Ölkəmizin inkişafı prosesində regionların özünəməxsus rolu var
27.08.2019 [09:01]
2019-cu ilin altı ayında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarların 510 investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manatadək güzəştli kredit verilib
Məlum olduğu kimi, son 16 ildə ölkəmiz böyük inkişaf yolu keçib. Bu inkişaf cari ilin birinci yarısında da uğurla davam edib. Belə ki, iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilmiş sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlətimizin başçısı 2019-cu ilin birinci yarımilliyində ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin icra olunduğunu qeyd edib, görülmüş işləri müsbət qiymətləndirib.
Ümumiyyətlə, dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasında olan Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarımilliyində 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz, ticarət dövriyyəsi 20 faizdən çox, qeyri-neft ixracı 15 faiz, kənd təsərrüfatı məhsullarının istehsalı 13 faiz artıb. Ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da böyük hissəsi qeyri-neft sektorunun payına düşür. Eləcə də valyuta ehtiyatlarımız rekord həddə çataraq 49 milyard dollar səviyyəsindədir. Bu ilin 6 ayında əhalinin gəlirləri 6,6 faiz artıb, inflyasiya 2,5 faiz təşkil edib.
Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması da dövlət başçısının inkişaf strategiyasının əsas hədəflərindən biridir. 2019-cu ilin əvvəlində təsdiqlənmiş böyük sosial paket 4,2 milyon insanı əhatə edir. Sözügedən müşavirədə dövlətimizin başçısı qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, Prezident İlham Əliyev iqtisadi artım üçün yeni mənbələrin axtarılması, qeyri-neft sektorunun inkişafı, istehlak bazarına daim nəzarət olunması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyinin davam etdirilməsi, sosial sahənin diqqət mərkəzində saxlanılması, iş yerlərinin yaradılması prosesinin davam etdirilməsi, o cümlədən özəl sektorda daha çox iş yerlərinin yaradılması, Azərbaycanın innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etdirilməsi və sair istiqamətdə tapşırıqlar verib.
Bu ilin birinci yarısının yekunlari ilə bağlı İqtisadiyyat Nazirliyində keçirilən müşavirədə iqtisadiyyatın aparıcı sahələrinin inkişafı istiqamətində görülən işlərdən danışan nazir Şahin Mustafayev bildirib ki, dövlətimizin başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye parkları və məhəllələrinin yaradılması, rezidentlərin fəaliyyətinin genişləndirilməsi və yeni iştirakçıların cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Sənaye parklarında istehsal olunan məhsullar daxili bazara çıxarılmaqla yanaşı, xarici ölkələrə ixrac olunur. Sənayenin inkişafının əsas prioritetlərdən olduğunu qeyd edən iqtisadiyyat naziri ölkəmizin sənaye potensialının araşdırılmasının, bu istiqamətdə təhlillərin aparılmasının davam etdirilməsi barədə nazirliyin aidiyyəti strukturlarına müvafiq tapşırıqlar verib.
Kollegiya iclasında qeyri-neft sənayesinin sürətlə inkişaf etdiyi, toxuculuq, qida, spirtli və spirtsiz içki, avtomobilqayırma, kimya, ağac emalı, mebel istehsalı sahələrində yüksək artıma nail olunduğu diqqətə çatdırılıb, bu sahələrin, eləcə də gön-dəri emalı, balıqçılıq sahələrinin inkişafı istiqamətində görülən işlərin davam etdirilməsi barədə göstərişlər verilib.
Onu da qeyd edək ki, inkişaf prosesində regionların da özünəməxsus rolu var. Belə ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində əhəmiyyətli nəticələr əldə olunub. Belə ki, regionlarda aqrar sahədən tutmuş, sənaye, emal, sosial infrastruktur, sahibkarlığın inkişafı və s. məsələlərdə ciddi nəticələr əldə edilməkdədir. İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında da vurğulanıb ki, bu ilin birinci yarısında özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilib.
2019-cu ilin altı ayında sahibkarlara 1130 lisenziya verilib ki, bunların da 568-i yeni, 562-si isə müddətsiz lisenziyalarla əvəzetmədən ibarətdir. Ümumilikdə isə İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə 2015-ci il noyabrın 2-dən bu il iyulun 1-dək sahibkarlar 7900-dən çox lisenziya əldə edib. Ötən ilin martında yaradılan “Lisenziyalar və icazələr” portalı vasitəsilə artıq 1100-dən çox elektron lisenziya verilib. İnvestisiya təşviqi sənədinin iqtisadiyyata sərmayələrin cəlb edilməsində əhəmiyyətli mexanizm olduğunu qeyd edən Ş.Mustafayev bildirib ki, bu ilin yanvar-iyul aylarında 449 milyon manatdan çox olan layihələr üzrə 50 investisiya təşviqi sənədi verilib. Layihələrin 58 faizi sənaye, 34 faizi kənd təsərrüfatı, 8 faizi isə turizm sahələrini əhatə edir.
