Azərbaycançılıq ideologiyası dövlətçiliyimizin təməl prinsiplərindəndir
01.06.2022 [10:21]
Azərbaycançılıq ideologiyası müasir demokratiyanın təməlində dayanan vətəndaşlıq, dünyəvilik, qanunun aliliyi prinsipləri ilə xalqımızın milli-mədəni irsindən irəli gələn tolerantlıq, çoxmədəniyyətlilik, vətənpərvərlik, ədalət, milli birlik kimi dəyərlərin birləşməsinin uğurlu formulu kimi özünü göstərir
Pərviz SADAYOĞLU
1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı xalqımızı vahid milli ideologiyanın - azərbaycançılıq ideologiyasının çətiri altında birləşdirdi. Bu amil həm də Azərbaycan cəmiyyətində milli birliyin formalaşdırılmasına, milli dövlətçiliyin qorunmasına, inkişafına xidmət göstərdi. Azərbaycançılıq ideologiyasının təməlində güclü Azərbaycan dövlətçiliyi prinsipi, ümumazərbaycançılıq qayəsi (vətəndaş birliyi və tolerantlıq ideyası) ədalətli və hamı üçün məqbul olan ictimai həyat normaları, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətini öz güvənc yeri sayması, bu Vətəni özünün qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla bəşəri birgəyaşayış qaydaları əsasında ünsiyyət qurması və s. ali dəyərlər dayanır. Azərbaycançılığın təməl prinsipləri xalqımızın qədim milli-mənəvi dəyərlərinə əsaslanır. Azərbaycançılıq məfkurəsində əksini tapmış fəlsəfədə, eləcə də onu yaradan xalqın təfəkküründə etnik məhdudluq, dini dözümsüzlük, antihumanizm yoxdur.
Mövzu ilə bağlı fikirlərini bölüşən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elşad Mirbəşiroğlu bildirib ki, təhlükəli kosmopolit, radikal ideologiyaların geniş yayıldığı müasir dünyada bu kimi tendensiyalar milli dövlətçiliyə, milli inkişafa mühüm təhdidlər yaradır. Bu mənada, milli ideoloji istiqamətin müəyyənləşməsi, xalqın bu çətir altında birləşməsi milli dövlətçiliyin inkişafına da mühüm stimul verir: “Azərbaycançılıq ideologiyası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev bu ideologiyanı tam dolğun konsepsiya şəklinə salaraq onu yeni çalarlarla zənginləşdirdi və müasir Azərbaycanın milli ideologiyasına çevirdi. Hələ Sovet dövründə respublikamıza birinci rəhbərliyi vaxtı mümkün olan bütün vasitələrlə azərbaycançılığın əsaslarını yaratdı, dirçəltdi və möhkəmləndirdi. O dövrlərdə Azərbaycan dilinin dövlət dili elan edilməsi, milli mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin inkişafı, milli kadrlarımızın yetişdirilməsi bunu deməyə əsas verir. Müstəqilliyimizin başlanğıcında isə Ulu Öndər bu məfkurəni dövlət ideologiyası olaraq bərqərar etdi. Azərbaycançılığı təbliğ etməkdə Ulu Öndərin məqsədi hər bir azərbaycanlıya vətənpərvərlik hissini, tarixi torpaqlarımıza, dilimizə, mədəni irsimizə, dövlət rəmzlərimizə məhəbbət aşılamaq idi. Bu ideologiya dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlını vahid amal, ideya və Vətən ətrafında birləşdirir”.
