Qabağına yüyürər yol, Vətənə gələndə
27.07.2022 [10:02]
MÜŞFİQƏ
Qarabağa Böyük Qayıdış 30 illik yurd həsrətinə son qoydu. Böyük Qayıdışın ilk müjdəsi Zəngilan rayonunun Ağalı kəndindən gəldi. Bu sevincli günləri xalqımıza Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz bəxş edib.
İyulun 25-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən yola salınan dördüncü köç karvanı Ağalı kəndinə çatıb. 29 ildən sonra Vətənə qayıdan zəngilanlıları Ağalı kəndində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb. Ağalı kəndində yaradılan şərait barədə məlumat verib.
Ümumilikdə “Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 mərhələdə köçürülən 41 ailə, 201 nəfər hər cür şəraitlə təmin edilib, insanların məşğulluq məsələləri əvvəlcədən həll olunub.
Ağalıya köçən kənd sakinlərindən biri də Yeganə Əhmədovadır. Kənd sakini qeyd edib ki, bu günlər hər bir zəngilanlının həyatında önəmli hadisələrlə yadda qalıb: “Bu gün çox sevincliyik. Çünki doğma yurdumuza qayıdırıq. Biz neçə illərdir ki, bu günləri gözləyirdik. Hisslərimizi ifadə etmək bizim üçün olduqca çətindir. 29 il işğal altında qalan Zəngilan bu gün azaddır. Ordumuz sağ olsun ki, bu günləri bizə yaşatdı. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin”.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 29 illik həsrətdən sonra Zəngilanı azad etdi. Zəngilanın azadlığı uğrunda canından keçən şəhidlərə Allahdan rəhmət diləyirik, qazilərə cansağlığı arzu edirik. Bu gün doğma yurdumuza qayıtdığımız üçün dövlətimizin başçısına təşəkkür edirik”. Bu fikirləri isə kənd sakini Şamil Hacıyev söyləyib.
Sevinclərinin həddi-hüdudu olmadığını deyən sakin çox qürurlu olduğunu qeyd edib.
Çünki uzun illərdir gözlədikləri an yetişib: “Biz 29 ildir Zəngilandan uzaqda olsaq da, ürəyimiz daim doğma yurdumuz ilə döyünüb. İnanırdıq ki, yaxın zamanda o gün gələcək. Bu, belə də oldu. Zəngilana qayıtdığımız üçün xoşbəxtik”.
Ceyran Abbasova deyir ki, yaşadıqları 29 illik məcburi köçkünlük həyatı başa çatdı. Artıq Ağalıda xidmət edəcəyi üçün çox sevinclidir: “Zəngilandan çıxanda 8 yaşım var idi. Amma bu gün doğma yurdumuza qayıtmağın sevincini yaşayırıq. Təhsil almağımda mənə dəstək olan ailəmə təşəkkür edirəm. Çünki bu gün mən Ağalı kəndində yerləşən Ailə Sağlamlıq Mərkəzinə şöbə müdiri kimi gedirəm. Orada yaşayan sakinlərin qulluğunda olmaq da əlavə məsuliyyət tələb edir”.
“Zəngilandan ayrılanda gənc olduğum üçün olanları yaxşı qavraya bilmirdim. Bundan əlavə, biz Araz çayını keçərək oradan çox pis vəziyyətdə ayrıldıq. 29 il ərzində müxtəlif yerlərdə məskunlaşsaq da, fikrimiz, ağlımız Zəngilanda idi. Hər zaman Zəngilana, Ağalıya getmək istəyirdik. Şükürlər olsun ki, bu anları yaşamaq bizə qismət oldu”.
Vətəninə qovuşan Solmaz Vəliyeva belə deyir: “Doğma yurdumuza qayıtmağın sevincini sözlərlə ifadə etmək olmur. Çünki Zəngilan bizim üçün doğma və əziz bir məkandır. Arzuladığımız, xəyal etdiyimiz Ağalı bu gün bizləri gözləyir. Eyni zamanda, Zəngilanı görməyən, ora haqqında əyani məlumata sahib olan gənclər bu gün artıq oradadır”.
O qeyd edib ki, Zəngilan haqqında daim xoş fikirlər eşidib. Bakıda və Gəncədə yaşadığını xatırladan Solmaz Vəliyeva Ağalını heç zaman unutmadığını, insanın doğulduğu yerin ona əziz olduğunu vurğulayıb.
Elinə-obasına qovuşanların sırasında heç vaxt torpağını görməyən, onun həsrəti ilə böyüyən gənclərimiz də var. Belə gənclərdən biri də Gülüş Səmədlidir. Gülüş artıq böyüyüb öz ata-baba yurdunda xidmət edəcək: “Zəngilanda doğulmasam da, ora ilə bağlı qiyabi təsəvvürlərim çoxdur. Həmçinin Zəngilan haqqında yaxınlarım bizi məlumatlandırıb. Bu səbəbdəndir ki, o ərazilər bizim uşaqlıq arzumuz olub. Mən Ağalı kəndində yaşayan vətəndaşlara hüquqşünas kimi xidmət edəcəyəm. Bu dəfə Ağalıya yaşamaq üçün gedirəm. Bu proses hamımız üçün xeyirli olsun. Qəribə və eyni zamanda, sevincli hisslər yaşayıram”.
Atasının Zəngilandan çıxdığı yaşda oraya qayıtdığını qeyd edən Ağalının gənc sakini bildirib: “Zəngilandan çıxan ən son insanlardan biri də atam olub. Əlbəttə ki, əzablı günlər olduğu kimi sevincli anlar da baş verir. Belə ki, bu gün bizim xoşbəxt günümüzdür. Çünki biz Ağalıya məskunlaşmağa gedirik”.
O vurğulayıb ki, Qarabağda aparılan bərpa-quruculuq işləri MDB və region ölkələrinə səs saldı. Dünya gördü ki, Azərbaycan Ermənistan tərəfindən dağıdılmış ərazilərdə həyatı geri qaytarır.
Bir sözlə, 30 il ağır məcburi köçkünlük həyatı yaşamış insanlar bundan sonra doğma yurdlarında müasir şəraitdə yaşayacaqlar. İnsanlar bundan sonra Ağalıda nişan və toy mərasimləri təşkil edəcəklər. Ağalılıların sevincinə məcburi köçkünlər, o cümlədən bütün Azərbaycan xalqı sevinir. Şuşada və digər ərazilərdə də tikilmiş yeni yaşayış massivlərinə əhalinin köçürülməsinin tezliklə şahidi olacağıq.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14

