/ / Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan layihələr əsasında Avrasiyanın enerji və nəqliyyat xəritəsi yenidən tərtib olunur
Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan layihələr əsasında Avrasiyanın enerji və nəqliyyat xəritəsi yenidən tərtib olunur
27.08.2020 [08:53]
Bu layihələr regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi, inteqrasiyanın və əməkdaşlığın dərinləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır
Son 17 ildə ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində güclü dövlətə çevrilən Azərbaycanın dünyada nüfuzu əhəmiyyətli dərəcədə artıb. Bu gün Azərbaycan beynəlxalq miqyasda özünün milli maraqlarını qətiyyətlə qoruyan ləyaqətli ölkə kimi tanınır. Respublikamız, eyni zamanda, xoş niyyət nümayiş etdirərək dünyada təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasında fəal iştirak edir, həmçinin regional və qlobal əməkdaşlığın dərinləşməsinə sanballı töhfələr verir. Bu gün regionda Azərbaycanın iştirakı olmadan hər hansı bir irimiqyaslı layihənin həyata keçirilməsi mümkün deyil. Xüsusilə, indiyədək respublikamızın təşəbbüsləri və moderatorluğu ilə reallaşdırılmış enerji və nəqliyyat layihələri region dövlətləri arasında, bütövlükdə, Avrasiya məkanında inteqrasiyanın dərinləşməsi baxımından böyük əhəmiyyət daşıyır. Deyə bilərik ki,Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan layihələr əsasında Avrasiyanın enerji və nəqliyyat xəritəsi yenidən tərtib olunur.
Bu gün Azərbaycan nəqliyyat sektorunda öz tərəfdaşlarına geniş imkanlar təqdim edən ölkədir
Azərbaycanın coğrafi mövqeyi Avropadan Asiyaya və əks istiqamətdə tranzit daşımaları üçün böyük üstünlüklər yaradır. Çox doğru olaraq istər Şərqdən Qərbə, istərsə də Şimaldan Cənuba gedən yolların ölkəmizdə kəsişməsi qlobal məkanda tranzit daşımaları üçün mühüm yenilik kimi dəyərləndirilir. Məlumdur ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin yaradılmasına 10-dan çox ölkə qoşulub. Ancaq bu ölkələrdən heç biri eyni zamanda hər iki dəhlizin yaradılmasında iştirak etmir. Azərbaycan isə yeganə ölkədir ki, həm Şərqdən Qərbə, həm də Şimaldan Cənuba doğru uzanan dəhlizlərin yaradılmasına və onların funksionallığının artırılmasına özünün sanballı töhfələrini verir.
Son 17 ildə ölkəmizin Avropa ilə Asiya arasında mühüm tranzit məkana çevrilməsini təmin etmək məqsədilə böyük iş həcmi yerinə yetirilib.Ölkə ərazisində yaradılan müasir nəqliyyat infrastrukturu Azərbaycanı öz tərəfdaşlarına geniş imkanlar təqdim edən ölkəyə çevirib. Respublikamızın yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı faktların statistikası kifayət qədər zəngindir. Bəhs olunan dövrdə respublikamızda müasir yol infrastrukturunun yaradılması layihələri həm ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli Şimal-Cənub və Şərq-Qərb dəhlizləri üzrə magistralların yenidən qurulmasını, həm də yerli əhəmiyyətli yolların əsaslı şəkildə təmir olunmasını əhatə edib. Reallaşdırılan layihələrin sayəsində sözügedən beynəlxalq dəhlizlərin funksionallığı artıb, eyni zamanda, ölkədaxili daşımalarda əvvəllər rast gəlinən çətinliklər aradan qalxıb. Bütövlükdə, son 17 ildə respublikamızda 16 min kilometrdən çox avtomobil yolu çəkilib, 470 körpü və tunel inşa olunub. Bəhs olunan dövrdə respublikamızda 6 beynəlxalq hava limanı tikilib. Yeni tikilən hava limanlarının bir neçəsi regionlarda yerləşir ki, bunun da sayəsində Azərbaycanın bölgələrindən də beynəlxalq uçuşlar həyata keçirmək mümkündür.
Hazırda Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Ölkəmizdə fəaliyyət göstərən müasir gəmiqayırma zavodunda 2013-cü ildən bu günə qədər 10 gəmi inşa olunub, 140 gəminin və platformaların təmiri həyata keçirilib. Hazırda zavodda 2 ropaks bərə gəmisi və 3 neft tankeri inşa edilməkdədir. 2021-ci ildə əlavə gəmilərin tikilməsi nəzərdə tutulub. Bu gəmilər Xəzər dənizi vasitəsilə ölkələr arasında yükdaşımaların artırılmasına xidmət göstərəcək.
Ölkəmizin təşəbbüsü ilə tikilən Bakı-Tbilisi-Qars dəmiryolu Avropa ilə Asiya arasında ən qısa yoldur
Azərbaycanın təşəbbüsü və liderliyi ilə inşa olunaraq 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiya regionunun tranzit imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Əvvəla, bu yol Azərbaycanla qardaş Türkiyə arasında dəmir yolu bağlantısı yaradıb. Digər tərəfdən, BTQ Avropa ilə Asiya arasında ən qısa və səmərəli yoldur. Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsi ilə respublikamız nəinki Şərq istiqamətindən, eyni zamanda, Cənub və Şimal istiqamətlərindən də bu yola yükləri cəlb edə bilib. Mütəxəssislər çox doğru olaraq BTC-ni Çin-Qazaxıstan-Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə yolu kimi səciyyələndirirlər. Eyni zamanda, Türkmənistandan da BTC vasitəsilə yüklərin daşınmasına başlanıb. Əlamətdar haldır ki, artıq Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa dəmir yolu xətləri birləşib. Eyni zamanda, Rusiyadan da Azərbaycan üzərindən Türkiyəyə yüklərin daşınmasına start verilib. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə 2020-ci ilin ilk altı ayında daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə artıb.
