Azərbaycanın regionlarında ixrac potensialı yüksək olan məhsulların istehsalı genişlənir
02.05.2019 [09:17]
2019-cu ilin birinci rübündə bölgələrdən meyvə-tərəvəz ixracının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,2 faiz artıb
Məlum olduğu kimi, son 15 il ərzində Azərbaycanda regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm uğurlar əldə edilib. Bunun əsasında isə dövlət başçısının müvafiq fərmanları ilə təsdiq edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları dayanır. Məhz ötən 15 il ərzində reallaşdırılan üç Dövlət Proqramı çərçivəsində, eyni zamanda, kənd təsərrüfatının inkişafı istiqamətində də mühüm işlər görülüb. Bunun nəticəsidir ki, 2018-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 4,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 6,8 faiz artıb. Keçən il 1,5 milyon tondan çox tərəvəz, 1 milyon tondan çox meyvə və giləmeyvə istehsal olunub. Bu isə müstəqillik dövründə qazanılmış ən yüksək nəticədir. Həmçinin meyvə-tərəvəz məhsullarının ixracı 11,1 faiz artaraq 530 milyon ABŞ dolları olub.
Aqrar sahədə müsbət inkişaf dinamikası 2019-cu ildə də davam edir. Bu ilin birinci rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehsal həcmi 3,6 faiz, o cümlədən bitkiçilik 24,7 və heyvandarlıq 2,8 faiz artıb. Ötən ilin müvafiq dövri ilə müqayisədə 32 faiz çox tərəvəz istehsal olunub, meyvə-tərəvəz ixracının həcmi 28,2 faiz artıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən dövlət başçısı da vurğulayıb ki, kənd təsərrüfatı daim diqqət mərkəzindədir: “Bildiyiniz kimi, dövlət bu sahəyə çox böyük dəstək, yardım göstərir. Güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar, texnika verilir. Mən deyə bilərəm ki, Azərbaycan bu sahədə dünya miqyasında fermerlərə dəstək baxımından ən qabaqcıl ölkələrdən biridir. Həm də onlardan vergilər də tutulmur, torpaq vergisi istisna olmaq şərti ilə. Yəni bu sahəyə maksimum dəstək verilir. Bu sahədə aparılan islahatlar, əminəm ki, daha da böyük nəticələrə gətirib çıxaracaq”.
Qeyd edək ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində kənd təsərrüfatının mühüm ixrac potensialı olan sahələrin dirçəldilməsi istiqamətində atılan addımlar xüsusi əhəmiyyət daşıyır. Qədim ənənələrə malik baramaçılığın, ipəkçiliyin, eləcə də tütünçülüyün dirçəldilməsi də Prezident İlham Əliyev tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən olunub. Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, son illər respublikamızda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın və tütünçülüyün inkişafı istiqamətində mühüm işlər görülür. Həyata keçirilən davamlı tədbirlər öz bəhrəsini verməkdədir. Belə ki, 2015-ci ildə respublikamızda 230 kiloqram barama tədarük olunmuşdusa, keçən il yaş barama istehsalı 513 tona çatıb. Bu il isə istehsalın daha da artırılması nəzərdə tutulur.
Vurğulandığı kimi, cari ildə ölkədə yaş barama istehsalının 800 tona çatdırılması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından 20000 qutu hibrid ipəkqurdu sənaye toxumları (qrena) gətirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, ölkəyə gətirilən hibrid tut ipəkqurdu sənaye toxumlarının keyfiyyətinə nəzarətin gücləndirilməsi, cinslər üzrə toxum materialının seçiminin düzgün aparılması, yarana biləcək çətinliklərin yerində həll edilməsi məqsədilə nazirliyin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov, Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev, Zərdab rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudova və “Azəripək” MMC-nin direktoru Nizami Qəribov aprelin 16-dan 23-dək Çin Xalq Respublikasına ezam olunublar. Səfər çərçivəsində nümayəndə heyəti Şandon əyalətində fəaliyyət göstərən Super elit, elit, hibrid ipəkqurdu toxumu istehsalı müəssisələrinin fəaliyyəti, maddi-texniki bazası ilə yaxından tanış olub və yeni intensiv üsulla salınmış tut plantasiyalarına baxış keçirilib. Qeyd edək ki, bu şirkətlərin istehsal etdiyi ipəkqurdu toxumlarının bir hissəsi yerli tələbat üçün istifadə edilir, qalan hissəsi isə Özbəkistan, Tacikistan və Azərbaycana ixrac olunur.
Plana uyğun olaraq Çin Xalq Respublikasından 20 min qutu yüksəkkeyfiyyətli, məhsuldar hibrid ipəkqurdu sənaye toxumları nümayəndələr tərəfindən yerində seçilib, onların iştirakı ilə qablaşdırılıb və hava nəqliyyatı ilə aprelin 23-də ölkəmizə gətirilib.
