Azərbaycanın ailə modeli milli sərvət sayıla bilər
16.04.2022 [11:40]
İlhamə HƏKİMOĞLU
Bu dünyada yeganə millət türk millətidir ki, övladı vətən yolunda şəhid olanda “Vətən sağ olsun” deyir. Əsgər gedən balasının əlinə xına yaxaraq döyüşə göndərib bizim qadınlarımız. Balasının yolunda ölümə gedəcək qədər cəsarətli, balasını vətənə qurban verəcək qədər comərddi? Azərbaycan qadını.
Qloballaşan dünyanın çağırışlarından biri də hər bir millətin, dövlətin özünün varlığını qoruyub saxlamasından ibarətdir. İnternetin yaxınları uzaq etdiyi bir dövrdə dünyadan təcrid olunmaq nə qədər mümkünsüzdürsə, fərdiliyi, etnik xüsusiyyətləri, milli ənənələri qoruyub saxlamaq bir o qədər də çətinləşir. Qərb yaşam tərzinə meyil özü ilə ailə institutuna bir sıra zərbələr də gətirdi. Şərqdə ailə modeli hər zaman öz spesifikliyi ilə seçilib. Azərbaycan xalqının ailə modeli isə unikaldır. Xalqımızın ailə modelinin tərkibinə ailədaxili münasibətlər, böyüklərə ehtiram, isti valideyn-övlad münasibətləri, ər-arvad münasibətlərində xüsusi qarşılıqlı hörmət kimi ənənələr daxildir. Ailə kiçik dövlətdir və bir dövlətin qüdrəti onun cəmiyyətinin möhkəmliyi ilə düz mütənasiblik təşkil edir. Ailə milli dəyərlərin daşıyıcısıdır, ailə xalqın genetik yaddaşının ən vacib həlqəsidir. Bu gün təəssüf ki, bütün dünyada klassik ailə modeli ciddi təhriflərə uğrayır. Eynicinsli insanlar arasında bağlanan nikahların sayının artması, boşanmaların çoxalması, gənclərin ailə qurmağa meyilinin azlığı fərqli dəyərlərin üstünlük təşkil etməsinə gətirib çıxarır və bu yaxşı heç nə vəd etmir.
Ailə dəyərlərinə önəm verilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, nəsildən-nəslə ötürülməsi, yaşlılara hörmət, kiçiklərə mərhəmət, vətəni və torpağı sevmək, valideynlərinə hörmət etmək - bütün bunlar Azərbaycan ailələrinə xas xüsusiyyətdir. Sevindirici haldır ki, Azərbaycanda gənclərin 75-80 faizinin ailə bağları möhkəmdir. Keçirilən sorğular belə deməyə əsas verir. Azərbaycan ailəsində böyüyə də, kiçiyə də sevgi bir ömür boyu davam edir.
Azərbaycan qadını bütün tarixi dövrlərdə sosial həyatda fəal iştirak edərək, cəmiyyətimizin inkişafına töhfə verib. Azərbaycan qadınları arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlərinin sayı kifayət qədərdir. Tarixin istənilən anında bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də var. Ölkəmizin birinci xanımı, I vitse-prezident Mehriban Əliyeva özünün ictimai-siyasi fəaliyyəti, həm də ana obrazı ilə möhtəşəm nümunədir.
O, öz həyatında ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla dünyəviliyin harmoniyasını yaradıb. Mehriban xanım üçün ailə səadəti çox önəmlidir. Onun sosial şəbəkə hesabını izləyərkən ailəsi ilə çəkilmiş fotoşəkilləri sanki dil açıb danışır. Bu şəkillərdə övladlarını, nəvələrini qucaqlayan ana, mətbəxdə ləzzətli qutab bişirən xanım, fəal ictimai xidmətlərinə baxmayaraq, bayram süfrəsini qurub ailəsini ocaq başına yığan gözəl, zərif bir qadın görünür - Azərbaycan qadını.
“Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm. Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər”- deyə o ailəsi haqqında danışarkən bildirmişdi.
Mehriban xanım qadını ailədə sülhün, razılığın və məhəbbətin təminatçısı hesab edir. Qadın var olduğu yerdə isti ocaq var, sahman var, qurulu bir düzən var. Savadlı, dünyagörüşü geniş, işıqlı ideyalara malik qadın sağlam ailə, azad düşüncəli, xoşbəxt uşaqlıq illəri keçirmiş övladlar deməkdir. Bu anlamda Azərbaycanda qadın hüquqlarının qorunması, gender bərabərliyi sahəsində çox işlər görülüb.
Qadın hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə dövlət milli mexanizmlərin yaradılması ilə yanaşı, bu sahədə QHT-lərin fəaliyyəti üçün də əlverişli şərait yaradıb. Hazırda Azərbaycan Respublikasında qadın problemləri ilə məşğul olan 90-na yaxın QHT mövcuddur. Yerli və beynəlxalq QHT-lər gender bərabərliyinin təmin olunması və qadınların vəziyyətinin yaxşılaşdırılması istiqamətində həm qanunvericilik aktlarının, həm də inzibati tədbirlərin hazırlanmasına və həyata keçirilməsinə fəal cəlb edilir. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz növbəsində yerli və beynəlxalq QHT-lərlə sıx əməkdaşlıq edir, ailə problemlərinin həlli üçün ciddi tədbirlər alır.
Bu gün cəmiyyətimizdə çox az hallarda rastlanan ailə-məişət zəminindəki problemləri ümumilikdə Azərbaycan ailəsinə şamil etmək olmaz. Azərbaycan ailəsi əsrlərin sınağından çıxmış qranit möhkəmliyini qoruyub saxlayır. Bəlkə elə buna görədir ki, bizim demoqrafiya ilə bağlı da ciddi problemimiz yoxdur. Uşaq Azərbaycan ailəsində Allahın hədiyyəsi, nemət sayılır.
Vətən haradan başlayır? Birinci evdən, ailədən. Bir zamanlar Ukrayna prezidenti “Ukrayna qadınları bizim milli sərvətimizdir” demişdi. Məncə Azərbaycanın ailə modeli də bizim milli sərvətimizdir. Qorumalı və dünyaya nümunə göstərməliyik.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

