Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Respublikamızda bu ilin altı ayı ərzində 14 yeni yaşayış massivi qazlaşdırılıb

Respublikamızda bu ilin altı ayı ərzində 14 yeni yaşayış massivi qazlaşdırılıb

15.08.2020 [00:30]

30 yaşayış məntəqəsi, 27 yeni yaşayış massivində isə qazlaşdırma işləri davam edir

(əvvəli ötən sayımızda)

 

Təbii qazdan səmərəli istifadəni təmin etmək məqsədilə təzyiqin normalara uyğun saxlanılması üzrə gündüz və gecə texnoloji rejimləri yaradılıb və sərfiyyat qeydiyyatının aparılması ciddi nəzarətə götürülüb.

Naxçıvanda qaz təsərrüfatında infrastrukturun təkmilləşdirilməsi məsələləri də daim diqqət mərkəzində saxlanılır. Bu tədbirlər çərçivəsində aşağıtəzyiqli qazdan istifadə edən istehlak obyektlərində smartkarttipli elektron qaz sayğaclarının quraşdırılması davam etdirilir. Bu günə qədər Naxçıvan şəhərində 20 min 230 smartkarttipli elektron qaz sayğacı quraşdırılıb. Bu istiqamətdə işlər hazırda da davam etdirilir. Muxtar respublikada təbii qaz istehlakçıları tərəfindən istifadə olunan və qaz təsərrüfatında istismarda olan nəzarət-ölçü cihazlarının yoxlanma və kalibr edilməsi laboratoriyası da fəaliyyət göstərir. Bu laboratoriya qazpaylayıcı stansiyalarda müvafiq işlərin, nəzarət-ölçü cihazlarının və texnoloji avadanlıqların kalibrlənməsini, onların kalibrlənmə prosedurlarını, həmçinin digər normativ-texniki sənədlərin tələblərinə uyğun aparılmasını təmin edir. Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi enerji təhlükəsizliyinin təmin olunmasına, ətraf mühitin qorunmasına da mühüm töhfə verir. Belə ki, muxtar respublikanın təbii qazla davamlı və keyfiyyətli təminatı təbiətin qorunmasında və ekosistemin zənginləşdirilməsində əhəmiyyətli rola malikdir.

Onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti Naxçıvan-Sədərək yüksəktəzyiqli magistral qaz kəmərində qış mövsümündə təzyiqin artırılması məqsədilə Naxçıvan şəhər qazpaylayıcı stansiyasında yeni qaz kompressor stansiyasının qurulması üçün üçtərəfli müqavilə imzalayıb. Verilən məlumata əsasən qaz kompressor stansiyasının bu ilin sonunadək quraşdırılması nəzərdə tutulur. Təbii qaz təchizatının etibarlılığını və səmərəliliyini artırmaq üçün Naxçıvan-Sədərək yüksəktəzyiqli magistral qaz kəmərinin üzərindəki kran meydançasından, “Naxçıvan Qaz Turbin-Sement Zavod” qazpaylayıcı stansiyasına izolyasiya olunmuş polad borularla yüksəktəzyiqli yeraltı ötürücü yeni qaz kəməri çəkilib. İstehlakçılara verilən təbii qazın dayanıqlı olması üçün istismarda olan təzyiq və qaztənzimləyicilərin, daşıyıcı, paylayıcı qaz kəmərlərinin, nəzarət-ölçü cihazlarının və digər texnoloji avadanlıqların yenilənməsi istiqamətində işlər nəzarətdə saxlanılır. Xidmətin qazpaylayıcı stansiyalarında Elster sənaye elektron qaz sayğacları üçün qaz nəqli proseslərinin uzaq məsafədən idarə edilməsi və operativ nəzarəti üzrə informasiya-ölçü qeydiyyat sistemi yaradılıb. Naxçıvan şəhəri üzrə dairəvi yeraltı ortatəzyiqli paylayıcı qaz kəməri üzərində korroziyaya qarşı mühafizə üçün Katod mühafizə avadanlığı quraşdırılıb.

Muxtar respublikada təbii qazdan təhlükəsiz və səmərəli istifadə olunması məqsədilə abonentlərin maarifləndirilməsinə də xüsusi diqqət yetirilir, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün mütəmadi olaraq iş aparılır. Təbii qazdan qanunsuz istifadəyə qarşı mübarizə tədbirləri həm sakinlərin təhlükəsiz yaşayışının, həm də fasiləsiz enerji təchizatının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Təbii qazdan səmərəli istifadə edilməsi və qaz sayğaclarına müdaxilələrin aradan qaldırılması məqsədilə hüquq-mühafizə orqanları ilə birlikdə reydlər keçirilir.

Bu məqamda onu da qeyd edək ki, muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər bu ilin arxada qalan ayları ərzində də davam etdirilib. Bəhs edilən dövrdə muxtar respublikanın şəhər və rayon ərazilərindən daxil olan müraciətlərə əsasən iyul ayında “Naxçıvanqaz” Servis MMC tərəfindən 66 mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb ki, bunun da 65-i əhali, 1-i isə qeyri-əhali abonentdir.

Məlumata əsasən, ötən ay Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqamətində də işlər davam etdirilib və 50 qaz sayğacı quraşdırılıb. Bu istiqamətdə işlər hazırda da işlər davam etdirilir. İyul ayında həmçinin yeni qaz boru xətlərinin quraşdırılması, yenidənqurma, abadlıq işlərinin görülməsi zamanı qaz boru xətlərinin yerinin dəyişdirilməsi, yaşayış binalarında təmir-tikinti, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi ilə əlaqədar müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə edilib. Muxtar respublikada yerli qaz istismar idarələrinin işçiləri tərəfindən qaz cihazlarından təhlükəsiz istifadə qaydaları haqqında abonentlər arasında maarifləndirmə və izahat işi də davam etdirlib.

