və meyvə bağlarının salınması 2019-cu ildə də davam etdiriləcək.
Hacıqabul rayonunda da təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına xüsusi diqqət yetirilir. Bunun sayəsində də rayonda hər il yeni-yeni bağçılıq təsərrüfatları yaradılır, meyvə istehsalı artır. Təsərrüfatın bu sahəsi ilə məşğul olan fermerlər hər il meyvə bağlarından yüz tonlarla məhsul istehsal edərək bazarlara çıxarır və emal müəssisələrinə göndərirlər. Rayon Statistika İdarəsindən bildiriblər ki, hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1439,6 hektar meyvə bağı var. Ötən il bu bağlardan 11 min 995 ton məhsul tədarük olunub ki, bu da 2017-ci ildəkindən 881 ton çoxdur. Tədarük olunan meyvənin 272 tonunu alma, 212 tonunu armud, 330 tonunu alça, 406 tonunu heyva, 640 tonunu ərik, 158 tonunu şaftalı, 179 tonunu gavalı, qalanını isə digər meyvələr təşkil edib. Bağbanlar ən yüksək nəticəni nar bağlarından əldə ediblər. Rayonda mövcud olan 1137 hektar nar bağından 9 min 41 ton məhsul tədarük olunub. Tədarük olunan narın, demək olar ki, yarıdan çoxu Udlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisindəki bağlardan yığılıb. Bağbanlar yetişdirdikləri narı yerli bazarlarla yanaşı, xarici bazarlara da göndəriblər.
Kürdəmirdə isə ötən il 3975 hektar meyvə bağından 33 min 774 ton məhsul yığılıb. Bu göstərici inişilki illə müqayisədə 6948 ton çoxdur. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, tədarük olunan meyvənin 1678 tonu heyva, 525 tonu alça, 383 tonu gavalı, 334 tonu xurma, 277 tonu armud, 173 tonu ərik, 168 tonu şaftalı, 124 tonu alma və digər məhsullardır. Bağbanlar ən yüksək nəticəni nar bağlarından əldə ediblər. Belə ki, 3422 hektar nar bağından 29 min 777 ton məhsul tədarük olunub. Tədarük edilən narın, demək olar ki, yarıdan çoxu Karrar, Sığırlı, Ərəbqubalı və Axtaçı kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin ərazilərindəki bağlardan yığılıb. Bağbanlar yetişdirdikləri meyvələri, xüsusən də narı yerli bazarlarla yanaşı, xarici bazarlara da çıxarırlar.
Tərtər rayonunda da əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Son illərdə kənd təsərrüfatının digər sahələri kimi, bu istiqamətdə də inkişafa nail olunub. Rayon Statistika İdarəsindən bildiriblər ki, Tərtərdə 1397,8 hektar meyvə bağları və 11,6 hektar üzümlüklər var. Meyvə bağlarının 1118,8 hektarı barverəndir. 2018-ci ildə 100,9 hektarda yeni meyvə bağları və giləmeyvəliklər, o cümlədən 32,8 hektarda xurma, 24,3 hektarda şaftalı, 9,9 hektarda armud, 8,2 hektarda gilas, 6,9 hektarda alça, 6,4 hektarda alma, 6,2 hektarda badam və s. bağlar salınıb. 1 milyon 692 min 685 ədəd meyvə və 224 min ədəd dekorativ bitki tingləri yetişdirilib. Ötən il rayon ərazisindəki bağlardan 10 min 363,7 ton meyvə və giləmeyvə, 1045 ton üzüm yığılıb.
Ölkəmizin hər yerində olduğu kimi, Qazaxda da kənd təsərrüfatının inkişaf etdirilməsi üçün məqsədyönlü işlər görülür. Son iki il yarımda rayonda əkin sahələri ildən-ilə genişləndirilir. Ötən ildən başlayaraq Qazaxda ilk dəfə olaraq yeni üsulla çiyələk yetişdirilir. Təsərrüfat rəhbəri Nüsrət Aşırov ilk dəfədir çiyələk becərdiyini deyib. Söhbət zamanı o, bu gün istehlakçıların ən çox maraq göstərdiyi çiyələyin dünya bazarında xüsusi yeri olduğunu qeyd edib. O, keçən ilin avqust ayında Çaylı kəndi ərasizində 4 hektar sahədə yüksək məhsuldarlığa malik, süfrəlik və mürəbbəlik “Albion” sortu olan çiyələk şitilləri əkib. Bir hektara təxminən 46-50 min şitil əkdiyini deyən fermer yüksək məhsuldarlıq əldə etmək üçün bütün aqrotexniki qaydalara əməl olunduğunu və şitillərə xüsusi qulluq göstərildiyini vurğulayıb.
Çiyələyin becərmə texnologiyası haqqında məlumat verən N.Aşırov bildirib ki, çiyələk əkilən sahələrdə işlər ilboyu aparılır. Əvvəlcə torpaq əkinə hazırlanır, peyin verilir. Suvarma damcı üsulu ilə aparılır. Bu üsulla suya qənaət edilir, su bitkilər arasında bərabər paylanır, torpaq qaysaqlamır, yumşaq qalır, alaq otlarının azalmasına, məhsuldarlığın yüksəlməsinə nail olunur. Onun sözlərinə görə, zərərvericilərə və xəstəliklərə qarşı mübarizə tədbirləri də vaxtında aparılmalıdır.
(davamı növbəti sayımızda)
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

