Milli-mənəvi dəyərlərin müdafiəsi
22.09.2022 [10:30]
Dövlətin əsas məqsədlərindən biridir
Nicat PAŞA
Hərbi, siyasi və digər bu kimi səbəblərdən dolayı dünyanın bir çox yerində ideoloji münaqişələr fonunda ölkədaxili sabitliyin, düzənin pozulduğu hər kəsə məlumdur. Bütün bu hadisələrin çox sürətlə cərəyan etdiyi bir vaxtda ölkəmizdəki milli birlik modeli digər dövlətlər üçün nümunə kimi göstərilməyə davam edir. Bu xüsusda Azərbaycanda mövcud olan milli-mənəvi birliyi qeyd etməkdə böyük fayda var. Çünki hazırkı sabitliyin, cəmiyyətdaxili və dövlət-cəmiyyət münasibətlərindəki harmoniyanın təməlində məhz milli-mənəvi birlik dayanır.
Ölkəmizdə milliyyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq, hər kəs milli ideologiyamız olan azərbaycançılıq ideologiyası ilə sıx birləşib. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin əsas ideyasına çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Heydər Əliyev hələ Sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışıb. Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir.
Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan, ideologiya halına salınan azərbaycançılıq konsepsiyası bu gün Onun layiqli davamçısı - Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlət başçımızın rəhbərliyi ilə Azərbaycanda milli birlik özünü daha qabarıq formada göstərir. Məhz İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində milli-mənəvi dəyərlər artıq azərbaycançılıq ideologiyasının özəyini, onun əsas təməl prinsiplərini təşkil etməkdədir. Bu ideya həm Azərbaycanın sərhədləri daxilində, həm də ölkəmizin hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı üçün əsas baza mənbəyidir.
44 günlük Vətən müharibəsi xalqımızın parlaq qələbəsi olmaqla bərabər, həm də ölkəmizdə yüksək səviyyədə mövcud olan milli birliyin, həmrəyliyin ən parlaq nümunəsi, etalonudur. 30 il Ermənistan tərəfindən qanunsuz şəkildə işğal altında saxlanılan tarixi Azərbaycan torpaqları məhz Xalq-Ordu-İqtidar birliyi nəticəsində düşmənlərdən təmizləndi və bununla da Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin edildi. Vətən müharibəsi dövründə ölkəmizdə yaşayan bütün millətlərin, dinlərin nümayəndələri vahid ideya ətrafında - azərbaycançılıq ideyası ətrafında - sıx birləşərək böyük şücaət, qəhrəmanlıq nümayiş etdirmiş oldular. Onu da xatırlatmaq lazımdır ki, döyüş yalnız səngərdə getmirdi. Azərbaycan informasiya müharibəsində də böyük uğurlar əldə etdi. Çünki bu, müasir dünyanın əsas çağırışlarından biridir. Bu səbəbdəndir ki, istər ölkəmizdə, istərsə də Azərbaycanın hüdudlarından kənarda yaşayan həmvətənlərimiz informasiya müharibəsində də düşməni susdurmağı bacardı. Heç kəsə sirr deyil ki, düşmən bu sahədə də öz çirkin, məkrli niyyətlərini ortaya qoyaraq dünya ictimaiyyətinin diqqətini tirajladığı müxtəlif məzmunlu dezinformasiyalarla, yalan, heç bir təsdiqi olmayan xəbərlərlə yayındırmaq üçün əlində olan bütün imkanlarından o ki var istifadə edirdi.
Məhz milli birlik, həmrəylik nəticəsində müxtəlif sahələrdə fəaliyyət göstərən həmvətənlərimiz dünya ictimaiyyətini həqiqətlər barədə dəqiq məlumatlandırmağa nail oldu. Sevindirici digər bir məqam ondan ibarətdir ki, bu müsbət tendensiya Vətən müharibəsindən sonrakı dövrdə də davam etdi, ənənə halına çevrildi.
Bu gün böyük fəxarət hissi ilə söyləyə bilərik ki, yaşadığı coğrafi məkandan asılı olmayaraq, soydaşlarımız, həmvətənlərimiz günü-gündən daha böyük həmrəyliyə nail olaraq yüksək milli birlik nümayiş etdirirlər. Hər bir azərbaycanlı həmrəyliyin və milli birliyin nə demək olduğunu daha dərindən dərk edir və bu neməti qorumaq üçün çalışır. Azərbaycançılıq ideologiyasının indiki səviyyəsi ölkəmizin gələcək uğurlarının, inkişafının qarantıdır.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19