Yeri gəlmişkən, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən 20 min qutu hibrid ipəkqurdu sənaye toxumlarının 1025 qutusu Balakən rayonundakı keçmiş barama toxumu zavodunda inkubasiyaya qoyulub. İpəkqurdu toxumunun inkubasiya müddətinin mayın 2-3-də başa çatacağı gözlənilir. Əldə olunacaq ipəkqurdları daha sonra rayonun kümçülərinə paylanılacaq. Builki mövsümdə Balakəndə yaş barama istehsalının əvvəlki illə müqayisədə 11 tondan çox artırılaraq, 41 tona çatdırılması planlaşdırılır.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən 20 min qutu hibrid ipəkqurdu sənaye toxumunun 16 min 875 qutusu Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. Builki mövsümdə respublikanın 38 rayonunda barama yetişdiriləcək. Stansiyada inkubasiyaya qoyulmuş ipəkqurdu toxumlarından əldə olunacaq ipəkqurdlarının mayın əvvəllərində bölgü əsasında respublikanın 35 rayonunun kümçülərinə paylanılması nəzərdə tutulub. Balakən, Zaqatala və Ucar rayonlarının kümçüləri isə öz rayonlarında inkubasiyaya qoyulmuş toxumlardan əldə olunacaq ipəkqurdlarından barama yetişdirəcəklər. Stansiyada ilkin olaraq, mayın 3-dən 5-dək Aran bölgəsinin 22 rayonunun kümçülərinə ipəkqurdları paylanılacaq. Bölgüyə əsasən, Aran rayonları üzrə ən çox ipəkqurdu toxumu Zərdab rayonunun kümçülərinə veriləcək. Bu rayonun barama istehsalçıları cari mövsümdə 1750 qutu ipəkqurdu toxumu alacaqlar. Aran bölgəsi üzrə Ağcabədi rayonunun kümçülərinə 1500 qutu, Füzuli kümçülərinə 1150 qutu, Bərdə rayonunun barama istehsalçılarına isə 1000 qutu ipəkqurdu toxumu paylanılacaq. Qeyd edək ki, dağlıq ərazidə yerləşən 13 rayonun kümçülərinə isə ipəkqurdlarının mayın 5-dən 8-dək paylanılması nəzərdə tutulub. 2019-cu ildə ölkəmizdə yaş barama istehsalının 800 tona çatdırılması hədəf olaraq qarşıya qoyulub.
Prezident İlham Əliyevin ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı tapşırıq və tövsiyələri respublikamızın hər yerində olduğu kimi, Qazaxda da uğurla icra olunur. Bu sahədə görülən məqsədyönlü işlər nəticəsində rayonda barama istehsalı 2016-cı ildə 1502 kiloqram, 2017-ci ildə 4623 kiloqram olub. Ötən il Qazax kümçüləri tərəfindən 5000 kiloqram yaş baramanın yetişdirilməsi nəzərdə tutulduğu halda, 6260 kiloqram məhsul istehsal olunaraq “Azəripək” ASC-yə təhvil verilib.
Bu il də yüksək məhsuldarlıq əldə etmək üçün xüsusi hazırlıq işlərinə başlanılıb. Belə ki, barama saxlanılacaq yerlər əvvəlcədən hazırlanıb, lazımi tədbirlər görülür. Yaxın günlərdə kümçülərə baramaqurdu veriləcək.
Yuxarıda da qeyd etdiyimiz kimi, ölkə Prezidentinin tapşırıq və tövsiyələri ilə yenidən dirçəldilən kənd təsərrüfatı sahələrindən biri də tütünçülükdür. Ölkəmizin ayrı-ayrı bölgələrində tütünçülük sahəsində tarixən yaxşı ənənələr formalaşsa da, müəyyən bir dövr ərzində tütünçülük yaddan çıxmışdı. Bununla belə, artıq bir neçə ildir ki, bu gəlirli sahənin inkişafı üçün əməli tədbirlər görülməkdədir. Qeyd edilməlidir ki, tütünçülük respublikamızda əsasən Qax, Balakən, Zaqatala kimi rayonlarda geniş yayılsa da, hazırda bu areal daha da genişlənməkdədir. Buna səbəb sahibkarlara göstərilən diqqət və qayğı, eləcə də tütün məhsullarının şirkətlər tərəfindən öncədən müqavilə əsasında alınmasıdır. Yəni artıq təsərrüfat sahibləri öz məhsullarını satmaq problemi ilə qarşılaşmırlar. Hazırda respublikamızda tütünün əkini ilə bir sıra şirkətlər məşğul olur. Bu şirkətlər məhsul istehsalçıları ilə müqavilə bağlayaraq ayrı-ayrı regionlarda tütün əkini həyata keçirir.
Bundan başqa, regionlarda tütün əkilən sahələr də ildən-ilə artmaqdadır. Məsələn, Şəki rayonunun təsərrüfatlarında istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsi prosesinə başlanılıb. Cari mövsümdə rayonda 950 hektarda tütün əkilməsi planlaşdırılır. İlk günlər rayonun Cumakənd və Şorsu kəndlərinin təsərrüfatlarında 15 hektar sahədə “Virciniya” növ tütün əkilib.
Proqnoza əsasən, builki mövsümdə şəkili fermerlər 691 hektarda “Virciniya” və 29 hektarda “Berley” növ ətirli, 230 hektarda isə yerli tütün sortları yetişdirəcəklər. Ötənilki mövsüm rayonun tütünçüləri üçün çox uğurlu olub. Belə ki, 2018-ci ildə şəkili fermerlər 2 min 976 ton quru tütün istehsal ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 346 ton artıb.
Bu il Qax rayonunun təsərrüfatlarında 532 hektar sahədə tütün əkilməsi planlaşdırılır. Bir neçə gündür ki, fermer təsərrüfatlarında istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. İlk günlər Zəyəm, Qorağan, Tasmalı kəndlərinin təsərrüfatlarında 20 hektara yaxın sahədə “Virciniya” növlü tütün əkilib.
Tütün əkini ilə əlaqədar ilkin olaraq 70 fermerlə müqavilə bağlanılıb. Builki mövsümdə qaxlı fermerlər 517 hektarda “Virciniya” növlü ətirli, 15 hektarda isə yerli tütün sortları yetişdirəcəklər. Qorağan kəndindən olan fermer Telman Şahmalıyev bu il rayon üzrə hamıdan çox - 52 hektarda tütün əkməyi planlaşdırır. Fermer ötənilki mövsümdə 100 ton quru tütün istehsal edib. Xatırladaq ki, 2018-ci ildə rayonda 971,8 ton quru tütün istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 161 ton artıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30

