/ / Şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində işlər görülür
Şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində işlər görülür
13.06.2019 [09:22]
Regionlarda əhalinin içməli suya olan tələbatının ödənilməsi, əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün atılan addımlar davamlı xarakter daşıyır
(əvvəli ötən sayımızda)
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət investisiya layihəsi çərçivəsində Şamaxı və Ağsu rayonlarının 5 kəndində içməli su layihələrinin icrasına başlanılıb. Səhmdar Cəmiyyətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Şamaxı rayonunda icra olunan layihə Bağırlı, Ovçulu və Çöl Göylər, Ağsu rayonundakı layihə isə Qəşəd və Ləngəbiz kəndlərini əhatə edir. Bu kəndlərdə içməli su şəbəkəsi mövcud olmayıb və əhali suya olan tələbatını uzaq məsafələrdən daşıyaraq ödəyir. Xüsusilə yay aylarında kəndlərin su təminatında çətinliklər yaranır.
Kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Oğuz-Qəbələ-Bakı su kəməri seçilib. Su kəmərindən götürülən suyun kəndlərə nəqli məqsədilə ümumi uzunluğu 9,5 kilometr olan magistral su xəttinin inşası nəzərdə tutulur. Magistral su kəməri üzərində 6 vantuz və 3 təzyiq artırıcı quraşdırılacaq. Bağırlı, Ovçulu, Çöl Göylər və Qəşəd kəndlərində hər birinin tutumu 50 kubmetr olan su anbarları tikiləcək, Ləngəbiz kəndindəki mövcud su anbarı isə əsaslı təmir olunacaq. Şamaxı və Ağsu rayonlarının kəndlərində ümumi uzunluğu 40,3 kilometr olan su xətləri çəkiləcək, əhalinin ümumi istifadəsi üçün 258 bulaq quraşdırılacaq.
İndiyədək Şamaxı və Ağsu rayonlarının kəndlərində 10 kilometr su xəttinin tikintisi yekunlaşıb. Hazırda anbarların və su xətlərinin tikintisi davam etdirilir. Yaxın vaxtlarda bulaqların quraşdırılmasına başlanılacaq. Tikinti-quraşdırma işlərinin yay aylarında başa çatdırılması nəzərdə tutulur.
Layihənin icrası tam başa çatdıqdan sonra Şamaxı rayonunun Bağırlı, Ovçulu və Çöl Göylər, Ağsu rayonunun Qəşəd və Ləngəbiz kəndlərinin 6 mindən çox sakini keyfiyyətli içməli su ilə təmin ediləcək.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra olunan növbəti layihə çərçivəsində isə Qobustan rayonunun 3 kəndində mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılır. ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Qobustan şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün rayonun Təsi kəndinin yaxınlığında 6 subartezian quyusu qazılıb, su mənbəyindən şəhərə 14,4 kilometr magistral su xətti çəkilib. Eyni zamanda, kəmərin marşrutu boyunca yerləşən Təsi və Bədəlli kəndlərində nasos stansiyası quraşdırılıb, Daşarası və Nərimankənd kəndlərində ümumi tutumu 2000 kubmetr olan 2 su anbarı inşa edilib. Yaradılmış yeni infrastrukturun imkanlarından istifadə etməklə 2012-ci ildə Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərini su ilə təmin etmək üçün magistral xətlər çəkilib, kəndlərdə əhalinin ümumi istifadəsi üçün bulaq və su dayağı quraşdırılaraq sakinlərin suya olan tələbatı qismən ödənilib. Növbəti mərhələdə bu kəndlərdə mərkəzləşdirilmiş su təchizatı sistemlərinin yaradılmasına qərar verilib. Bu məqsədlə Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində ümumi uzunluğu 17 kilometr olan paylayıcı su şəbəkəsi inşa edilir. Hazırda su xətlərinin tikintisi yekunlaşmaq üzrədir. Yeni yaradılan şəbəkədən hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Kəndlərdə su təchizatının dayanıqlılığını təmin etmək məqsədilə hər birinin tutumu 50 kubmetr olan 2 su anbarı tikilir.
Tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur. Bununla da, Qobustan rayonunun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərinin 4 minədək sakini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaq.
Xatırladaq ki, Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamları və investisiya layihələri çərçivəsində son 2 ildə 46 rayonun 211 kəndində 330 min sakinin keyfiyyətli içməli suya çıxışı təmin edilib. Bu kəndlərdə su təchizatı ümumi istifadə əsasında bulaqlar vasitəsilə aparıldığından əhalidən ödəniş tələb olunmur. Ümumilikdə son illər Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Bakı şəhəri və regionlarda icra edilən içməli su layihələri dövlət başçısının əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına göstərdiyi diqqətinin bariz nümunəsidir.
