Peşə təhsilinə maraq artırılmalıdır
02.11.2021 [10:06]
Yeni innovativ vasitələrdən, mütərəqqi modellərdən istifadə edilməlidir
Hər bir ölkənin tərəqqisini şərtləndirən mühüm amillərdən biri milli təhsilin inkişafıdır. Bir çox ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, təhsil sahəsində sistemli və kompleks xarakterli tədbirlərin həyata keçirilməsi ümumi inkişafa xidmət edir, qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan yaradır. Bu baxımdan təhsil sahəsində Azərbaycanın təcrübəsi də nümunəvi xarakter daşıyır. Prezident İlham Əliyevin “neft kapitalının insan kapitalına çevrilməsi” tezisi əsasında görülən genişmiqyaslı işlər ölkədə təhsil sisteminin XXI əsrin çağırışlarına uyğun inkişafını təmin edir.
Ümumiyyətlə, ölkədə həyata keçirilən islahatlar, müasir infrastrukturun yaradılması nəticəsində təhsil sahəsində də yeni keyfiyyət dəyişiklikləri yüksək səviyyədə təmin olunub. Təsadüfi deyil ki, son illər ərzində təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Azərbaycanda təhsil infrastrukturunun yenilənməsi bilavasitə dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilir. Ölkəmizin iqtisadi potensialının, maliyyə imkanlarının artmasına adekvat olaraq təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilən vəsaitlərin həcmi də getdikcə artırılır. Respublikamızda təhsil infrastrukturunun yenilənməsi, hətta pandemiya şəraitində də diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə paytaxtda və regionlarda intensiv iş aparılır.
Onu da qeyd etmək lazımdır ki, XXI əsrin çağırışları və yeni trendlərinə müvafiq olaraq təhsil sahəsində islahatlar çərçivəsində peşə təhsilinin müasirləşdirilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Bir neçə il öncə Azərbaycanda peşə təhsilinin inkişafı üçün yeni dövlət agentliyi təsis olunub. Dövlət peşə təhsili müəssisələrinin büdcədənkənar gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasının təmin edilməsi və peşə təhsilinin inkişafında maliyyələşmə mexanizmi rolunu oynamasının həyata keçirilməsi məqsədilə Peşə Təhsilinin İnkişafı Fondu yaradılıb, peşə təhsili sahəsində bir sıra normativ hüquqi aktlar hazırlanıb. Peşə təhsili müəssisələrinin birləşdirilməsi və müəyyən ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması yolu ilə müasir standartlara cavab verən pilot peşə təhsili müəssisələrinin qurulması Yol Xəritəsində qarşıya qoyulan mühüm vəzifələrdəndir.
Ölkəmizdə bu sahənin önəmi haqqında “Yeni Azərbaycan” qəzetinə açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə bildirib ki, peşə təhsilinin inkişafı həm də müxtəlif sahələrdə kadr təminatı siyasətinin uğurla həyata keçirilməsinə imkan verir. Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı, sənaye, habelə yüksək texniki bilik tələb edən bir sıra sahələrdə kadr potensialına ciddi ehtiyac var: “Bu ehtiyacı qarşılamaq üçün peşə təhsilinin inkişafı vacibdir. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə bu reallıq özünü əks etdirir. Bir sıra Avropa ölkələrində orta məktəbdə şagirdlər artıq müəyyən yaşdan sonra peşə ixtisası üzrə maarifləndirilir və istədikləri halda bu istiqaməti seçə bilirlər. Bu ölkələrdə peşə təhsili alanlar da, ali təhsil almış şəxslər qədər əmək bazarında yüksək qiymətləndirilirlər. Eyni zamanda, onlar əmək bazarında fəallıq və canlanmanı, məşğulluq səviyyəsinin və sosial rifahın artmasını şərtləndirirlər. Peşə təhsili həm də xüsusi peşəkarlıq səriştəsinə sahib olmaq deməkdir. Cəmiyyətimizdə mövcud mənzərəyə nəzər saldıqda görürük ki, zavodlarda, fabriklərdə, tikinti sahələrində çalışan işçilər yetərli bilgiyə və lazımi peşəkarlığa malik olmadıqda insan sağlamlığına və təhlükəsizliyinə təhdidlər yaradan ciddi fəsadlar ortaya çıxa bilir. Çünki müxtəlif peşələrə sahib olan insanlar müvafiq xüsusi peşə biliklərinə yiyələnmədən əmək fəaliyyətlərinə başlayırlar. Ona görə də ölkəmizdə müasir standartlara cavab verən peşə məktəblərinin açılması, gənclərimizin peşə ixtisaslarına marağını artıracaq və sonralar çalışdıqları dövrdə işlərinin effektivliyini artıracaq. Dövlətimiz bu istiqamətdə ardıcıl olaraq tədbirlər həyata keçirir”.
Millət vəkilinin sözlərinə görə, peşə təhsilinə marağı artırmaq üçün həm də yeni innovativ vasitələrdən, mütərəqqi modellərdən istifadə etmək lazımdır. Burada iki yanaşma daha çox fərqləndirilir: birincisi, müasir trendlərə uyğun və yaxud zamanın tələb etdiyi peşələri müəyyənləşdirmək, onları inkişaf etdirmək, ikincisi isə, peşə təhsilini stimullaşdırmaqdır. Ölkəmizdə bu istiqamətdə müvafiq addımların atılması bu sahədə dinamizmin təmin olunmasına xidmət edəcək. Yeni yaradılan peşə məktəblərində də hər bir sahə üzrə gənc, peşəkar mütəxəssislər yetişdiriləcək. Bu, həm də bölgələrin sosial-iqtisadi inkişafına mühüm töhfə kimi olduqca böyük önəm kəsb edəcək.
Bütövlükdə, peşə təhsilinin inkişaf etdirilməsi XXI əsrin çağırışı və milli vəzifə kimi qarşımızda durur. Bu sahədə ardıcıl və məqsədyönlü tədbirlərin davam etdirilməsi üçüncü minillikdə dayanıqlı inkişafa xidmət edən strateji amil olacaq.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması”
istiqaməti üzrə hazırlanmışdır
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48

