/ / Azərbaycanda həyata keçirilən müxtəlif infrastruktur layihələri sırasında avtomobil yollarının yenidən qurulması mühüm yer tutur
Azərbaycanda həyata keçirilən müxtəlif infrastruktur layihələri sırasında avtomobil yollarının yenidən qurulması mühüm yer tutur
13.10.2020 [08:50]
İstər rayon və kənd yollarının, istərsə də respublika əhəmiyyətli yolların yenilənməsi bölgələrin inkişafında da əhəmiyyətli rol oynayır
Ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət bütün sahələrdə paralel inkişafın təmin edilməsinə şərait yaradıb. Onu da qeyd edək ki, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində görülən işlər, reallaşdırılan layihələr respublikanın bölgələrinin hərtərəfli inkişafını təmin etməklə yanaşı, ölkəmizdə sosial sahənin mühüm elementi olan yol infrastrukturunun müasirləşdirilməsi, respublikanın bölgələrində yol təsərrüfatının yenidən qurulmasını da şərtləndirib. Vurğulanmalıdır ki, bu gün Azərbaycanda həyata keçirilən müxtəlif infrastruktur layihələri sırasında avtomobil yollarının yenidən qurulması mühüm yer tutur. Çünki yolların yenidən qurulması həm insanların rahatlığına, həm də iqtisadiyyatın, kənd təsərrüfatının inkişafına xidmət edir. Bütövlükdə, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq həm rayon və kənd yollarının, həm də respublika əhəmiyyətli yolların yenidən qurulması bölgələrin inkişafında yeni imkanlar yaradır. Qeyd olunmalıdır ki, sözügedən istiqamətdə işlər hazırda davam etdirilir.
Rayonlarda yol infrastrukturunun yenidən qurulması istiqamətində ardıcıl işlər görülür
Yeri gəlmişkən, sentyabr ayının sonuna olan məlumata görə, Quba-Susay-Xınalıq avtomobil yolunun tikinti işləri artıq sonuncu mərhələ üzrə davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa olunan yola asfalt-beton örtüyün döşənməsi işləri həyata keçirilir. Agentlikdən verilən məlumata görə layihəyə əsasən 24 kilometr uzunluğunda Quba-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 kilometr uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi aparılır. Tikinti işləri respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu kilometrindən ayrılan Alpan-Kürkün-Susay istiqamətində aparılaraq yekunlaşdırılıb. Quba-Susay-Xınalıq avtomobil yolunun sözügedən hissəsinin uzunluğu 24 kilometr təşkil edir. Layihə çərçivəsində yol 2 hərəkət zolaqlı olmaqla, IV texniki dərəcəyə uyğun yenidən qurulub. Bundan başqa, Alpan-Kürkün-Susay avtomobil yolunda uzunluğu 61 və 66 metr olan iki körpü də inşa edilib. Layihənin növbəti mərhələsi üzrə 30 kilometr uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə, dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yolun da IV texniki dərəcəyə uyğun tikinti işləri isə sonuncu mərhələdədir. Həyata keçirilən yeni yol infrastrukturu layihəsinin ümumi uzunluğu 58,8 kilometr təşkil edəcək. Hazırda tikinti işləri dəniz səviyyəsindən 1500-2500 metr hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə aparılır.
Ən əsası isə, yolun tikintisi bu ərazidə 8 minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yükdaşımasını xeyli yaxşılaşdıracaq. Həmçinin turizm potensialının genişlənməsinə və yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.
Ölkənin cənubunda yerləşən Lənkəran rayonunda isə ümumi uzunluğu 38,6 kilometr olan avtomobil yolları 3-cü və 4-cü texniki dərəcəyə uyğun olaraq bir neçə istiqamət üzrə yenidən qurulub. Bunlar rayonun Səpnəkəran-Şürük-Kosalar-Bala Şürük-Gərmətük-Velədi-Sütəmurdov və Kərgələn-Lüvəsər-Bəlləbur kəndlərini birləşdirən avtomobil yolları, həmçinin mövcud Ələt-Astara magistralının 10 kilometrlik hissəsidir. Verilən məlumata əsasən, yenidənqurma işləri çərçivəsində genişmiqyaslı işlər görülüb, yol əsasının alt və üst layının inşası aparılıb. Sözügedən işlərin əhatə etdiyi sahə təqribən 380 min kvadratmetrdir. Görülən işlər əsasında yolun altından suların ötürülməsi məqsədilə sıradan çıxmış mövcud dəmir-beton borular bərpa olunub, zəruri yerlərdə müxtəlifdiametrli yeni boruların tikintisi işləri aparılıb. Bu çərçivədə müxtəlif diametrlərə malik 1922 poqonmetr uzunluğunda 164 dəmir-beton dairəvi suötürücü borular quraşdırılaraq izolyasiya olunub.
Vurğulanmalıdır ki, AAYDA-nın “Azəryolelmitədqiqatlayihə” İnstitutunun hazırladığı layihəyə əsasən, əlaqələndirici bitum səpilməklə yolların iri və xırda dənəli asfalt-beton qarışığı ilə örtülməsi, çiyin hissələrin isə optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi işləri aparılıb. Bundan başqa, yolboyu zəruri yerlərdə avtobus dayanacaqları, hərəkətin normal təşkili üçün yol nişanları, siqnal dirəkləri və kilometr göstəriciləri quraşdırılıb, üfüqi nişanlanma xətləri və piyada zolaqları çəkilməklə sözügedən yollarda müasir yol infrastrukturu yaradılıb.
