Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir
04.08.2021 [08:25]
Şahin İsmayılov: Sağlam və intellektual, o cümlədən vətənpərvərlik ruhunda tərbiyə olunmuş gənc nəslin yetişdirilməsi dövlətin əsas strateji hədəflərindən biridir
Hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini səmərəli gənclər siyasəti təşkil edir. Dinamik inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan, beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınan Azərbaycanda da uğurlu gənclər siyasəti həyata keçirilir. Daha dəqiq desək, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasi kurs gənclərimizin milli-mənəvi dəyərlərə bağlı yetişməsini, o cümlədən sağlam və intellektual inkişafını şərtləndirir. Dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan gənclərimiz isə öz növbəsində cəmiyyətin dinamik təbəqəsi kimi çıxış edir və onların səmərəli fəaliyyəti Azərbaycanın davamlı inkişafına əhəmiyyətli töhfələr verir.
Ölkəmizdə gənc nəslin milli-mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov bildirib ki, Azərbaycanda gənclərin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Bu siyasətin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran Ş.İsmayılov deyib ki, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996, 1999 və 2003-cü illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərin milli mənlik şüurunun inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. 1997-ci il fevralın 1-də Ümummilli Lider Heydər Əliyevin “2 Fevral - Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında” Sərəncam imzaladığını xatırladan Milli Məclisin komitə sədrinin müavini vurğulayıb ki, bu Sərəncama uyğun olaraq hər il fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur.
O da vurğulanıb ki, 1999-cu ilin iyulunda imzalanan “Dövlət gənclər siyasəti haqqında” Fərmanda və bu Fərmana uyğun olaraq təsdiqlənmiş tədbirlər planında gənclər siyasətinin bütün istiqamətləri öz əksini tapıb: “Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilmiş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən inamla və ardıcıllıqla davam etdirilir. Prezident İlham Əliyevin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncamdan irəli gələrək gənclərin inkişafı istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib və mühüm nəticələr əldə olunub. Bununla yanaşı, dövlətimizin başçısının Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın qəbul edilməsi müasir Azərbaycan gəncliyinin dövrün tələblərinə uyğun hərtərəfli inkişafına möhkəm zəmin yaradıb. Həmçinin 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da gənclərin potensialının yüksəldilməsi nəzərdə tutulub. Gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması isə bu kontekstdə müstəsna əhəmiyyət kəsb edir. Qeyd edim ki, gənclər siyasəti çərçivəsində Gənclər Fondunun yaradılması, gənclərin və gənclər təşkilatlarının bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması, onların hökumət tərəfindən dəstəklənməsi, gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən Gənclər mərkəzlərinin və Gənclər evlərinin tikilməsi bu sahədə səmərəli nəticələrin əldə olunmasını şərtləndirib”.
Ş.İsmayılov onu da vurğulayıb ki, ötən illər ərzində Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə hörmət əsasında, vətənpərvərlik ruhunda yetişməsi istiqamətində aparılan işlər öz əməli nəticəsini verib. 2020-ci ildə Azərbaycanın qələbəsi ilə nəticələnmiş Vətən müharibəsində iştirak edən və qələbənin əldə olunmasında mühüm rol oynayan gənclərimiz bir daha Vətənə, dövlətə bağlılıqlarını ortaya qoydular. “Azərbaycanın mədəniyyət mərkəzi Şuşaya səfəri zamanı Prezident İlham Əliyev bildirib ki, son 17 ildə yetişən gənclər bu torpaqları azad etdilər. Bu fikrin arxasında gənclərimizin inkişafı, düzgün tərbiyə edilməsi istiqamətində görülən işlər dayanır. Prezident İlham Əliyev Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir. Bu gün sağlam və intellektual, o cümlədən milli vətənpərvərlik ruhunda tərbiyə olumuş gənc nəslin yetişdirilməsi dövlətin əsas strateji hədəflərindən biridir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması isə onların mənsub olduğu xalqın rifahının yüksəlməsi, ölkənin çiçəklənməsi və güclü olması deməkdir”, - deyən Ş.İsmayılov onu da əlavə edib ki, gənclərimiz öz üzərlərinə düşən məsuliyyəti yaxşı dərk edir, dövlətə, dövlətçiliyə bağlılıq, Vətənə sədaqət nümayiş etdirir və hər zaman Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşdiklərini bildirirlər.
Beləliklə, bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti gəncliyin inkişafına xüsusi diqqət yetirir. Başqa sözlə, Azərbaycanda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir. Bu siyasət bir çox ölkələr üçün nümunədir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

