/ / İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələr Azərbaycanın çoxvektorlu xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir
İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələr Azərbaycanın çoxvektorlu xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir
21.07.2020 [08:45]
İƏT-Azərbaycan münasibətlərinin inkişafı sosial-iqtisadi və ictimai-siyasi sahələrdə əməkdaşlıqla yanaşı, ölkəmizin milli maraqlarının təmin edilməsi baxımından da böyük əhəmiyyət daşıyır
Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdən xarici siyasətimizdə regional və beynəlxalq təşkilatlara inteqrasiya prioritet istiqamətlərdən biri olub. Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri sayəsində müstəqil və suveren Azərbaycan dövlətinin dünya birliyinə inteqrasiya kursunun müəyyənləşdirilməsi, qısa müddətdə həyata keçirilməsi bu sahədə tarixi uğurların qazanılmasına gətirib çıxarıb. Ulu Öndərin əsasını qoyduğu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi xarici siyasət sahəsində yeni uğurlar əldə edilməsinə yol açıb. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanın beynəlxalq aləmlə münasibətlərinin və dünya birliyinə inteqrasiyasının əsas istiqamətlərini ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrlə yanaşı, regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq təşkil edir. Bu kontekstdən çıxış edərək, demək olar ki, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərinin inkişafı da ölkəmizin milli maraqlarının təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın üzv olduğu ilk beynəlxalq qurum İslam Əməkdaşlıq Təşkilatıdır
Məlumat üçün qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə müsəlman ölkələrinin dövlət və hökumət başçılarının Mərakeşin paytaxtı Rabat şəhərində keçirilən konfransında təsis edilib və hazırda 60-a yaxın dövləti özündə birləşdirir. Bəzi ölkələrin müsəlman icmaları, habelə bir sıra beynəlxalq təşkilatlar İƏT yanında müşahidəçi statusuna malikdir. 1972-ci ildə qəbul edilmiş nizamnaməyə görə, İƏT-in ali orqanı dövlət və hökumət başçılarının konfransıdır, icraçı orqanı isə Baş katiblikdir. Baş katibliyin iqamətgahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşir. İƏT Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə sıx əməkdaşlıq edir və 1975-ci ildə BMT yanında müşahidəçi statusu alıb.
İslam Əməkdaşlıq Təşkilatının böyük regional qurum kimi genişmiqyaslı və aktiv fəaliyyətə başlaması təşkilata üzv dövlətlərin sosial-iqtisadi, ictimai-siyasi, hətta elmi-mədəni həyatında yeni bir tarixi mərhələ kimi dəyərləndirilə bilər. Bu baxımdan, İƏT-in təşkilata üzv dövlətlərin inkişafına mane olan problemlərin həll olunması, onların qarşısında dayanan əsas vəzifələrin yerinə yetirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi uğrunda ciddi mübarizəyə atılması təqdirəlayiq halıdr. Bu işdə İƏT-in konfransları və digər mötəbər tədbirləri çox böyük töhfə verib və müasir dövrdə də əvəzsiz rol oynamaqdadır.
Qeyd edək ki, bütün bu işləri yerinə yetirmək üçün təşkilatın əsas idaredici orqanı Baş katibliyin tərkibində bir sıra şöbələr, o cümlədən sosial-iqtisadi, elm və texnika, Asiya məsələləri, Afrika məsələləri, beynəlxalq məsələlər, informasiya, insan hüquqları və azsaylı dini icma məsələləri, müsəlmanların qeyri-hökumət təşkilatları məsələləri və digər şöbələr fəaliyyət göstərir.
Xatırladaq ki, İslam Əməkdaşlıq Təşkilatı 2011-ci ilə qədər İslam Konfransı Təşkilatı (İKT) adlanıb və 2011-ci ilin iyununda Qazaxıstanın paytaxtı Astana (indiki Nursultan) şəhərində keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının (İƏT XİN Şurasının) 38-ci sessiyasında təşkilatın adının, embleminin və bayrağının dəyişməsi məsələsi həll edilib və İslam Konfransı Təşkilatının adı İslam Əməkdaşlıq Təşkilatı ilə əvəz olunub.
Yeri gəlmişkən, qeyd edək ki, İƏT Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilatdır. Belə ki, Azərbaycan Respublikası 8 dekabr 1991-ci il tarixində İƏT-in Dakarda keçirilən dövlət və hökumət başçılarının 5-ci konfransında tamhüquqlu üzv kimi təşkilata qəbul olunub. Bu barədə qərar isə Dakar sammitinin yekun kommunikesinin 14-cü maddəsində öz əksini tapıb.
Eyni zamanda, qeyd etmək lazımdır ki, İslam Konfransı Təşkilatı (İslam Əməkdaşlış Təşkilatı) ilə Azərbaycanın əlaqələri hələ müstəqillikdən əvvələ gedib çıxır. 1986-cı ildə İslam Konfransı Təşkilatının himayəsi ilə Bakıda “Müsəlmanlar sülh uğrunda mübarizədə” beynəlxalq İslam konfransı keçirilib, konfransın işində dünyanın 60 ölkəsindən 600-dən çox nümayəndə iştirak edib.
