Regionların inkişafına böyük təkan
03.06.2022 [10:19]
Məlik MƏMMƏDOV
Regionların inkişafı Azərbaycanda uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu strategiyanın həyata keçirilməsində və ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illər üzrə) böyük əhəmiyyət kəsb edir.
Bu dövlət proqramlarında, o cümlədən regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Faktdır ki, regionlarımızdakı vəziyyət 20 il əvvəllə müqayisədə tamamilə dəyişib. Regionlar sözün əsl mənasında yeni bir simaya malik olublar. May ayında Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilməsi bölgələrin inkişafı üçün görülən işlərin nə dərəcədə uğurlu olmasının bariz nümunəsidir.
Dövlət başçısı regionların inkişafına xüsusi diqqət yetirir, görülən işlərin nəticələri ilə yaxından tanış olmaq üçün mütəmadi olaraq bölgələrə səfərlər edir. Əlbəttə ki, Vətən müharibəsində əldə olunan Qələbə ilə Azərbaycanda mahiyyət etibarilə yeni inkişaf mərhələsi başlanıb. 7 iyul 2021-ci il tarixində Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanı əsasında Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılıb. Və son zamanlar bu iqtisadi rayonlara daxil olan ərazilərin inkişafına xüsusi diqqət ayrılır. Çünki ?şğaldan azad olunmuş ərazilərə qayıdış ilk öncə bu ərazilərdə iqtisadi aktivliyin bərpasını tələb edir.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə başlanan səfərlərinin hər biri Böyük Qayıdışı daha bir addım yaxınlaşdırır. Hər səfər işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinin sürətləndirilməsinə, yol infrastrukturunun yenilənməsinə, bölgələrin enerji ilə təminatı üçün inşa edilən və bərpa olunan elektrik stansiyaları əsasında Qarabağın simasının dəyişilməsinə, rayonların iqtisadiyyatının inkişafına xidmət edən addımlarla yadda qalır.
Bu gün bütün dünya dövlətimizin işğalçılar tərəfindən dağıdılmış əraziləri necə sürətlə, rekord müddətdə bərpa edib, dirçəltməsinə heyrətlənir. Tarixi torpaqlarımıza Böyük Qayıdış ərəfəsində şəhər və kəndlərimizin “ağıllı şəhər”, “ağıllı kənd” layihələri əsasında qurulması əsas hədəflərdəndir. Məqsəd 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan, öz doğma yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözləyən soydaşlarımızın bu istəklərinə qovuşmaları fonunda onların rahat şəraitdə yaşamalarının təmin edilməsidir.
Və görülən böyük işlərin nəticəsi olaraq bu gün deyə bilərik ki, “Böyük Qayıdış” prosesi artıq başlayıb. Bunu dövlət başçısı da mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimindən sonra Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən deyib. Yeri gəlmişkən, Ağalı kəndində yaşayan ailələrin sayı artıq 200-dən çoxdur. Ona görə, dövlət başçısının sözlərinə görə kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev qeyd edib ki, bu il də investisiya proqramı təsdiq olunub və proqrama əlavələr də ediləcək. Yəni bu il dünya miqyasında geosiyasi vəziyyət və enerji resurslarının qiymətləri ilə bağlı əldə edilən əlavə gəlirlər həm işğaldan azad edilmiş ərazilərin, həm də ölkəmizin digər regionların?? daha da inkişafına yönəldiləcək.
Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Amma bu o demək deyil ki, dövlətin bütün diqqəti yalnız işğaldan azad edilmiş ərazilərə yönəlib. Paralel olaraq, ölkənin digər regionlarının inkişafı da aktiv şəkildə davam edir: hal-hazırda Biləsuvar rayonunun Əliabad-Xırmandalı-Bəydili avtomobil yolu yenidən qurulur, Cəlilabad rayonunda 14 yaşayış məntəqəsini əlaqələndirən yollar yenidən qurulur və s.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