Millət vəkilinin fikrincə, azərbaycançılıq ideologiyasının dövlət siyasəti səviyyəsinə yüksəldilməsini göstərən ən bariz cəhət bu ideologiyanın əsas prinsiplərinin əsas qanun toplusunun - Konstitusiyanın müddəalarında öz əksini tapmasıdır. Azərbaycan Konstitusiyasında ölkəmizdə milli, dini mənsubiyyətindən asılı olmayaraq hər bir kəs qanun qarşısında bərabərhüquqludur. Bu isə hüquqi dövlət prinsipini özünün prioriteti seçmiş Azərbaycanda insan hüquq və azadlıqlarının ən böyük təcəssümlərindən biridir. “Müasir dövrümüzdə belə cəmiyyətimizdə mənəvi-psixoloji sabitliyin möhkəmlənməsinin əsas səbəbi dövlətin istər daxili, istərsə də xarici siyasətində azərbaycançılıq prinsiplərinə sadiq qalması gerçəkliyidir. Bu isə Azərbaycanda müasir cəmiyyət quruculuğu prosesinin uğurla həyata keçməsində əsas faktorlardan biri kimi çıxış edir. Eləcə də, azərbaycançılıq ideologiyası respublikamızda müxtəlif xalqların, konfessiyaların nümayəndələrinin ötən yüzilliklərdə olduğu kimi, qarşılıqlı anlaşma və harmoniya şəraitində yaşamasına və ölkənin gələcəyi naminə birgə çalışmasına zəmin yaradıb. Vahid milli ideologiya insanları cəmiyyətin tamhüquqlu üzvü olaraq özlərini topluma yararlı fərd kimi hiss etməyə, müəyyən məsuliyyət daşımağa və vətəndaşlıq borcunu yerinə yetirməyə ruhlandırır. Azərbaycançılıq ideyasını daim aktual edən cəhətlərdən biri isə onun multikulturalizm prinsipi ilə uzlaşması və buna xidmət edən dövlət siyasətidir. Azərbaycan xalqının kökündən, milli-mənəvi dəyərlərindən irəli gələn xoşgörü və tolerantlıq əsrlər keçsə də, dəyişməyərək, müasir cəmiyyətimizin ayrılmaz xarakterik xüsusiyyətinə çevrilib. Təqdirəlayiq haldır ki, müstəqil Azərbaycan Respublikasının konstitusion əsasları xalqımızın əsrlərdən gələn bu kimi yüksək mənəvi dəyərlərinə söykənir”, - deyən E.Mirbəşiroğlunun fikrincə, azərbaycançılıq ideologiyası müasir demokratiyanın təməlində dayanan vətəndaşlıq, dünyəvilik, qanunun aliliyi prinsipləri ilə xalqımızın milli-mədəni irsindən irəli gələn tolerantlıq, çoxmədəniyyətlilik, vətənpərvərlik, ədalət, milli birlik kimi dəyərlərin birləşməsinin uğurlu formulu kimi özünü göstərir. Bu səbəbdən də qonşu regionlarda dini, etnik zəmində yaşanan təlatümlər fonunda Azərbaycan “sabitlik adası” kimi öz yolunda irəliləməkdə davam edir: “Düşünürəm ki, xalqımız azərbaycançılıq ideologiyasının əhəmiyyətini II Qarabağ müharibəsi zamanı daha açıq şəkildə gördü. Müzəffər Ali Baş Komandanın bir çağırışı ilə Azərbaycan gəncliyi öz torpaqlarını işğaldan azad etmək üçün səfərbər oldu. Azərbaycançılıq ideologiyası vətəndaş-dövlət vəhdətinin daha da möhkəmlənməsinə yol açır. Hər bir vətəndaşın fəaliyyətinin mərkəzində Azərbaycan dövləti, dövlətin maraqları dayanır. Bu məqam isə ölkənin möhkəm ideoloji əsaslara dayanaraq inkişaf etməsini şərtləndirir. Vətən müharibəsi dövründə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri çiyin-çiyinə bu ölkəni, dövləti, torpağı qorudu, onun uğrunda canından keçdi. Bu gün hər bir azərbaycanlı həmrəyliyin və milli birliyin önəmini dərk edir və bu sərvəti əziz tutur. Məhz bu ideoloji əsasla hər bir çətinliyin öhdəsindən gəlmək, Azərbaycanın davamlı inkişafını təmin etmək və daha böyük uğurlar əldə etmək mümkündür”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxAnalitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38

