/ / Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramı cənub bölgəsində də uğurla icra olunur
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramı cənub bölgəsində də uğurla icra olunur
17.08.2019 [09:50]
Məhz bunun nəticəsində bu ilin birinci yarısında da bölgəyə daxil olan rayonlarda sosial-iqtisadi sahədə uğurlar əldə edilib
(əvvəli ötən sayımızda)
Yerli əhəmiyyətli Ərkivan-Boradigah-Rüdəkənar, Həsənli-Xımandalı, Masallı-Viləş, Təzəkənd və Hüseynhacılı avtomobil yollarında cari təmir işləri aparılıb. 2019-cu ildə rayonda xalça fabrikinin tikilməsi və regional yun tədarükü məntəqəsinin yaradılması, eyni zamanda, şəhər ərazisində 22 yerlik Uşaq-Bərpa Mərkəzinin tikintisi nəzərdə tutulub.
Ötən dövrlərdə oduğu kimi, bu ilin altı ayı ərzində Yardımlı rayonunda da uğurlar əldə edilib. Yardımlı rayonunda 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirədə çıxış edən rayon İcra Hakimiyyəti başçısı Ayaz Əsgərov öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirədə dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunub. Daha sonra 2019-cu ilin birinci yarısı ərzində kənd təsərrüfatının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə dəstək və sahikarlığın inkişaf etdirilməsinə münbit şəraitin yaradılması, tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının asfalt və çınqıl örtüklə təmiri, əhalinin içməli su ilə təmini, məktəb və xəstəxana tikintisi, həyətlərin, küçə və xiyabanların təmiri və digər infrastruktur layihələrinin icrası istiqamətində həyata keçirilən işlərdən danışılıb. Qeyd olunub ki, digər rayonlar kimi, Yardımlı üçün də 2019-cu ilin altı ayı uğurlarla yadda qalıb.
Cənub bölgəsinə daxil olan Cəlilabada gəlincə, bu ilin birinci yarısında rayonun iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmədə uğurlu nəticələr əldə olunub. Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən rayon İcra Hakimiyyətinin geniş Şura iclasında bildirildiyi kimi, bu il rayonun əkin strukturunda əsas yer tutan taxılçılığın inkişaf etdirilməsi məqsədilə 54,9 min hektar sahədə buğda, 4,5 min hektarda arpa və 3,8 min hektarda vələmir əkilib. Həmin sahələr qısa müddət ərzində biçilib, 203,7 min ton buğda, 15,9 min ton arpa və 10,1 min ton vələmir istehsal edilib.
Taxılçılıqla yanaşı, kartofçuluğun da inkişafı diqqət mərkəzində saxlanılıb. 5000 hektar kartof sahəsinin hər hektarından 229 sentner məhsul götürülərək, 114,5 min ton keyfiyyətli kartof istehsal olunub. Məhsulun 91,6 min tonunun və ya 80 faizinin Rusiya Federasiyasına ixrac edilməsi nəticəsində fermerlərin büdcəsinə 10 milyon ABŞ dollarından çox vəsait daxil olub.
Bu dövrdə rayonda 7,2 min ton noxud, 533 ton mərci, 262 ton lərgə və 2,9 min ton tərəvəz istehsal edilib. Üzümçülər isə 1401 hektar sahədə bol məhsul yetişdirməyə nail olublar. Hazırda üzüm sahələrində məhsul yığımı davam edir.
Cari ildə rayonda 507 hektar sahədə pambıq əkilib, sahələrin suvarılması üçün zəruri tədbirlər görülüb və normal çıxış alınıb. Rayonun 14 kümçüsü isə 697 kiloqram yaş barama istehsal edərək “Azər-İpək” ASC-yə təhvil verib.
Yarım ildə qaramalın sayı 95,6 min, davarların sayı 119,6 min, quşların sayı 849,5 min başa çatdırılıb, 6,7 min ton ət, 25,0 min ton süd və 9,8 milyon ədəd yumurta istehsal edilib. Lizinq yolu ilə xaricdən 725 baş cins qaramal gətirilib, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması üçün 2783 baş inək süni mayalandırılıb və1825 baş cins buzov alınıb.
Diqqətə çatdırılıb ki, bu ilin birinci yarısında rayonda sosial məsələlərin həllinə diqqət artırılıb.
Rayon mənzil istismarı sahəsinin balansında olan 8 çoxmənzilli binanın fasadı və giriş hissələri təmir olunub, kanalizasiya xətləri yeni sistemə qoşulub. Həmçinin Mirzəli Hüseynzadə, Qarabağ və Babək küçələri asfaltlaşdırılıb, Heydər Əliyev prospekti ilə Qurtuluş küçəsinin kəsişməsindəki dairə yenidən qurulub. Bundan başqa, Ələt-Astara magistral yolundan Cəlilabad şəhərinə girişdə quraşdırılmış ad göstəricisinin ətrafında abadlıq işləri görülüb, Heydər Əliyev prospektində, Cavadxan, Qurtuluş və Səməd Vurğun küçələrində fərdi yaşayış evlərinə məxsus hasarlar suvanıb, açıq həyətlərə dəmir hasarlar çəkilib.
Rayonda “ASAN xidmət” mərkəzinin, xalça fabrikinin, yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün sosial sığınacağın və ixtisaslaşdırılmış reabilitasiya mərkəzinin tikintisi üçün müvafiq torpaq sahələri ayrılıb. Hazırda “ASAN xidmət” mərkəzinin tikintisi davam etdirilir. Muğan kəndində isə 500 şagird yerlik yeni məktəb inşa olunur. Ümumiyyətlə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən rayonda 10 kənddə modul tipli məktəbin tikilməsi nəzərdə tutulub.
