Azərbaycanın bölgələrində yol infrastrukturunun yenilənməsi daim diqqət mərkəzindədir
09.09.2020 [08:42]
Regionlarda bu istiqamətdə görülən işlər davamlı və intensiv xarakter daşıyır
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyərək yeni nailiyyətlər qazanır. Sistemli tədbirlərin qanunauyğun nəticəsi kimi, respublikamızın tərəqqisi, öz növbəsində, regionların sosial-iqtisadi inkişafını da şərtləndirir. Bu kontekstdə mühüm əhəmiyyətə malik amillərdən biri infrastruktur quruculuğunun davamlı xarakter daşımasıdır. Ölkəmizdə yol infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər də böyük önəm kəsb edir. Bu, müxtəlif bölgələrin timsalında aşkar nəzərə çarpır.
Yeri gəlmişkən, “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində xüsusi əhəmiyyətə malik Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası layihəsi uğurla başa çatdırılıb. Respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun uzunluğu 60 kilometrdir. Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun II texniki dərəcəyə təkmilləşdirilməsi işləri aparılıb. Ümumi eni 15 metr olan yola 7,5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3,75 metr enində çiyinlər daxildir. Layihə çərçivəsində, həmçinin yolboyu mobilizasiya işləri görülüb, genişləndirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub. Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılıb. Buna paralel olaraq yol əsası hazırlanan hissələrin asfaltlanması işləri aparılıb, yola ələqələdirici bitum səpilməklə 27 santimetr qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.”İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 60 kilometrlik yolboyu 3 avtomobil körpüsü inşa olunub. Yolun 1,8-ci kilometrində, 3,1-ci və 38,8-ci kilometrlərində inşa edilən körpülərin uzunluqları müvafiq olaraq 28 və 32,5 metr təşkil edir. Həmçinin yolun 3,7-ci kilometrində, Araz çayı üzərində yerləşən 230 metr uzunluğunda olan mövcud avtomobil körpüsü də təmir olunaraq gücləndirilib. Bundan başqa, 61 mövcud boru yenilənib, 39 dairəvi boru və 14 düzbucaqlı su keçidinin inşası yekunlaşdırılıb. Layihəyə uyğun olaraq, yolboyu 8 nöqtədə yeraltı keçid inşa edilib, zəruri yerlərdə 28 avtobus dayanacağı quraşdırılıb. Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu respublikamızın regionları, o cümlədən İmişli və Biləsuvar rayonları arasında iqtisadi əlaqələrin, həmçinin kənd təsərrüfatının və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bunlarla yanaşı, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərini əlaqələndirən avtomobil yolu olduğundan tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.
Hacıqabul rayonunun Hacıqabul-Muğan avtomobil yolunun yenidənqurma işləri isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən artıq yekunlaşıb. Uzunluğu 11,5 kilometr olan avtomobil yolunun 6,4 kilometrlik hissəsi III texniki dərəcəli, 5,1 kilometrlik hissəsi isə şəhərdaxili yoldur. Bu səbəbdən yolun hərəkət hissəsinin eni müxtəlif ərazilər üzrə fərqlidir və 7-20 metr arası dəyişərək 2-5 hərəkət zolağı təşkil edir. Yolun hər bir istiqaməti üzrə 2,5 metr enində çiyinlər, şəhər daxilində isə piyada səkiləri mövcuddur. Yenidənqurma işləri çərçivəsində asfalt-beton örtüyünün köhnə üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu çıxarılaraq əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib, atmosfer sularının axıdılması üçün 720 poqonmetr uzunluğunda borular, 40 suqəbuledici barmaqlıqlar quraşdırılıb. Bundan başqa, yolboyu piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə, mövcud piyada səkiləri bərpa olunub, kənarlarına 1600 poqonmetr yeni səki daşları düzülüb. Həmçinin Hacıqabul-Muğan avtomobil yolu boyunca əsaslı təmir işlərinin sonuncu mərhələsi üzrə asfaltlanma işləri aparılıb. Yola ərazilərdən asılı olaraq bir neçə laydan ibarət yeni asfalt-beton qarışığı döşənib. Avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yolboyu 77 müxtəlif yol nişanı və məlumatverici lövhə, 196 siqnal dirəyi quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib. Yolun yenidən qurulması 32 min əhalinin yaşadığı 2 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsinin daha da yaxşılaşmasına, yük və sərnişin daşımasının asanlaşmasına müsbət təsir edəcək. Ən əsası isə əhalinin bir neçə istiqamətdən həm Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna, həmçinin Hacıqabul-Şirvan avtomobil yolu vasitəsilə respublikanın digər şəhər və rayonlarına rahat çıxışı təmin olunacaq.
