Meşə yanğınları torpağı necə zədələyir?
07.09.2022 [10:35]
Günel ABBAS
Meşə yanğınları təbii hadisə və ya qəzalar nəticəsində baş verə bilər. Meşələr zamanla bu yanğınlarla mübarizə aparmaq üçün inkişaf edib. Meşə yanğınları nə qədər dağıdıcı görünsə də, meşələr öz-özlərini bərpa edirlər. Ancaq bəzi hallarda meşə yanğınları o qədər şiddətlənir ki, torpağın bərpası illərlə və ya daha çox vaxt apara bilən ciddi ziyana səbəb ola bilər. Son zamanlar ölkəmizin şimal və şimal-qərb rayonlarında meşə və meşəətrafı ərazilərdə yanğınlar müşahidə olunurdu. Müxtəlif regionlarında yanğınlar nəticəsində minlərlə hektar ərazidə ağaclar, kol-kos və quru ot sahələri yanıb. Bu da ölkənin flora və faunasına da ciddi ziyan dəyməsinə səbəb olub.
Araşdırmalar göstərir ki, yüksək temperaturlu yanğınlar torpaq hissəcikləri üzərində yenidən kondensasiya olunan hidrofobik birləşmələri buxarlayaraq və onları su itələyici təbəqə ilə örtməklə torpağın su itələyici və ya hidrofobik olmasına səbəb ola bilər. Torpaq hidrofobik olduqda, daha az su udur, bu da bitkilərin kök almasını çətinləşdirir və yanğından sonra torpağı eroziyaya qarşı çox həssas edir. Eroziya qiymətli torpağın üst qatını götürür, axınları və su yollarını bağlayır, bu da pioner növlərin torpağı müstəmləkə etməsini çətinləşdirir. Yanğından çıxan kül problemi daha da pisləşdirir, torpaqdakı məsamələri bağlayır, beləliklə su torpağa nüfuz edə bilmir. Şiddətli yanğından sonra torpaq aylar və hətta illər ərzində hidrofobik qala bilər, lakin hissəciklər adətən altı il və ya daha az müddətdə hidrofobik xarakterini itirirlər.
Torpağın sterilizasiyası isti, yavaş hərəkət edən yanğının torpaq göbələklərini və orqanizmlərini məhv etdiyi yerdə baş verir. Torpaqdakı bakteriya və göbələklər orada yaşayan bitkiləri qida ilə təmin etməkdə mühüm rol oynayır. Torpağın sterilizasiyası yanğından sonra meşələrin bərpasını uzun illər gecikdirə bilər. Bəzən torpaq orqanizminin fəaliyyətinin yanğından əvvəlki səviyyəyə çatması 12 ilə qədər çəkə bilər. Güclü meşə yanğınları torpaqda mövcud olan azotun miqdarını da azaldır, bitkilərin və orqanizmlərin yenidən kolonizasiyasını çətinləşdirir. Yanğının temperaturu nə qədər yüksək olarsa, bu təsir bir o qədər şiddətlidir.
Yanğınlardan sonra çox yaxşı və rasional hərəkət etmək lazımdır. Davamlı invaziv növlər yanğından sonra torpağı koloniyalaşdıra bilər, sonra yerli növlərin geri qayıtmasına mane olur. Belə hallarda yerli ekosistem heç vaxt bərpa olunmaya bilər, çünki o, yerli olmayan invaziv növlərə diqqət yetirən yeni ekosistemlə əvəz oluna bilər. Böyük bir meşə yanğınının kədərli nəticələrində yanğının özünün bərpaedici gücünü qiymətləndirmək çətin ola bilər. Xüsusilə yağış yağanda və torpağı yerində saxlayacaq heç bir şey qalmadıqda, daşqınlara və sellərə səbəb olur. Lakin yağış qalan torpaqları da bərpa edəcək və yanmış ərazilərdə yeni bitki örtüyünün böyüməsinə imkan verəcək. Bu yağışlar sayəsində meşə dibində yığılan toxumlar cücərməyə başlayır.
Elmi cəhətdən də torpağın yanmasının nəticə etibarilə kənd təsərrüfatına yararlı torpaq sahələrinin üst münbit qatının korlanmasına, əkin yerlərində torpaqların qida maddələri balansının pozulmasına gətirib çıxarması sübut olunub. Torpağın yanması zamanı yaranan qatı tüstü havanı çirkləndirməklə yanaşı, həmçinin təbii tarazlığı da pozur. Bütün deyilənlərdən bu nəticəyə gəlmək olar ki, torpağın çirklənməsi hava və suyun çirklənməsindən daha ağır bir prosesdir. Çünki suyun və havanın çirklənməsi zamanı zəruri tədbirlər həyata keçirildikdə onların bərpası və əvvəlki halına qayıtması tez bir zamanda mümkün olur. Torpağın çirklənməsi və “zədələnməsi” zamanı isə onu bərpa etmək üçün uzun illər lazım ola bilər. Ona görə də kənd təsərrüfatı ilə məşğul olan şəxslər, fermerlər, sahibkarlar, bütövlükdə hər bir vətəndaş ərzaq təhlükəsizliyi naminə süfrələrimizi təbii məhsullarla bəzəyən torpağın qorunması məsələsində xüsusilə həssas olmalı, bununla bağlı hər kəs üzərinə düşən məsuliyyəti dərk etməlidir. Torpağı və təbiəti qorumaq - gələcəyi qorumaqdır.
Ekoloq Qorxmaz İbrahimli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, meşə yanğınları hər bir halda bu və ya digər səbəbdən baş verib və verəcəkdir: “Əsas olan bu yanğınları minimuma endirməkdir. Yanğınlar olduğunda qarşısı sürətlə alınmalıdır. Meşə yanğınları zamanı tək torpağın üst qatı zərər görmür. Bəlkə də yanğından geri qalan tullantılar torpağın münbitləşməsinə də səbəb olar. Belə yanaşma olmaz. Yanğınlar birinci növbədə ərazidəki bütün biomüxtəlifliyi məhv edir. Uçan və qaça bilən heyvanlar bir şəkildə qurtula bilsə də, daha çox canlının yanaraq məhv olduğunu deyə bilərik.
Yanğınların qarşısının alınması üçün maarifləndirmə önəmlidir. Ərazidə və ona yaxın ərazilərdə yaşayan insanlara vaxtaşırı təlim keçilməlidir. Xüsusən dərsliklərdə uşaqların anlayacağı şəkildə vəsaitlər yerləşdirilməlidir. Piknik yerləri xüsusi ayrılmalı, yanğından qorunma vasitələri ilə təmin olunmalıdır. Piknikə gedən hər kəs maşınında piknik sonrası yandırdıqları ocaqları söndürmək üçün bircə bidon su götürmələri təşviq olunmalıdır. Yanğın sonrası isə ilkin olaraq ərazidə yaşayan canlıların gələcək həyatı üçün ilkin yeni meşə salınmasına başlanmalıdır. Ondan sonra yanğına səbəb verən mənbələr araşdırılmalıdır”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

