Regionlarda emal və sənaye müəssisələri uğurla fəaliyyət göstərir
12.02.2020 [09:43]
Bu müəssisələrin məhsulları daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunur
Məlum olduğu kimi, Azərbaycan ötən illər ərzində dinamik inkişafını uğurla davam etdirib. Bu baxımdan, respublikamızın regionlarının da sosial-iqtisadi inkişafı yönündə vacib nəticələr əldə olunub. Bu fakt fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda da qeyd olunub. Konfransda çıxış edən Prezident İlham Əliyev qeyd edib: “Dördüncü proqram əvvəlki dövrlərdə qəbul edilmiş proqramların məntiqi davamıdır. Üç proqram çərçivəsində böyük işlər görülmüşdür. Ancaq hələ də görüləsi işlər çoxdur. Hesab edirəm ki, dördüncü proqram çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur vəzifələri icra olunacaq və beləliklə, ölkəmizin gələcək inkişafı üçün daha gözəl imkanlar yaranacaqdır.
Keçən il ərzində proqramın icrası ilə bağlı bütün lazımi tədbirlər görülüb. Deyə bilərəm ki, proqram artıqlaması ilə icra edilib. Proqramda nəzərdə tutulmuş məsələlər həll olunub. Ancaq bəzi məsələlərdə müəyyən ləngimələr var. Ona görə bu məsələlərin həllinə xüsusi diqqət göstərilməlidir. Hesab edirəm ki, proqramın bu il icra ediləcək bütün tədbirləri həyatda öz əksini tapacaq”.
Ümumiyyətlə, ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət və islahatlar sayəsində 2019-cu ildə ölkəmizdə makroiqtisadi sabitlik təmin edilib, iqtisadi artım prosesləri sürətlənib və iqtisadiyyatın dayanıqlı inkişafı yeni mərhələyə daxil olub. Sözügedən konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi, regionların potensialının reallaşdırılması hesabına iqtisadi inkişafın daha da sürətləndirilməsi ilə bağlı dövlət başçısının həyata keçirdiyi strategiya və qəbul edilən Dövlət proqramları bu istiqamətdə müstəsna rol oynamaqdadır. Son illərdə aparılan nəhəng sosial infrastruktur quruculuğu işləri regionların mənzərəsini tamamilə dəyişib. Bu illər ərzində regionlarda 58 min kilometr uzunluğunda yeni qaz xətləri, su təchizatının yaxşılaşdırılması üçün bölgələrdə 13 min kilometr uzunluğunda içməli su xətləri çəkilib, 470-ə yaxın modultipli sutəmizləyici qurğu quraşdırılıb, 706 min nəfər əhali içməli su ilə təmin edilib. Uzunluğu 16 min kilometrdən çox olan yollarda təmir-tikinti işləri aparılıb, 470 körpü və tunel istifadəyə verilib. Konfransda qeyd olunduğu kimi, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları çərçivəsində son 16 ildə 3300-dən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Ötən ildə qeyri-neft sektorunda ÜDM-in 3,5 faiz, qeyri-neft sənayesində isə 14,3 faiz artmasında regionların da böyük rolu olub. 2019-cu ildə Regionların sosial-iqtisadi inkişafının dördüncü Dövlət Proqramı çərçivəsində 7,2 milyard manat vəsait yönəldilib, eyni zamanda, imzalanan sərəncamlarla əlavə olaraq 1 milyard manata yaxın vəsait ayrılıb.
Onu da vurğulamaq lazımdır ki, son illər regionlarda sənaye müəssisələri də yaradılır ki, bu da bölgələrin inkişafında vacib rol oynayır. Prezident İlham Əliyevin siyasəti nəticəsində iqtisadiyyatımızın digər sahələri kimi, sənaye də uğurla inkişaf edir. Yerli resurslardan istifadə etməklə yeni sənaye sahələrinin yaradılması, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması məqsədilə sənaye zonalarının yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu, əhalinin işlə təmin olunmasına, insanların sosial rifahının yaxşılaşdırılmasına və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş uğurlu siyasətimizin bariz nümunəsidir.