Bunlarla yanaşı, Qusar rayonunun Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi 8 min əhalinin yaşadığı 14 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsini yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq. 46 kilometrlik avtomobil yolu torpaq əsaslı və çınqıl örtüklü olmaqla, 4-cü texniki dərəcəyə uyğun tikilir. Artıq yolun 27 kilometrinə asfalt örtüyü döşənib. İş icraçısı Ülvi Qüdrətzadə bildirib ki, çətin relyefə malik ərazidən keçən avtomobil yolu uzun illər təmir olunmadığından, həmçinin təbii faktorların təsirindən yararsız vəziyyətə düşmüşdü. Layihəyə uyğun olaraq yolun 36 kilometri asfalt-beton, 10 kilometri isə çınqıl örtüklü olmaqla 3 istiqamət üzrə yenidən qurulur. Tikinti işlərinin oktyabr ayında başa çatdırılması nəzərdə tutulub. İki laydan ibarət asfalt-beton örtüyü döşənən yolun hərəkət hissəsinin eni 6 metrdir. Layihənin sonunda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə müvafiq üfüqi nişanlama xətlərinin çəkilməsi, yol nişanlarının və siqnal dirəklərinin, həmçinin təhlükəli yerlərdə beton sədlərin quraşdırılması nəzərdə tutulur. Bundan başqa, vətəndaşlar üçün kənd ərazilərində 9 yerdə avtobus dayanacaqları tikiləcək.
Eyni zamanda, Yardımlı rayonunda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan işlər çərçivəsində kənd yollarında əsaslı təmir işləri görülür. Uzunluğu 1,8 kilometr olan Şiləvəngə kənd avtomobil yolunda torpağın bərkidilməsi, çınqıl qatın çəkilməsi işi tam başa çatdırılıb. Yolun torpaq yatağının bərpası üçün yararsız qrunt və deformasiyaya uğramış hissələrin qazılıb çıxarılması, çınqıl materialı ilə eninin 6-7 metrdən 10 metrədək genişləndirilməsi və profilə salınması işləri aparılır. Asfalt hissəsinin eni 6 metr olmaqla, ümumi eni 10 metrdir.
Vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin 2020-ci il 31 iyul tarixli Sərəncamına əsasən dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Muğanlı-İsmayıllı (17 km)-Basqal-Qıçatan-Tağlabiyan-Kəlfərəc-Zeyvə-Kürdüvan-Xankəndi-Mücü-Sərsurə-Kələzeyvə-Sulut avtomobil yolunda tikinti işlərinə başlanılıb. Yerli sakinlərin sözlərinə görə, Basqal-Qıçatan-Tağlabiyan-Kəlfərəc-Zeyvə-Kürdüvan-Xankəndi-Mücü-Sərsurə-Kələzeyvə-Sulut yoluna ilk dəfədir ki, asfalt döşənir. Kürdüvan kəndində anadan olan 65 yaşlı Cəsarət Mahmudov KİV-ə açıqlamasında bildirib ki, bu kəndlər rayon mərkəzindən 30 kilometr aralıda yerləşir. Kənd yollarından istifadə etməklə rayona gedib-gəlmək həmişə müşkül məsələ olub. Bu yaşayış məntəqələri dağ kəndləri olduğundan sel suları tez-tez torpaq yolları sıradan çıxarırdı. Bir sözlə, yolların yararsız olması yerli sakinlərin işlərini xeyli çətinləşdirirdi. Lakin dövlət başçısının müvafiq sərəncamı kənd sakinlərinə böyük sevinc bəxş edib. Cəsarət Mahmudov deyib ki, bu ərazilərdə yollar tarix boyu daşlı-kəsəkli olub. Amma indi müasir standartlara uyğun yeni yol çəkilir. Bu yolun çəkilişi nə qədər sakinin işini asanlaşdıracaq. Buna görə də, Cəsarət