/ / Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramı cənub bölgəsində də uğurla icra olunur
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramı cənub bölgəsində də uğurla icra olunur
16.08.2019 [09:22]
Məhz bunun nəticəsində bu ilin birinci yarısında da bölgəyə daxil olan rayonlarda sosial-iqtisadi sahədə uğurlar əldə edilib
Məlum olduğu kimi, Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə uğurlar əldə edilib. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən məhz bu siyasət istər bütövlükdə ölkəmizin, istərsə də ayrı-ayrı regionların hərtərəfli inkişafını təmin edib. Və bu, davamlı xarakter daşıyır. Elə bu ilin birinci yarısının sosial- iqtisadi nəticələri də deyilənləri təsdiqləyir.
İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə də qeyd olunduğu kimi, ilin əvvəlində qarşımıza qoyduğumuz vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir. Belə ki, iqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artıb.
Dövlət başçısının müşavirədəki çıxışı zamanı vurğuladığı kimi, ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, “SOCAR-Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır.
Vurğulandığı kimi, ilin altı ayı ərzində kənd təsərrüfatında da rekord göstərici əldə edilib. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artıb, xüsusilə bitkiçilik hesabına. Belə ki, bitkiçilik 25 faiz artıb. Yəni bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Dövlət başçısı əmin olduğunu bildirib ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək.
Dövlət başçısı bildirib ki, ticarət dövriyyəmiz də kifayət qədər artıb - 20 faizdən çox. Qeyri-neft ixracımız 15 faiz artıb. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir: “İnflyasiya cəmi 2,5 faizdir. Bu da yaxşı göstəricidir, əhalinin gəlirləri 6,6 faiz artmışdır. Büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artmışdır, yəni, plandan əlavə yığılmışdır və bu da aparılan islahatların təzahürüdür”.
Bir sözlə, bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, ölkəmiz düzgün istiqamətdə inkişaf edir və qarşıda duran bütün vəzifələr uğurla icra edilir.
Onu da qeyd edək ki, ötən müddət ərzində əldə edilən uğurlardan regionlara da pay düşüb. Və bu ilin altı ayının sosial-iqtisadi inkişaf göstəriciləri də bütün regionların, o cümlədən cənub bölgəsinin inkişafının davamlı olduğunu bir daha təsdiqləyir. Bölgəyə daxil olan rayonların göstəricilərinə keçməzdən öncə bildirək ki, cənub bölgəsi əsasən Lənkəran iqtisadi rayonunu əhatə edir. Lənkəran iqtisadi rayonu Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı və Lənkəran inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın cənub-şərqində yerləşir.
Beləliklə, bütün rayonlar kimi, Astarada da 2019-cu ilin birinci yarısında sosial-iqtisadi sahədə xeyli iş görülüb. Bu barədə Astara rayon İcra Hakimiyyətində keçirilən hesabat yığıncağında məlumat verilib. 2019-cu ilin birinci yarısında rayonda sosial-iqtisadi sahədə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirə edildiyi yığıncaqda çıxış edən Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, bəhs edilən dövrdə rayonda yerli gəlir və xərclərin icrası tam həyata keçirilib, ümumi məhsul və xidmətlərin həcmi 33 milyon manat təşkil edib. Bunun 12 faizi sənayedə, 26 faizi kənd təsərrüfatında, 11 faizi tikintidə, 48 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 2 faizi nəqliyyat və anbar təsərrüfatında, 1 faizi informasiya və rabitədə olub.
Yığıncaqda da bəyan edildiyi kimi, bu ilin altı ayı ərzində rayonda tikinti-abadlıq və quruculuq sahəsində görülən işlər də təqdirəlayiqdir. Belə ki, Astara şəhərinin Kələdəhnə ərazisində yaşayış üçün yararsız olan keçmiş peşə məktəbinə məxsus yataqxana binalarında yaşayan sakinlərin müraciətlərini nəzərə alaraq, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həmin yataqxana binaları Mənzil Kommunal Tikinti Təsərrüfatı İstehsalat Birliyinin balansına götürülərək orada təmir və bərpa işlərinə başlanılıb.
