/ / Azərbaycanın regionlarında yeni iş yerlərinin yaradılması istiqamətində məqsədyönlü tədbirlər görülür
Azərbaycanın regionlarında yeni iş yerlərinin yaradılması istiqamətində məqsədyönlü tədbirlər görülür
13.02.2020 [09:17]
Ötən il ölkə üzrə yaradılan 98 min yeni iş yerinin böyük əksəriyyəti daimi iş yerləridir
Ölkəmizdə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin tarazlı inkişafını təmin edib. Eyni zamanda, ötən il aparılan islahatlar, o cümlədən sosial-iqtisadi sahədə görülmüş tədbirlər əhalinin rifah halının daha da yüksəldilməsinə xidmət göstərib. Belə ki, 2019-cu ildə ölkəmizdə sosial sahədə reallaşdırılan çox böyük təşəbbüslər nəticəsində 4,2 milyon insanın sosial və maddi vəziyyəti yaxşılaşdırılıb. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artıb. Hazırda minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında birinci yerdədir. Müavinətlər 50 faizdən 2 dəfəyədək yüksəlib. Ötən il tələbələrin təqaüdləri artırılıb, şəhid ailələrinə birdəfəlik maddi yardım göstərilib, şəhid ailələrinin və məcburi köçkünlərin aylıq müavinətləri artırılıb. Sosial sahədə görülən bu kimi işlər bir daha təsdiqləyir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Keçən il sosial infrastrukturun yaradılması ilə bağlı önəmli addımlar da atılıb - 84 məktəb, 60 tibb müəssisəsi tikilib və təmir edilib. Son 16 ildə orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artıb, 300 mindən çox məcburi köçkünə, 6700 şəhid ailəsinə evlər, mənzillər verilib. Bu il ən azı 1500 şəhid ailəsi dövlət tərəfindən gözəl evlərlə, mənzillərlə təmin ediləcək. 7 min köçkün ailəsi üçün mənzillərin, evlərin verilməsi nəzərdə tutulur. Keçən il bu rəqəm 5 min idi. Beləliklə, təqribən 30-40 min köçkün yeni evlərlə təmin ediləcək. Bu il də dövlət xətti ilə 40 minə yaxın ödənişli ictimai iş yeri yaradılacaq. Həmçinin bu il ən azı 10 min insan özünüməşğulluq proqramına cəlb olunacaq.
Vurğulanmalıdır ki, regionların inkişafının davamlı olaraq diqqət mərkəzində saxlanılması, yeni sənaye müəssisələrəninin, sənaye məhəllələrinin açılması bölgələrin iqtisadi güc amili qismində çıxış etməsinə imkan yaradır. Bu isə özlüyündə bölgələrdə əhalinin məşğulluğunun və gəlir imkanlarının artmasına yol açır, o cümlədən yeni iş yerlərnin yaradılmasını şərtləndirir. Bəli, Azərbaycanda 2004-cü ildən bəri Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində ölkənin bölgələrinin tarazlı inkişafı tam təmin edilib. Vurğulamaq yerinə düşər ki, indiyədək respublikamızda regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı uğurla reallaşdırılıb. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası da yüksək səviyyədə təmin edilir. Yeri gəlmişkən, Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda nitq söyləyən Prezident İlham Əliyev bildirib ki, 14 faizdən çox artan qeyri-neft sənayemiz yeni iş yerlərinin yaradılması deməkdir: “Qeyd etməliyəm ki, keçən il 98 min yeni iş yeri yaradılmışdır. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bu, daimi proses olmalıdır. Çünki Azərbaycanda əhali yüksək templərlə artır və iqtisadiyyat, iqtisadi inkişaf, o cümlədən iş yerlərinin yaradılması demoqrafik inkişafı daim üstələməlidir. Buna görə biz daim bu məsələyə xüsusi diqqət verməliyik. Ancaq o da həqiqətdir ki, hər bir iş yerinin yaradılması üçün həm dövlət, həm də özəl sektor tərəfindən böyük vəsait tələb olunur. Çünki iş yerlərinin yaradılması elə boş yerə olmur, gərək infrastruktur, şərait, imkanlar olsun. Özəl sektor, əlbəttə ki, iş yerlərini yaradan əsas sektor olaraq öz sözünü deyir və deməlidir”.
