Böyük Qayıdışa doğru - hədəfimizə çatırıq
28.04.2022 [10:09]
Pərviz SADAYOĞLU
İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışın təmin olunması əsas prioritetlərdəndir. Həmin regionlarımızda yeni infrastrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan işlər onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımız yaxın zamanlarda öz doğma yurd-yuvalarına qovuşacaqlar. Yeri gəlmişkən, Prezident İlham Əliyev aprelin 12-də keçirilən bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədəki çıxışında da bildirdi ki, Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. “Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq biz kəndləri də bərpa edəcəyik”,- deyə dövlət başçısı vurğuladı. Qısa zaman kəsiyində Zəngilan rayonunda “Ağıllı kənd” layihələrinin icrası ilə bağlı görülən işlər, Füzuli, Laçın, Zəngilan rayonlarında yeni aeroportların tikilməsi istiqamətində atılan addımlar, o cümlədən Kəlbəcər rayonunda infrastrukturun yenidən qurulması yönündə aparılan fəaliyyət bir daha onu təsdiqləyir ki, regionun lider dövləti olan Azərbaycan işğaldan azad etdiyi torpaqlarda qısa zaman kəsiyində həyatı canlandıracaq.
Bununla bağlı fikirlərini “Yeni Azərbaycan” qəzetinə bölüşən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanaraq işğalçı Ermənistanı kapitulyasiyaya məruz qoyan və özünün ərazi bütövlüyünü təmin edən Azərbaycanın qarşısında postmüharibə dövründə yeni çağırışlar, yeni vəzifələr dayanmaqdadır. Millət vəkilinin fikrincə, hazırda ən mühüm vəzifə işğaldan azad edilmiş ərazilərin bərpasının həyata keçirilməsi, həmin regionlarda yaşayış üçün zəruri addımların atılması və Böyük Qayıdışın təmin edilməsi ilə bağlıdır. Güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir: “Azərbaycan dövləti işğaldan azad olunmuş torpaqlarda həyatın yenidən canlanması, oraya qayıdacaq vətəndaşların rifahının yüksə?dilməsi və işlə təmini istiqamətində tədbirlər görməkdədir. Həmin bölgələrə köçəcək insanlarımızın yüksək səviyyəli, rahat və təminatlı həyat şəraiti üçün bütün infrastrukturlar yaradılır. Sosial infrastrukturun yaradılması da diqqət mərkəzindədir. İlin birinci rübünün yekunlarına həsr olunan müşavirədə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, üç məktəbin inşası bu il başa çatmalıdır - Ağdamda 1 nömrəli məktəb, Cəbrayıl şəhərində məktəb və Şuşa şəhərində məktəb. Hər üç məktəb 960 yerlikdir. Dörd xəstəxana inşa edilir. Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq”.
Millət vəkili vurğulayıb ki, həmin regionlarda sənayenin inkişafı ilə bağlı mühüm addımlar atılır. Prezident İlham Əliyev tərəfindən Ağdam və Cəbrayıl rayonlarında iki sənaye parkının təməlinin qoyulduğunu diqqətə çatdıran A.Badamovun sözlərinə görə, həmin regionlara həm xarici, həm də yerli investorlar tərəfindən böyük maraq var. “Azərbaycan sahibkarları böyük həvəslə bu işlərə qoşulurlar. Cənab Prezidentin də ifadə etdiyi kimi, bu həm də vətəndaşlıq borcudur. Azərbaycanın iş adamları ölkə başçısının çağırışlarına cavab verirlər. Yaradılan yeni iş yerləri, sənaye müəssisələri, kənd təsərrüfatı ilə bağlı sahələr vətəndaşların sosial rifahının yüksəlməsinə xidmət göstərəcək. Bu, Azərbaycanın bir dövlət olaraq qüdrətindən, düzgün iqtisadi-sosial siyasətindən xəbər verir”, - deyən deputat onu da bildirib ki, Azərbaycan dövləti işğaldan azad edilən ərazilərdə bərpa işlərini ardıcıllıqla və planlı şəkildə həyata keçirir.
Millət vəkili xatırladıb ki, sözügedən müşavirədə Prezident İlham Əliyev bu ilin sonuna qədər və növbəti bir-iki il ərzində görüləcək işlərlə bağlı da öz tapşırıqlarını səsləndirib. Bu isə onu deməyə əsas verir ki, həmin regionlarda aparılan quruculuq işləri davamlı xarakter daşıyacaq: “Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və bu ictimaiyyətə də təqdim olunub. Bununla bağlı dövlət başçısının da iştirakı ilə Ağdam ictimaiyyəti ilə görüş keçirilib. Bütün işlər müvafiq plan əsasında davam etməkdədir. Bununla yanaşı, Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planları da hazırlanacaq. Bununla bağlı dövlət başçısı tapşırıq verib. Nəticə etibarilə, Azərbaycan qarşısına qoyduğu əsas hədəflərə çatır”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18

