Azərbaycanın bölgələrində taxıl biçininə başlanılıb
11.06.2019 [09:09]
Cari təsərrüfat ilində respublika üzrə 1 milyon 85 min hektar sahədə taxıl əkilib və orta məhsuldarlığın əvvəlki illərlə müqayisədə daha yüksək olacağı gözlənilir
(əvvəl ötən sayımızda)
Ağcabədili taxılçılar biçini uğurla başa vurmaq əzmindədirlər
Ötən il hər hektardan orta hesabla 35,9 sentner məhsul götürən ağcabədili taxılçılar cari biçin mövsümünü də uğurla başa vurmaq əzmindədirlər. Rayonda cari ilin məhsulu üçün 28 min 50 hektarda taxıl, o cümlədən 22 min 413 hektarda buğda, 5637 hektarda arpa becərilib. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi sayəsində zəmilərdə bol məhsul yetişib.
Rayonda taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı hazırlıq işləri görülüb, texnika saz vəziyyətə gətirilib. Biçin kampaniyasına kifayət qədər taxılbiçən kombayn, habelə küləş presləyən, taxıl təmizləyən, qoşqu və digər texnika cəlb edilib.
Artıq qısa vaxtda 182 hektarda biçin aparılıb, 503 ton məhsul əldə edilib. Ümumilikdə isə mütəxəssislər bu il rayonda 100 min tondan artıq taxıl istehsal olunacağını proqnozlaşdırırlar.
Biləsuvarda hər hektarın məhsuldarlığı orta hesabla 30 sentnerə çatır
Biləsuvarda fərdi fermer təsərrüfatlarında qısa müddətdə 1449 hektarda biçin aparılıb. Hər hektarın məhsuldarlığı orta hesabla 30 sentnerə çatır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, 2018-ci ilin payızında cari ilin məhsulu üçün 29 min 638 hektar sahədə taxıl əkilib. Bunun 14 min 185 hektarı arpa, 15 min 452 hektarı isə buğdadır. Ötən il hər hektar taxıl sahəsindən 28 sentner məhsul götürən torpaq mülkiyyətçiləri bu il bu nəticəni artırmaq üçün sahələrə nümunəvi qulluq göstəriblər. Nəticədə taxıl sahələrində bol məhsul yetişib.
Bir neçə gündür ki, zəmilərdə yetişmiş məhsulun yığımına başlanılıb. Biçin ilk olaraq arpa sahələrində aparılır. Rayonda yığım kampaniyasını vaxtında başa çatdırmaq üçün bütün qüvvələr səfərbər olunub, əsas diqqət məhsulun itkisiz yığılmasına yönəldilib.
Bu məqsədlə sahələrə 52-yə yaxın kombayn çıxarılıb, 150-dən çox maşın və mexanizm işə cəlb olunub. Hər gün 100-110 hektar arpa sahəsinin məhsulu yığılır. Mütəxəssislərin fikrincə, bu il rayonda təxminən 90 min ton məhsul istehsal etmək mümkün olacaq.
Qeyd edək ki, ötən il rayonda 83 min ton taxıl yığılıb və hər hektarın məhsuldarlığı 28 sentner olub.
Zaqatalada biçinin ilk günündə 60 hektar sahənin məhsulu yığılıb
Cari mövsümdə Zaqatala rayonunda 10 min 990 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 7 min 630 hektarını buğda, 3 min 360 hektarını arpa sahələri təşkil edir. Rayonun Əliabad qəsəbəsi, Yengiyan və Bəhmətli kəndlərinin ərazilərindəki taxıl sahələrində artıq arpa biçininə başlanılıb. Kampaniyanın ilk günündə 60 hektar sahənin arpası biçilib, 150 ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 25 sentner təşkil edir.
Bu barədə KİV-ə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. Hələlik sahələrdə 28 taxılbiçən kombayn işləyir. Zərurət yaranarsa, biçinə əlavə kombaynlar da cəlb olunacaq.
Salyanda taxıl biçini ilə bağlı maarifləndirici görüşlər təşkil olunub
“Aqrolizinq” ASC cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi üçün fermer, mexanizator və kənd sakinlərinin maarifləndirilməsi ilə bağlı regionlarda görüşləri davam etdirir. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, “Aqrolizinq” ASC-nin sədri Elmin Rəhmanov bu dəfə Salyanın Qızılağac və Neftçalanın Boyat kəndində taxıl sahələrində fermerlər və kənd sakinləri ilə görüşüb. Görüşün keçirilməsində əsas məqsəd taxıl biçininin vaxtında və itkisiz həyata keçirilməsinə nail olmaqdır. Həmçinin fermer və kənd sakinləri ilə daha yaxın ünsiyyətin qurulması, onların problem və şikayətlərinin yerindəcə aradan qaldırılması və ya həlli istiqamətində tədbirlərin görülməsi, eləcə də maarifləndirmə işlərinin aparılması da görüşün əsas məqsədlərindəndir.