Vurğulamaq yerinə düşər ki, yeni iş yerlərinin yaradılması ölkənin əksər bölgələrini əhatə edir. 2019-cu ildə Kürdəmir rayonunda 1496 yeni iş yeri açılıb. Açılan yeni iş yerlərinin 945-i daimidir. Daimi iş yerlərinin 70-i yeni açılan müəssisə və təşkilatlarda, 37-si mövcud müəssisə və təşkilatlarda, 838-i isə fiziki şəxslərdə olub. Vurğulanmalıdır ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında Kürdəmir rayonu üçün nəzərdə tutulan layihələrin icrası, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlara göstərilən dövlət dəstəyi, istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun artması ilə nəticələnir.
Ötən il Ağsu rayonunda da 882 yeni iş yeri açılıb. Yeni açılan iş yerlərinin 488-i daimidir. Daimi iş yerlərinin 5-i yeni yaradılan idarə və müəssisələrdə, 20-si mövcud müəssisə və təşkilatlarda, 460-ı isə fiziki şəxslərdədir. Digər tədbirlər üzrə, o cümlədən müxtəlif layihələr, mövsümi, abadlıq işləri və sair açılan iş yerlərinin sayı isə 394 olub. Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafına göstərilən dövlət dəstəyi, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlar üçün yaradılan əlverişli şərait Ağsu rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına imkan verir.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası, bölgələrə göstərilən dövlət qayğısı, sahibkarlığın və aqrar sahənin inkişafı ölkəmizin hər yerində, o cümlədən cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin məşğulluğunun artmasına şərait yaradır. 2019-cu ildə Tərtərdə 907 daimi olmaqla 1796 yeni iş yeri açılıb. Daimi iş yerlərinin 18-i yeni yaradılmış, 100-ü mövcud, 28-i fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 761-i isə fiziki şəxslər tərəfindən açılıb. Bundan başqa, ötən il 889 nəfər mövsümi işlərə cəlb edilib. Ümumilikdə isə son 5 ildə rayonda 15 min 857 iş yeri açılıb ki, onun da 5165-i daimi iş yeridir.
Regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğı, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlar üçün yaradılan əlverişli şərait respublikamızın bütün bölgələrində olduğu kimi, Göyçay rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına imkan verib. Belə ki, 2019-cu ildə rayonda 1330 yeni iş yeri açılıb. Yeni açılan iş yerlərinin 827-si daimidir. Daimi iş yerlərinin 53-ü yeni yaradılan idarə və müəssisələrdə, 31-i mövcud müəssisə və təşkilatlardadır. Daha 503 iş yeri isə müxtəlif layihələr, mövsümi, abadlıq işləri və digər sahələrdə olub.
2019-cu ildə Samux rayonunda 1074 yeni iş yeri açılıb ki, bunun da 748-i daimi iş yeri olub. Daimi iş yerlərinin 112-si mövcud müəssisə və təşkilatlarda, 18-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 618-i isə fiziki şəxslərdə yaradılıb. Digər tədbirlər nəticəsində isə 326 yeni iş yeri açılıb. Hazırda rayonda yeni istixanaların və aqroparkların yaradılması yeni iş yerlərinin açılmasında və bununla da işsizlik probleminin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir.
