/ / Azərbaycan-Türkiyə müttəfiqliyi regionda sabitliyin, təhlükəsizliyin və inkişafın təmin olunmasında mühüm rol oynayır
Azərbaycan-Türkiyə müttəfiqliyi regionda sabitliyin, təhlükəsizliyin və inkişafın təmin olunmasında mühüm rol oynayır
30.09.2020 [08:28]
Qardaş ölkənin işğalçı Ermənistanın son təxribatlarını qətiyyətlə pisləməsi, bütün beynəlxalq platformalarda respublikamızın ərazi bütövlüyünü, suverenliyini dəstəkləməsi Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz dostluğa əsaslandığını göstərən bariz nümunələrdəndir
Azərbaycanla Türkiyənin dostluğu bütün dünya üçün örnəkdir. Dünyada elə iki ölkə tapmaq mümkün deyil ki, Azərbaycan və Türkiyə qədər bir-birinə möhkəm tellərlə bağlı olsun. Hər şeydən əvvəl onu vurğulamaq yerinə düşər ki, ölkələrimizi xalqlarımızın ortaq dəyərləri, tarixdən gələn dostluq, qardaşlıq ənənələri, dil və din eyniliyi birləşdirir. Lakin Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı səviyyəsi yalnız tarixi amillərlə və ortaq dəyərlərlə şərtlənmir. Eyni zamanda, müasir dövrdə meydana çıxan çağırışlar, yeni geostrateji amillər, regional müstəvidə - Xəzər və Qara dəniz hövzələrini əhatə edən böyük coğrafiyada müşahidə edilən siyasi proseslər, iqtisadi inkişaf, təhlükəsizlik, enerji və nəqliyyat dəhlizlərinin şaxələndirilməsi və bu kimi digər məsələlər iki qardaş ölkənin bütün sahələrdə əməkdaşlığının daha da möhkəmləndirilməsini strateji zərurətə çevirib. Başqa sözlə desək, bu gün Azərbaycan-Türkiyə müttəfiqliyi regionda sabitliyin və iqtisadi inkişafın təmin olunmasında mühüm rol oynayır.
Azərbaycan və Türkiyə arasında siyasi dialoq ən yüksək səviyyədədir
Dostluğun, qardaşlığın zirvə nöqtəsi sayılan Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edərkən iki ölkə arasında siyasi dialoqun ən yüksək səviyyədə olmasının önəmini xüsusi qeyd etmək lazımdır. Bu münasibətlərin mahiyyəti hələ XX əsrin əvvəllərində Türkiyənin böyük dövlət xadimi Mustafa Kamal Atatürkün ifadə etdiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, XX əsrin sonlarında isə dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dilə gətirdiyi “Bir millət, iki dövlət” kəlamında ifadə olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə cari il avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri, Türkiyə Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Ümit Dündarı, Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hasan Küçükakyüzü, Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Adnan Özbalı və hərbi nümayəndə heyətinin digər üzvlərini qəbul edərkən ölkələrimiz arasındakı əlaqələri bütün dünya dövlətləri üçün örnək kimi səciyyələndirib. “Siz bilirsiniz, mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi daha da möhkəmləndirdik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bu gün Azərbaycanla Türkiyə arasında siyasi dialoqun ən yüksək səviyyəyə yüksəlməsinin ifadəsi olaraq iki qardaş ölkə ən çətin məqamlarda bir-birilərinin yanında dayanır. Bununla bağlı çoxlu faktlar sadalamaq mümkündür. Götürək elə 1918-ci il sentyabrın 15-də baş verən hadisələri. Həmin tarixdə Bakı məhz qardaş Türkiyənin dəstəyi sayəsində daşnak-bolşevik işğalından təmizləndi. Bu gün Azərbaycan Prezidentinin dövlət başçısı seçildikdən sonra ilk səfərini Türkiyəyə etməsi, eləcə də Türkiyə Prezidentinin dövlət başçısı statusunda ilk səfərini respublikamıza reallaşdırması gözəl bir ənənəyə çevrilib. İki qardaş ölkənin rəhbərləri müntəzəm qaydada qarşılıqlı səfərlər edirlər, ikitərəfli və digər platformalarda davamlı olaraq görüşürlər. Bu görüşlərdə regional və qlobal əməkdaşlıqla, təhlükəsizliklə bağlı ciddi müzakirələr aparılır. Qardaş ölkələr beynəlxalq müstəvidə fəaliyyətlərini daim əlaqələndirirlər və müxtəlif məsələlərə münasibətdə bir-birilərini dəstəkləyirlər. Türkiyə respublikamızın bir nömrəli problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində obyektivlik nümayiş etdirərək ölkəmizə hərtərəfli dəstək göstərir. Qardaş Türkiyə Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Ermənistanla bütün siyasi-iqtisadi əlaqələri dayandırıb, eyni zamanda, 1993-cü ildən etibarən bu ölkə ilə sərhədlərini bağlayıb.