İclasda özəl sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gedişi də müzakirə olunub. Bildirilib ki, özəl sektorun uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması üçün bu ilin birinci yarısında sahibkarlığın güzəştli kreditləşdirilməsi davam etdirilib. 2019-cu ilin altı ayında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarların maarifləndirilməsi, nümunəvi investisiya layihələrinin təqdim olunması, güzəştli kreditlərin verilməsi ilə bağlı 1500 sahibkarın iştirakı ilə 12 işgüzar forum keçirilib, müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 178 milyon manat olan 510 investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1265 yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi sənaye istehsalı və emalının, eləcə də 44 faizi regionların, 56 faizi isə Bakı qəsəbələrinin payına düşür.
Nazir Ş.Mustafayev regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynayan aqroparkların, iri fermer təsərrüfatlarının yaradılması və mövcud aqroparkların genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi barədə müvafiq strukturlara göstərişlər verib. Bildirilib ki, kiçik və orta biznesin (KOB) iqtisadiyyatda rolunun artırılması dövlətimizin başçısının sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdəndir. KOB-lara dəstək məqsədilə yaradılmış Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2019-cu ilin yanvar-iyun ayları ərzində mikro, kiçik və orta sahibkarların məlumatlandırılması, onlara müxtəlif xidmətlərin göstərilməsi, yeni dəstək mexanizmlərinin yaradılması, KOB-ların maraqlarının müdafiəsi istiqamətində müvafiq tədbirlər görülüb. Belə ki, bu dövrdə 5 KOB dostu fəaliyyətə başlayıb ki, bununla da ölkə üzrə KOB dostlarının sayı 15-ə çatdırılıb. Sahibkarlara bütün dövlət-biznes (“G2B”) və zəruri biznes-biznes (“B2B”) xidmətlərin vahid məkanda göstərilməsi məqsədilə hazırda Bakı şəhərində yaradılmaqda olan ilk kiçik və orta biznes evinin (KOB evi) təşkili istiqamətində tədbirlər davam etdirilir.
KOBİA-nın təşkilatçılığı ilə mikro, kiçik və orta sahibkarların maarifləndirilməsi üçün Bakıda və ölkə regionlarında təlim, seminar və treninqlər keçirilir. Bu ilin birinci yarısında vergi, gömrük, qida təhlükəsizliyi, kommunal xidmətlərə qoşulmaq və maliyyə resurslarına çıxış imkanlarına dair təşkil olunmuş onlayn maarifləndirmə tədbirlərindən 1500-dən çox sahibkar yararlanıb. Agentlik tərəfindən KOB-ların müxtəlif tədbirlərdə iştirakına, məhsul və xidmətlərini tanıtmasına və satışına, işgüzar əlaqələrinin genişləndirilməsinə dəstək göstərilməsi məqsədilə Bakıda və ölkə regionlarında təşkil olunmuş 5 böyük sərgi və festivalda mikro və kiçik sahibkarların iştirakı təmin edilib. Şahin Mustafayev Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kredit almaq istəyən və alan sahibkarların KOBİA-nın informasiya, məsləhət, maarifləndirmə xidmətlərindən daha çox istifadə etməsinin və bu sahədə birgə əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.
İclasda Prezident İlham Əliyevin iş yerlərinin yaradılması prosesinin davam etdirilməsi barədə tapşırıqlarına uyğun olaraq, özəl sektorda daha çox iş yerlərinin yaradılmasının stimullaşdırılması barədə müvafiq struktur bölmələrə konkret göstərişlər verilib.
İdxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və qeyri-neft məhsulları ixracının genişləndirilməsinin dövlət başçısının sosial-iqtisadi siyasətinin prioritetlərindən olduğunu vurğulayan Ş.Mustafayev qeyd edib ki, hazırda İqtisadiyyat Nazirliyi tərəfindən dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq Fərman və Sərəncamından irəli gələn tapşırıqların icrası istiqamətində tədbirlər, yerli məhsulların ixracının, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
İxracın stimullaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən ixrac təşviqi mexanizmi çərçivəsində bu ilin ilk altı ayında ixracatçılara 5 milyon manatdan artıq, ümumilikdə isə 2016-cı ilin mart ayından bu günədək 14 milyon manatdan çox ixrac təşviqi ödənilib.
2019-cu ilin birinci yarısında dövlət dəstəyi hesabına xarici ölkələrə 6 ixrac missiyası təşkil edilib, Azərbaycan şirkətləri 7 beynəlxalq sərgidə vahid ölkə stendi ilə qatılıblar. Kollegiya iclasında vurğulanıb ki, ixracla məşğul olan sahibkarlara dəstək tədbirləri davam etdiriləcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

