Alban kilsəsində “Kürmük oba” bayramı
03.09.2022 [10:51]
Gürcülər, avarlar, ingiloylar, saxurlar, laklar Qaxa yığışırlar
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
MÜŞFİQƏ
Bu gün sizinlə birgə Qax rayonunda, Kürmük çayının sahilində, Əmbərçay kəndinin yaxınlığında, dəniz səviyyəsindən 590 metr yüksəklikdə yerləşən Alban məbədinə səyahət edəcəyik. Budur, Qaxa daxil olarkən ən hündür təpədən, yaşıllıqlar içərisində Alban kilsəsi bizi qarşılayır. Tolerant və multikultural dəyərlər burada özünü daha çox büruzə verir. Qafqazda xristianlığın rəsmi din kimi strukturlaşmasının tarixi Alban kilsəsindən başlayır. Qədim qaynaqlar sübut edir ki, tək Azərbaycanın deyil, bütün Qafqazın dini-mədəni həyatında silinməz izlər qoymuş Alban kilsəsi xristian dünyasında ən qədim kilsələrdən biridir və apostol mənşəlidir. Alban kilsəsinin qədimliyini təkcə tarixi faktlar yox, həm də mövcudluğunu dövrümüzə qədər qoruyub saxlamış qədim alban məbədləri təsdiqləyir.
Tarixi vərəqləsək görərik ki, Azərbaycan memarlıq tarixində məbədlərin xüsusi yeri var. Azərbaycanın müxtəlif yerlərində yerləşən qədim alban məbədləri indinin özündə də qorunmaqdadır. Əsrlər boyu xalqımızın inanc, sayğı yeri olan məbədlərin sırasında Kürmük məbədinin ayrıca yeri var. Kürmük kilsəsinin tarixini araşdıran tədqiqatçılar bildirir ki, bu abidə-məbəd Azərbaycanda dinlərin sinkretizmi nümunəsidir. Haqqında danışdığımız məbəd 1-3-cü əsrlərdə Qax rayonunda mövcud olmuş qədim Alban məbədinin qalıqları üzərində 19-cu əsrdə Çar Rusiyası tərəfindən tikilib. Abidəyə həm də “Aya sitayiş” məbədi deyilir. Buna səbəb isə alban tayfalarının əksəriyyətinin Ay Tanrıçasına sitayiş edilməsi ilə bağlıdır. İndiki kilsənin yerində Albaniyada Ay ilahəsi Selenanın şərəfinə “Ay ilahəsi məbədi” inşa olunub.
1836-cı ildə Rusiya imperiyası tərəfindən alban məbədlərinin fəaliyyəti dayandırılıb. Buna görə albanlar pravoslav və ya qriqoryan kilsəsinə getməyə məruz qalıblar. 1873-cü ildə isə Kürmük məbədinin yerində gürcü pravoslav kilsəsi inşa olunub. Həmin kilsə müqəddəs Georgi kilsəsi kimi fəaliyyət göstərib. Məbəd 1884-cü ildə məhv edilsə də, 1894-cü ildə yerli sakinlər tərəfindən bərpa edilib.
Hər il may və noyabr aylarının ilk həftəsinin son günü burada “Kürmük oba” və ya Müqəddəs Georgi Günü qeyd olunur. “Kürmük oba” bayramı mərasimə həm xristian, həm də islam dini elementləri daxil edilsə də, bayram Kürmük çayının şərəfinə, onun daşma mövsümündə keçirilir. Kürmük çayı bəzən dağıdıcı olduğundan, yerli əhali arasında onun gücünə inam yaranmış, buna görə də ildə iki dəfə - yazda və payızda çayın daşma dövründə Kürmük çayının şərəfinə mərasim icra olunub.
Buraya gürcülər, avarlar, ingiloylar, saxurlar, laklar və Azərbaycanın digər bölgələrində yaşayan müxtəlif etnosların nümayəndələri “Kürmük oba” bayramı günü ibadətgaha gələrək niyyət edib, ərazidəki ən hündür qayanın başına çıxaraq dualar edərlər. Gələnlər məbədi ziyarət etdikdən sonra burada ailəlikcə istirahət edirlər. 2006-cı ildə bu yerin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı məbədin mərhələli şəkildə 4 dəfə müxtəlif əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qalması məlum olub.
Alban kilsələri - tariximizin qədim izləri
Məlumat üçün bildirək ki, Qafqaz Albaniyası xristianlığın dünya üzərində yayıldığı ilk ölkələr sırasındadır. Tarixi mənbələrə görə eramızın I yüzilliyində bu ərazilərə Yerusəlim və Suriya xristian missionerlərinin gəlişi burada ilk xristian icmalarının yaranmasına səbəb olub. Bu barədə məşhur Alban tarixçisi Musa Kalankatlının Alban hökmdarı Cavanşirin göstərişi ilə yazdığı “Alban ölkəsinin tarixi” əsərində daha detallı bilgilər verilir. Əsərdə Şəkidə Kiş məbədini tikdirərkən: “Bu, bizim mənəvi mərkəzimiz, ziya aldığımız ilk məkanımızdır” dediyi qeyd edilir. Əsərdə xristianlığın Albaniyada ilk təbliğatçısı olmuş Yeliseyin Şəki şəhəri yaxınlığında öldürüldüyü və orada dəfn olunduğu da bildirilir. Xristianlığın Qafqaz Albaniyasında Ermənistan məfhumundan xeyli əvvəl yayıldığı erməni katolikosu Avraamın albanlara ünvanladığı məktublarından birində də öz əksini tapır.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14

