Azərbaycançılıq - milli birliyin ideoloji əsası
30.04.2022 [10:42]
Mübariz ABDULLAYEV
Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı vahid amal - ana Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, tarixdən gələn ənənələrimizə bağlılıq ruhunda birləşdirən azərbaycançılıq Azərbaycan dövlətinin ideoloji əsasını təşkil edir. Bu ideologiyanın banisi xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər hələ keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik edərkən dilimizin qorunmasını, ədəbiyyatımızın, mədəniyyətimizin zənginləşməsini, bütün sahələrdə milli kadrların yetişməsini, təhsilin inkişafını təmin etməklə dünya azərbaycanlılarında milli qürur hissini gücləndirməyə nail oldu. Sonrakı mərhələdə - 1993-cü ilin yayında müstəqil Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra isə ?lu ??dər zamanında böyük uzaqgörənliklə yaratdığı zəmin üzərində dünya azərbaycanlılarının birliyini təmin edəcək ideologiyanı dövlət siyasəti səviyyəsinə yüksəltdi.
Üç onilliyi əhatə edən müstəqillik illərində məhz bu mükəmməl ideoloji əsasa istinad olunmaqla reallaşdırılan ardıcıl və məqsədyönlü siyasət ana Vətənlə bağlı olan bütün məsələlərin dünya azərbaycanlılarının həyat amalına, yaşam kredosuna çevrilməsini şərtləndirib. Bu gün biz müasir dövrün reallıqlarından çıxış edərək tam qətiyyətlə deyə bilərik ki, dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlıların sevinci də, kədəri də birdir. Onlar harada yaşamalarından asılı olmayaraq həmişə Azərbaycanın uğurlarına qəlbən sevinir, ümumi kədərimizi bölüşür, çətinliklərin aradan qaldırılmasına yardımçı olurlar. Dünya azərbaycanlılarının sıx həmrəyliyi ölkəmizin milli gücünü artırır, bizi yenilməz edir.
44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə bunu bir daha təsdiqlədi. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti üç onillik ərzində davam etdi. Bu müddətdə işğal faktı, ərazi bütövlüyümüzün pozulması dünya azərbaycanlıları üçün bir nömrəli məsələyə çevrilmişdi. Onlar yaşadıqları ölkələrdə artıq tarixdə qalan Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri yerli ictimaiyyətin diqqətinə çatdırmaqdan ötrü ardıcıl təbliğat işi aparırdılar. Bu, ümumi qələbəmizin təmin olunmasında mühüm rol oynadı. Prezident İlham Əliyev mədəniyyət paytaxtımız Şuşada baş tutan dünya azərbaycanlılarının Zəfər Qurultayındakı nitqində soydaşlarımızın ümumi qələbənin təmin olunmasında rolunu yüksək dəyərləndirərək vurğulayıb: “Qarabağ münaqişəsinin həll edilməsi Prezident kimi mənim üçün başlıca vəzifə idi. Vəzifəyə seçildiyim ilk gündən bu günə qədər bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi mənim üçün başlıca vəzifədir və bütün güclər səfərbər edilmişdir. Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Mən deyirdim ki, biz hər birimiz hər gün bu müqəddəs günü yaxınlaşdırmalıyıq, öz əməyimizlə, işimizlə, hərə öz yerində və torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi”.
44 günlük müharibədə qazanılan tarixi Zəfərlə biz ən böyük istəyimizə çatdıq - ölkəmizin ərazi bütövlüyü təmin olundu. Ancaq dünya azərbaycanlılarının qarşısında duran vəzifələr heç də azalmayıb. Məğlubiyyəti həzm edə bilməyən ermənilər Azərbaycana qarşı torpaq iddialarından əl çəkməyiblər və revanşist fikirlər səsləndirirlər. Bu reallığa diqqət çəkən Prezident İlham Əliyev dünya azərbaycanlılarına çağırış edib. “Yaşadığınız ölkələrin ictimaiyyətini, əgər belə demək mümkündürsə, maarifləndirmək lazımdır - həm Azərbaycan reallıqları haqqında, postmünaqişə dövrü haqqında və Azərbaycan tarixi haqqında. Hesab edirəm ki, bu, çox vacibdir. Çünki tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Beləliklə, 44 günlük müharibədə qazanılan şanlı Qələbə dünya azərbaycanlılarına sonsuz sevinc və qürur hissi bəxş etməklə bərabər, onların məsuliyyətini də birə-beş qat artırıb. Hazırda bütün dünyada arzuolunmaz proseslər müşahidə edilir. O cümlədən ayrı-ayrı güc mərkəzləri tərəfindən milli dövlətlərə təzyiqlər göstərilməsi artıb. Bir sıra hallarda beynəlxalq hüquq normaları arxa plana keçir, ikili standartlar önə çıxır. Bütün bu reallıqların fonunda hər bir azərbaycanlı özünün və övladlarının ana Vətənlə əlaqələrinin daha da möhkəmlənməsinə, nəsillər arasında əlaqələrin qorunmasına, həmrəyliyimizin daha da möhkəmlənməsinə çalışmalıdır.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxAnalitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38