Respublikamız Xəzər sahilində ən böyük liman tikməyə nail olub
Xəzər sahilində - Ələt qəsəbəsində tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkəmizin və bütövlükdə Avrasiya məkanının tranzit imkanlarının genişləndirilməsi məqsədilə icra olunan ən böyük infrastruktur layihələrindən biridir. Respublikamız Xəzərdə ən böyük liman tikməklə növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib.
Bəhs olunan liman Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə birlikdə Şərq-Qərb nəqliyyat dəhlizinin çox mühüm seqmentini təşkil edir. Yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradır.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncama əsasən başlanılıb. 2010-cu ilin noyabrında dövlətimizin başçısının iştirakı ilə yeni liman kompleksinin təməli qoyulub. 2014-cü ilin sentyabrında liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı, 2018-ci ilin yanvarında iki körpüdən ibarət olan Ro-Ro terminalı istifadəyə verilib. 2018-ci il mayın 14-də isə Prezident İlham Əliyevin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı keçirilib.
Limanın akvatoriyasında dərinləşdirmə işlərini Hollandiyanın “Van Oord” şirkəti həyata keçirib. Həmin qurum tərəfindən uzunluğu 7,5 kilometr, eni 160 metr, dərinliyi 7 metr və dönmə dairəsinin diametri 450 metr olan giriş-çıxış kanalı inşa olunub. Bu isə Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasına imkan verir.
Azərbaycan ölkə ərazisindən daşımaların mexanizmini davamlı olaraq optimallaşdırır və yeni təşəbbüslərə dəstək verir
Eyni zamanda, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında respublika ərazisində beynəlxalq yük və sərnişin daşımalarının mexanizmi dünya təcrübəsi əsasında daha da optimallaşdırılır və bu sahədə müvafiq hüquqi baza yaradılır.
Azərbaycan yerləşdiyi coğrafiyanın nəqliyyat-tranzit imkanlarının genişləndirilməsinə yönələn bütün təşəbbüsləri dəstəkləyir, eləcə də bu məqsədlə reallaşdırılan layihələrdə yaxından iştirak edir. Məlum olduğu kimi, 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Xəzəryanı dövlətlərin mövqelərinin yaxınlaşmasına və nəticədə bəhs olunan sənədin imzalanmasına Azərbaycan da öz töhfəsini verib.
Bəhs olunan Konvensiya sahil dövlətlərinin dənizin resurslarından bərabərhüquqlu əsaslarla bəhrələnmələrinə zəmin yaradan çox mühüm bir sənəddir. Bununla da Xəzər dənizinin ümumi hüquqi rejimi müəyyən edilib. Sözügedən Konvensiyanın imzalanması Xəzər hövzəsi regionunun tranzit imkanlarından istifadə edilməsi baxımından da böyük önəm daşıyır.
Azərbaycan həmçinin Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünə də öz töhfəsini verməyə çalışır. Qeyd edək ki, hazırda 150 ölkə Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünə dəstək verir, o cümlədən bir sıra nüfuzlu beynəlxalq təşkilatlar da bu sırada yer alır. Bəhs olunan təşəbbüs dünyanın inkişafında yeni mərhələdir.
Azərbaycan qlobal pandemiya şəraitində ölkə ərazisindən keçən tranzit dəhlizlərin funksionallığını təmin edir
Ölkə ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində müasir nəqliyyat infarstrukturunun yaradılmasının məntiqi nəticəsi olaraq Azərbaycan üzərindən daşınan yüklərin həcmi getdikcə artır. Artıq Şərq-Qərb dəhlizi tam şəkildə fəaliyyət göstərir. 2019-cu ildə bu dəhlizlə 8,7 milyon ton yük daşınıb. Yuxarıda deyilənlərdən bəlli olduğu kimi, respublikamız, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Dəhlizin Azərbaycan seqmentində bütün işlər başa çatdırılıb. Bu dəhliz vasitəsilə keçən il 2,1 milyon ton yük daşınıb.
Əlamətdar haldır ki, bir sıra ciddi çətinliklərlə müşayiət olunan qlobal pandemiya şəraitində də Azərbaycan ölkə ərazisindən keçən tranzit dəhlizlərin funksionallığını təmin edir. Ölkəmizin və tərəfdaş dövlətlərin müvafiq qurumları pandemiya şəraitində koordinasiyalı fəaliyyəti gücləndiriblər.
Onu da vurğulamaq yerinə düşər ki, Avropa İttifaqının da Şərq-Qərb nəqliyyat dəhlizinə marağı artıb. Xatırladaq ki, 2019-cu ilin iyul ayında Azərbaycana səfər edən Avropa İttifaqı Şurasının prezidenti cənab Donald Tusk Ələt Beynəlxalq Dəniz Ticarət Limanına gedib və limanın imkanları ilə yerində tanış olub. Artıq bir neçə Avropa ölkəsi bəhs olunan dəhlizə qoşulublar. Digər tərəfdaş dövlətlər də dəhliz vasitəsilə yükdaşımalara böyük maraq göstərirlər.
(davamı növbəti sayımızda)
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