Hesabat dövründə rayonun Şəmətük kəndində 20 şagird yerlik ibtidai modul tipli məktəb binasının, Ərçivan qəsəbəsində çəltik dəyirmanının, Motlayataq kənd tibb məntəqəsi üçün yeni binanın tikintisi başa çatdırılıb. Burzubənd kənd tam orta məktəbi üçün inşa edilən 360 şagird yerlik bina yeni dərs ilində istifadəyə veriləcək. Pensər kənd sahə xəstəxanasının təmiri davam etdirilib, Motlayataq kənd tibb məntəqəsi üçün yeni binanın tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev hesabat dövründə Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar 4 Sərəncam imzalayıb. Bu sərəncamlarla ucqar dağlıq ərazilərdə yerləşən və bu günə qədər elektrik xətti olmayan Diqo, Dolu və Sekaşan kəndlərinə elektrik xəttinin çəkilişinə, Pensər çayında sahil mühafizə bəndlərinin tikintisinə başlanılıb. Həmçinin Astara rayonunun on beş min nəfər əhalisinin yaşadığı, uzunluğu 11,6 kilometr olan və 6 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yoluna yüksək səviyyədə asfalt döşənərək istifadəyə verilib.
Bundan başqa, rayon ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün 36 mənzilli yaşayış binasının tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,3 milyon manat vəsait ayrılıb. Yaşayış binasının tikintisi üçün torpaq ayırma və layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.
O da bildirilib ki, bu ilin birinci yarısında rayonda çəltikçiliyin, sitrusçuluğun və çayçılığın inkişafına dair qəbul edilmiş Dövlət proqramlarının icrası ilə bağlı mühüm işlər görülüb. Bu il rayonda 237 hektar sahədə çəltik əkilib, çay plantasiyalarının ümumi sahəsi 345 hektara çatdırılıb. İndiyədək çay plantasiyalarından 325 ton məhsul yığılıb, sitrus və subtropik meyvə bağlarının ümumi sahəsi 4 min hektara çatdırılıb. Cari ildə rayonda 2100 hektara yaxın sahədə tərəvəz bitkiləri əkilib, sahələrdən 8200 ton məhsul əldə olunub.
Bu ilin may ayında Qax Damazlıq Təsərrüfatından rayona ipəkqurdu gətirilərək kümçülərə paylanılıb, 1262 kiloqram yaş barama tədarük olunaraq “Azər-İpək” ASC-yə təhvil verilib.
2019-cu ilin birinci yarısı Masallı rayonunda da sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olub, yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilib. Bu barədə Masallı rayon İcra Hakimiyyətində keçirilən və 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda bildirilib. Yığıncaqda qeyd olunub ki, hesabat dövründə rayonda məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 389,0 milyon manat təşkil edib. Bu dövrdə sənaye məhsullarının həcmi 16,4 faiz artaraq 30,6 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 3,3 faiz artaraq 68,0 milyon manata, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,2 faiz artaraq 43,1 milyon manata çatıb.
Bildirilib ki, işaxtaran və işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırığına əsasən bu ilin altı ayında “DOST” İş Mərkəzində, “Azəriqaz”da, “Azərişıq”da, Masallı rayon Meşə Mühafizəsi İdarəsində, “Azərsun” ASC və “Fəxrəddin K” MMC-də ümumilikdə 900-ə yaxın yeni iş yeri açılıb. Bu dövrdə Masallı rayon Məşğulluq Mərkəzində 3104 nəfər qeydiyyata alınıb, onlardan 967 nəfəri işlə təmin olunub.
Bəhs edilən dövrdə rayonda iribuynuzlu mal-qaranın sayı 73057 başa, xırdabuynuzlu mal-qaranın sayı 91062 başa, süd istehsalı 25740 tona, ət istehsalı 3581,1 tona, yumurta istehsalı 36205 min ədədə çatdırılıb.
Yeri gəlmişkən, yığıncaqda məlumat verildiyi kimi, 2019-cu ilin məhsulu üçün əkilmiş taxıl sahələrində biçin kampaniyası başa çatdırılıb. 7496 hektar buğda sahəsindən 17392 ton, 2786 hektar arpa sahəsindən 5968 ton məhsul yığılıb. Rayonun tütün sahələrində məhsul yığımına başlanılıb və 214 ton yaş tütün yarpağı toplanılıb. Cari ildə rayona 125 qutu ipəkqurdu gətirilərək 49 kümçüyə paylanılıb, “Azər-İpək” ASC-yə 5318,80 kiloqram yaş barama təhvil verilib.
Qeyd olunub ki, bu ilin birinci yarısında rayonda sosial məsələlərin həllinə diqqət artırılıb, bir sıra infrastruktur layihələri həyata keçirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 38 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Masallı-Köhnə Alvadı-Təzə Alvadı-Güllütəpə-Əmirtürbə-Yeni Zuvand avtomobil yolunun tikintisində asfalt-beton işləri başa çatdırılıb.
(davamı növbəti sayımızda)
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

