/ / Reallaşdırılan yeni layihələr sayəsində regionların suvarma suyu ilə təminatı daha da yaxşılaşıb
Reallaşdırılan yeni layihələr sayəsində regionların suvarma suyu ilə təminatı daha da yaxşılaşıb
10.02.2020 [10:53]
2019-cu ildə respublikada 80 min hektara yaxın sahədə mühüm meliorativ tədbirlər həyata keçirilib ki, bunun da 49 min hektarı pambıqçılıq rayonlarının payına düşür
(əvvəli ötən sayımızda)
Araz çayının yeni qolunun tikinti işləri sürətlə davam etdirilir
Araz çayının yeni qolunun tikintisi son illərdə bölgələrdə reallaşdırılan meliorasiya və irriqasiya layihələrinə daha bir nümunədir. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin direktor müavini Mirzə Qasımov bildirib ki, İmişli, Biləsuvar və Saatlı rayonlarında yeni suvarılan torpaq sahələrinin istifadəyə verilməsi məqsədilə 2017-ci ildə İmişlidə mənbəyi Araz çayı olmaqla ümumi uzunluğu 54,2 kilometr olan dəmir-beton üzlüklü yeni kanalın hidroqurğularla birlikdə tikintisinə başlanılıb və qısa müddətdə böyük iş həcmi yerinə yetirilib.
Kanalın tikilməsində məqsəd suyun yeni qoldan götürülməklə paylayıcı kanallar vasitəsi ilə İmişli, Biləsuvar və Saatlı rayonlarının ümumilikdə, 52 min 638 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etməkdir.
Mirzə Qasımov deyib: “Tikintinin davamı olaraq birinci mərhələdə 78,3 kilometr uzunluğunda paylayıcı kanalın qurğularla birlikdə tikintisi başa çatıb və bu kanal vasitəsi ilə İmişlinin 8 min 357, Biləsuvarın isə 8 min 506 hektar əkin sahəsinə suvarma suyu verilib. Hazırda uzunluğu 93,3 kilometr olan suyığıcıların drenlərlə birlikdə tikintisi gedir. Tikintinin ikinci mərhələsində 97,43 kilometr uzunluğunda paylayıcı kanallar vasitəsi ilə Saatlı rayonunun 26 min 825, İmişlinin 7 min 100 və Biləsuvarın 1850 hektar, ümumilikdə, 35 min 775 hektar əkin sahəsinin suvarılması nəzərdə tutulub”.
Direktor müavininin sözlərinə görə, ötən il ikinci mərhələ çərçivəsində paylayıcı kanallardan 36,7 kilometri qurğularla birlikdə tikilib. Hazırda paylayıcı kanallarda tikinti işləri sürətlə davam edir.
2020-ci ildə ölkə ərazisində 400 subartezian quyusunun qazılması planlaşdırılıb
Artıq ölkəmizdə hər il dövlət vəsaiti hesabına subartezian quyularının qazılması ənənə halını alıb. Bu hidrotexniki qurğular respublikanın regionlarında həm əhalinin, həm də əkin sahələrinin su təminatının yaxşılaşmasında mühüm rol oynayır. Son 16 ildə ölkə üzrə 2200-dən artıq subartezian quyusu qazılaraq istifadəyə verilib. Prezident İlham Əliyevin 12 fevral 2019-cu il tarixində imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamla əhalisi 736 min nəfərə yaxın olan 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 2019-cu ildə 300 subartezian quyusunun layihələndirilməsini və qazılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.27-ci yarımbəndində göstərilmiş məbləğin 21,0 (iyirmi bir) milyon manatı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. Bəhs olunan Sərəncamın icrası yüksək səviyyədə təmin olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə məlumat verib ki, ötən il respublikanın 41 şəhər və rayonunun 254 yaşayış məntəqəsində 345 ədəd subartezian quyusu qazılıb ki, bu da 8362 hektar torpaq sahəsinin su ilə təmin edilməsinə imkan yaradıb. Ötən il qazılan quyuların 160 ədədi pambıqçılıq rayonlarının payına düşür.
