Azərbaycan mediası qalib ölkəmizin adına layiq olmalıdır
26.10.2021 [11:11]
Mübariz Əhmədov: Ümid edirəm ki, qəbul ediləcək “Media haqqında” Qanun jurnalistikamızın gələcək inkişafında mühüm rol oynayacaq
1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda insan hüquq və azadlıqlarının təməl prinsiplərindən olan fikir, söz və ifadə azadlığının təmin edilməsi sahəsində də mühüm işlər görülüb. Belə ki, ötən müddət ərzində ölkəmizdə kütləvi informasiya vasitələrinin (KİV) inkişafı üçün müxtəlif addımlar atılıb. Həyata keçirilmiş ciddi islahatlar nəticəsində Azərbaycan Respublikasında senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər maneələr aradan götürülüb.
Bununla belə, son illər ərzində Azərbaycan mediası ölkəmizdə və dünyada baş verən hadisələr barədə informasiyaların cəmiyyətimizə, həmçinin ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib. Eyni zamanda, bütün dünyada kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, müasir texnologiyaların və iş metodlarının tətbiq olunduğu indiki dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac duyulub. Məhz bu baxımdan, hazırda özünün inkişaf tarixində yeni mərhələyə qədəm qoyan Azərbaycan mediasında yeni islahatların reallaşdırılması prosesi gedir.
Ölkəmizdə vətəndaşların özünüifadə və məlumat azadlığı, habelə müstəqil medianın inkişafı sahəsində mövcud duruma toxunan Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru, müstəqil jurnalist Mübariz Əhmədov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, 23 il əvvəl mətbuat üzərindəki senzura götürüləndən sonra Azərbaycanda söz, məlumat azadlığı və fikir plüralizmi geniş vüsət alıb: “Məlum olduğu kimi, 6 avqust 1998-ci il tarixində imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanla ölkəmizdə senzura ləğv olunub. Təbii ki, sözün qədrini bilən peşəkar jurnalistlərimiz indi həmin azadlıqdan lazımınca yararlanırlar. Amma təəssüf ki, söz azadlığından sui-istifadə edən və özünü jurnalistikaya zorla pərçim edənlər də az deyil. Bu gün jurnalist etikasına bələd olan jurnalistlərin öz fikirlərini istənilən media subyekti vasitəsilə azad şəkildə ifadə etməsində heç bir çətinlik yoxdur. Yetər ki, dilə gətirdiyin fikirlər həqiqəti əks etdirsin və arqumentlərin əsaslı olsun. Çünki “söz azadlığı” anlayışı digər vətəndaşlara böhtan atmaq, onları təhqir etmək deyil, sözü mədəni şəkildə, tutarlı faktlarla ünvanına çatdıra bilməkdir. Jurnalist obyektiv, qərəzsiz olmalı, yalnız və yalnız həqiqəti yazmalı və söyləməlidir. Ən azından bu, onun peşə borcudur”.
Müstəqilliyimizin bərpasının 30 illiyi ərəfəsində Azərbaycanda milli medianın inkişafı sahəsində yeni islahatlara start verilməsinə gəlincə, M.Əhmədov deyib ki, Azərbaycanda bu sahədə aparılan islahatlar dalğası zərurətdən irəli gəlib: “Nəzərə almalıyıq ki, Azərbaycan 44 günlük Vətən savaşından qalib çıxdıqdan sonra bölgədə geosiyasi, həmçinin ictimai-siyasi durum tamamilə dəyişib. Şübhəsiz ki, qalib ölkəmizin nüfuzunun dünyada artması, onun mediasında da köklü dəyişikliklərə ehtiyac olduğunu ortaya qoyub. Buna görə də Azərbaycanda KİV sahəsində aparılan islahatlar bütün media qurumlarını sevindirməli və bu, bizim ümumi işimiz olduğundan, hər bir peşəkar jurnalist təklif edilən və tətbiq olunan yeniliklərə bacardıqca dəstək göstərməlidir”.