Məlumdur ki, respublikamızda pambıqçılıq sahəsinin yüksək templə inkişaf etməsi yeni istehsal və emal müəssisələrinin yaradılmasına xüsusi ehtiyac yaradırdı. Məhz bu ehtiyacdan irəli gələrək tekstil sənayesində ənənələrə malik Mingəçevir şəhərində Sənaye Parkı yaradıldı və 14 hektar ərazidə “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin iki iplik istehsalı fabrikinin yaradılmasına başlanıldı. 2016-cı il sentyabrın 21-də Prezident İlham Əliyevin iştirakı ilə Mingəçevir Sənaye Parkının təməli qoyuldu. Bundan əlavə, fabriklərin yaradılmasına dövlət tərəfindən 10 milyon manat güzəştli kredit ayrıldı, zəruri infrastruktur təmin edildi və layihə sənaye parkının rezidenti olaraq 10 il müddətinə mənfəət, torpaq və əmlak vergilərindən, eləcə də idxalda ƏDV-dən azadolma imkanı qazandı. Qeyd edək ki, təkcə fabriklərin yaradılması ilə bağlı idxal edilən avadanlıqlara görə şirkət 12 milyon manatdan artıq ƏDV və gömrük rüsumlarına qənaət edib ki, bu da dövlət qayğısının bariz nümunələrindəndir.
Təqribən iki ilə yaxındır ki, tikilərək istismara verilən fabriklər ən müasir texnologiyalar əsasında Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz edilib. Qeyd olunmalıdır ki, “Mingəçevir Tekstil” artıq bir brendə çevrilib. Fabriklərdə istehsal olunan ipliklərin Open End və Ring növlərinə dünyada böyük tələbat var. Qısa bir zamanda istehsal edilən yüksək keyfiyyətli pambıq ipliklər xarici bazarlara ixrac olunur. 2018-ci ildə istehsala başlayan müəssisə elə həmin il 4 min tona yaxın - təqribən 16 milyon manatlıq keyfiyyətli məhsul istehsal edib ki, bunun da 13 milyon manat dəyərində olan 3 min tonu, yəni təqribən 80 faizindən çoxu ixrac olunub. 2019-cu il ərzində isə ümumi satışın 6 min tonu Open End və 6 min tonu Ring növündə olmaqla, 12 min ton təşkil edib ki, bunun da 2 min tonu daxili, 10 min tonu - təqribən 83 faizi isə xarici bazarda satılıb. Beləliklə, daxili bazara satışı 7 milyon manat, ixrac isə 39 milyon manat olmaqla, ümumilikdə 2019-cu ildə 46 milyon manat təşkil edib. Məhsullar Rusiya, Türkiyə, Portuqaliya, Belçika, Ukrayna, Polşa və Pakistan kimi ölkələrə ixrac olunub.
Həmin fabriklərin istifadəyə verilməsi ölkədə yüngül sənayenin, xüsusilə də tekstil sənayesinin inkişafına, yerli istehsal müəssisələrinin davamlı, keyfiyyətli və ucuz xammalla təmin olunmasına, eləcə də istehsal edilən pambığın hazır məhsula çevrilərək ixracına şərait yaradıb. Bu isə ölkəmizə əlavə xarici valyutanın daxil olması deməkdir. Həmçinin fabriklər sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması, milli tekstil brendlərinin yaradılması, ixtisaslı kadrların hazırlanması və yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hazırda bu fabriklərdə üçnövbəli iş rejimində 700 nəfərdən çox işçi çalışır.
Müəssisə 2020-ci ildə akril-viskon, akril-pambıq, viskoza və tensel ipliklərinin istehsalını da planlaşdırır. Əsas hədəf məhsulları şaxələndirərək xarici satış bazarlarını genişləndirmək və qeyri-neft sektorunun inkişafına töhfə verməkdir.