Şamaxı şəhərinin sabit və etibarlı su təchizatı üçün yeni mənbənin yaradılmasına başlanılıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, dövlət büdcəsi hesabına icra olunan layihə çərçivəsində Ağsuçayın məcrasında 1734 metr uzunluğunda drenaj tipli suqəbuledici qurğu inşa edilir. Yeni yaradılan mənbədən şəhərə saniyədə 80-100 litr suyun verilməsi nəzərdə tutulur. Su mənbəyində hər birinin tutumu 500 kubmetr olan 2 ədəd su anbarı, 1 ədəd su nasos stansiyası inşa edilib. Yeni su mənbəyindən Şamaxı şəhərinə içməli suyun verilməsi məqsədilə 19 kilometrlik magistral su kəməri tikilib. Şəhərin dayanıqlı su təminatı məqsədilə ümumi tutumu 5000 kubmetr olan 4 yeni su anbarı da inşa olunub. Hazırda sugötürücü qurğuda tikinti işləri davam etdirilir. Mənbə istismara verildikdən sonra magistral kəmərlə Şamaxı şəhərinə içməli suyun verilməsinə başlanılacaq. Bununla da kəskin istilərin müşahidə olunduğu dövrlərdə şəhərin içməli su təminatında dayanıqlıq təmin olunacaq.
Qeyd edək ki, iqlim dəyişmələri və quraqlığın bəzi su mənbələrinin məhsuldarlığına təsiri nəzərə alınaraq digər bölgələrdə də yeni layihələr həyata keçirilir. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, ötən il Tovuz, Lerik və Gədəbəy şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra olunub. Eyni zamanda, Ağstafa və Qobustanda yeni sutəmizləyici qurğular istismara verilib. Ümumilikdə son 10 ildə icra olunmuş layihələr çərçivəsində Bakı şəhəri və regionlarda ümumi məhsuldarlığı saniyədə 18,5 kubmetr olan 39 yeni su mənbəyi yaradılıb və bu sahədə işlər davam etdirilir.
Hazırda Azərbaycanda geniş suvarma sistemlərinə, kollektor-drenaj şəbəkələrinə malik meliorasiya və su təsərrüfatı kompleksi fəaliyyət göstərir. Bu sahədə Ağsu rayonunda da ardıcıl layihələr həyata keçirilir. Bu məqamlar Ağsu suvarma sistemləri idarəsinin və sukanal sahəsinin kollektivlərinin peşə bayramları - 5 iyun Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü münasibətilə keçirilən tədbirdə qeyd olunub.
Bayram tədbirinin iştirakçıları əvvəlcə Heydər parkına gələrək Ümummilli Liderin abidəsi önünə çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda çıxış edənlər meliorasiya və su təsərrüfatının inkişafında Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin böyük xidmətlərini diqqətə çatdırıblar. O da qeyd olunub ki, rayonda ümumi uzunluğu 967,4 kilometr olan su kanalları var ki, bunun da 148 kilometri baş kanallardır. Yuxarı Şirvan kanalı və onun Ağsu qolu, Cavanşir ehtiyat su mənbəyi, Əlabbas, Ömərlahıc və digər kanallar bölgədə 37 min 71 hektar suvarılan sahəni əhatə edir. Hazırda planlaşdırılmaqda olan Qazan arxının çəkilməsi ilə 7 kəndin su təchizatı yaxşılaşdırılacaq.
Rayon əhalisinin içməli su ilə təminatını yaxşılaşdırmaq istiqamətində də ardıcıl layihələr həyata keçirilir. Yenidən qurulan su-kanalizasiya xətti 5685 abonentə xidmət göstərir. Artıq 38 kənd yaşayış məntəqəsi bulaqlarla təmin olunub. Ölkə başçısının tapşırığı ilə 2 kəndə su kəməri çəkilir. Bu kəndlərdə 78 bulaq tikiləcək.
Məlum olduğu kimi, kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri də əkin sahələrinin suvarma suyu ilə təminatıdır. Bu sahəni daim diqqətdə saxlayan dövlətimizin başçısının “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, Samux rayonunda 66 ədəd subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulub.
Bu vaxta qədər rayon üzrə 56 subartezian quyusu qazılaraq istifadəyə verilib. Hazırda daha 10 subartezian quyusunun qazılması üçün hazırlıq işləri görülür.
Yeri gəlmişkən, ölkənin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da suvarma mövsümünün mütəşəkkil keçirilməsi diqqətdə saxlanılır. Hazırda su anbarlarında 235 milyon kubmetr su ehtiyatı var. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən bildirilib ki, aprel ayında su istifadəçilərinə 44 milyon kubmetr su verilib, təkrar suvarma da daxil olmaqla, 37 min hektar torpaq sahəsi suvarılıb. Bu dövrdə 43 kilometr beton və torpaq kanal, 29 kilometr ara arxlar, 4 kilometr kollektor lildən təmizlənib, 11 kilometr yeni suvarma boru xətti çəkilib, 5 kilometr suvarma boru xətti və 6 kilometr içməli su xətti təmir edilib. Yaşayış məntəqələrini və əkin sahələrini daşqın və sel sularından qorumaq məqsədilə Naxçıvançay, Cəhriçay vadilərində 710 metr istiqamətləndirici bənd tikilib.
Muxtar respublikanın Kəngərli rayonunun Yurdçu kəndi ərazisində 76 hektar, Şahbuz rayonunun Türkeş kəndi ərazisində 300 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılıb, Yurdçu kəndi ərazisində 2520 metr, Türkeş kəndi ərazisində isə 3240 metr yeni suvarma xətti quraşdırılıb. Həmçinin Şərur və Babək rayonlarında 72 hektar sahədə qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb. Ötən ay muxtar respublikada 69 subartezian quyusu təmir olunub, 5 kəhrizdə bərpa işləri davam etdirilib.
Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində içməli su şəbəkəsinin tikintisi davam etdirilib, müxtəlif diametrli borularla 9525 metr yeni xətt çəkilib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26