Mahmudov Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. “Mən özüm bu kəndin sakiniyəm, uşaqlığım, gəncliyim bu kənddə keçib. Amma hazırda Sumqayıtda yaşayıram. Kəndimizə asfalt yolun çəkildiyini görəndən sonra dövlətimizin başçısına təşəkkür məktubu yazdım. Minnətdarlığımı ifadə etdim, bizim kəndin yolu heç vaxt belə asfalt olmayıb. Allah, Prezidentimizə cansağlığı versin”,-deyə o söyləyib. Kürdüvan kəndinin digər sakini Rüstəm Məmmədov da asfalt yolun çəkilməsinin bir çox problemi həll edəcəyini deyib. Onun sözlərinə görə, sakinlər yollar bərbad olduğundan əkin sahələrində yetişdirdikləri məhsulları bazara çıxarmaqda problem yaşayırdılar. Lakin bu, artıq geridə qalır. “Hazırda gördüyünüz kimi, yol tikintisi davam edir, bundan sonra istehsal etdiyimiz kənd təsərrüfatı məhsullarını çox asanlıqla bu asfalt yolla bazarlara çıxara biləcəyik. Bundan əlavə, buranın təbiəti də çox gözəldir, ümid edirik ki, yol çəkilişindən sonra turist axını da çoxalacaq”,-deyə o bildirib. Ümumi uzunluğu 17 kilometr olacaq ikizolaqlı yolun hərəkət hissəsi 6, çiyinləri 4 metr təşkil edəcək. Yol kənarına düşən çay yatağının 900 metr hissəsinə beton divar çəkiləcək. Yolun müxtəlif yerlərində 11 suötürücü qurğu quraşdırılacaq.
Lənkəranda isə ümumi uzunluğu 38,6 kilometr olan avtomobil yolları 3 və 4-cü texniki dərəcəyə uyğun bir-neçə istiqamət üzrə müasir şəkildə yenidən qurulur. Bu, rayonun Səpnəkəran-Şürük-Kosalar-Bala Şürük-Gərmətük-Velədi-Sütəmurdov və Kərgələn-Lüvəsər-Bəlləbur kəndlərini birləşdirən avtomobil yolları, həmçinin mövcud Ələt-Astara magistralının 10 kilometrlik hissəsidir. Yenidənqurma işləri çərçivəsində yolların yararsız örtüyü sökülüb, torpaq yatağının yararsız hissələri qazılıb çıxarılıb, yol əsasının alt və üst layının inşası aparılıb. Sözügedən işlərin əhatə etdiyi sahə təqribən 380 min kvadratmetrdir. Yolboyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə sıradan çıxmış mövcud dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb. Bu çərçivədə müxtəlif diametrlərə malik 1922 poqonmetr uzunluğunda 164 dəmir-beton dairəvi suötürücü borular quraşdırılıb və izolyasiya olunub. Hazırda agentliyin “Azəryolelmitədqiqatlayihə” institutunun hazırladığı layihəyə əsasən, əlaqələndirici bitum səpilməklə yolların iri və xırda dənəli asfalt-beton qarışığı ilə örtülməsi, çiyin hissələrin isə optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi işləri aparılır. İşlər yekunlaşdıqdan sonra yollar boyu zəruri yerlərdə avtobus dayanacaqları, hərəkətin normal təşkili üçün isə yol nişanları, siqnal dirəkləri və kilometr göstəriciləri quraşdırılacaq, üfüqi nişanlanma xətləri və piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılacaq.
Nəticə etibarilə, Azərbaycanın bölgələrində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar reallaşdırılan məqsədyönlü tədbirlər davamlı xarakterə malikdir, eyni zamanda, həm sosial, həm də iqtisadi baxımdan böyük önəm daşıyır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17