Öz növbəsində, Azərbaycan da ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri ərazi və qondarma “soyqırımı” iddialarına layiqli cavab verilməsində daim qardaş ölkənin yanındadır. Xatırladaq ki, Azərbaycan qardaş ölkənin FETÖ təşkilatı ilə mübarizəsində, Elazığda yaşanan zəlzələ fəlakətində və digər belə çətin məqamlarda Türkiyəyə hərtərəfli dəstək verib. Digər bir nümunə də Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu təsdiqləmək baxımından olduqca ibrətamizdir. Belə ki, Prezident İlham Əliyev 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə o vaxtkı Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı hücumlarına sərt cavab verərək “Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”,- deyə bildirmişdi. Azərbaycan Prezidentinin bu cavabı Türkiyədə böyük coşquya səbəb oldu. Təsadüfi deyil ki, qardaş ölkənin mediası, bütün cəmiyyəti bunu Ermənistanın sabiq prezidentinin sifətinə vurulan tərs sillə kimi dəyərləndirdi.
Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyəyə növbəti dəstək jestini bu günlərdə Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosu qəbul edərkən nümayiş etdirib. Məlum olduğu kimi, Yunanıstan bir sıra regional və qlobal məsələlərdə Türkiyənin milli maraqlarına qarşı olan, eyni zamanda beynəlxalq səviyyədə təsbit olunan prinsiplərdən kənara çıxan mövqe sərgiləyir. Bu ölkənin Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyətinə mane olmaq cəhdləri deyilənlərə bariz nümunədir. Təbii ki, Azərbaycan bu və digər məsələlərdə Yunanıstanın mövqeyini qəbul etmir və Türkiyəyə dəstək göstərir. Bəhs olunan qəbulda bunu açıq şəkildə Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun diqqətinə çatdıran dövlətimizin başçısı “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı”, - deyə bildirib.
İki ölkə iqtisadi sahədə əməkdaşlığın miqyasını genişləndirir
Azərbaycan və Türkiyə arasındakı siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq ölkələrimiz iqtisadi sahədə əməkdaşlığın miqyasını da getdikcə genişləndirirlər. Hazırda iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın əhatə dairəsi kifayət qədər genişdir. Azərbaycan və Türkiyə qarşılıqlı investisiya qoyuluşunu getdikcə genişləndirirlər. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 33 faiz artaraq 4,5 milyard dollara çatıb. Ölkələrimiz arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdirilib və bu, tamamilə real məqsəddir. Hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir. Türkiyə şirkətləri 300-dən çox layihədə 16 milyard dollar həcmində iş görmüşlər və bu parametrlərə görə Türkiyə birinci yerdədir. İndiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub. Belə böyük ölçüdə sərmayələrin qoyuluşu bir daha iki ölkə arasındakı qardaşlığı təsdiqləyir. Çünki ancaq qardaş ölkələr bir-birilərinin iqtisadiyyatına bu qədər vəsait - yatırım qoya bilərlər.
Azərbaycanın SOCAR şirkəti qardaş Türkiyədə 6,3 milyard dollar həcmində sərmayə yatırmaqla “Star” neft emalı zavodunun yaradılmasına nail olub. Bu, son illərdə qardaş ölkədə real sektorda reallaşdırılan ən böyük investisiya tutumuna malik olan layihədir. 2018-ci il 19 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilən “Star” neft emalı zavodu Avropa, Yaxın Şərq və Şimali Afrika bölgələrində ən böyük neft emalı müəssisələrinin sırasında yer alır. Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında Azərbaycanın qardaş ölkələrdə yeni layihələrə də sərmayələr yönəldəcəyini diqqətə çatdıraraq vurğulayıb: “Star Rafineri”nin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib. Növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcəkdir. Bu, bizim xaricə qoyduğumuz ən böyük yatırımımızdır və bu, təbiidir. Eyni zamanda, biz digər önəmli layihələri birlikdə həyata keçirdik”.
Enerji sektorunda əməkdaşlıq ölkələrimiz arasında iqtisadi əlaqələrin mühüm istiqamətlərindən birini təşkil edir
Qeyd olunduğu kimi, Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə əməkdaşlıq çoxvektorludur. İndiyədək Azərbaycan və Türkiyənin fəal əməkdaşlığı sayəsində bir neçə nəql marşrutunun yaradılması mümkün olub. Ötən əsrin 90-cı illərinin sonlarında Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəql marşrutlarının şaxələndirilməsi baxımından çox mühüm əhəmiyyət daşıyan hadisə idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi.
Bu gün Bakı-Tbilisi-Ceyhan Azərbaycan neftinin Avropa bazarlarına daşınması üçün əsas nəql marşrutudur. Bakı-Tbilisi-Ceyhanın istifadəyə verilməsi sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etdilər. Eyni zamanda, yeni nəql marşrutundan faydalanan Azərbaycan öz ixracını əhəmiyyətli dərəcədə artırmağa nail oldu. Əlamətdar haldır ki, bu gün Bakı-Tbilisi-Ceyhandan digər ölkələr də faydalanırlar.
(davamı növbəti sayımızda)
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49