Ölkə ərazisində subartezian quyularının qazılması 2020-ci ildə də davam etdiriləcək. Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçımız cari ildə respublikamızda qazılacaq subartezian quyularının sayının 400-ə çatdırılacağını deyib. Bu xüsusda fikirlərini bildirən Prezident İlham Əliyev “Qazılmış 345 subartezian quyusu yüzlərlə kəndin su ilə təminatını yaxşılaşdıracaq. Onu da bildirməliyəm ki, bu il 400-dən çox subartezian quyusu qazılacaq. Artıq bütün rayonların kəndlərinin adları siyahıda var və biz il ərzində investisiya proqramı çərçivəsində bunu edəcəyik”, - deyə vurğulayıb.
Cari ildə Ağcabədi rayonunun 20 yaşayış məntəqəsində yeni subartezian quyularının qazılmasına 2,1 milyon manat ayrılıb
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Ağcabədi Rayon Suvarma Sistemləri İdarəsindən verilən məlumatda bildirilir ki, rayonun əkin sahələri mənbəyini Yuxarı Qarabağ və Xan qızı kanallarından götürən 2261 kilometr kanal, 2489 ədəd hidrotexniki qurğu, 51 ədəd elektrik nasos stansiyası, 6 ədəd SNP markalı nasoslarla suvarma suyu ilə təmin olunur. Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 2019-cu ildə suvarma kanallarının lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri işləri davam etdirilib. O cümlədən Hindarx nasos stansiyasının boruları, Salmanbəyli-9, Rəncbərlər, Şəfəq-1, Kəbirli-2, Kürqırağı, Muğanlı, Sarıcalı, Sovxoz-1, Hüsülü nasos stansiyalarının nasos, mühərrik, siyirtmə və sair hissələri təmir olunub və ya yenisi ilə əvəz edilib. Rəncbərlər nasos stansiyasının ikinci təzyiqli boru xəttinin 2 min metr hissəsi yenisi ilə əvəzlənib. 2020-ci ildə Hüsülü-4 və Muğanlı nasos stansiyalarının boru xətlərinin dəyişdirilməsi nəzərdə tutulur.
2019-cu ildə Ağcabədi rayonunda 36 min 291 hektar sahədə əkilmiş kənd təsərrüfatı bitkiləri orta hesabla 4-4,5 dəfə suvarılıb. Sahələrin 13 min hektarı nasoslarla, 23 min 291 hektarı öz axımı ilə, 26 min 709 hektarı isə artezianlar vasitəsilə suvarma suyu ilə təmin edilib. Əkinlərin vaxtlı-vaxtında suvarılması nəticəsində rayonda becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı da yüksəlib.
Perspektivdə rayonun təsərrüfatlarının su təminatı daha da yaxşılaşacaq. Məlum olduğu kimi, Prezident İlham Əliyev cari il yanvarın 7-də “Ağcabədi rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ağcabədi rayonunun əhalisi 83682 nəfər olan 20 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 30 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün nəzərdə tutulmuş vəsaitin 2,1 milyon manatı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Şəki, Qazax, Beyləqan, Goranboy rayonlarında da yeni subartezian quyuları qazılacaq
Yuxarıda deyilənlərdən də göründüyü kimi, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində reallaşdırılan meliorasiya və irriqasiya layihələri respublikamızın müxtəlif bölgələrini əhatə edir. O cümlədən cari ildə təsərrüfatların və əhalinin suya olan tələbatının ödənilməsində mühüm rol oynayan subartezian quyuları qazılacaq yaşayış məntəqələrinin də coğrafiyası kifayət qədər genişdir. Prezident İlham Əliyev 6 fevral 2020-ci il tarixində “Şəki rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, Şəki rayonunun əhalisi 116539 nəfər olan 15 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün nəzərdə tutulmuş vəsaitin 1,26 milyon (bir milyon iki yüz altmış min) manatı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Azərbaycanın dövlət başçısı cari il fevralın 4-də isə “Qazax rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamın icrasını təmin etmək üçün Qazax rayonunun əhalisi 46271 nəfər olan 14 yaşayış məntəqəsində subartezian quyuları qazılacaq. Bu məqsədlə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə 980,0 (doqquz yüz səksən) min manat ayrılıb. Dövlət başçısının imzaladığı digər sərəncamlarla isə Beyləqan rayonunda əhalisi 41194 nəfər olan 10 yaşayış məntəqəsində 12 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması üçün 840,0 (səkkiz yüz qırx) min manat, Goranboy rayonunun əhalisi 30378 nəfər olan 16 yaşayış məntəqəsində 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə 1,19 milyon (bir milyon bir yüz doxsan min) manat ayrılıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