Ümumiyyətlə, qeyd olunduğu kimi, ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan genişmiqyaslı işlər nəticəsində paytaxt Bakı ilə yanaşı, regionlarımızın da inkişafı təmin olunub, xüsusilə kənd təsərrüfatı sahəsində geniş təyinatlı infrastruktur şəbəkələri yaradılıb, bütövlükdə regionlarımızda sahibkarlıq fəaliyyətinə maraq artıb. Nəticədə ən müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli, ixracyönümlü və idxaləvəzləyici məhsul istehsal edən müəssisələr yaradılıb, əhalinin məşğulluq və həyat səviyyəsi daha da yaxşılaşdırılıb.
“Ağstafa Aqrar Sənaye Kompleksi” də ərzaq təhlükəsizliyinin təmin edilməsi çərçivəsində ölkəmizdə ənənəvi kənd təsərrüfatı sahələrindən biri hesab olunan taxılçılığın inkişafı istiqamətində bir sıra işlər görülüb. Müəssisənin inkişaf planına əsasən 2012-2019-cu illərdə Ağstafa rayonunun Ceyrançöl sahəsində istifadəyə verilən 2748 hektar torpaq sahəsində növbəli əkin sistemi tətbiq edilərək, ərzaq buğdası, yonca, arpa və digər məhsullar istehsal edilir. Təkcə 2018/2019-cu əkin ilində istifadədə olan torpaq sahəmizdə 8200 ton yüksək zülallı ərzaq taxılı, 1200 ton günəbaxan dəni istehsal edilib. Hazırda əlavə olaraq 3800 hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməklə müəssisəmizin istehsal gücünün artırılması məqsədi ilə müvafiq işlər aparılır.
İri özəl taxılçılıq və sənaye istehsalı müəssisələrinin yaradılmasının vacibliyi ilə bağlı dövlət başçısının tövsiyələri nəzərə alınaraq, 2016-cı il oktyabr ayının 19-da beş zavoddan ibarət Ağstafa Aqroparkı xarici mütəxəssislərlə birgə layihələndirilib və tikinti-quraşdırma işləri həyata keçirilir.
Layihə üzrə əsasən Almaniya və İsveçrənin nüfuzlu şirkətlərinin istehsal etdiyi, saatda 200 ton emal gücünə malik, ilkin təmizləmə avadanlığı, saatda 50 ton qurutma gücünə malik və ümumi saxlama həcmi 36 min ton olan rezervuar, saatda 25 ton emal gücü olan dənli bitkilər toxumu istehsalı zavodu, saatda 5 ton emal gücünə malik paxlalı bitkilərin toxumu istehsalı zavodu, saatda 5 ton emal gücündə dəyirman kompleksi, sutkada 36 ton istehsal gücündə çörək və yarımfabrikatlar zavodu inşa edilərək avadanlıqları quraşdırılıb. Layihə üzrə nəzərdə tutulmuş bütün işlər başa çatdırılıb, texnoloji avadanlıqların sazlama prosesi yekunlaşmaq üzrədir. Görülən işlərin nəticəsində “Sahədən süfrəyə” prinsipini əsas tutaraq bütün istehsal prosesini zəncirvarı olaraq qurmağa müvəffəq olunub. Hazırda müəssisədə və törəmə müəssisələrində 360 nəfər işlə təmin olunub.
Layihənin ümumi dəyəri 86 milyon manat təşkil edir ki, bunun da bir hissəsi Almaniyanın “Euler Hermes” ixracat sığortası dəstəyi ilə Almaniya bankından götürülmüş kredit, həmçinin 5 milyon manatı dövlətimizin sahibkarlığın inkişafı məqsədilə ayırdığı güzəştli kredit və müəssisənin daxili imkanları hesabına icra edilib. Müəssisəyə təqdim olunan investisiya təşviqi sənədi əsasında Avropa ölkələrindən idxal etdiyimiz texnoloji xətlər idxalda gömrük rüsumundan azad edilib, eləcə də müəssisəyə 7 il müddətinə vergi güzəştləri tətbiq olunub. Təşviq sənədinin alınması nəticəsində qənaət olunmuş 2 milyon 600 min manat vəsait müəssisənin yaradılmasında istifadə edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30