Görüş zamanı Elmin Rəhmanov fermer və kənd sakinlərinin səsləndirdikləri problem və şikayətləri dinləyib, onların həlli istiqamətində tədbirlərin görüləcəyini bildirib, biçini həyata keçirən mexanizatorlara lazımi tövsiyə və tapşırıqlarını verib.
Regionlarda taxıl biçininə hazırlıqla bağlı görüşlər davam etdirilir. Biçin prosesinin sonuna qədər mütəmadi olaraq belə görüşlər keçiriləcək.
Bərdədə “Toxumluq taxıl sahələrində aprobasiyanın aparılma qaydaları” mövzusunda respublika müşavirəsi keçirilib
Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti Bərdədə “Toxumluq taxıl sahələrində aprobasiyanın aparılma qaydaları” mövzusunda respublika müşavirəsi keçirib. Müşavirədə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin mütəxəssisləri, respublikanın bütün regionlarından olan toxumçular və aprobatorlar iştirak ediblər.
Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəis müavini Afaq Abbasova müşavirənin keçirilməsində məqsədin toxumluq taxıl sahələrində aprobasiya (toxumluq əkinlərin sort təmizliyinin, xəstəliyə yoluxmasının, ziyanvericilər tərəfindən zədələnməsinin və alaqlanma dərəcəsinin təyini) aparacaq mütəxəssisləri aprobasiyanın aparılma qaydaları barədə məlumatlandırmaq olduğunu bildirib. O, yüksək keyfiyyətli toxum istehsalında aprobasiyanın əhəmiyyətini müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, aprobasiyanın düzgün aparılması keyfiyyətli toxum istehsalına zəmin yaradır.
Tədbirdə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin sektor müdiri Xəqani Məmmədov “Toxumluq taxıl əkinlərində aprobasiyanın aparılması qaydaları” mövzusunda təqdimatla çıxış edib. Aprobatlara aprobasiya zamanı istifadə edilən əsas anlayışlar, aprobasiyanın məqsəd və əhəmiyyəti, hüquqi əsasları, həyata keçirildiyi mərhələlər, aprobasiya sənədlərinin tərtib edilməsi və sair barədə ətraflı məlumatlar verilib.
Müşavirədə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin sektor müdiri Murtuzəli Hacıyevin “Toxumçuluqda təhlükəsizlik tədbirlərinə əməl olunmasının vacibliyi” mövzusunda çıxışı dinlənilib, müzakirələr aparılıb.
Müşavirənin sonunda aprobatorlara vəsiqələr təqdim olunub. Sonra Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında toxumluq taxıl əkinlərində aprobasiyanın aparılması əyani şəkildə nümayiş etdirilib.
“Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub
Ölkədə fəaliyyət göstərən taxıl istehsalçıları və emalçılarının təşəbbüsü, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzində dövlət qurumlarının nümayəndələrinin, taxıl istehsalı və emalı ilə məşğul olan sahibkarların iştirakı ilə tədbir keçirilib.
Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edərək vurğulayıb ki, qeyri-neft sektorunun aparıcı sahələrindən olan kənd təsərrüfatına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daim böyük diqqət və qayğı göstərilir, aqrar sektorda davamlı islahatlar aparılır, bu sahəyə dövlət dəstəyi mexanizmləri tətbiq edilir. Qeyd olunub ki, taxıl istehsalı və emalı ilə məşğul olan sahibkarların fəaliyyətinin əlaqələndirilməsi, onlar arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılan Assosiasiyanın fəaliyyəti taxıl istehsalının və taxılçılıq məhsulları ilə özünütəminetmə səviyyəsinin artırılması baxımından əhəmiyyətli olacaq. İqtisadiyyat Nazirliyi tərəfindən Assosiasiyanın fəaliyyətinin səmərəli təşkilinə lazımi dəstək göstəriləcəkdir.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Araz İsmayılov Assosiasiyanın yaradılmasının taxılçılığın inkişafında, istehsal edilən məhsulun keyfiyyətinin yüksəldilməsində, yeni texnologiyaların tətbiqinin genişləndirilməsində böyük rolu olacağını qeyd edərək, Kənd Təsərrüfatı Nazirliyinin yeni yaradılan Assosiasiya ilə yaxından əməkdaşlıq edəcəyini vurğulayıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov aqrar sektorda sahibkarlığın inkişafı istiqamətində Konfederasiya tərəfindən görülən işlər barədə məlumat verib, yeni yaradılan Assosiasiya ilə yaxından əməkdaşlıq həyata keçiriləcəyini bildirib.
Tədbirdə taxılçılıq sahəsində fəaliyyət göstərən iş adamları çıxış edərək, “Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin işində fəal iştirak edəcəklərini bildirib, təkliflərini səsləndiriblər.
Sonra tədbir iştirakçılarının təklifi əsasında Assosiasiyanın təsis olunması məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub, idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. “Karat Holding” MMC-nin rəhbəri Taleh Qasımov “Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri seçilib. Sonda Assosiasiyanın gələcək fəaliyyəti və taxılçılığın inkişafı ilə bağlı sahibkarlarla müzakirələr aparılıb, onların sualları cavablandırılıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