Bundan başqa, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Cəlilabad şəhərinin yeni yaşayış massivində 624 şagird yerlik tam orta məktəb, habelə 15 orta, ümumi və ibtidai məktəb tikilməsi, Cəlilabad peşə liseyinin və 4 tam orta məktəbin təmir edilməsi planlaşdırılıb. Dövlət İnvestisiya Proqramı çərçivəsində Cəlilabad şəhər 3 nömrəli ümumi orta məktəb üçün yeni bina tikiləcək.
Məruzə ətrafında müzakirələrdə çıxış edənlər 2019-cu ilin birinci yarısında rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən danışaraq, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramı ölkənin hər yerində olduğu kimi, Lerikdə də uğurla icra edilir. Lerik rayon İcra Hakimiyyətində keçirilən 2019-cu ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bildirildiyi kimi, rayonda yeni infrastruktur yaradılıb, təhsil, səhiyyə, mədəniyyət obyektləri inşa edilib, sahibkarlığın inkişafı yeni mərhələyə qədəm qoyub, yeni avtomobil yolları inşa olunub, qaz və su xətləri çəkilib, elektrik təsərrüfatı yenilənib.
İclasda çıxış edən Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Prezident İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələrdən danışaraq, bu ilin əvvəlində qarşıya qoyulan vəzifələrin icra olunduğunu, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin reallaşdırıldığını, ümumi iqtisadi vəziyyətin müsbət olduğunu bildirib.
Qeyd olunub ki, 2019-cu ilin birinci yarısında rayonda 976, o cümlədən 226 daimi və 750 müvəqqəti iş yeri açılıb.
Fövqəladə Hallar Nazirliyi tərəfindən təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşmüş 30 fərdi yaşayış evinin yenidən tikintisində son tamamlanma işləri aparılır.
Lerik şəhərinə alternativ su xəttinin və Şingədulan, Sors, Molalan və Geskon kəndlərinə yeni su xəttinin çəkilməsi ilə bağlı tikinti işləri davam etdirilir. Mastail-Lerik alternativ su xəttinin çəkilişi başa çatdırılaraq istifadəyə verilib. 56 kilometrlik Lənkəran-Lerik və 22 kilometrlik Şinəband-Orand-Nuravud-Zardəbərə avtomobil yolunda tikinti işləri sürətlə aparılır. Hər iki avtomobil yolunun asfaltlaşdırılmasına başlanılıb.
Rayonun 50 yaşayış məntəqəsi tam qazlaşdırılıb, cari ildə Peştətük kəndinə qaz xətti çəkilib, Vizəzəmin kəndinin qazlaşdırılmasına start verilib.
Ölkənin hər yerində olduğu kimi, Lənkəran rayonunda da sosial məsələlərin həllinə diqqət artırılıb. Belə ki, ötən altı ayda Lənkəran şəhərində və rayonun ayrı-ayrı yaşayış məntəqələrində abadlıq-quruculuq işləri davam etdirilib. Bu barədə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında məlumat verilib. 2019-cu ilin altı ayının yekunları və qarşıda duran vəzifələrin müzakirə olunduğu yığıncaqda çıxış edən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ötən aylarda sosial-iqtisadi inkişafın sürətlə davam etdiyini, tikinti-abadlıq və mədəni quruculuq işlərinin geniş vüsət aldığını bildirib.
Qeyd olunub ki, rayonda ümumi məhsul buraxılışı 1,1 faiz artaraq 199,8 milyon manat təşkil edib. Sənayedə 21,5 milyon manatlıq məhsul istehsal olunub. Bu, əvvəlki ilə nisbətən 1,0 faiz çox olub. Qeyri-dövlət sektorunda sənaye istehsalının həcmi 17 milyon manat olmaqla, ümumi həcmdə onun xüsusi çəkisi 78,9 faiz, sənayedə çalışanların orta aylıq əməkhaqqı isə 27,8 faiz artaraq 389,9 manat təşkil edib. Ümumilikdə rayonda 1304 iş yeri açılıb, onlardan 961-i daimi iş yeri olub.
Rayonda iqtisadiyyatın və sosial sahənin inkişafına 23,6 milyon manat investisiyanın yönəldildiyini, tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcminin 22,5 milyon manat təşkil etdiyini vurğulayan T.Qaraşov Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə rayonun 5 yaşayış məntəqəsini birləşdirən, 11 min nəfər əhalinin yaşadığı, 7 kilometr uzunluqda olan Hirkan-Mamusta-Siyavər, 55 kilometrlik Lənkəran-Lerik magistral avtomobil yollarının yenidən qurulmasının, qəzalı vəziyyətdə olan məktəblər üçün yeni binaların tikilməsinin əhali tərəfindən razılıqla qarşılandığını diqqətə çatdırıb.
Qeyd olunub ki, dövlət başçısının təşəbbüsü ilə ölkəmizdə çəltikçiliyin, sitrus meyvəçiliyinin və çayçılığın inkişafına dair qəbul olunmuş Dövlət proqramları bu sahələrə marağı daha da artırıb və əkin sahələri dəfələrlə genişlənib.
Ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi ilə bağlı qarşıya qoyulan vəzifələrin icrası çərçivəsində uzun fasilədən sonra ötən il ilk dəfə olaraq Lənkəran rayonunda barama istehsalına başlanılıb. Bu il ötən ildəkindən çox - 8,8 ton yüksək keyfiyyətli barama tədarük olunub.
Müzakirələrdə çıxış edənlər bu ilin birinci yarısında rayonda sosial-iqtisadi sahədə görülmüş işlərdən danışaraq, mövcud problemlərin həlli ilə bağlı təkliflərini bildiriblər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