Cənub bölgəsinin bir digər rayonunda - Masallıda da Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində yol infrastrukturunun yenilənməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, Ələt-Astara magistralının Masallı şəhərinin ərazisindən keçən hissəsində - Bakı prospektində uzunluğu 3,2 kilometr yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma və təmir işlərinə başlanıb. Yenidənqurma işləri çərçivəsində prospektboyu asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, səkilər bərpa olunur, zəruri yerlərdə yeniləri ilə əvəzlənir. Yolda asfalt-beton örtüyünün üst qatının frezlənməsi işi başa çatdıqdan sonra, yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Prospekt zəruri yol nişanları, üfüqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək.
Respublikamızın hər yerində olduğu kimi, Ağdam rayonunda da yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük işlər görülür. Son illərdə rayonda ümumi uzunluğu 100 kilometrə yaxın olan Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli, Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli, Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan, Əfətli-Hacıturalı-Həsənxanlı, Kolqışlaq-Mirəşelli-Əhmədağalı-Çıraxlı, Səfərli-Zəngişalı-Hacılar avtomobil yolları yenidən qurulub. Rayonda növbəti təmir işi Eyvazlı kənd yolunda aparılıb. Bu yol uzun illərdir təmirsiz olduğundan sakinlər üçün çətinliklər yaradırdı. Nəhayət, çətin günlər geridə qalıb. Belə ki, Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən Eyvazlı kənd yolu əsaslı təmir edilib. Təmir işləri zamanı yol yatağı genişləndirilib, qum-çınqıl qarışığı ilə hamarlanıb və asfalt örtük salınıb. Bununla yanaşı, Quzanlı qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilən 10 fərdi yaşayış evinin yerləşdiyi küçə də asfaltlanıb.
Yol infrastrukturunun yenilənməsi ilə paralel olaraq suötürücü dəmir-beton boruların tikintisi işləri aparılmaqdadır
Qazax rayonunun yerli əhəmiyyətli Qazax-Yuxarı Əskipara avtomobil yolunun 13-cü kilometrindən ayrılan və Fərəhli kəndinə gedən yol da əsaslı təmir edilir. Uzunluğu 5 kilometr olan yolun Fərəhli kəndinə qədər olan hissəsi 3 kilometr, kəndin içərisindən keçən hissəsinin uzunluğu isə 2 kilometr təşkil edir. Burada hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr və 4,5 metr olmaqla dəyişir. Hazırda yolboyu torpaq yatağının yararsız hissələri qazılıb çıxarılır, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq inşası, qazılmış hissələrin yenidən bərpası və yolun müəyyən hissələrində normativ eninin alınması üçün genişləndirilmə işləri görülür. Bundan başqa, yararsız vəziyyətdə olan suötürücü borular yeniləri ilə əvəz edilir. Daha sonra “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsasının alt və üst layının inşası və 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görüləcək, uzunluğu 15 metr, eni isə 8 metr olan mövcud, biraşırımlı körpü əsaslı şəkildə təmir ediləcək.
Verilən məlumata əsasən, layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təşkil etmək məqsədilə zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək. İşlərin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda texnika və canlıq qüvvə cəlb olunub.
Tovuz rayonunun da bir şəhər və 4 kəndi əhatə edən, ümumi uzunluğu 36 kilometr olan avtomobil yollarının IV texniki dərəcəyə uyğun əsaslı şəkildə yenidən qurulması işləri yekunlaşdırılır. Qeyd edək ki, bunlar M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan ayrılan və Əyyublu kəndinin uzunluğu 17 kilometr olan, Aran kəndinin 4,4 kilometr uzunluğunda, Qovlar şəhərinin 2 yaşayış məntəqəsinin 7,6 kilometrlik, həmçinin Aşağı Quşçu kəndinin uzunluğu 5 kilometr olan və Koxanəbi kəndinin 2 kilometrlik avtomobil yollarıdır. Layihəyə uyğun olaraq, yollarboyu torpaq yatağının yararsız qruntu çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Bu işlərə paralel olaraq suların ötürülməsi üçün müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton boruların tikintisi işləri də aparılıb.
Torpaq yatağının tikintisi yekunlaşan ərazilərdə yeni yol əsasının inşası işləri aparılır. Yol əsası hazır olan hissələrdə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də başlanılıb. Qeyd olunan işlər ümumilikdə yolların 200 min kvadratmetrdən çox sahəsində aparılacaq. Bundan başqa, asfaltlanan ərazilərdə çiyinlərin lazımi materialla bərkidilməsi işləri də görülür. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə və sürətlə aparılan bu işlər 5 yaşayış məntəqəsinin 30 mindən çox əhalisinin M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın bütün istiqamətlərinə hərəkət etmələrini xeyli dərəcədə asanlaşdıracaq.
(davamı növbəti sayımızda)
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20

