Regionlarda heyvandarlığın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir
03.10.2020 [08:56]
Bir sıra layihələrin uğurla icra olunması heyvandarlıq məhsullarının istehsalının intensiv yolla artırılmasına da müsbət təsir göstərir
(əvvəli ötən sayımızda)
Ağdam rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər 2020-ci ildə uğurla davam etdirilib. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Şahlar Orucov bildirib ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Əldə edilən yüksək nəticələr, həmçinin süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyənləşdirilməsi süni mayalama tədbirlərinə marağı artırıb. 2020-ci ilin yeddi ayında rayonda fəaliyyət göstərən süni mayalanma texnikləri tərəfindən 2621 baş inək və düyə süni yolla mayalandırılıb, 1529 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental”, “Şvis” cinsindən olan buğaların toxumlarından istifadə edilir. Cari ilin 7 ayında Şəki rayonunda 4090 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 56 baş çoxdur. Müddət ərzində təsərrüfatlarda süni mayalanma yolu ilə 2107 baş buzov və balaq doğulub. Yeddi ayda Şəki rayonu üzrə 1359 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 1779 baş cinsi yaxşılaşdırılmış buzova görə 177 min 900 manat subsidiya hesablanıb.
Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov bildirib ki, son illər rayonda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. Bu günədək rayonun kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən dövlətin güzəştlı şərtləri ilə satılan 399 baş damazlıq düyə alınıb. Bununla yanaşı, son vaxtlar şəkili fermerlər heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni mayalanma tədbirlərinə də üstünlük verirlər. Məhz bu səbəbdən rayonda süni mayalandırılan heyvanların sayı ilbəil artır. Nazim Rəcəbov qeyd edib ki, Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” müvafiq Sərəncamının icrası olaraq, son 5 ildə Şəki rayonu üzrə 6721 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 8247 baş cinsi yaxşılaşdırılmış buzova görə, hər buzova 100 manat olmaqla, ümumilikdə, 824 min 700 manat subsidiya ödənilib.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına da müsbət təsir göstərib. Belə ki, yeddi ayda Şəki rayonunda ət istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz, süd istehsalı isə 1,4 faiz artıb.
Samux rayonunda isə bu ilin birinci yarım ilində 860 baş iribuynuzlu mal-qara elit törədicilərin toxumları ilə süni mayalandırılıb. Samux Rayon Statistika İdarəsindən bildirilib ki, heyvanların süni mayalandırılmasından 878 baş bala alınıb. Ümumiyyətlə, 2014-cü ildən bəri rayonda süni mayalanma yolu ilə 8530 baş cins buzov doğulub. Aqrolizinq yolu ilə alınan cins mal-qaranın və süni mayalanmadan alınan buzovların hesabına rayonda cins mal-qaranın sayı yerli mal-qaranın sayını üstələyib. Bu ilin iyul ayına olan məlumata əsasən, rayonda iribuynuzlu mal-qaranın sayı 23289 başa, qoyun və keçilərin sayı isə 137627 başa çatıb. Rayonda mal-qaranın cinsləşdirilməsi heyvandarlıq məhsulları istehsalının artmasına səbəb olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu ilin birinci yarımilində rayonda ət istehsalı (diri çəkidə) 8 ton artaraq 2739 ton, süd istehsalı 1 ton artaraq 14796 ton, yumurta istehsalı isə 50 min ədəd artaraq 4985 min ədəd olub.
Şamaxı rayonunda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindəndir və cari ilin ötən səkkiz ayını heyvandarlar uğurlu nəticələrlə başa vurublar. Rayon Statistika İdarəsindən bildirilib ki, 2020-ci ilin səkkiz ayında diri çəkidə 2759,8 ton ət istehsal olunub. Bu göstərici 2019-cu ilin müvafiq dövründəkindən 69,9 ton çoxdur.
Süd və yumurta istehsalında da nəticələr uğurludur. Belə ki, səkkiz ayda süd istehsalı 2303 ton artaraq 1561,9 tona, yumurta istehsalı 2 milyon 350 min ədəd artaraq 14 milyon 70 min ədədə çatıb.