Vurğulamaq yerinə düşər ki, İƏT ilə əməkdaşlığı zəruri edən müstəqilliyinin ilk illərində beynəlxalq iqtisadi əlaqələrin inkişafında geri qalan ölkəmiz üçün İƏT-in geniş və perspektivli imkanlar yaratması və Azərbaycanın dünya bazarına qoşulmasını təmin etməsidir. Məhz bu kontekstdən çıxış edən Ümummilli Lider Heydər Əliyev də o dövrdə Azərbaycan iqtisadiyyatını böhrandan çıxarmaq üçün beynəlxalq iqtisadi münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verib və Azərbaycanın İƏT ilə əlaqələrinin daha da genişləndirilməsinə çalışıb.
Azərbaycan İƏT-ə üzv olan ölkələrlə qarşılıqlı-faydalı münasibətlərə malikdir
Yuxarıda qeyd olunduğu kimi, sağlam təməl üzərində qurulan Azərbaycan-İƏT əlaqələri Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət nəticəsində son illərdə yüksələn xətlə inkişaf edib. Son 17 ildə bu əlaqələr elə bir yüksək səviyyə çatıb ki, Azərbaycan təşkilatın əsas zirvə görüşlərinin, toplantılarının və tədbirlərinin keçirildiyi əsas mərkəzə çevrilib.
Qeyd edildiyi kimi, Azərbaycan-İƏT əməkdaşlığının güclənməsinin əsas göstəricilərindən biri son illərdə İƏT-ə üzv ölkələrin daxil olduğu digər qurumların mötəbər tədbirlərinin də Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi və Azərbaycan bu tədbirlərdə yüksək səviyyədə iştirak etməsidir. Məsələn, 2010-cu ilin iyununda Bakıda İslam İnkişaf Bankının Direktorlar Şurasının XXXV illik toplantısı keçirilib. Bu mötəbər tədbirin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib və tədbir çərçivəsində ölkəmizin bank və maliyyə sistemi üçün bir sıra yeni imkanlar əldə olunub və bu istiqamətdə müvafiq sənədlər imzalanıb.
Bununla yanaşı, 2013-cü ilin aprelində Bakıda İƏT-in Əmək Nazirlərinin Konfransı baş tutub. Bu toplantıda əmək, miqrasiya, işçi qüvvəsi, təcrübə mübadiləsi və sosial müdafiə sahəsində üzv ölkələr arasında gələcək prioritetləri müəyyən edən “Çərçivə Sənədi” qəbul olunub. Konfransda qəbul edilmiş ən mühüm qərarlardan biri isə, Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə İƏT Əmək Mərkəzinin (OIC Labour Center) yaradılması olub.
Onu da qeyd edək ki, Azərbaycanın 2013-cü ilin oktyabr ayından etibarən BMT Təhlükəsizlik Şurasına ikinci sədrliyi dövründə BMT tarixində ilk dəfə olaraq, ölkəmizin təşəbbüsü ilə 2013-cü ilin 28 oktyabr tarixində “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksəksəviyyəli iclası təşkil edilib. İclasın məqsədi BMT və İƏT arasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə dair birgə fəaliyyət üzrə müzakirələrin aparılması olub.
Bu məqamda bir daha vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə xüsusi əhəmiyyət verir. Belə ki, İƏT çəçivəsində əməkdaşlıq sahəsində Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, dinlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında da mühüm rol oynayıb.
Yeri gəlmişkən, qeyd edək ki, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi və Azərbaycan Prezidenti İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsini islam həmrəyliyinin bərqərar olmasında, İslam dəyərlərinin dünyada təbliğində önəmli hadisələr hesab etmək olar.
Təsadüfi deyil ki, 3 may 2017-ci ildə İƏT-in Baş katibi Yusif Əl-Osayminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Prezident İlham Əliyev İƏT ilə əlaqələrin xarici siyasətimizin mühüm bir hissəsini təşkil etdiyini və Azərbaycanın bu təşkilatın çox fəal üzvü olduğunu vurğulayıb.
Eyni zamanda 2017-ci ilin sentyabrında Qazaxıstanın paytaxtında keçirilən İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə 1-ci Sammitin sessiyasındakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, son bir neçə ildə Azərbaycanda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü keçirilib. Dövlət başçısı çıxşında vurğulayıb ki, Azərbaycanda müqəddəs məscidləri dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.
Qeyd edək ki, İƏT ölkələrinin Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyası da 2018-ci il aprelində Bakıda keçirilib. Konfransın mühüm cəhətlərindən biri İƏT tarixində ilk dəfə olaraq Gənclər strategiyası, eləcə də bu quruma üzv olan ölkələrin gənclik siyasəti sahəsində fəaliyyətini əlaqələndirəcək Ortaq Gənclər siyasətinin qəbul edilməsidir. 2025-ci ilədək dövrü əhatə edəcək bu fəaliyyət planları İƏT ölkələrində gənclərlə bağlı ən əhatəli sənəddir.
İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın işğalçılıq siyasətini qətiyyətlə pisləyir, Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
Yuxarıda qeyd etdiyimiz kimi, İslam dövlətlərinin birliyi və həmrəyliyinə xidmət edən İƏT-ə üzv dövlətlərin üzləşdikləri münaqişələrin aradan qaldırılması üçün də təşkilat daxilində bir sıra addımlar atır. Qurumun müvafiq orqanları islam ölkələri ilə bağlı münaqişələr və bu ölkələrin məruz qaldığı təcavüzlərin qiymətləndirilməsində müvafiq qərarlar qəbul edir.
(davamı növbəti sayımızda)
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17

