Göydəki ulduzları bizə yaxın edir
27.05.2022 [10:55]
Şamaxı Astrofizika Rəsədxanası dünya elminə böyük töhfələr verib
MÜŞFİQƏ
Eramızdan əvvələ aid olan daş tikililər ən qədim rəsədxana kimi qəbul edilir. Məsələn, İngiltərədə mövcud olan Stounhencin tarixi e.ə. minilliyə söykənir. Qədim Şərqin ilk və ən mükəmməl rəsədxanası isə Güney Azərbaycanın Marağa şəhərindəki tikilmiş rəsədxanadır. Marağa rəsədxanası 1259-cu ildə tikilib. Bu rəsədxananın banisi görkəmli azərbaycanlı alim Nəsirəddin Tusidir. Tusinin rəsədxanası öz həcminə görə Şərqin bütün məşhur rəsədxanalarını geridə qoyurdu. Azərbaycanlı alim Nəsirəddin Tusinin yaratdığı Marağa rəsədxanası dünya tətbiqi astronomiya elminin inkişafında müstəsna rol oynayır.
Müasir Azərbaycanın ən böyük rəsədxanası isə Şamaxıda yerləşən Nəsirəddin Tusi adına Astrofizika Rəsədxanasıdır. Azərbaycan astronomiya elminin inkişafında əhəmiyyətli rol oynayan Şamaxı Astrofizika Rəsədxanası () 1959-cu ildə yaradılıb, 1960-cı ildən fəaliyyətə başlayıb. Bu rəsədxana çətin müşahidə edilən göy cisimlərinin öyrənilməsində dünyanın bir çox rəsədxanası ilə müqayisədə müəyyən üstünlüklərə malikdir. Belə ki, burada aydın gecələrin sayı il ərzində 190-200-ə çatır. Şamaxı Astrofizika Rəsədxanası dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılıb. İlk direktoru isə akademik Hacıbəy Sultanov olub.
Qeyd etməliyik ki, respublikamızda astrofizika sahəsində elmi tədqiqat işlərinin tarixi bir qədər əvvəlki illərə gedib çıxır. Hələ 1927-ci ildə Azərbaycanın bir sıra rayonlarında astroiqlimin öyrənilməsi üçün daimi fəaliyyət göstərən astronomik ekspedisiya yaradılıb. Ekspedisiya respublikanın Kəlbəcər, Laçın, Şamaxı, Xızı və digər bölgələrində rəsədxana yaradılması üçün əlverişli coğrafi yer seçməli idi. Aparılan tədqiqatlar nəticəsində Şamaxının Pirqulu ərazisi bu istiqamətdə elmi mərkəzin yaradılması üçün ən əlverişli yer müəyyən olunur və 1953-cü ildə burada müşahidə bazasının, sonralar isə rəsədxananın tikilməsinə qərar verilir. 1957-ci ildə Pirqulu Astronomiya Stansiyasında Xromosfer-Fotosfer Günəş teleskopu adlı ilk teleskop qurulub.
Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
1960-1980-ci illərdə respublikada astrofizika ixtisası üzrə kadrların hazırlanması işinə böyük diqqət göstərilib. Bu məqsədlə 1976-cı ildə Heydər Əliyevin xüsusi tapşırığı ilə Azərbaycan Dövlət Universitetində Astrofizika kafedrası yaradılıb. 1973-cü ildə isə rəsədxananın nəzdində ŞAR-ın Batabat Bölməsi və 1997-ci ildə Ağdərə Astronomiya Stansiyası fəaliyyətə başlayıb.
1981-ci ildə Şamaxı Astrofizika Rəsədxanasına Azərbaycanın dahi astronomu Nəsirəddin Tusinin adı verilib. Azərbaycanda astronomiyanın inkişafındakı nailiyyətlərə görə Beynəlxalq Astronomiya İttifaqı 1970-2011-ci illərdə yeni tapılmış asteroidlərə “Azərbaycan”, “ŞAR”, “Nizami”, “Cavid”, “Müslüm Maqomayev”, “Tusi”, “Ayyubguliev” adları verib. Merkuri planetində bir kraterə “Nizami”, Marsda kraterə ŞAR-ın mərhum əməkdaşı “Nadir İbrahimov”, Ayda bir kraterə isə “Nəsirəddin Tusi” adları verilib. Hazırda kiçik göy cisimlərinə, eləcə də planetlərin kraterlərinə verilmiş adların 13-ü Azərbaycanla bağlıdır. Bütün bunlar, şübhəsiz ki, Azərbaycan astronomiya elminin uğurlarının göstəricisidir.
Yenidənqurma işləri aparılıb
2009-2013-cü illərdə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları əsasında yenidənqurma işləri aparılıb. Cənab Prezidentin Azərbaycan elminə göstərdiyi diqqət və qayğısı nəticəsində rəsədxananın yaşayış bölməsi tamamilə yenilənib.
Prezident İlham Əliyev deyib: “Şamaxı Astrofizika Rəsədxanasının çox böyük tarixi vardır. Dünya miqyasında, elm aləmində çox böyük nüfuzu vardır. Bu rəsədxananın yenidən qurulması və burada gözəl şəraitin yaradılması məni çox sevindirir... Əminəm ki, uzun illər, onilliklər bundan sonra da bu rəsədxana Azərbaycan xalqına, Azərbaycan elminə xidmət göstərəcəkdir”.
2013-cü ildə ŞAR-ın tarixində ilk dəfə olaraq güzgülərin alüminiumlaşdırılması prosesi yerli mütəxəssislər tərəfindən aparılıb. Rəsədxanada yetişmiş alim və mütəxəssislər bu gün ABŞ, İsrail, Ukrayna, Rusiya, Türkiyənin elmi müəssisələrində fəaliyyətlərini uğurla davam etdirirlər. Şamaxı Astrofizika Rəsədxanasında bir sıra beynəlxalq və respublika səviyyəli simpozium və konfranslar keçirilib. ŞAR-ın fəaliyyəti dövründə rəsədxana əməkdaşları bir sıra aktual mövzular üzrə xarici ölkələrin astronomları ilə birgə işlər yerinə yetiriblər. Ötən il peşəkar mütəxəssislərimiz qara dəliklərin sayının ehtimal olunandan daha çox olduğunu müəyyən ediblər. Həmin araşdırma məşhur “The Astrophysical Journal”da dərc olunub.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycann dövlətçilik tarixinin, milli adət-ənənlərinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22