KİV-də mövcud olan problemlərin aradan qaldırılması, medianın inkişafı, eyni zamanda, son illərdə qeyri-peşəkarların və bu sahədən öz məqsədləri üçün istifadə etməyə çalışanların fəaliyyətinin qarşısının alınmasının vacibliyini vurğulayan Jurnalistika kafedrasının dosenti deyib ki, 12 yanvar 2021-ci il tarixində dövlət başçısının imzaladığı “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması haqqında” Fərman sözügedən problemlərin həlli baxımından önəmli addım olub: “Bu gün ölkə mediasında jurnalistikaya yad olanların və bu sahədən öz məqsədləri üçün istifadə edənlərin sayı çoxdur. Bunlar, əsasən şantajçı və ya “reket” jurnalistlərdir ki, onlar həm ümumilikdə Azərbaycan mediasının, həm də peşəkar jurnalistlərin nüfuzuna ciddi xələl gətirirlər. Son dövrlər onlara qarşı hüquq-mühafizə orqanları tərəfindən bəzi tədbirlər görülsə də, media və ya jurnalist adından sui-istifadə edən “işbaz”ların qeyri-qanuni “fəaliyyətləri”nin qarşısının alınması üçün Medianın İnkişafı Agentliyinin üzərinə də mühüm vəzifələr düşür. Çox istərdik ki, MEDİA jurnalistikaya öz şəxsi məqsədləri üçün gələn qeyri-peşəkarları zərərsizləşdirmək istiqamətində ortaya kəskin mövqe qoysun. Belələri ifşa olunmaqla yanaşı, onların bundan sonra jurnalistika sahəsində çalışmalarına ömürlük qadağa qoyulsun. Bu baxımdan, MEDİA-nın “reket” jurnalistlərin əsas hədəfi olan ünvanlarda - bütün dövlət və qeyri-dövlət müəssisələrində maarifləndirici təlimlər keçirməsi məqsədəuyğundur. Ölkə vətəndaşlarının şantajçı jurnalistlərin “ovuna” çevrilməmələri istiqamətində televiziya kanallarında mütəmadi müzakirələr aparılması da ümumi işin xeyrinə ola bilər”.
Mediada islahatlar dalğasının əsas tərkib hissəsi olan “Media haqqında” qanun layihəsinin hazırlanması prosesinin yekunlaşmaq üzrə olduğunu xatırladan M.Əhmədov layihədə yer alan yeniliklərdən, eyni zamanda, jurnalistlərin gözləntilərindən də danışıb: “Qanun layihəsinin hazır variantına tam bələd olmadığım üçün bu barədə geniş şəkildə danışmaq mümkün olmaz. Amma yeni Qanunda daha çox nəzərəçarpan yeniliklərdən Media Reyestrinin yaradılması və MEDİA tərəfindən jurnalistlərə vahid vəsiqənin verilməsi məsələləri mediamızın müəyyən qədər müasirləşməsi və dövrün tələblərinə cavab verməsi baxımından daha çox ümidvericidir. İndiyə qədər bütün media qurumları Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirdilər. Ancaq onları təsis edənin kimliyi, yəni jurnalistika peşəsinə hansı dərəcədə yönümlü olmaları dəqiqləşdirilmirdi. Yeni qanunun əsas müddəalarında yuxarıda qeyd edilən və bu sahədə mövcud olan bütün çatışmazlıqların aradan qaldırılması ilə bağlı məsələlərin yer alması Azərbaycan mediasının inkişafına töhfə verə bilər. Buna görə də ümid edirəm ki, qəbul ediləcək “Media haqqında” Qanun jurnalistikamızın gələcək inkişafında mühüm rol oynayacaq. Çünki Azərbaycan mediası daha azad və şəffaflığı ilə qalib ölkəmizin adına layiq olmalıdır”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20

