Qarabağda tullantılar müasir şəkildə idarə olunacaq
15.04.2022 [10:15]
MÜŞFİQƏ
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Ermənistan tərəfindən 30 illik işğalı nəticəsində Azərbaycanın təbiətinə ciddi ziyan vurulub. Vətən müharibəsindən sonrakı dövr ərzində azad edilmiş ərazilərdə ANAMA tərəfindən aparılan əməliyyatlar nəticəsində 75 milyon kvadratmetrdən çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Otuz minə yaxın müxtəlif markalı mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Bundan başqa, ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, meşələrin, təbiət abidələrinin və ümumiyyətlə, yeraltı və yerüstü sərvətlərin talan edilməsi nəticəsində regionun ekoloji tarazlığı pozulub. Təbii sərvətlərimizin vəziyyətinin qiymətləndirilməsi və bərpa edilməsi istiqamətində dövlət səviyyəsində mühüm addımlar atılmaqdadır.
Bu minvalla, bərk məişət tullantılarının idarə olunması sahəsində müsbət təcrübəsi nəzərə alınan “Təmiz Şəhər” ASC-yə çox vacib missiya tapşırılıb. Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq Sərəncamla qurumun fəaliyyət dairəsi genişləndirilib və işğaldan azad edilən Şuşa şəhərinin ərazisində bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi “Təmiz Şəhər” ASC-yə həvalə edilib.
İllərdir hökm sürən ekoloji terrorun fəsadlarını aradan qaldıraraq Şuşanı şəhərlərin ən təmizi etmək məqsədini qarşısına qoyan “Təmiz Şəhər” ASC üzərinə düşən vacib missiyanın öhdəsindən məharətlə gəlir. Belə ki, şəhər ərazisində təmizlik işlərinin aparılması üçün xüsusi texnika və işçi qüvvəsi cəlb olunub. Küçələrdə yararsız nəqliyyat vasitələri kənarlaşdırılaraq, hərbi hissələrin və müxtəlif təyinatlı binaların təmizlənməsi işləri həyata keçirilib. Tullantıların yerləşdirilməsi üçün xüsusi konteynerlər gətirilərək quraşdırılıb.
Qarabağda tullantıların idarə edilməsi üzrə planlar qəbul edilib
“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, “Təmiz Şəhər”in İdarə Heyətinin sədri və digər üzvləri, eləcə də Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər.
İclas iştirakçıları cəmiyyətin işğaldan azad edilmiş ərazilərdə tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi ilə bağlı görəcəyi işləri nəzərdən keçiriblər. İclasda bu ərazilərdə tullantıların idarə edilməsi layihəsinin effektivliyi üçün qısamüddətli və uzunmüddətli planlar müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub.
Qarabağ ərazisində tullantıların idarə olunması sistemində ilk addımlar
Sevindirici haldır ki, Qarabağ ərazisində tullantıların idarə olunması sisteminin quraşdırılması üçün ilkin addımların atılmasına başlanılıb.
Məsələ ilə bağlı açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib ki, ETSN-nin təşəbbüsü, eyni zamanda, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində bir çox tədbirlər həyata keçirilir: “Ekoloji siyasətin əsas istiqamətləri və aparılan tədbirlər ekoloji vəziyyətin yaxşılaşdırılmasına, ətraf mühitin mühafizəsinə və təbii sərvətlərdən səmərəli istifadəyə yönəlib. Bu tədbirlər daim diqqət mərkəzindədir. Əsas məqsədimiz ölkə ərazisində yüksəkkeyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanı yaratmaqdır. Hazırda plastik tullantıların azaldılması və təkrar emalı üçün fəaliyyət planı həyata keçirilir. Bu plana əsasən, 37 şəhər və rayonda 250-dən çox tullantı konteynerləri quraşdırılıb. Burada əsas məqsəd plastik tullantıların çeşidlənməsi və təkrar emala verilməsidir”.
Mütəxəssis onu da vurğulayıb ki, müxtəlif layihələr çərçivəsində bu proses davam edir: “Bakı şəhəri Nərimanov rayonunda əvvəlcə pilot layihə kimi başlayan iki fərqli konteynerlər yerləşdirilib. Bu konteynerlər təkrar emalı mümkün olan tullantılar üçün nəzərdə tutulur. Tullantılar çeşidləmə zavoduna gedir, orada daha dəqiq kateqoriyalara bölünür. Azərbaycanda çeşidləmə praktikası yeni olsa da, təkrar emalda maraqlı olan şirkətlər kifayət qədərdir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25