Qazlaşdırma ilə bağlı işlər respublikamızın qərb bölgəsində də davamlı xarakter alıb. Belə ki, dövlətimizin başçısının müvafiq Sərəncamına uyğun olaraq Gədəbəy rayonu da daxil olmaqla Ağstafa, Şəmkir və Tovuz rayonlarındakı ərazi vahidlərinin, yaşayış massivlərinin qazlaşdırılması üçün dövlət büdcəsindən Dövlət Neft Şirkətinə 8 milyon 190 min manat vəsait ayrılıb. Hazırda “Azəriqaz” İstehsalat Birliyi ucqar kəndlərdə bu istiqamətdə işlərə başlayıb. Gədəbəy rayonunun 4 kəndində ilk dəfə olaraq qaz çəkilişlərinə start verilib. Plana uyğun olaraq, rayonun Gərgər kəndində 360, Qasımlı kəndində 61, Arıqıran kəndində 474, Əyrivəng kəndində 68 ev qazalaşdırılacaq. Artıq kəndlərin bəzilərində işlərin 50 faizə qədəri icra olunub. Layihə üzrə birpilləli sistem əsasında 92 kilometrdən çox müxtəlif diametrli qaz xətlərinin çəkilməsi nəzərdə tutulur. 963 evin hər birinə fərdi sayğac, tənzimləyici və sayğac qutusu quraşdırılacaq.

Yevlax rayonunun yaşayış məntəqələrinin də qazlaşdırılması başa çatmaq üzrədir. Verilən məlumata əsasən, Yevlax rayonunun 50 yaşayış məntəqəsindən 46-sı təbii qazdan istifadə edir. Qalan dörd kəndin üçündə - Nəmirli, Dəlləklər və Köyük kəndlərində qaz xətlərinin çəkilişi yekunlaşıb. Bəydili kəndinin isə qazlaşdırılmasına başlanılıb. Bununla da Yevlax rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması 100 faizə çatacaq.

Bununla yanaşı, Tanrıqulular kəndində salınmış yeni məhəllənin qazlaşdırılması da həyata keçirilir. 34 min metr uzunluğunda müxtəlif diametrli borulardan istifadə etməklə qaz xətlərinin çəkilişi davam etdirilir, sayğaclar quraşdırılır.

Tezliklə Bərdə rayonunun Məşədi İbişli kəndində də əhali təbii qazdan istifadə edə biləcək. Artıq yaşayış məntəqəsində qaz xətlərinin çəkilişi başa çatdırılıb. Kəndin qazlaşdırılması məqsədilə ümumi uzunluğu 6 min metrə yaxın müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, 60 evdə sayğac, eləcə də fərdi tənzimləyici quraşdırılıb. Kənddə qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Qeyd edək ki, indiyədək Bərdə şəhəri və rayonun 110 kəndindən 108-i “mavi yanacaq”la təmin olunub.

Bu məqamda qeyd edək ki, Bərdə, Tərtər rayonları və Mingəçevir şəhərinin qaz təchizatının yaxşılaşdırılması üçün bir sıra əlavə tədbirlər də görülür. “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, uzun illər bundan öncə çəkilən böyük diametrli qaz xətləri beton dayaqlar üzərinə qaldırılmaqla korroziyadan mühafizə edilir. “Azəriqaz”ın Təmir-tikinti İdarəsi Bərdə rayonunda 2685 abonentə xidmət göstərən diametri 530 millimetr olan 4500 metr uzunluğunda qaz xəttini artıq beton dirəklər üzərinə qaldırıb. Bundan başqa, Tərtər şəhərinin bir hissəsinin qaz təminatında əhəmiyyətli rola malik olan 1985 metr uzunluqda diametri 159 millimetrlik qaz xətti də əvvəlki görkəminə qaytarılıb. Mingəçevir şəhərinin qaz təchizatı üçün istismarda olan 3564 metr uzunluğunda diametri 530 millimetrlik qaz xətti də beton dayaqlar üzərinə qaldırılır. Təmir aparılan yerlərdə kəmərlər kol-kos ərazidən çıxarılır, pasdan təmizlənir, pas əleyhinə və parlaq boya ilə işlənilir. Ümumilikdə Tərtər Regional qaz istismarı İdarəsinin xidmət göstərdiyi şəhər və rayonlar üzrə bu il ərzində 23 kilometr uzunluğunda müxtəlif diametrdə qaz kəmərləri beton dirəklər üzərinə qaldırılacaq. Bu da onların istismar müddətinin daha 10-15 il artması deməkdir.

Birlik bir daha diqqətə çatdırır ki, əkin sahələrinin genişləndirilməsi, eləcə də meşə zolaqlarının salınması zamanı qaz kəmərlərinin mühafizə zonasına daxil olmaq qadağandır. Bu təhlükəli olmaqla yanaşı, qaz xətlərinə mütəmadi xidmət göstərilməsinə də mane olur.

Onu da bildirək ki, artıq “Azəriqaz” İstehsalat Birliyi payız-qış mövsümünə hazırlaşır. 2020-2021-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı, fasiləsiz təbii qaz təchizatının təmin edilməsi məqsədilə “Azəriqaz” tədbirlər proqramının icrasını davam etdirir. Əsas diqqət qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlərin davam etdirilməsinə yönəldilib. Belə ki, tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq ilk növbədə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi həyata keçirilir. Sonrakı mərhələdə isə mövcud qazpaylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenilənməsi işləri görülür. Respublika ərazisində, o cümlədən Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə bu ilin 6 ayı ərzində 584 kilometr müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib, 264,4 kilometr qaz kəmərləri əsaslı təmir edilib.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 614 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30