Arzuların gerçəkləşdiyi məkan - Qarabağ
24.08.2022 [08:17]
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır
Nicat DİLQƏMLİ
İndi bir yol var: İrəli!
Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri, bəlkə də ən birincisi 44 günlük Vətən müharibəsidir. Kimi üçünsə 44 rəqəmi adi, sıradan bir rəqəm ola bilər. Vətənimiz, məmləkətimiz üçün isə 44 artıq, sadəcə, bir rəqəm mənasını daşımır. O, həm də xalqımızın ən ali, ən dəyərli simvollarından biri hesab olunur. Bunun səbəbi isə hər kəsə məlumdur - uzun illər həsrətində olduğumuz, yalnız xəyalımızda və xatirələrimizdə canlandırdığımız Qarabağımızı bizə qaytaran tarix. 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini, gücünü, xalqımızın birliyini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağımız düşmən tapdağından azad olundu.
Biz qayıdırıq
Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədən sonra qarşımızda daha bir ali məqsədin reallaşdırılması dayanır - Böyük Qayıdışın ən qısa zaman ərzində həyata keçirilməsi, başa çatdırılması. Hazırda Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biri də keçmiş qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz şəkildə qayıdışını təmin etməkdən ibarətdir. Böyük Qayıdışın təmin edilməsi istiqamətində nəzərdə tutulan işlər, layihələr planı hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra icra edilməyə başladı. İşğaldan azad edilmiş ərazilərin bərpası Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb. Bu məsələnin növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetlərdən biri olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin bu məsələyə böyük əhəmiyyət verdiyinin göstəricisidir. Həmin ərazilərdə həyata keçirilən bərpa prosesinin yüksək səviyyədə, mərkəzləşdirilmiş şəkildə icra olunması məqsədilə Azərbaycan hökuməti tərəfindən bütün zəruri tədbirlər görülməkdədir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsindən 2178,4 milyon manat vəsait xərclənib. Cari il üçün bu məqsədə, dövlət büdcəsindən 2670 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Bütün bunların nəticəsi olaraq 44 günlük Vətən müharibəsinin başa çatmasından çox qısa zaman keçməsinə baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə tikinti-abadlıq-quruculuq işlərinin əksəriyyəti başa çatıb. Bundan başqa, yol infrastrukturunun yaradılması - avtomobil və dəmir yollarının çəkilməsi, yeni hava limanlarının tikilməsi, bütün şəhərlərin baş planlarının hazırlanması və atılan digər addımlar görülən işlərin sistemli xarakter daşıdığını göstərir.
Böyük Qayıdışın təməl ünvanı
Böyük Qayıdış layihəsinin bir hissəsini özündə əks etdirən, icrasının yüksək səviyyədə başa çatdırıldığı layihələrdən biri də Ağalı kəndidir. Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndi bütün müasir tələblərə uyğun şəkildə inşa edilməklə yanaşı, həm də Böyük Qayıdışın başlandığı ünvan olaraq tarixə düşdü. Xatırlatmaq yerinə düşər ki, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi cari il mayın ayının 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilib.
“Ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsi öz-özlüyündə həm də yeni regional inkişaf nümunəsinin yaradılmasıdır. Sakinlər üçün həyat şəraitinin daha da yaxşılaşdırılması, müasir tələblərə cavab verən layihələrin icrası həm də vətəndaş məmnunluğunun artırılması baxımından olduqca əhəmiyyətlidir.
Yol infrastrukturunun qurulması başa çatmaq üzrədir
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın qısa zaman ərzində gerçəkləşməsini şərtləndirən əsas amillərdən biri də yol infrastrukturunun yenidən qurulmasıdır. Ölkə başçısının tapşırıqlarına əsasən bu sahədə də irimiqyaslı layihələr həyata keçirilməkdədir. Sevindirici haldır ki, işlərin bir hissəsi artıq yekunlaşıb. Mühüm yol infrastrukturu layihələrindən biri hesab olunan Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinin yekunlaşması da deyilənlərin təsdiqi olaraq ən parlaq nümunələrdən biridir. Tikintisinin 57 faizinin icra olunduğu layihələrdən biri də Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yoludur (Zəngəzur dəhlizi).
Bu, görülən işlərin, sadəcə, bir hissəsidir. Genişmiqyaslı layihələrin icrası bütün istiqamətlərdə yüksək səviyyədə icra olunmaqdadır.
Görülən işlər bir daha onu deməyə əsas verir ki, hər bir vətəndaşımız Böyük Qayıdışın qısa zaman ərzində yekunlaşacağına şahidlik etmiş olacaq.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14