Qax rayonunda isə ötən il 435-i daimi olmaqla, 679 yeni iş yeri açılıb. İş yerlərinin 102-si yeni açılan, 327-si mövcud, 6-sı fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 244-ü isə digər tədbirlər üzrə işlərin görülməsi üçün yaradılıb. Əhalinin məşğulluğunun təmin edilməsində rayonda yeni fəaliyyətə başlayan aqropark, həmçinin “Cənub-2000” MMC-nin Qax filialı, “Cahandar-H” MMC, Qax Damazlıq İpəkçilik Stansiyası əsas rol oynayıb. Ümumiyyətlə, regionların inkişafı sahəsində qəbul edilmiş Dövlət proqramlarında, həmçinin regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində son 10 ildə Qax rayonunda 4441-i daimi olmaqla, 5077 yeni iş yeri açılıb.
Ötən il Gəncə şəhərinə 266 milyon manata yaxın investisiya cəlb edilib. İş adamları tərəfindən istehsal müəssisələrinin, o cümlədən qeyri-istehsal sahələrinin yaradılması və yenidən qurulması üçün 92 milyon manata yaxın investisiya qoyulub. Şəhərdə alçı və tikinti materialları istehsalı zavodlarında ilkin məhsul istehsalına başlanılıb, o cümlədən illik istehsal gücü 30 milyon ədəd müxtəlif ölçülü kərpic olan zavodda tikinti işləri sürətləndirilib. Bu sənaye müəssisələrinin istifadəyə verilməsi ilə 1000-ə yaxın şəhər sakini işlə təmin ediləcək.
Vurğulandığı kimi, şəhərdə iqtisadiyyatın sürətli inkişafına və yeni iş yerlərinin yaradılmasına nail olunub, 2019-cu ildə ümumi məhsul buraxılışı 4,4 dəfə, sənaye 2,7 dəfə, əsas kapitala yönəldilmiş vəsait 59,7 dəfə, tikinti-quraşdırma işləri 132,8 dəfə artıb. 2019-cu ildə şəhər üzrə 3700-ü daimi olan 5286 yeni iş yeri açılıb. Ümumilikdə, 2003-cü ildən bəri 63 min 373 yeni iş yeri yaradılıb ki, onun da 53 min 586-sı daimidir.
Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci ilində Ağdaşda 2588 yeni iş yeri açılıb. Ötən il yeni açılan iş yerlərinin 1229-u daimidir. Daimi iş yerlərinin 114-ü yeni yaradılan idarə və müəssisələr, 143-ü mövcud müəssisə və təşkilatlar, 4-ü fəaliyyəti bərpa olunan idarə və müəssisələr, 968-i isə fiziki şəxslər tərəfindən açılıb.
Qeyd edək ki, Dövlət Proqramında Ağdaş rayonu üçün planlaşdırılan layihələrin icrası, ölkədə qeyri-neft sektorunun inkişafına göstərilən dövlət dəstəyi, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlar üçün yaradılan əlverişli şərait digər bölgələrdə olduğu kimi, bu rayonda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına imkan verir.
2019-cu ildə Zaqatala rayonunda 998-i daimi olmaqla, 1622 yeni iş yeri açılıb. Daimi iş yerlərinin 136-sı yeni yaradılan, 32-si mövcud müəssisə və təşkilatların, 830-u isə fiziki şəxslərin payına düşür. Bundan əlavə, ötən il digər tədbirlər üzrə 624 mövsümi iş yeri yaradılıb.
Naxçıvan Muxtar Respublikasında da yeni iş yerlərinin yaradılması istiqamətində mühüm addımlar atılmaqdadır. Belə ki, muxtar respublikada 2010-cu ildən 2020-ci ilədək ümumilikdə 35 min 791 yeni iş yeri açılıb. Yüksək əməktutumlu iş yerlərinin yaradılması əhalinin səmərəli məşğulluğunu təmin edib, 2009-cu ilin sonu ilə müqayisədə məşğul əhalinin sayı 20,2 faiz artaraq 2019-cu ilin sonuna 249 min nəfər olub. 2019-cu ildə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 484 manatdan çox olub ki, bu da 2009-cu ildəki müvafiq göstəricidən 1,8 dəfə çoxdur.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51