Ağdaş rayonunda da heyvandarlıq aqrar sektorun əsas sahələrindəndir və hazırda bölgədə 73 min baş iribuynuzlu mal-qara, 81,3 min baş davar və 288,4 min baş quş bəslənilir. Cari ilin ötən səkkiz ayını heyvandarlar uğurlu nəticələrlə başa vurublar. Rayon Statistika İdarəsindən bildirilib ki, ilin səkkiz ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb. Səkkiz ayda ət istehsalı diri çəkidə 1,2 ton artıb və 7015,2 ton olub. Süd və yumurta istehsalında da artım var. Belə ki, süd istehsalı 1854,4 ton artaraq 33316,3 tona, yumurta istehsalı isə 615 min ədəd artaraq 17 milyon 138 min ədədə çatıb.
Qobustan rayonunda da heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindəndir. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tətbiq olunan karantin rejimi şəraitində heyvandarlıqla məşğul olan fermerlər və fiziki şəxslər cari ilin səkkiz ayında əsas göstəricilər üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə uğurlu nəticələrə nail olublar. Rayon icra hakimiyyətindən bildirilib ki, hazırda Qobustanda 27 min 525 baş iribuynuzlu, 181 min 270 baş davar və 142 min 699 quş bəslənilir. Ötən səkkiz ayda bölgədə diri çəkidə 4045,6 ton ət istehsal olunub və məhsul istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 50,2 ton artıb. Səkkiz ayda süd və yumurta istehsalında da nəticələr uğurludur. Belə ki, süd istehsalı 117,4 ton artaraq və 12 min 10,4 ton olub. Yumurta istehsalı isə 494 min ədəd artaraq 5 milyon 926 min ədədə çatıb.
Göyçay heyvandarları cari ilin səkkiz ayını uğurlu nəticələrlə başa vurublar. Belə ki, heyvandarlıq məhsulları istehsalı bütün göstəricilər üzrə artıqlaması ilə yerinə yetirilib. Rayon Statistika İdarəsindən bildirilib ki, bu ilin səkkiz ayında diri çəkidə 5242,6 ton ət istehsal olunub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 95,5 ton çoxdur. Habelə süd istehsalı 53,9 ton artaraq 14 min 175,5 tona, yumurta istehsalı 884 min ədəd artaraq 15 milyon 402 min ədədə, yun istehsalı isə 4,3 ton artaraq 107,4 min tona çatıb. Qeyd edək ki, hazırda rayonda 36 min 287 baş iribuynuzlu, 60 min 243 baş qoyun-keçi və 390 milyon 760 başdan çox quş bəslənilir.
Sabirabadda aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd, yumurta və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır. Rayon Statistika İdarəsindən bildirilib ki, hazırda rayonun heyvandarlıq və fərdi təsərrüfatlarında 122 min 595 baş mal-qara və 230 min 891 baş qoyun-keçi bəslənilir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 1358 baş çoxdur. İlin ötən səkkiz ayı ərzində rayonda 12 min 65 ton ət (diri çəkidə), 79 min 273 ton süd, 65 milyon 857 min ədəd yumurta və 596 ton yun istehsal olunub. Bu da ötən ilin səkkiz ayı ərzində istehsal olunan ətdən 1.6 faiz, süddən 3 faiz, yumurtadan 30.7 faiz, yundan isə 1.6 faiz çoxdur.
Neftçalada aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində heyvandarlıq məhsulları istehsalına və mal-qaranın baş sayının artmasına səbəb olur. Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu yoldan geniş istifadə etmələrinə marağı daha da artırıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, hazırda rayonda 9 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və bu ilin 9 ayı ərzində bu məntəqələrin mütəxəssisləri tərəfindən ötən il mayalanma aparılmış 3035 baş inək və düyədən 1842 baş buzov alınıb. Hər 100 baş inəyə 61 baş bala düşür. Doğulan buzovlara görə maldarlara ümumilikdə 184 min 200 manat subsidiya ödənilib. Qeyd edək ki, hazırda Neftçalanın heyvandarlıq təsərrüfatlarında 42 min 800 başdan çox iribuynuzlu mal-qara saxlanılır. Bunun da əksəriyyəti süni mayalanma yolu ilə cins tərkibi yaxşılaşdırılmış məhsuldar heyvanlardır. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 342,9 min ton olub. Belə ki, bu dövrdə süd istehsalı 1,9 faiz artaraq 1 milyon 411,9 min ton, yumurta istehsalı 6,6 faiz artaraq 1 milyard 324,2 milyon ədəd və yun istehsalı 0,5 faiz artaraq 15,5 min ton təşkil edib. Bundan başqa, ölkədə 446,6 ton barama istehsal edilib. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,9 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 0,6 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,2 faiz artıb.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxGündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49

